Məhkəmə qərarları › İş №2-1(108)-51/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-51/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-51/2024 08.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), X10 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 21(122)-5/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, ona 1984-cü ildən 1992-ci illərədək, 1998-ci ildən 2000-ci illərədək Naxçıvan Tikinti Materialları Kombinatında elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrlər, ümumilikdə 10 illik əmək stajı hesablanmaqla, 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmə k pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxmış Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 27 fevral 2024-cü il tarixli, 2-1(122)-5/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il, 19 gün) müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək (4 ay, 10 gün) Naxçıvan Tikinti Materialları Kombinatında kərpic sexində mühafi zəçi, xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək (20 il, 2 ay, 29 gün) Naxçıvan Tikinti X4 əl ilə elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində 3-cü dərəcəli fəhlə, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində əl ilə elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsində 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarı ilə iddiaçının güzəştli şərtlərlə iş stajının 15 il, 8 ay olduğu təsdiq olunmuş, lakin tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il sığorta stajı olmadığı üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi sığorta stajına malik olduğundan cavabdeh təşkilatın imtina qərarı əsassızdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instan siya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə tam öz təsdiqini tapmamışdır. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi iş stajı yetərli deyildir. Güzəştli iş stajı barədə isə iddiaçı tərəfindən arayış təqdim edilməmişdir. Lakin qeyd edilənləri nəzərə almamış birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar ( faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İşdə olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin 30 sentyabr 2021-ci il tarixli, 340 nömrəli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı 17 noyabr 1980-ci il tarixdən 06 dekabr 1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Naxçıvan Tikinti Materialları Kombinatında mühafizəçi, xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Tikinti X4 müxtəlif dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində 3-cü dərəcəli fəhlə, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində qaynaqçı vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsində 4-cü dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. İşdə olan “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 06 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarından görünür ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin şərtləri daxilində tələb olunan ümumi 25 il siğorta stajı olmadığı və ya pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona yaşa görə əmək pensiyası təy in edilməsindən imtina edilməsi qərara alınmışdır. İşdə olan “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş 08 fevral 2023-cü il tarixli iddiaya etirazında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsinin 30 sentyabr 2021-ci il tarixli, 340 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il, 19 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı təqdim etdiyi 13 iyul 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək (4 ay, 10 gün) Na xçıvan Tikinti Materialları Kombinatının kərpic sexində mühafizəçi, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il, 2 ay) həmin kombinatda 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (1 il, 7 ay, 17 gün) Naxçıvan Aqrotikinti idarəsində qaynaqçı, xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək (14 il, 4 ay, 13 gün) Naxçıvan Təsərrüfatlararası 1 nömrəli Tikinti Trestinin ixtisaslaşdırılmış mexaniki səyyar dəstəsində qaynaqçı vəzifələrində işləmişdir. Beləliklə iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət illəri də daxil olmaqla ümumi iş stajı 20 il, 4 ay, 4 gün, xüsusi iş stajı isə 17 il, 11 ay, 5 gün müəyyən olunmuşdur. Lakin arxiv arayışlarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il, 4 ay, 4 gün ümumi iş stajı 8 il, 5 ay, 15 gündən azalaraq 11 il, 10 ay, 19 gün, xüsusi iş stajı 17 il, 11 ay, 5 gündən 8 il, 1 ay, 5 gün azalaraq, 9 il, 10 ay müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 3 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (5 ay, 29 gün) həmin cəmiyyətdə qaynaqçı vəzifəsində işləmişdir. Əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək (2 il, 5 ay) Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində fəhlə, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək (7 il, 3 ay) və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (1 il, 4 ay) qaynaqçı vəzifəsində işləmişdi r. Nəticədə iddiaçının xx.xx.2006-cı il tarixdən sonra 11 il, 6 ay, 5 gün ümumi, 9 il, 1 ay, 5 gün xüsusi iş stajı olmuşdur. Lakin X2 (MİS) olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi iş stajı 11 il, 6 ay, 5 gündən 3 il, 11 ay, 5 gün azalaraq 7 il, 7 ay, xüsusi iş stajı isə 9 il, 1 ay, 5 gündən 3 il, 3 ay, 5 gün azalaraq 5 il, 10 ay müəyyən olunmuşdur. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 28 dekabr 2022-ci il tarixli, 3487 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2008ci il tarixdən xx.xx.2021-ci il tarixə pensiya hüququnun yarandığı tarixədək 07 il, 07 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 11344,38 manat pensiya kapitalı vardır. İşdə olan “Naxçıvan Muxtar Respublik asının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş cədvəldən İddiaçı 2008-ci il üzrə 1 ay, 2012-ci il üzrə 11 ay, 2013-cü il üzrə 12 ay, 2014-cü il üzrə 10 ay, 2015-ci il üzrə 5 ay, 2016-cı il üzrə 8 ay, 2017-ci il üzrə 10 ay, 2018-ci il üzrə 10 ay, 2019-cu il üzrə 7 ay, 2020-ci il üzrə 9 ay, 2021-ci il üzrə 8 ay, ümumilikdə 7 il 7 ay məcburi dövlət sosial sığorta haqqı ödənişləri olduğu müəyyən olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 21 iyun 2023-cü il tarixli, 13/1063 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Naxçıvan Tikinti Materialları Kombinatında işlədiyi dövrdə 1992-ci ilin avqust ayı istisna olmaqla qalan aylarında, 1993-cü ilin yanvar, iyul və dekabr ayları istisna olmaqla qalan aylarında, 1994-cü ilin sentyabr və oktyabr ayları ist isna olmaqla qalan aylarında, 1995-ci ilin ilk yeddi ayında, 1998-ci ilin aprel ayında əmək haqqı almış, 1996-1997-ci illərin məlumatlarında adına rast gəlinməmişdir. 1998-ci ildən yuxarı illərə dair əmək haqqı kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 21 iyun 2023-cü il tarixli, 13/1063 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 29 nömrəli əmrlə Naxçıvan Tikinti Materialları Kombinatına İİİ dərəcəli “suvarşik” vəzifəsinə qəbul edilməsi, xx.xx.1986-cı il tarixli 51 k nömrəli əmrlə işdən azad edilməsi, xx.xx.1987-ci il tarixli, 138 k nömrəli əmrlə İİ dərəcəli “betonçu” vəzi fəsinə qəbul edilməsi, xx.xx.1988-ci il tarixli 112 k nömrəli əmrə əsasən adları göstərilən siyahıda fəhlə və qulluqçuların xx.xx.1988-ci il tarixdən tutduqları vəzifələrdən azad olunaraq “Dostluq” Tikinti Materialları İstehsalı Kooperativinin sərəncamına göndərilmələri, həmin siyahıda vətəndaşın adının olması və İV dərəcəli “armaturçu” vəzifəsində çalışması, xx.xx.1989-cu il tarixli, 03 k nömrəli əmrlə xx.xx.1989-cu il tarixli əmrə əsasən “Dostluq” Tikinti Materialları İstehsalı Kooperativi ləğv olunduğu üçün adları göstərilən fəhlə və qulluqçuların TMİ kombinatının sərəncamına verilməsi göstərilmişdir. Naxçıvan Tikinti Materialları Kombinatının TMİ kombinatı üzrə xx.xx.1990-cı il tarixli, 31 nömrəli əmrinə əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək növbəti əmək məzuniyyə tinə buraxılması, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək işdə hesab olunması və vəzifəsinin “qaynaqçı” olaraq göstərilməsi, xx.xx.1994-cü il tarixli, 48 nömrəli əmrlə dəmir-beton sexinin qaynaqçısı olaraq 1991-1992-ci illərdə əmək məzuniyyətinə buraxılması, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işdə hesab olunması, xx.xx.1995-ci il tarixli 23 nömrəli əmrlə mükafat alması əmr kitablarında göstərilmişdir. 1996-1998-ci illərə dair əmr kitablarında əmək məzuniyyətinə buraxılması və işdən azad olunması haqqında hər hansı bir məlumata rast gəlinməmişdir. 1998-ci ildən yuxarı illərə dair əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi tərəf indən məhkəmə sorğusuna verilmiş 23 may 2024-cü il tarixli, 32 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 07 yanvar 2021-ci il tarixli, 05 saylı qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti idarəsi ləğv edilmişdir. Ləğv edilən idarə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsinə birləşdirilməsinə baxmayaraq, Naxçıvan şəhər idarəsinə təhvil-təslim vaxtı heç bir mühasibat sənədləri, əmək müqaviləsi və digər kargüzarlıq sənədləri təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş 17 iyul 2024-cü il tarixli, 44 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Naxçıvan şəhər idarəsinə 01 mart 2021-ci il tarixli, 10 saylı əmri ilə Vİ dərəcəli qaynaqçı qəbul edilmişdir və 01 sentyabr 2022-ci il tarixli, 64 saylı əmri ilə işdən azad olunmuşdur. İddiaçı Naxçıvan şəhər idarəsində işlədiyi dövrlərdə idarənin balansında olan qum-çınqıl karxanasında açıq hava şəraitində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsinin 01 mart 2021-ci il tarixli 10 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı 01 mart 2021-ci il tarixdən Vİ dərəcəli qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi ilə İddiaçı arasında bağlanmış 01 mart 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində Vİ dərəcəli qaynaqçı vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşçinin əmək funksiyası tikinti obyektində qaynaq işlərinin yerinə yetirilməsindən ibarət olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsinin 01 sentyabr 2022-ci il tarixli, 64 saylı əmrindən görünür ki, İddiaçı 01 sentyabr 2022-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən mə hkəmə sorğusuna verilmiş 04 iyun 2024-cü il tarixli, 3-17-9-1/24854/2024 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun ümumi iş stajı 25 il, xüsusi iş stajı 12 il, 06 ay və fərdi hesabın sığorta hissəsində (xx.xx.2006-cı ilədək olan staj pensiya kapitalına çevrilməsi şərtilə) 40800 manat pensiya kapitalı mövcud olmalıdır. Vətəndaşın hüququ yaranan tarixə təsdiq olunan ümumi iş stajı 19 il, 05 ay, 19 gün, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 27451,01 manat təşkil edir. Şəxsə pensiya təyin edilməsi üçün xx.xx.2021-ci il tarixinə qədər əlavə 05 il, 06 ay, 11 gün ümumi iş stajı və 13348,99 manat pensiya kapitalı mövcud olmalıdır. “Naxçıvan Muxtar Respublikasının D övlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən məhkəmə sorğusuna verilmiş 28 iyun 2024-cü il tarixli 3-17-9-1/25915/2024 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 60 yaşının tamam olduğu 30 sentyabr 2021-ci il tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən vətəndaşın 30 sentyabr 2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). İddiaçının 60 yaşı tamam olduğu tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıs ı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, 530VİQD qeydiyyat nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resp ublikasının Qanununda dəyişiklik edilməsi barədə həmin Qanunun 2.1-ci maddəsində (keçid müddəada) qeyd edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Dəyişiklikdən sonra qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri n) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əmək kitabçasına və işdə olan digər sənədlərə istinad edərək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunun güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajının olma dığını, həmçinin yetərli pensiya kapitalının olmadığını əsas gətirərək ona imtina cavabı vermişdir. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddəyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 60 yaşı olmalı, həmçinin o 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsa latların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə işlərdə çalışmalıdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsaslarından biri ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdeh inzibati orqanın 28 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-5915/2024 nömrəli məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu 30 sentyabr 2021-ci il tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiya sının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən vətəndaşın 30 sentyabr 2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Həmçinin cavabdeh inzibati orqan sığortaolunanın məlumatları əsasında fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının hesabatını həyata keçirmiş və məlumatları məhkəməyə təqdim etmişdir. İşdə olan sübutlarla müəyyən edilir ki, İddiaçı 60 yaşının tamam olduğu 30 sentyabr 2021-ci il tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2022-ci il tarixdə dəyişiklik edilmiş və həmin dəyişiklik 29 iyun 2022- ci il tarixdə qüvvəyə minmişdir. Həmin dəyişikliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərli pensiya kapitalının olması tələbi aradan qaldırılmışdır. Belə olan halda iddiaçının 29 iyun 2022-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajının olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən ümumi olaraq düz nəticəyə gəlsədə, iddiaçının ümumi və güzəştli iş stajını, işlədiyi iş yerlərini, iş yerləri üzrə müddətləri, tam dəqiqliklə nə qədər ümumi və güzəştli iş stajının olmasını, konkret olaraq cavabdeh inzibati orqanın iddiaçının hansı dövrlərdə işlədiyi ümumi və güzəştli iş stajını qəbul etməmələrini, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qunun hansı əsaslarla hansı tarixdən yarandığını tam dolğun araşdırmamışdır. İddiaçı qeyd edir ki, o xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il, 19 gün) müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək (4 ay, 10 gün) Naxçıvan Tikinti Materialları Kombinatında kərpic sexində mühafizəçi, xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək (20 il, 2 ay, 29 gün) Naxçıvan Tikinti X4 əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində 3cü dərəcəli fəhlə, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2021-ci il tarixdə n xx.xx.2022-ci il tarixədək isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsində 4-cü dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Onun xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi eyni müəssisə daxilində iş yerinin müxtəlif vaxtlarda yerdəyişmələri olsada, müəssisənin adında qismən dəyişikliklər olsada, o həmin dövrlərdə eyni müəssisə olaraq Naxçıvan Tikinti X4 (sonuncu adı Sənaye Tikinti Kombinatı) əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Qeyd edilənlər işdə olan sənədlərlə öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan stajına və xx.xx.2006-cı il tarixdən sonrakı stajına ayrı-ayrı olaraq qiymət verilməlidir. İşdə olan sənədlərlə iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il, 7 ay, 27 gün ümumi stajı müəyyən edilir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Tikinti X4 işlədiyi dövrün arxiv məlumatları olmayan hissəsini staja daxil etmir və həmin hissənin nəzərə alınmadığı təqdirdə ümumi stajının yetərli olmadığını bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Tikinti X4 işləməsi iddiaçıya məxsus əmək kitabçası, əmək kitabçasında olan işə girmə, iş yerinin dəyişdirilməsi, işdən çıxma barədə əmrlərlə öz təsdiqini tapır. Müəyyən dövrlərlə bağlı müəssisənin arxiv sənədlərinin olmaması, müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi işçinin hüquqlarının pozulması ilə nəticələnə bilm əz. Məhkəmə kollegiyası tərəfindən apellyasiya icraatı çərçivəsində mübahisəli məqamlara aydınlıq gətirilməsi məqsədilə müvafiq orqanlara sorğular verilmiş və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən məlumatlar və sübutlar əldə edilmişdir. Sorğular əsasında əldə edilmiş Naxçıvan Tikinti Materialları İstehsalı Kombinatına məxsus sənədlər ilə həmin müəssisədə işləmiş şəxslər müəyyən edilərək şahid qismində məhkəmə iclasına dəvət olunmuşdur. Tikinti Materialları İstehsalı Kombinatının 26 aprel 1995-ci il tarixli, 23 nömrəli əmrinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, kombinatın kollektivi bütün səy və bacarığını sərf edərək aprel ayında nəzərdə tutulan tapşırıqları artıqlaması ilə həyata keçirmişdir. Bunları nəzərə alaraq idarənin mənfəəti hesabına bəzi işçilərə, o cümlədən Elman H əsənov və Mamed Süleymanova mükafat verilməsi qərara alınmışdır. Naxçıvan Tikinti Materialları İstehsalı Kombinatının 06 yanvar 1997-ci il tarixli, 2 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, əsas vəsaitlərin kombinatın balansından silinməsi üçün daimi komissiya yaradılması nəzərə alınaraq, uzun müddət istismar olunmuş, istifadə edilmə və istismar müddətini başa vurmuş, bərpa edilməsi qeyri- rentabelli olan əsas vəsaitlərə baxış keçirilməsi üçün 1997-ci il ərzində baş mühəndis Oktay Əliyev (sədr), baş mühasib Vəli Nabatov, baş mexanik Şəmsəddin Kərimov, PİŞ rəisi Cəfər İsmayılov, sex ustaları Lətif Qasımov, Həşim Nuruyev və Arif Seyidovdan ibarət komissiya yaradılmış, silinməsi lazım olan əsas vəsaitlər üçün müvafiq aktlar tərtib edib rəhbərliyə təqdim edilməsi həmin komissiy aya tapşırılmışdır. Sənaye Tikinti Kombinatının 21 dekabr 1998-ci il tarixdə təsdiq edilmiş nizamnaməsinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Naxçıvan Sənaye Tikinti Kombinatı Naxçıvan Tikinti Materialları İstehsalı Şirkətinin bazasında yaradılmış və onların hüquqi varisidir. Müəssisənin təsisçiləri və müəssisə əmlakının mülkiyyətçiləri sırasında həmçinin X7, X12, X15, X11 da adları qeyd olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən 18 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, 1985-ci ildən Naxçıvan Tikinti Materialları Kombinatında işləmişdir. 1998-ci ildə işdən çıxmışdır. 21 may 1997-ci ildə kombinatı Seyidov X19 icarəyə götürmüşdür. 1998-ci ilin aprel ayına kimi onunla birlikdə işləmişdir. O, işlədiyi dö vrdə İddiaçı həmin müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləyirdi. O, işdən çıxan zaman Seyidov X19 rəhbər idi. Məhkəmə kollegiyası tərəfindən 18 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, 1980-ci ildən Naxçıvan Tikinti X4 avtobus sürücüsü işləmişdir. Əvvəllər müəssisənin adı sovxozlararası tikinti idarəsi adlanırdı. İddiaçı həmin kombinatda əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləyirdi. İddiaçı 1980-ci illərdə həmin müəssisəyə gəlib, 2004-2005-ci illərə qədər həmin kombinatda əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir. İddiaçı müəssisədə panellərin, blokların, bardurların karkaslarını hazırlayırdı. Rəhbər Seyidov X19 idi. X23 rəhbər oldu. 2006-cı ildə müəssisəni onlardan aldılar, onlar ı da həmin müəssisəyə qoymadılar. Həmin müəssisənin inzibati binası 2008-ci ildə sökülüb. O, oraya gedən zaman müəssisənin bütün sənədlərini dağıtmışdılar. O da təkcə əmək kitabçalarını götürə bilmişdir. Bəzi işcilərin əmək kitabçalarını özlərinə vermişdir. Amma bəzi əmək kitabçaları hələ də ondadır. Məhkəmə kollegiyası tərəfindən 18 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, o, 1986-cı ildən Naxçıvan Tikinti X4 iddiaçı ilə birlikdə işləmişdir. 1986-cı ildən 2000-ci ilə kimi işləməyi əmək kitabçasında qeyd olunmuşdur. O, armaturçu işləyirdi. 2000-ci ildə işdən çıxmışdır. İddiaçı ondan əvvəldə işləyirdi. İddiaçı əl ilə qaynaq aparan elektrik qaynaqçısı idi. O, çıxan zaman iddiaçı orada işləyirdi. Müəssisənin rəhbəri X3 0 idi. X23 rəhbər oldu. Naxçıvan Tikinti X4 işləmiş şahidlər iddiaçının onlarla bərabər həmin müəssisədə işlədiyini, əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsini icra etdiyini bildirirlər. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra stajı əmək kitabçasına və digər sənədlərə əsasən çox olsa da, yalnız sosial sığorta ödənişləri həyata keçirilmiş dövrlər ümumi, həmçinin güzəştli iş stajına daxil edilə bilər. X1 məlumatlara əsasən iddiaçının xx.xx.2006cı il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi iş stajı 7 il, 7 ay, xüsusi iş stajı isə 5 il, 10 ay müəyyən olunmuşdur. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il, 7 ay, 27 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 7 il, 7 ay, cəmi 30 il, 2 ay, 27 gün ümumi iş stajı müəyyən olunmuşdur. Cavabdeh inzibati orqan im tina qərarında, iddia ərizəsinə etirazında və apellyasiya şikayətində iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olduğunu qeyd edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində həmçinin iddiaçı tərəfindən güzəştli iş stajı barədə arayışın təqdim edilmədiyini qeyd edir. İddiaçı qeyd edir ki, o xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək (20 il, 2 ay, 29 gün) Naxçıvan Tikinti X4, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Digər iki müəssisə hazırda fəaliyyət göstərmədiyindən güzəştli arayışı n verilməsi mümkün olmamış, lakin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi iddiaçının güzəştli işdə, yəni əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyini təsdiq edir. Digər iki müəssisə hazırda fəaliyyət göstərməsədə iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərdən görünür ki, iddiaçı hər iki müəssisədə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçı qeyd edir ki, o xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək (20 il, 2 ay, 29 gün) Naxçıvan Tikinti X4 əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçının həmin dövrdə elektrik qaynaqçısı vəzifəsində işləməsi ona məxsus əmək kitabçası ilə təsdiqlənir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi kombinata dair əmrlərdə (həmin əmrlərin təsdiq edilmiş surətləri işə əlavə edilmişdir) iddiaçının xx.xx.1987-ci il tarixədək elektrik qaynaqçısı vəzifəsində işlədiyi görünsədə, xx.xx.1987-ci il tarixli və xx.xx.1988-ci il tarixli əmrlərdə iddiaçının betonçu və armaturçu vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin kombinatın xx.xx.1989-cu il tarixli (ikinci cild, 186-cı vərəqədə) və sonrakı tarixlərdə olan əmrlərində iddiaçının qaynaqçı vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmçinin Naxçıvan Tikinti X4 işləmiş şahidlər iddiaçının həmin müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsini icra etdiyini bildirirlər. İddiaçının işlədiyi xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövr (2 il, 1 ay, 25 gün) güzəştli iş stajı kimi nəzərə alınmasa belə onun həmin kombinatda elektrik qaynaqçısı vəzifəsində işlədiyi 18 il, 1 ay, 2 gün güzəştli iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərlidir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra əmək kitabçasında xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd edilsədə, yalnız sosial sığorta ödənişləri həyata keçirilmiş dövrlər güzəştli iş stajına daxil edilə bilər. X1 məlumatlara əsasən iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli iş stajı 5 il, 10 ay müəyyən olunmuşdur. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 18 i l, 1 ay, 2 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il, 10 ay, cəmi 23 il, 11 ay, 2 gün güzəştli iş stajı müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, iddiaçının göstərilən illər üzrə işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndində (ümumi peşələr) “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur. Cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun inzibati icraat həyata keçirmədən ehtimallara əsaslanaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbində haqlıdır. Ona güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(122)-5/2024 nömrəli qərarı dəyişdirilməli, İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 21(122)-5/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar