Məhkəmə qərarları › İş №2-1(108)-5/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-5/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-5/2024 18.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X4 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X13 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “onun xidmətə yararsız olmağı barədə Naxçıvan şəhəri X12 Hospitalının 19 avqust 2021-ci il tarixli rəyinin (arayışının) əsasında verilmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməs i barədə 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrin etibarsız hesab edilməsi və həmin vəzifəyə bərpa edilməsi, 23 avqust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2-1(122)-476/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə və X1rşı 07 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı xidmətə yararsız olmağı barədə Naxçıvan şəhəri X 12 Hospitalının 19 avqust 2021-ci il tarixli rəyinin (arayışının) etibarsız hesab edilməsi, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməsi barədə 23 avqust 2021-ci il tarixli, 1010/139S saylı əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa edilməyi, 23 avqust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 02 iyun 2023-cü il tarixdə məhkəməyə yeni iddia ərizəsi göndərərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı onun xidmətə yararsız olmağı barədə Naxçıvan şəhəri X12 Hospitalının 19 avqust 2021-ci il ta rixli rəyinin (arayışının) əsasında verilmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməsi barədə 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrin etibarsız hesab edilməsi və həmin vəzifəyə bərpa edilməsi, 23 avqust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı onun xidmətə yararsız olmağı barədə Naxçıvan şəhəri, X12 Hospitalının 19 avqust 2021-ci il tarixli rəyinin (arayışının) əsasında verilmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməsi barədə 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrin etibarsız hesab edilməsi və həmin vəzifəyə bərpa edilməsi, 23 avqust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsi çərçivəsində baxılmasına qərar verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 21(122)-476/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “onun xidmətə yararsız olmağı barədə Naxçıvan şəhəri X12 Hospitalının 19 avqust 2021ci il tarixli rəyinin (arayışının) əsasında verilmiş Naxçıva n MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməsi barədə 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrin etibarsız hesab edilməsi və həmin vəzifəyə bərpa edilməsi, 23 avqust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 23 noyabr 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “onun xidmətə yararsız olması barədə Naxçıvan şəhəri, X12 Hospitalının 19 avqust 2021-ci il tarixli rəyinin (arayışının) əsasında verilmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməsi barədə 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrin etibarsız hesab edilməsi və həmin vəzifəyə bərpa edilməsi, 23 avqust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması barədə Naxçıvan İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2-1(122)-476/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilkin olaraq məhkəmədə iki cavabdehə qarşı Azərbaycan Respublikası D övlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə və X12 Hərbi Həkim Komissiyasına qarşı iddia qaldırmış, onun xidmətə yararsız olmağı barədə Naxçıvan şəhəri X12 Hospitalının 19 avqust 2021-ci il tarixli rəyinin (arayışının) etibarsız hesab edilməsi və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməsi barədə 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrin etibarsız hesab edilməsi və həmin vəzifəyə bərpa edilməsi, 23 avqust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bu iki orqanın ona qarşı birlikdə qanunsuzluq etdiyini, heç bir əsas ol madan cəmi 6 gün ərzində onun vəzifəsinə yararsız olmağı ilə bağlı rəy alındığını və tutuduğu vəzifədən uzaqlaşdırıldığını göstərmişdir. Sözsüz ki, ikinci tələb birinci tələblə bağlıdır. İddiaçı haqlı olaraq belə hesab etmişdir ki, onun anlaqsız olması ilə bağlı saxta rəy işdən çıxarılmağına əsas olmuşdur. Ona görə də həmin rəy də etibarsız hesab edilməlidir. İddiaçı iddia ərizəsində onun işdən çıxarılmağına əsas olmuş rəyi indiyə qədər əldə edə bilmədiyini, ona görə də həmin rəyin nə dərəcədə qanuni və əsaslı olduğunu bilmədiyini, rəyi məhkəməyə iddia ərizəsini təqdim etməmişdən bir neçə gün əvvəl əldə etdiyini, həmin rəyin tamamilə qanunsuz olduğunu bildiyindən rəyin və əmrin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Y.Budaqov adına Naxçıvan MR X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş İdarəsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı Y.Budaqov adına Naxçıvan MR X10 ambulator müraciət edib və X16 Komitəsinin sorğusu əsasında xx.xx.2021-ci il tarixdə dispanserdə həkim-psixiatr komissiyası tərəfindən ambulator şəraitdə müayinə olunmuş və ona “Bipolyar affektiv pozuntu. Depressiv faza” diaqnozu qoyulmuşdur. Bu məktubdan görünür ki, İddiaçı hüquqları bu mərhələdə pozulmuş, onun fəaliyyət göstərdiyi orqan onu şəhadətləndirmək səlahiyyəti olan quruma deyil, səlahiyyəti olmayan orqana müraciət etmişdir. Y.Budaqov adına Naxçıvan MR X8 baş həkimi R.Nabatov qanunvericiliyin tələbini pozaraq səlahiyyəti olmadığı halda və heç bir stasionar müayinə aparmadan rəy vermişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq N saylı hərbi hissənin komandiri Niyaməddin Seyidovun cavab məktubunda göstərilmişdir ki, İddiaçı Naxçıvan MR Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli, 1010-190-0xx-xx/000296 saylı göndərişi və Y. Budaqov adına Naxçıvan MR X8 xx.xx.2021-ci il tarixli, 511 saylı tibbi rəyinə əsasən N saylı hərbi hissənin Qarnizon HHK-dan keçmişdir. xx.xx.2023-cü il tarixdə N saylı hərbi hissənin Qarnizon HHK tərəfindən şəhadətləndirilərək “Xəstəliklər Cədvəli”nin 18 ”b” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”yə qoşma) əsasən müvafiq qərar qə bul edilmişdir. Lakin sənədləri araşdırarkən məlum olur ki, N saylı hərbi hissənin komandiri Niyaməddin Seyidov bu məktuba bir sıra həqiqət olmayan məlumatlar daxil etmişdir. Belə ki, İddiaçı şəhadətləndirilməsi ilə bağlı N saylı hərbi hissənin HHK-nın N saylı arayışından görünür ki, Y.Budaqov adına Naxçıvan MR X8 tibbi rəyi xx.xx.2021-ci il tarixli deyil, xx.xx.2021-ci il tarixlidir. Bundan əlavə “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”-nin tələbi pozularaq HHK İddiaçı stasionar müayinədən keçirərək rəy verməli olduğu halda, Y.Budaqov adına Naxçıvan MR X2suz tibbi rəyinə istinad edilmişdir. Bu rəyin verilməsində N saylı hərbi hissənin komandiri Niyaməddin Seyidovun da istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin bir sıra tələbləri pozulmuşdur. Məhkəmədə iddiaçı tərəf İddiaçı cavabdehlər Azərbaycan Resublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük idarəsinə və X12 Hərbi Həkim Komissiyasına qarşı “rəyin(arayışın) etibarsız hesab edilməsi, əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair” iddiası üzrə məhkəmə psixatrik ekspertizası təyin edilməsi barədə vəsatət qaldırsa da, işə baxan məhkəmə tərəfindən tam qanunsuz olaraq bu vəsatət təmin edilməmişdir. Bundan başqa məhkəmədə Y.Budaqov adına Naxçıvan MR X8 baş həkimi Rəşad Nabatovun və N saylı hərbi hissənin komandiri Niyaməddin Seyidovun, Hərbi Həkim Tibbi Komissiyasının sədri Anar Əliyevin şahid qismin də dindirilməsi barədə vəsatət qaldırılsa da, işə baxan məhkəmə tam qanunsuz olaraq bu vəsatəti də təmin etməmişdir. Azərbaycan Resublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin məhkəmədəki nümayəndəsi qanunsuz rəyin və işdən çıxarma barədə əmrin İddiaçı nə zaman elan edilməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şikayətə qarşı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş etirazda, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin heç bir hüquqi əsasının olmadığını, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2-1(122)-476/2023 nömrəli qərardadının mövcud tələbin tam, hərtərəfli və obyektiv araşdırılaraq maddi və prosessual hüquq normalarının t ələblərinə uyğun qəbul edildiyini, iddiaçının tələbi üzrə iddia müddətini buraxıldığını və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2-1(122)-476/2023 nömrəli qərardadının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2-1(122)-476/2023 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e -2-1(122)-476/2023 nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X17 izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-21(122)-476/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Pro sessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək, Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materia lları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə t ərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Buna görə də məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, hazırkı iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı onun xidmətə yararsız olmağı barədə Naxçıvan şəhəri X12 Hospitalının 19 avqust 2021-ci il tarixli rəyinin (arayışının) əsasında verilmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməsi barədə 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrin etibarsız hesab edilməsi və həmin vəzifəyə bərpa edilməsi, 23 avqust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsindən ibarətdir. Qeyd edilməlidir ki, 7 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq e dilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 2-ci maddəsinə uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasi bətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus ИТ-İ seriyalı, ****** * nömrəli əmək kitabçasının 17-ci səhifəsində 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrlə həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifəsindən azad edilərək gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə qeyd aparılmışdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili həmin əmrlərdən və əmrə əsas olmuş rəydən xəbərinin olmaması və surətlərinin ona verilməməsi ilə əlaqədardır. Qeyd olunmalıdır ki, mübahisələndirilən qərarın iddiaç ıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Belə ki, uzun müddət ərzində iddiaçının iş yerinə getməməsinə, heç bir əmək funksiyası yerinə yetirməməsinə, eyni zamanda əmək haqqı almamasına və əmək kitabçasında xidmətinə xitam verilməsi barədə qeyd aparılmaqla özünə təhvil verilməsinə baxmayaraq əmrdən və ya əmrin verilməsinə əsas olmuş rəydən xəbərinin olmaması dəlili qətiyyən inandırıcı deyil, bu iddiaçının subyektiv mülahizəsidir və heç bir hüquqi əsası yoxdur. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati orqanların 2021-ci ildə qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara münasibətdə həmin qərarların mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) ol unduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar t ətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin məcəllənin 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. Lakin birinci instansiya məhkəməsində müdafiəçi ilə birlikdə iştirak etməsinə baxmayaraq iddiaçı müddətin üzrlü hesab edilərək bərpa edilməsi ilə əlaqədar ümumiyyətlə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarın da göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıy a Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmas ın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Eyni zamanda iş materiallarından, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarından və şikayətində qeyd etdiklərindən aydın olduğu kimi İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 23 avqust 2021-ci il t arixli, 1010/139Ş nömrəli əmrindən vaxtında xəbərdar olmuş, lakin ötən 2 ilə yaxın müddət ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir Kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən şikayətində göstərdiyi dəlillər əsaslı sayıla bilməz. Kollegiya İddiaçı şikayətində qeyd etdiyi digər dəllilərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kim i “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir”. Yəni, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan M uxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2-1(122)-476/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “onun xidmətə yararsız olmağı barədə Naxçıvan şəhəri X12 Hospitalının 19 avqust 2021-ci il tarixli rəyinin (arayışının) əsasında verilmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük Mühafizə Xidmətində X11 bölməsinin rəisi vəzifəsində xidmətinə xitam verilməsi barədə 23 avqust 2021-ci il tarixli, 1010/139Ş saylı əmrin etibarsız hesab edilməsi və həmin vəzifəyə bərpa edilməsi, 23 av qust 2021-ci il tarixdən əmək fəaliyyətini bərpa edəcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və əmək haqqına əlavə ödənişlərin ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2-1(122)-476/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-21(122)-476/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar