Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-51/2025 25.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 21(122)-21/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı mərhum həyat yoldaşı X9 mülkiyyətinə verilmiş Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin və torpaq sahəsinin dəyəri olan 50000 (əlli min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X9 mülkiyyətinə verilmiş Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin və torpaq sahəsinin dəyəri olan 50000 (əlli min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 12 mart 2025-ci il tarixli, 2-1(122)-21/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Babək rayonu, Uzunoba gölü ətrafın da yerləşən sahəsi 600 kv.m. olan torpaq sahəsi 17 dekabr 1986-cı il tarixdə həyat yoldaşı X9 mülkiyyətinə verilmişdir. 1986-cı il tarixdə həmin torpaq sahəsində yaşayış evi tikilmişdir. Mərhum həyat yoldaşı X15 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Həmin yaşayış evi heç bir kompensasiya ödənilmədən sökülmüşdür. Bununla bağlı Cavabdehnə müraciət etmişdir. Ərizəsinə cavab olaraq Cavabdehndə bununla bağlı heç bir sənədləşmə olmadığı bildirilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ümumi əsaslarla apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edil məsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası mər uzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlü yü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qan unvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşdə olan iddia ərizəsinə əlavə edilmiş orderdən görünür ki, Naxçıvan şəhər XDS İK-nın xx.xx.1986-cı il tarixli 503 nömrəli qərarı ilə X11 bağ üçün Uzuno ba gölü ətrafındakı ərazidən 100 nömrəli 600 kv.m. torpaq sahəsi verilmişdir. İşdə olan iddia ərizəsinə əlavə edilmiş sxemdən görünür ki, evin sxemi hazırlanmışdır. İşdə olan Naxçıvan MSSR Nazirlər Sovetinin “Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılığın təşkili üçün Naxçıvan şəhər XDS İcrayyə Komitəsinin istifadəsinə torpaq sahəsi ayrılması haqqında” Naxçıvan MSSR Nazirlər Sovetinin 1986-cı il 27 yanvar tarixli, 24 nömrəli qərarından görünür ki, Naxçıvan şəhər XDS İcrayyə Komitəsinə Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılığın təşkili üçün Babək rayonunun ərazisində yerləşən, lakin Şahbuz rayonundakı “XXİİ partiya qurultayı” sovxozunun istifadəsində olan qış otlaq sahəsindən 89,4 hektar torpaq sahəsi ayrılması qərara alınmış dır. İşdə olan Naxçıvan MSSR Nazirlər Sovetinin “Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılığın təşkili üçün Naxçıvan şəhər XDS İcrayyə Komitəsinin istifadəsinə torpaq sahəsi ayrılması haqqında” Naxçıvan MSSR Nazirlər Sovetinin 1986-cı il 27 yanvar tarixli, 24 nömrəli qərarında qismən dəyişiklik edilməsi haqqında xx.xx.1986-cı il tarixli, 231 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhər XDS İcrayyə Komitəsinə Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılığın təşkili üçün Babək rayonunun ərazisində olan “Uzunoba” gölünün şimal-qərbində Naxçıvan meşə idarəsinin istifadəsinə aid olan, lakin meşə idarəsi tərəfindən istifadə olunmayan 53,8 hektar, o cümlədən 29,3 hektar dinc, 24,5 hektar örüş sahəsinin, həmin rayonun ərazis indəki Babək adına sovxozun Sirab gölü yaxınlığından isə 15 hektar dincə qoyulan – cəmi 68,8 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Naxçıvan şəhər X7 İcrayyə Komitəsinin 17 dekabr 1986-cı il tarixli 25/503 nömrəli qərarının tərcümə olunmuş surətindən görünür ki, Naxçıvan MSSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 231 nömrəli qərarı ilə “Uzunoba” su anbarı ərazisində ayrılmış 53,8 hektar və “Sirab” su anbarı ərazisində ayrılmış 15 hektar torpaq sahələri bağçılıq tərəfdaşlığının tikintisi üçün ayrılmışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli 18 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhər İcra Hakimiyyəti başısının... “Uzunoba” və “Sirab” gölü ətrafında kollektiv bağçılığın təşkili üçün ayrılmış 93 hektar torpaq sahə sinin Babək rayon inzibati ərazisinə qaytarılması haqqında 2009-cu il 19 fevral tarixli 36 nömrəli sərəncamları təsdiq edilmiş və Naxçıvan MSSR Nazirlər Sovetinin “Naxçıvan şəhərində olan idarə, müəssisə və təşkilatlarda kollektiv bağçılığın təşkili üçün Naxçıvan şəhər XDS İcrayyə Komitəsinin istifadəsinə torpaq sahəsi ayrılması haqqında” Naxçıvan MSSR Nazirlər Sovetinin 1986-cı il 27 yanvar tarixli, 24 nömrəli qərarında qismən dəyişiklik edilməsi haqqında 1986-cı il 23 iyun tarixli, 231 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. İşdə olan Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının “Uzunoba” və “Sirab” gölü ətrafında kollektiv bağçılığın təşkili üçün ayrılmış 93 hektar torpaq sahəsinin Babək rayon inzibati ərazisinə qaytarılması haqqında 2009-cu il 19 fevral tarixli, 36 nömrəli sərən camın surətindən görünür ki, Naxçıvan MSSR Nazirlər Sovetinin 23 iyun 1986-cı il tarixli, 231 nömrəli qərarı ilə kollektiv bağçılığın təşkil olunması məqsədilə Naxçıvan şəhər XDS İcrayyə Komitəsinə ayrılmış “Uzunoba” və “Sirab” gölü ətrafında yerləşən 93 hektar torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmiş və Babək rayon İnzibati ərazisinə daxil edilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika xidmətinin məhkəmə sorğusuna verilmiş 30 may 2025-ci il tarixli 344/2025 nömrəli və Naxçıvan şəhər Elektrik şəbəkəsinin məhkəmə sorğusuna verilmiş 26 may 2025-ci il tarixli 183 nömrəli cavab məktublarından görünür ki, X9 Babək rayon Uzunoba gölü ətrafındakı evinə dair enerji təchizatı müəssisəsinin xidmətləri, elektrik enerjisi ilə təchiz edilməsi, abonent kimi qeydə al ınması ilə bağlı sənədlər qeydə alınmamış, heç bir müqavilə bağlanılmamışdır. İşdə olan Naxçıvan şəhər Sukanal idarəsinin məhkəmə sorğusuna verilmiş 11 iyun 2025-ci il tarixli, 3-53-3-2-26/2-103/2025 nömrəli və Babək su meliorasiya sistemlərinin istismarı şöbəsinin məhkəmə sorğusuna verilmiş 29 may 2025-ci il tarixli 101 nömrəli cavab məktublarından görünür ki, X9 və İddiaçı su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəyə görə müqavilələri barədə məlumatlar abonent bazasında mövcud deyil və su təchizatından, kanalizasiya müəssisəsinin xidmətlərindən, içməli su və ya suvarma suyundan istifadə etməmiş, X15 və ailə üzvləri abonent kimi qeydiyyatda deyildir. İşdə olan Naxçıvan Muxtar Respublikası Qaz İstismar xidmətinin məhkəmə sorğusuna verilmiş 17 iyun 2025-ci il tarixli 395/04 nömrəli və Babək rayon Qaz İstismarı idarəsinin məhkəmə sorğusuna verilmiş 05 iyun 2025-ci il tarixli 55 nömrəli cavab məktublarından görünür ki, Babək rayon Uzunoba gölü ətrafındakı ərazidə 1986-cı ildən etibarən X9 və onun ailə üzvlərinin qaz təchizatı müəssisəsinin xidmətlərindən istifadə edib-etməməsi barədə heç bir məlumat olmamış, abonent bazasında abonent kimi qeydə alınmamışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz əmlakın dövlət kadastrı və reyetri” publik hüquqi şəxsinin məhkəmə sorğusuna verilmiş 30 may 2025-ci il tarixli 04/288 nömrəli cavab məktubundan görünür ki, publik hüquqi şəxsin informasiya bazasında 1986cı ildə “Uzunoba” gölü ətrafında bağçılıq təsərrüfatının olub-olmaması barədə, həmçin in X9 və digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində məlumat mövcud deyil, Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının “Uzunoba” və “Sirab” gölü ətrafında kollektiv bağçılığın təşkili üçün ayrılmış 93 hektar torpaq sahəsinin Babək rayon inzibati ərazisinə qaytarılması haqqında 2009-cu il 19 fevral tarixli 36 nömrəli sərəncamın təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli 18 nömrəli qərarı ilə həmin torpaq sahələri üzərində istifadə hüququna xitam verilmiş və torpaq sahələri Babək rayonun inzibati ərazisinə qaytarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia subyektiv hüququn olmaması əsası ilə mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin və torpaq sahəsinin mərhum əri X9 mülkiyyətinə verildiyini iddia edərək həmin yaşayış evinə və torpaq sahəsinə görə müvafiq kompensasiya ödənilməsini tələb edir. İş materiallarına isə hüquq müəyyənedici sənəd qismində Naxçıvan Şəhər XDS İK-nın 17 dekabr 1986-cı il tarixli, 503 nömrəli qərarı ilə X11 bağ üçün Uzunoba gölü ətrafındakı ərazidən 600 kv.m. torpaq sahəsi verildiyini ifadə edən order əlavə edilmişdir. Məhkəmə tərəfindən iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququnun mövcudluğunun müəyyənləşdirilməsi üçün iddiaçının mərhum ərinin mübahisəli ev və torpaq sahəsi üzərində mülkiyyət hüqununun mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, məhkəmə tərəfindən bu istiqamətdə müvafiq araşdırma aparılmış, aidiyyəti orqanla ra sorğular verilmiş, iddiaçı tərəf məhkəmə tərəfindən aparılmış prosessual hərəkətlər barədə məlumatlandırılmışdır. Belə ki, iddia tələbinin məzmununda Babək rayonu, Uzunoba gölü ətrafında yerləşmiş yaşayış evinin mövcudluğundan bəhs edilsə də, bu barədə hər hansı sübut iş materiallarına əlavə edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da ortaya çıxmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş əsas hüquq müəyyənedici sənəd order olsa da, orderin verilməsinə əsas olmuş inzibati akt araşdırılarkən aydın olmuşdur ki, həmin inzibati akt və onun əsasında qəbul edilmiş sonrakı inzibati aktlar hazırda qüvvədə deyildir. Belə ki, iddiaçının mərhum əri X11 Naxçıvan Şəhər XDS İK-nın 17 dekabr 1986-cı il tarixli, 503 nömrəli qərarı ilə 600 kv.m. torpaq sahəsi verilmiş, həmin qərarın v erilməsinə isə Naxçıvan MSSR Nazirlər Sovetinin 1986-cı il 27 yanvar tarixli, 24 nömrəli və Naxçıvan MSSR Nazirlər Sovetinin 23 iyun 1986-cı il tarixli, 231 nömrəli qərarları əsas olmuşdur. Torpaq sahələri uzun illər vətəndaşların istifadəsində olsa da, sonradan müvafiq araşdırmalar aparılmış, torpaq sahələrindən təyinatına uyğun istifadə edilmədiyi və uzun illər torpaq vergisinin ödənilmədiyi aşkarlanmışdır. Bundan sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli, 36 nömrəli sərəncamı ilə vətəndaşların 93 hektar torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmiş və Babək rayon inzibati ərazisinə daxil edilməsi qərara alınmışdır. Torpaqların bölüşdürülməsinə əsas olmuş Naxçıvan MSSR Nazirlər Sovetinin 23 iyun 1986-cı il tarixli, 231 nömrəli qərarı isə Naxçıv an Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli, 18 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin iddiaçının mərhum ərinə verilməsinə əsas olmuş inzibati akt 2009-cu il tarixdən artıq öz hüquqi qüvvəsini itirmişdir. Bu hal isə özlüyündə iddiaçının subyektiv hüquqa malik olması faktını istisna edir. İddiaçı mərhum ərinin həmin daşınmaz əmlaklar üzərində hüququnu təsdiq edən sübutları iş materiallarına əlavə etmədiyi kimi iddiaçı və onun vəkili əlavə hər hansı sübutunun və sənədinin olmadığını, mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdirlər. Bununla da, iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının müvafiq mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırkı iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İddiaçı qeyd edir ki, “Uzunoba” gölü ətrafındakı ərazidən mərhum əri X11 600 kv.m. torpaq sahəsi verilmiş, mərhum tərəfindən sağlığında torpaq sahəsində yaşayış evi tikilmiş və Cavabdeh tərəfindən 2009-cu ildə kompensasiya ödənilmədən həmin ev sökülmüşdür. İddiaçının tələbi mərhum ərinin mülkiyyətində olduğu iddia edilən yaşayış evinə və torpaq sahəsinə görə kompensasiya ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mərhum ərinin qeyd edilən torpaq sahəsində tikilisinin mövcud olması, həmin tikilinin mövcud olduğu təqdirdə hansı tarixdə, hansı qaydada tikilməsi, həmin torpaq sahəsi və tikilidən mərhumun və ailə üzvlərinin hansı qaydada istifadə etməsi, tikilinin mövcud olduğu təqdirdə onun cavabdeh tərəfindən sökülməsi barədə sübutlar təqdim etməmiş, məhkəmə araşdırması zamanı bu hallar müəyyən edilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi order və sxem qeyd edilən halları təsdiq etmir. İddiaçı tikilinin tikilməsi və mövcud olması barədə, həmin tikiliyə və torpaq sahəsinə hüququn qeydə alınması barədə hər hansı bir sübut təqdim edə bilmir. Məhkəmənin araşdırması və verdiyi sorğular nəticəsində iddiaçının, onun mərhum ərinin və ailə üzvlərinin həmin torpaq sahəsindən və mövcud olduğu təqdirdə tikilidən istifadə etmələri, həmçinin işıqdan, qazdan, sudan istifadə e tmələri müəyyən edilmir. Bundan əlavə qeyd edilən mübahisəli ərazidə yaradılmış bağçılıq təsərrüfatı ilə əlaqədar ayrılmış torpaq sahələrinin verilməsi üçün əsas olmuş Naxçıvan MSSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 231 nömrəli qərarı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli 18 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin “Uzunoba” və “Sirab” gölü ətrafında yerləşən 93 hektar torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmiş və həmin ərazilər Babək rayon inzibati ərazisinə daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli 18 nömrəli qərarı hal-hazırda hüquqi qüvvədədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının sözügedən torpaq sahəsinə və onun üzərində inş a edildiyini iddia etdiyi yaşayış evinə dair subyektiv hüququnun olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2025-c i il tarixli, 21(122)-21/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-51/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-51/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver