Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-5/2025 17.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı “Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi öhdəliyinin cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)3/2023 nömrəli qərarından cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinə qarşı 28 yanvar 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi öhdəliyinin cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 21(122)-3/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, İddiaçı mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat m etr ərazinin 15 (on beş) il müddətinə İddiaçı icarəsinə verilməsi öhdəliyinin Babək rayonu Naxışnərgiz Bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarından narazı qalan cavabdeh Babək rayon Naxışnərgiz Bələdiyyəsi 04 avqust 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 21(122)-39/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)3/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadn narazı qalan cavabdeh Babək rayon Naxışnərgiz bələdiyyəsi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 iyun 2024-cü il tarixli, 2-1(102)876/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(108)-39/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati işə Naxçıvan MR Ali Məhkəməsində yenidən baxılan zaman kollegiyanın 20 dekabr 2024-cü il tarixli protokol qərardadı ilə Azərbaycan Respublikası Prezide ntinin 24 noyabr 2024-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması” haqqında 18 oktyabr 2024-cü il tarixli qanuna əsasən Göynük, Qahab, Naxışnərgiz və Nəhəcir bələdiyyələrinin əhatə etdiyi Göynük, Qahab, Naxışnərgiz, Nəcəfəlidizə və Nəhəcir kəndlərində Qahab bələdiyyəsi yaradılması əsas götürülərək iş üzrə cavabdeh olan Babək rayon Naxışnərgiz Bələdiyyəsinin prosessual hüquqi varisi qismində Qahab bələdiyyəsinin cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. Babək rayon Qahab bələdiyyəsinin sədri X2 tərəfindən 13 mart 2025-ci il tarixdə kollegiyaya ərizə təqdim edilmişdir. Müvafiq ərizədə göstərilmişdir ki, haliyədə bələdiyyə sədri seçilmiş, lakin bələdiyyənin möhür və sənədləri ona təhvil verilmədiyi üçün 17 mart 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında nümyəndənin iştirakının təmin edilməsi mümkün deyil. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)3/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanlmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarında olan: Babək Rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 24 yanvar 2022-ci il tarixli, 01 nömrəli məktubdan məlum olur ki, İddiaçı islahatdan sonra zəbt etdiyi 198 kvadrat metr bələdiyyəyə aid torpaq sahəsində qanunsuz tikililər aparmışdır. Həmin 198 kvadrat metr bələdiyyəyə aid torpaq sahəsinin azad edilib ümumi istifadəyə qaytarılması üçün Naxışnərgiz bələdiyyəsi tərəfindən Babək rayon məhkəməsində iddia qaldırılmışdır. Babək Rayon İcra Hakimiyyətinin Naxışnərgiz Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli, 2/35 nömrəli arayışdan aydın olur ki, Məmmədov X4 MR, Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatdadır və orada yaşayır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 11 mart 2022-ci il tarixli, 04/139 nömrəli məktubdan aydın olur ki, Babək rayon Naxışnərgiz kənd sakini İddiaçı iddia etdiyi 198 m2 torpaq sahəsi Qahab kəndində torpaq islahatı aparılan zaman onun faktiki istifadəsində uçota alınmadığından əvəzləşdirilməsi mümkün olmayan torpaq sahəsi kimi Naxışnərgiz Bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 iyun 2024-cü il tarixli, 2-1(102)-876/2024 nömrəli qərarı ilə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(108)-39/2023 nömrəli qərarı ləğv edilən zaman apellyasiya instansiya məhkəməsi üçün icrası məcburi olan göstərişləri qərarında qeyd etmişdir. Belə ki, kasasiya instansiya məhkəməsinin müvafiq qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırmanın aparılmadığı, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki halların müəyyən olunmadığı göstərilmişdir. Ali Məhkəmənin müvafiq qərarında məhkəmələrin mübahisəli torpaq sahəsinin icarəyə verilməsinə dair qərar qəbul edilməsi zamanı həmin sahənin xüsusiyyətinə və ayrılma məqsədinə, habelə həmin bələdiyyə üzrə ərazi-planlaşdırılması sənədlərinə, şəhərsalma və tikinti hüquq normalarının tələblərinə uyğun olub-olmadığının araşdırılması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və rayon, şəhər icra hakimiyyəti orqanlarının münasibətinin öyrənilmədiyi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gigiyena və X1 rayon şöbəsi tərəfindən verilmiş rəylərin bir-biri ilə ziddiyyət təşkil etməsinə rəğmən, həmin ziddiyyətlərin məhkəmə tərəfindən lazımi qaydada araşdırılmadığı və aradan qaldırılmadığı qeyd edilmişdir. Apellyasiya şikayətinə kollegiyada yenidən baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 iyun 2024-cü il tarixli, 2-1(102)-876/2024 nömrəli qərarındakı qeyd edilən göstərişlərə əsasən əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məqsədilə müvafiq sorğular verilmiş və sorğuların cavabları rəsmi qaydada kollegiyaya təqdim edilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi t ərəfindən kollegiyanın sorğusuna cavab olaraq göndərilmiş 1 oktyabr 2024-cü il tarixli məktubda bildirilmişdir ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Babək rayon Naxışnərgiz Bələdiyyəsi tərəfindən sözügedən əraziyə baxış keçirilmişdir. Ərazidə keçirilən monitorinq zamanı tövlədə heyvan saxlanılmadığı, ətraf mühitə hər hansı təsir hallarının qeydə alınmadığı müəyyən olunmuş və baxış aktı tərtib edilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş baxış aktında göstərilmişdir ki, müvafiq torpaq sahəsinə baxış keçirilən zaman ətraf mühitə mənfi təsir edən heç bir hal müşahidə edilməmişdir. Tövlənin qarşısında və ətrafında mal-qara tullantıları aşkar edilmədi. Qeyd kimi göstərilmişdir ki, uzunmüddətli iddia olunan tövlədə iribuynuzliu və xırdabuynuzlu heyvanlar saxl anılmadığı üçün ətrafında mal-heyvanın tullantısı müşahidə edilmədi. Babək Rayon İcra Hakimiyyəti tərəfindən kollegiyanın sorğusuna cavab olaraq göndərilmiş 10 dekabr 2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlə binasının yerləşdiyi 198 kv.m torpaq sahəsi, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin 04 dekabr 2024-cü il tarixli 02/97 nömrəli məktubuna əsasən İddiaçı Naxışnərgiz kəndində yerləşən mülkiyyətində olan yaşayış evinə bitişik 198 kv.m istifadə etdiyi tövlənin yerləşdiyi torpaq sahəsi Naxışnərgiz bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsi torpaqları kateq oriyasına aiddir. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bələdiyyələr tərəfindən qanunvericiliyə uyğun olaraq verilir Babək Rayon İcra Hakimiyyəti tərəfindən kollegiyanın sorğusuna cavab olaraq göndərilmiş digər 15 yanvar 2025-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı hissəsinin üçüncü abzasına əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Babək rayon Naxışnərgiz kəndində yerləşən, üzərində qeyri-yaşayış (tövlə) tikilmiş bələdiyyə mülkiyyətində olan 198 kvadratmetr torpaq sahəsinin icarəyə verilməsi üçün bələdiyyə tərəfindən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Babək Rayon İcra Hakimiyyətinə rəy bildirilməsi üçün müraciət daxil olmadığından, Babək Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin Azərbaycan Respublikası Naxçıvan MR Ali Məhkəməsinə ünvanladığı 05 oktyabr 2023- cü il tarixli, 41/01 nömrəli məktubunu nəzərə alaraq həmin tövlədə heyvan saxlanılması zamanı hər hansı zoonoz xəstəlik olarsa əhali üçün təhlükə mənb əyi olduğundan, tikinti işlərindən əvvəl torpaq sahəsi ayrılmadığından və tövlənin tikintiyə əsas verən sənədi olmadığından tərəfimizdən müsbət rəy bildirilməsi məqsədəmüvafiq hesab olunmur. Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X6 tərəfindən kollegiyanın sorğusuna cavab olaraq göndərilmiş 23 noyabr 2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı həyətinə baxış keçirililərkən orada tövlənin mövcud olması müəyyən edilmiş, lakin tövlədə heyvan izləri və tullantıları aşkarlanmamışdır. Mövcud qanunvericiliyə əsasən 100 m²-dan artıq tövlələr, heyvandarlıq fermaları, peyin anbarları, baytarlıq izolyatorları kənd yaşayış yerlərindən ən azı 200-250 metr aralıqda olmalıdır. Sanitar gigiyenik normalara görə yaxınlıqdakı yaşayış evləri və məktəbi nəzərə alaraq normadan artıq sayda heyvan saxl anılması məqsədə uyğun deyil. Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərəfindən kollegiyanın müvafiq sorğularına cavab olaraq təqdim edilmiş 8 oktyabr 2024-cü il tarixli və 14 yanvar 2025-ci il tarixli müşayiət məktubları ilə birlikdə təqdim edilmiş mütəxəssis rəylərində göstərilmişdir ki, Babək rayonu Naxışnərgiz kəndində yerləşən, İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahələrində ölçmə-dəqiqləşdirmə işləri aparılmışdır. Ölçmə-dəqiqləşdirmə zamanı İddiaçı mülkiyyətində olan 2754 m² torpaq sahəsinə bitişik, bələdiyyə mülkiyyətinə aid 235 m² torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Həmin ərazinin 179 m² hissəsində tövlə binasının, 25 m² hissəsində yardımçı tikililərin yerləşdiyi, 31 m² hissəsinin isə boş ərazi olduğu aşkar edilmişdir. Mübahisə predmeti ol an ərazi bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid qeyri-qanuni istifadə edilən geri qaytarılması mümkün olmayan torpaq sahəsidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu maddəsinə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlər inin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdi yi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən Əsasnamənin 11-ci, 14-21-ci, 23-сü, 24-cü, 25-ci, 25-1-ci və 27ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbləri nəzərə alınmaqla Babək rayonu, Naxışnərgiz kəndində yerləşən, İddiaçı istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi Naxışnərgiz bələdiyyəsinin qərarı əsasında mülkiyyətə və ya icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublika sının Qanunu: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 3.0. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır: 3.0.3. torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Ma ddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin x üsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qay dada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47.1. Torpaq üzə rində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zol aqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56.6. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiy yənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 04 avqust tarixli, 176 nömrəli Fərmanı: 2.Müəyyən edilsin ki: 2.3-1. həmin Məcəllənin 56-cı maddəsinin 6-cı hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsəd inə uyğun olaraq), Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; Kollegiya qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxili ndə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək və müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək kimi səlahiyyətləri müəyyən edilmişdir. Müvafiq qanundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi bələdiyyənin diskresion səlahiyyətinə aiddir. Bununla belə, inzibati orqan, yəni bələdiyyə diskresion səlahiyyətini yuxarıda istinad olunan qanunların məqsədləri və həmin səlahiyyətin hüdudları çərçivəsində həyata keçirməyə borcludur. Kollegiya həmçin in qeyd edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Kollegiya iddia ərizəsini və işin hallarını əlaqəli şəkildə müzakirə edərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçının h üquqi marağı və məqsədi Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 il müddətinə onun icarəsinə verilməsinə nail olmaqdan ibarətdir.İddiaçının tələbi məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı tələbinin əsası kimi həmin ərazidə 1982-ci ildə tövlə inşa etməsinə və 40 ildir həmin tövlənin istifadəsində olmasına istinad edir. Cavabdehin imtinasının dəlillərinə görə, həmin ərazi ümumi istifadədə olan torpaq sahəsidir, iddiaçı tərəfindən qanunsuz zəbt olunmuşdur və həmin ərazinin ümumi istifadəyə qaytarılması barədə cavabdeh tərəfindən Babək rayon Məhkəməsində iddia qaldırılmışdır. Bundan əlavə, həmçinin sözügedən ərazinin Babək rayon Naxışnərgiz kənd orta məktəbinin 30-40 metrliyində yerləşdiyi, bunun ekoloji və gigiyena qaydaları baxımından tamamilə qanunsuz olduğu bildirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə
73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı (-) 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edi ldikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 73.2 və 73.3.3-cü maddələrinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə inzibati icraat aparmaqla iddiaçının müraciətinin yenidən araşdırılması barədə öhdəlik qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan in zibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə
28. İnziba ti icraatın başlanılması üçün əsaslar: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; Maddə
58. İnzibati akta dair ümumi tələblər: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göstərilən hüquq normalarının tələblərini nəzərə alan kollegiya qeyd edir ki, iddiaçının Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi barədə müraciətinə baxarkən cavabdeh Babək rayon Naxışnərgiz Bələd iyyəsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmamış, icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükənmədiyi üçün birinci instansiya məhkəməsinin qərarı prosessual hüquq normalarının pozulması əsası ilə ləğv edilməli, inzibati icraatla bağlı tələblərə riayət edilərək məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Babək rayon Qahab Bələdiyyəsinin üzərinə qoyulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 73, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraa lır: Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Babək rayon Qahab Bələdiyyəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, İddiaçı mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi ilə bağlı müraciətinin yenidən araşdırılması öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naхçıvan Muхtar R espublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.