Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-50/2024 23.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13. ay əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 2017-2020-ci illərdə 13. əmək haqlarından əsassız t utulan 25% miqdarındakı ödənişlərin verilməsinin qarşı tərəfin üzərinə öhdəliyin qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13. ay əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 2017-2020-ci illərdə 13. əmək haqlarından əsassız tutulan 25% miqdarındakı ödənişlərin verilməsinin qarşı tərəfin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 21(122)-745/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13. ay əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 2017-2020-ci illərdə 13. əmək haqlarından əsassız tutulan 25% miqdarındakı ödənişlərin verilməsinin qarşı tərəfin üzərinə öhdəliyin qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 21(122)-745/2024 nömrəli qərardadından narazı qalan İddiaçı 17 mart 2024-cü il tarixli apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək NMR İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-l(122)- 745/2024 saylı qərardadının ləğv edilərək məhkəmə prosesinin başlanmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, 2021- ci ilin noyabr ayında n etibarən xəstə olmuş və xəstəliyi xx.xx.2022-cil tarixində daha da kəskinləşmişdir. Bundan sonra səhhəti ilə əlaqədar xidməti vəzifələrini tam icra edə bilməmiş və 1 ayın içində ona 11 şiddətli töhmət verilmiş, rütbəsi bir pillə endirilmiş və AR Müdafiə Nazirliyinin 0698 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. AR MN MHHK verdiyi şəhadətnamə, Nax.MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi iddianın tam təmin olunmasını göstərən xx.xx.2023-cü il tarixli 2-l(122)-36/2023 nömrəli qərardadını və N hərbi hissənin xx.xx.2023cü il tarixli 2119 nömrəli müvafiq arayışını rəhbər tutaraq Nax.MR İnzibati Məhkəməsinə müraciət etmiş, ilk əvvəl AR MN-ə müraciət etməli olduğu daha sonra məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixində məktubla (göndəriş nömrəsi 4* *******) müraciət etmiş, lakin heç bir cavab verilməmişdir. İnzibati Məhkəmə xx.xx.2024-cü il tarixində mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası təyin etmişdir. Məhkəmə iclasında açıqca inzibati orqana (AR MN-ə) müraciət etdiyini bildirdiyi halda və qəbzini göstərməyinə baxmayaraq mümkünsüz hesab olunması ilə bağlı qərardad qəbul etmişdir. Nax.MR İnzibati Məhkəməsinin qərardadında “AR Müdafiə Nazirliyinə müraciət etmədiyi” qeyd olunur, lakin müraciət etməyi ilə bağlı məhkəmə iclasında müraciətinin qəbzini göstərmiş, lakin məhkəmə iclasınadək hər hansı bir cavab verilmədiyi üçün cavab məktubu təqdim edə bilməmişdir. AR qanunvericiliyinə əsasən inzibati aktın ləğv edilərək digər inzibati akt ilə əvəz olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququ qeyd edilib və əgər inzibati a kt ləğv edilərək yeni inzibati akt qəbul edildikdə hüquqi statusun dəyişməsi ilə bağlı öhdəliklər də eyni iddiada qeyd edilə bilər (İPM 37 maddə). Bununla bağlı qanunvericilikdə hər hansı bir qadağa yoxdur. Məhkəmə prosesi zamanı iddia müddəti ilə bağlı isə yeni sübutun (AR MN MHHK-ın 10822 nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnaməsi) Nax.MR Ali Məhkəməsinin prosesi zamanı ortaya çıxdığı və qarşı tərəfin də həmin sübutla razılaşaraq barışıq sazişi bağladığı və Nax.MR Ali Məhkəməsinin aktında qeyd edildiyi üçün iddia müddəti həmin aktın ona təqdim edildiyi müddətdən hesablanmalıdır. Həmçinin iddiaçı şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 37-ci maddələrinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli qərarına istinad etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək, izahatında iddia tələbində əsas hüquqi marağının Azərbaycan Respubliksası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin ləğv edilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqla rının bərpası olunmasını qeyd edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrəli qərardadının ləğv edilməklə iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iddiaçının izahatını dinləyərək inzibati işin materiallarını araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı o lmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gələrkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununda iddia tələbinin aydın ifadə olunmamasına, belə olan halda məhkəmə tərəfindən iddianın növünü, iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etməyin mümkün olmamasına, həmçinin iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hazırki iddia tələbinə dair edilmiş müraciət və cavabdeh orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun iddia ərizəsinə əlavə edilməməsinə, belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğ unu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etməyin mümkün olmamasına əsaslanmışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad i Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 yanvar 2017-ci il tarixli qərarında göstərilmişdir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (Konstitusiyanın 60-cı maddəsinin İV hissəsi).İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan m əhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur... Konstitusiy a Məhkəməsinin Plenumu hesab etmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər. Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırm ış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzulad ığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadında iddianın mümkün sayılmaması nəticəsinə gələrkən həmçinin iddia tələbinin aydın ifadə olunmadığını qeyd etsə də, şikayət üzrə inz ibati işin hallarından və İddiaçı kollegiyada verdiyi izahatından aydın olur ki, iddiaçı ilk növbədə Azərbaycan Respubliksası Müdafiə Nazirliyinin xx.xx.2022ci il tarixli, 0698 nömrəli əmrini mübahisələndirir və iddiaçının əsas hüquqi marağı qeyd edilən əmrin ləğv olunması və müvafiq əmrin qəbulu nəticəsində iddia etdiyi pozulmuş hüquqlarının bərpasıdır. Birinci instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsinin digər əsası kimi iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrini mübahisələndirməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl inzibati orqana müraciət etməməsi barədə gəldiyi nəticəyə münasibətdə kollegiya bildirir ki, qanunvericilikdə iddiaçının inzibati aktın ləğv edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etməsi zəruri şərt kimi n əzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məhkəmənin yardım etmək vəzifəsini müəyyən edən 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəb ul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrəli qərardadı ləğv edilməli və inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məc əlləsinin 80.3, 81.1,87.9,90.2-cu maddələrini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13. ay əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 2017-2020-ci illərdə 13. əmək haqlarından əsassız tutulan 25% miqdarındakı ödənişlərin verilməsinin qarşı tərəfin üzərinə öhdəliyin qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 21(122)-745/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13. ay əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 2017-2020-ci illərdə 13. əmək haqlarından əsassız tutulan 25% miqdarındakı ödənişlərin v erilməsinin qarşı tərəfin üzərinə öhdəliyin qoyulması tələbi”nə dair inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-50/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-50/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver