Məhkəmə qərarları › İş №2-1(108)-53/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-53/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-53/2024 13.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X20 və X15 ibarət tərkibdə, X16 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələ bi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-61/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək 1995-2000-ci illərdə Naxçıvan Filiz İdarəsində zaboyçu kimi işləməyinin müəyyən olunması, həmin illərin sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Naxçıvan MR İnzibati Məhkəməsi nə 27 sentyabr 2023-cü il tarixli ərizə təqdim edərək iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini, eyni zamanda iddia tələbinə “1995-2000-ci illərdə Naxçıvan Filiz İdarəsində zaboyçu kimi işlədiyi illərin sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)547/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə 02 noyabr 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə təqdim edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbini dəqiqləşdirərək, hazırki iddia tələbinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 21(122)-547/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)61/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 21(122)-61/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 08 aprel 2024-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1 (122)-61/2024 nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən verilmiş şikayətdə göstərilmişdr ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin heç bir hüquqi əsası yoxdur. 06 iyun 1963-cü il tarixdə anadan olmuş, Babək rayon, Zeynəddin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” pu blik hüquqi şəxsin Babək Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 22 may 2020-ci il tarixli, 74 nömrəli qərarına əsasən, 54 yaşı tamam olduğu 01 iyun 2017-ci il tarixdən etibarən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a" bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 01 nömrəli siyahısına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilən 07 mart 2020-cı il tarixli 13/288 və 16 noyabr 2021-ci il tarixli, 13/1284 nömrəli arayışlarda göstərilmiş qeydlərə əsasən, iddiaçı 05 yanvar 1990-cı il tarixli 01 nömrəli əmrlə Naxçıvan Filiz İdarəsinə “zoboyçu" qəbul edilmiş, 30 iyun 1997-ci il tarixli 35 nömrəl i əmrlə idarədə iş dayandığı üçün “satıcı” vəzifəsinə təyin olunmuş və 22 iyun 2000-ci il tarixli, 21 nömrəli əmrlə işdən azad edilmişdir. Verilən arxiv arayışılarına əsasən, 1995-2000-cı illərə dair sənədlər Arxiv İdarəsinə təhvil verilsə də, iddiaçının həmin illərdə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi qeyd edilmişdir. Qeyd olunan bütün bu qanunauyğunsuz hallara baxmayaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və tam əmək haqqı almadığı 05 yanvar 1990-cı il tarixdən 01 yanvar 2005-ci il tarixədək olan dövr iş stajı kimi nəzərə alınmışdır. İddiaçının əmək stajını təsdiq edən müvafiq əmək kitabçası yoxdur. Hazırki iş üzrə iddiaçının işləməsi barədə məlumatlar yalnız Dövlət Arxivi tərəfindən verilmiş arayışlarla məlum olmuşdur. İddiaçı tərəfindən güzə ştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayış da təqdim edilməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az, yəni 13 il 7 ay 18 gün və xüsusi iş stajı isə 10 ildən az, yəni 7 il 6 ay olduğu üçün onu pensiya işi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın qərarına əsasən ləğv edilmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün kifayət qədər ümumi iş stajı və iş yerindən güzəştli arayışı olmadığı üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh şikayətini hüquqi cəhətdən əsaslandırmaq məqsədilə “Vətəndaşların pensi ya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a" bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 16-cı və 17-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiyasının 127, 129, 149-cu maddələrinə, Azərbaycan Respublikası İPM-nin 35, 58.7, 81 və 87-ci maddələrinə istinad etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-61/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X17 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-61/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi h allarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasə n Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA seriya lı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 06 iyun 1963-cü il tarixdə doğulmuşdur. - X7 pensiya işindən aydın olur ki, Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 22 may 2020-ci il tarixli, 74 nömrəli qərarı ilə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq güzəşli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarından məlum olur ki, xx.xx.2020-ci il tarixdə 74 nömrəli qərara əsasən xx.xx.1963-cü il tarixdə Babək rayonu, Zeynəddin kəndində anadan olmuş, fakti ki olaraq orada yaşayan İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunsuz olaraq təyin edildiyi üçün ləğv edilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası SHXÇDX-nin Babək rayon idarəsi tərəfindən verilmiş 416 nömrəli 14 may 2020-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, istefada olan əsgər İddiaçı həqiqətən də 10 noyabr 1981-ci il tarixdən 09 dekabr 1983cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 aprel 2023-cü il tarixli, 03/156 nömrəli məktubdan aydın olur ki, Fondun Babək rayon şöbəsi tərəfindən 22 may 2020-ci il tarixdə 54 yaşının tamam olduğu 01 iyun 2017-ci il tarixdən əvvəllər qüv vədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı onun əmək stajını təsdiq edən sənədlərə baxılmış və məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən verilən 07 mart 2020-ci tarixli, 13/288 və 16 noyabr 2021-ci il tarixli, 13/1284 nömrəli arxiv arayışlarında göstərilmiş qeydlərə əsasən o, 5 yanvar 1990-cı il tarixli, 1 №-li əmrlə Naxçıvan Filiz İdarəsinə “zoboyçu” qəbul edilmiş, 30 iyun 1997-ci il tarixli, 35 №-li əmrlə iş dayandığı üçün “satıcı” vəzifəsinə təyin olunmuş və 22 iyun 2000-ci il tarixli, 21 №-li əmrlə işdən azad edilsə də, 1995-200 0-ci illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinmir. Qeyd olunan bütün bu qanunauyğunsuz hallara baxmayaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən qanunvericiliyin tələbləri pozulmuş və tam əmək haqqı almadığı 5 yanvar 1990-cı il tarixdən 1 yanvar 2005-ci il tarixədək olan dövr iş stajı kimi nəzərə alınmışdır. Onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi 13 il 7 ay 18 gün və xüsusi 7 il 6 ay sığorta stajı, tələb olunan ümumi 20 il və xüsusi 10 il sığorta stajından az olduğu üçün pensiya işi ləğv edilmişdir. Ümumilikdə ona 7529,69 manat artıq pul vəsaiti ödənilmişdir. Məlumat üçün bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd olun ur ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ-kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını zərərli və ağır olan işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək əmək pensiyası təyin edilməsini xahiş etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/288 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxiv İdarəsində mühafizə olunan Naxçıvan MSSR Kommunal Təsərrüfat Nazirliyinin Asfalt-Beton Zavodunun sənədlərinə baxdıqda müəyyən olmuşdur ki, İddiaçı xx.xx.1984-cü il tarixli 26 №-li əmrlə fəhlə olaraq işə qəbul edilməsi, xx.xx.1984-cü il tarixli 48 №-li əmrlə işdən azad edilməsi, xx.xx.1990-cı il tarixli 1 №-li əmrlə Naxçıvan Filizİdarəsinə (Duz Mədəninə) Zoboyçu qəbul edilməsi, xx.xx.2000-ci il tarixli 21№-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/1284 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxiv İdarəsində mühafizə olunan sənədlərə baxdıqda müəyyən olmuşdur ki, İddiaçı Naxçıvan MSSR Kommunal Təsərrüfat Nazirliyinin Asfalt-Beton Zavoduna xx.xx.1984-cü il tarixli 26 №-li əmrlə fəh lə olaraq işə qəbul edilməsi, xx.xx.1984-cü il tarixli 48 №-li əmrlə işdən azad edilməsi əmr kitabında göstərilmişdir. xx.xx.1990-cı il tarixli 1 №-li əmrlə Naxçıvan Filiz İdarəsinə (Duz Mədəninə) zoboyçu qəbul edilməsi, xx.xx.1995-ci il tarixli 46 №-li əmrlə 1994-1995-ci illərin məzuniyyətinə buraxılması, xx.xx.1997-ci il tarixli 35 №-li əmrlə işi dayandığı üçün “satıcı” təyin edilməsi, xx.xx.2000-ci il tarixli 21 №-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02/542 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Filiz İdarəsinin (X33) əmr kitabları 2009-cu ilə, əmək haqqı cədvəlləri 2005-ci ilə qədər Naxçıvan MR Dövlət Arxiv İdarəsində mühafizə edilir. 2004-2009-cu illərə dair əmr kitablarında X7 adına rast gəlinməmiş və işdən çıxması barədə heç bir məlumat yoxdur. - “B” seriyalı, 469165 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 oktyabr 1987-ci ildən 28 iyul 1988-ci ilə qədər X34 məktəbində təhsil almışdır. İddiaçı məhkəmə iclasındakı izahatında işlədiyi X30 xatırlamadığı vaxtda baş vermiş yanğın nəticəsində əmək kitabçasının yanmasını göstərdiyindən bununla əlaqədar verilmiş sorğuya cavab olaraq alınmış arxiv arayışında Naxçıvan Filiz İdarəsində çilingərlərin otağında yanğın hadisəsinin olmasından başqa orada sənədlərin yanması ilə əlaqədar rəsmi məlumatın olmaması göstərilmişdir. X29 MMC tərəfindən sorğuya cavab məktubunda göstərilmişdir ki, müraciətdə göstərilən dövrlər və Naxçıvan Filiz İdarəsində baş vermiş yanğınla əlaqədar müəssisədə heç bir sənəd mö vcud deyil, bununla bağlı X18 arxivə müraciət edərək sənədləri əldə edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, ida rə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən: İddiaçı əmək kitabçası olmadığından Kollegiya tərəfindən onun xx.xx.2006-cı ilə qədər olan ümumi və xüsusi iş stajının müəyyənləşdirilməsi məqsədilə verilmiş müvafiq sorğulara cavab olaraq: Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 2000-2001-ci illəri əhatə edən Naxçıvan Filiz İdarəsində işləyən işçilərin siyahısına aid dəftərxana kitabında 3-cü sırada “zaboyçu” vəzifəsində işləməs i göstərilmiş X7 işə girmə tarixi xx.xx.1990-ci il qeyd olunmuş və təqdim edilən əmrlərin surətlərindən aydın olmuşdur ki, şaxta “zaboyşiki” X10 xx.xx.1991-ci il tarixli, 103 saylı əmrlə 1990-1991-ci ilə görə 45 gün müddətinə məzuniyyət verilmiş, xx.xx.1991-ci ildə 4-cü dərəcə “zaboyşik” verilmiş, xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci ildən 5-ci dərəcə “burilşik” (qazmaçı) verilmiş, xx.xx.1992-ci il tarixli, 02 nömrəli əmrlə 20 mart 1992-ci ildən briqadir ödəməsi verilmiş, xx.xx.1992-ci il tarixli 2 nömrəli əmrlə 45 gün əmək məzuniyyəti (xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək) verilmiş,xx.xx.1993-cü il tarixi 37 nömrəli əmrlə dəmiryolunun dayanması, blokada və məcburi dayanmaya görə 45 gün (xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək) məzuniyyət verilmiş, (1992-1993-cü illərə görə), xx.xx.1993-cü il tarixli 56 nömrəli əmrlə xx.xx.1993-cü ildən işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli 65 nömrəli əmrlə məzuniyyətin qurtarması ilə əlaqədar “zaboyşik” Səttara xx.xx.1993-cü ildən 03.08 1993-cü ilədək boşdayanmaya görə haqq verilmiş, xx.xx.1993-cü il tarixli 55 nömrəli əmrlə 2 nömrəli sexin qazmaçısı Səttar xx.xx.1993-cü ildən işdə sayılmış, xx.xx.1994-cü il tarixli 12 nömrəli əmrlə yeraltı sexin fəhləsi Səttar 2 nömrəli “fasovoçnıy”(qablaşdırıcı) sexin fəhləsi kimi köçürülmüş, xx.xx.1994-cü il tarixli 88 nömrəli əmrlə şaxtanın “burilşiki” Səttara 1993-1994-cü ilə görə 45 gün məzuniyyət verilmiş, xx.xx.1995-ci il tarixli 46 nömrəli əmrlə şaxta “zavoyşiki” Səttara 1994-1995-ci ilə görə 45 gün (xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək) məzuniyyət verilmiş, xx.xx.1995-ci il tarixli 52 nömrəli əmrlə daş duza görə tutqu tutulmuş, xx.xx.1996cı il tarixli, 55 nömrəli əmrlə 2 nömrəli (fasovoçnıy) qablaşdırıcı sexin fəhləsi Səttar xx.xx.1996-cı ildən işdən azad edilmiş, xx.xx.1996-cı il tarixli, 61 nömrəli əmrlə duz satışında çətinlikləri və s. nəzərə alıb Səttar və digərləri xx.xx.1997-ci ilədək öz hesablarına məzuniyyətə buraxılmış, xx.xx.1997-ci il tarixli, 4 nömrəli əmrlə (“fasovoçnıy”) qablaşdırıcı sexin fəhləsi Səttara xx.xx.1997-ci ilədək əmək haqqı saxlanılmadan məzuniyyət verilmiş, xx.xx.1997-ci il tarixli 10 nömrəli əmrlə 2 nömrəli üyütmə sexinə xx.xx.1997-ci il tarixdən fəhlə qaytarılmış, xx.xx.1997-ci il tarixli, 35 nömrəli əmrlə 2 nömrəli sexdə iş müvəqqəti dayandığından Səttar xx.xx.1997-ci ildən duz üzrə satıcı təyin edilmiş, xx.xx.1997-ci il tar ixli 41 nömrəli əmrlə 35 nömrəli əmrin 1-ci hissəsi ləğv edilmiş, xx.xx.1997-ci ildən Səttar dağ sexinə müvəqqəti fəhlə keçirilmiş, (cəmi 18 gün satıcı olmuş), xx.xx.2000-ci il tarixli 21 nömrəli əmrlə xx.xx.2000-ci il tarixdən işlə təmin etmək mümkün olmadığından Səttar və qeyriləri işdən azad edilmişdir. X2 barəsində 1999, 2001, 2002, 2003 və 2004-cü illərə aid əmrlər aşkar edilməsə də 1999-cu ilə dair Naxçıvan Filiz İdarəsinin işçilərinin sıyahısında sexin 3-cü dərəcəli fəhləsi kimi Alməmmədov Səttarın adı göstərilmiş, həmçinin xx.xx.2020-ci il tarixli arxiv arayışında onun 2001, 2003 və 2004-cü illər üzrə əmək haqqı alması göstərilmişdir. Arxivdən verilmiş 2000-2001-ci illəri əhatə edən Naxçıvan Filiz İdarəsində işləyən işçilərin siyahısına aid dəftərxana kitabının surətində 3-cü sırad a X7 adı göstərilməklə adının qarşısında “zaboyçu” yazılmış və onun işə girmə tarixi xx.xx.1990-ci il qeyd olunmuşdur. Həmçinin arxivdən verilən 2001-ci ilə aid yanvar ayından başlayaraq dekabr ayında qurtarması göstərilən 18 vərəqdən ibarət səyyari satış hesablaşma kitabında 34-cü sırada Alməmmədov Səttarın adı qeyd edilmişdir Göründüyü kimi iddiaçının əmək fəaliyyəti ilə əlaqədar olan əmrlər və digər sənədlər ardıcıllıqla arxivdə aşkar olunmamış, bununla da həmin sənədlərin arxivə təhvil verilmədiyi müəyyən edilir. Həmçinin sorğu əsasında iddiaçının işləmiş olduğu müəsisədə hər hansı sənədin olmadığı, sənədlərin arxivə təhvil verilməsi bildirilmişdir. Həmçinin əlavə sorğuya cavab olaraq arxivdən verilmiş xx.xx.2024-cü il tarixli 02/171 nömrəli arayışda Naxçıvan Filiz İdarəsində 1990, 199 1, 1992, 1993, 1994, 1996, 1997, 2001, 2003, 2004-cü illərin əmək haqqı cədvəllərində işçilərin, o cümlədən X7 hansı vəzifə və peşəyə görə əmək haqqı almasının göstərilmədiyi qeyd edilmiş və 1990, 1991, 1992, 1993, 1994, 1996, 1997, 2000, 2001, 2003 və 2004-cü illərin yanvar ayına aid X7 da adının qeyd olunduğu hesablaşma cədvəlləri arayışa əlavə edilmişdir. Babək Rayon Dövlət Arxivi tərəfindən kollegiyaya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 28 nömrəli məktubu və ona əlavə edilmiş arxiv arayışlarından görünür ki, İddiaçı “Naxçıvan” adına üzümçülük sovxozunda işləmiş və 1984-cü il üzrə iyul, 1985-ci il üzrə aprel, 1986-cı il üzrə fevral, 1987-ci il üzrə sentyabr, 1988-ci üzrə yanvar ayından başqa digər aylarda, 1989-cu il üzrə yanvar, aprel aylarında əməkhaqqı almışdır, həmçinin “Naxçı van” tikinti materialları kombinatında işləmiş və 1984-cü il üzrə sentyabr, oktyabr, noyabr, dekabr aylarında əməkhaqqı almışdır. xx.xx.1984-cü il tarixli 376 №-li əmrlə Zeynəddin kənd əhli İddiaçı 10 iyul 1984-cü il tarixdən “Naxçıvan” adına üzümçülük sovxozunun şərab məntəqəsində fəhlə işlədiyindən o, həmin tarixdən etibarən şərab məntəqəsinə fəhlə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli 468 №-li əmrlə sovxozun 11 №-li briqadasının fəhləsi İddiaçı öz ərizəsinə əsasən sovxozun fəhləliyindən azad edilmişdir. xx.xx.1984-cü il tarixli, 216 №-li əmrlə İddiaçı 13 sentyabrdan 1 həftəlik sınaq müddətində gündəlik əməkhaqqı ödənilməklə 3 saylı qurutma baraban-gips sexinə 2-ci dərəcəli fəhlə təyin edilmişdir. Arxiv arayışında həmçinin göstərilmişdir ki, Babək rayon “Naxçıvan” tikinti materiallar ı kombinatının 1984-cü ilin oktyabr-dekabr aylarının əmrlərində isə vətəndaş İddiaçı işdən azad olunması haqqında əmrə rast gəlinməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən kollegiyaya təqdim edilmiş 10 iyun 2024-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, İddiaçı X30 işləmiş, 1990-cı il üzrə fevral, iyul, avqust, sentyabr, noyabr aylarından, 1991-ci üzrə mart ayından, 1992-ci il üzrə iyun, iyul aylarından, 1993cü il üzrə avqust, noyabr, 1994-cü il üzrə fevral, mart, may aylarından, 1996-cı il üzrə yanvar ayından başqa digər aylarda əmək haqqı almışdır. 1997-ci il üzrə may ayında, 2001, 2003, 2004-cü illərdə isə bütün aylarda əmək haqqı almışdır. Şifahi məhkəmə baxış iclasına şahid qismində dindirilmiş X11 öz ifadəsində İddi açıı Duzdağda işləyəndən tanıdığını, özünün birinci şaxtada işlədiyini, Sətdarın da ikinci şaxtada işlədiyini, birlikdə avtobusda gedib-gəldiklərini, Zeynəddin kəndindən 6-7 nəfərin orda işlədiyini qeyd etmiş, kollegiyanın suallarına cavab olaraq 1987-ci ildən 2002-ci ilə qədər Duzdağda işlədiyini, özünün 52 yaşından 2008-ci ildən pensiya aldığını, 1996-cı ildə Duzdağda kadr sənədlərinin yandığını, sənədlərin bir qisminin də orda yandığını, ona görə də onun əmək kitabçasında yanıq izləri olduğunu, özünün Dağ sexinin rəisi olduğunu, gəc sexləri olduğunu, o gəc sexini çevirib duz sexi etdiyini, Səttargilin 3-cü şaxtada işlədiyini, ordan çıxıb duz sexində işləməyə başladığını, Sətdarı əvvəl də tanıydığını, amma əsas o sexdə işləməyə başlayandan sonra tanıdığını, Sətdarın fəhlə işlədiyini, şax tanın içəridə olduğunu, amma Duz sexinin çöldə yerləşdiyini, nə qədər duz çıxırdısa onun pulunun işçilər arasında bərabər bölündüyünü, təkcə “Bruşik”in maaşı 1.5 artıq aldığını, qalan hamının eyni əmək haqqı aldığını, duz seçmə, qablaşdırma sexlərinin çöldə yerləşdiyini, 1996-1998-ci illər arası özünün Naxçıvanda olmadığını, həmin müddətlərdə Sətdarın Duzdağda işləyib-işləməməsini bilmədiyini, bir ara iş dayandığını, yığışıb işçiləri işdən azad etməməyi qərara aldıqlarını, stajları “ölməsin” deyə onları öz ərizələri ilə və əmək haqqı almamaq şərtilə məzuniyyətə çıxardıqlarını, o işdən çıxanda iddiaçının işləyibişləməsini xatırlamadığını, fəhlə işlədiyi müddətdə yer altı işlərdə işlədiyini, “Zaboyçu”, “Bruşik” işlədiyini, iddiaçının işlədiyi müddətdə yer altı işlərdə, sexdə də işlədiyini, ö zünün hər ikisində də iş gördüyünü, amma ən əsas yer altı işlərdə işlədiyini, ehtiyac olanda müvvəqəti əmrlə işçinin işinin dəyişildiyini, yer altında maaşın daha çox olduğunu, kadrlarda işləyən işçinin adının Sima olduğunu, onun əmrləri düzgün işləməməsinə görə o vaxt narazıçılıqlarını bildirdiklərini, indi də ona görə çox adamın əziyyət çəkdiyini, o pensiyaya çıxanda gedib əmək kitabçasını aldığını, yanğın olduğunu eşitdiyini, özünün görmədiyini, İddiaçı işə girdiyi vaxtı xatırlamadığını, o növbə rəisi işləyən zaman iddiaçının ona tabeliyinin olmamdığını, onun öz növbəsi olduğunu bildirmişdir. Təqdim olunaraq işə əlavə edilmiş X8 aid pensiya işindəki ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən aydın olur ki, o, 1985-ci ildə yeraltı sexə şaxta partladıcısı kimi işə qəbul ed ilmiş, 1987-ci ildə yeraltı sexə 5-ci dərəcəli “burilşik” kimi köçürülmüş, 1993-cü ildə yeraltı sex üzrə sahə rəisi keçirilmiş, xx.xx.2002-ci ildə dağ sexinin “zaboyçusu” kimi işdən azad edilmişdir. Şifahi məhkəmə baxış iclasına şahid qismində dindirilmiş X21 ifadəsində “Duzdağ”da şaxtada işləyəndən iddiaçını tanıdığını, özünün Səttardan əvvəl işlədiyini, o işləyəndən sonra Sətdarın işə girdiyini, tam tarix xatırlamadığını amma iddiaçının ondan sonra işə girdiyini, kollegiyanın suallarına cavab olaraq özünün 50 yaşında pensiyaya çıxdığını, “Duzdağ”da “silesar” bir də ”suvarşik” işlədiyini, 23 il işləyib çıxdığını, 2 növbə işlədiklərini, sonradan duza ehtiyac az olduğuna görə 1 növbə işlədiklərini, iddiaçının şaxtada duz atdığını, bəzən dəyişiklik nəticəsində başqa işlərdə işlədiklərini, id diaçının zaboyçu işlədiyini, o işdən çıxanda iddiaçının işlədiyini, amma dəqiq yadında olmadığını, özünün işdən çıxma tarixini də dəqiq xatırlamadığını, şaxtada iddiaçının işlədiyini gördüyünü, əmr olub-olmadığını bilməsə də, kimsə gəlməyəndə, ehtiyac olanda başqa işlərdə işlədiklərini, 3-4 gündən bir qanad-tros qırılanda şaxtaya gedəndə orda işlədiyini gördüyünü, iddiaçının dəqiq tarixlərlə hansı müddətdə işlədiyini deyə bilmədiyini, amma o işdən çıxanda hələ də işlədiyini, yanğın olmağını eşitdiyini, amma nə vaxt olduğunu bilmədiyini bildirmişdir. Təqdim olunaraq işə əlavə edilmiş X13 aid pensiya işindəki 22 noyabr 1975-ci il tarixli АТ-İX seriyalı ******* nömrəli əmək kitabçasının surətindən aydın olur ki, o, 1975-ci ildə Naxçıvan Filiz İdarəsinə yeraltı sexin çilingəri kimi işə qəbul edilmiş,xx.xx.2000-ci ildə işdən azad olunmuşdur. Şifahi məhkəmə baxış iclasına şahid qismində dindirilmiş X5 ifadəsində Duz mədənində işləyib oradan pensiyaya çıxdığını, Duz mədənində 1986-cı ildən işlədiyini qeyd edərək kollegiyanın suallarına cavab olaraq onun işdən çıxma ərəfəsində iddiaçının orda işlədiyini, fəhlə işlədiklərini, duz seçdiklərini, duz partlatdıqlarını, özünün işlədiyi müddətdə “Zaboyşik” işlədiyini, iddiaçının da “Zaboyşik” işlədiyini, özünün güzəştli şərtlərə görə pensiyaya çıxdığını, idarədə yanğın olduğunu, idarənin Duz mədənindən çöldə yerləşdiyini, idarədə sənədlərin yandığını, yanğın olduğunu bildiyini, nə vaxt olmasını dəqiq bilmədiyini, kadrlarda işləyən işçinin adının Sima olduğunu, özünün də əmək kitabçasının yandığını, nə vaxt yanğın olduğunu dəqiq bilmədiy ini, Əmək kitabçasının son vərəqlərinin yandığını, özü işdən çıxanda Səttarın orda işlədiyini gördüyünü, iki növbə işlədiklərini, o işdən çıxanda Səttargilin növbəsi gəldiyini, gündəlik plana görə əmək haqqı aldıqlarını, əmək haqqı almadıqları hal olmadığını, qablaşdırıcı, üyüdücü sexində iddiaçının işlədiyini görmədiyini, təkcə şaxtada işlədiyini gördüyünü, bəzən onları iş olanda çağıracaqlarını bildirməklə buraxdıqlarını, iş olanda yenidən getdiklərini, öz hesablarına məzuniyyətə buraxmadıqlarını, həmin dövrdə cüzi miqdar ödəniş etdiklərini, 1 il yaxud 2 il iddiaçının işdən çıxıb getməsinə rast gəlmədiyini, elə halın baş vermədiyini, duz mədənində işləyə-işləyə iddiaçının başqa yerdə işləməsinə rast gəlmədiyini, 500-600 manat maaş aldığını, maaşın standart olmadığını, plana görə olduğunu, plan dolanda əlavə də pul aldıqlarını, o işdən çıxdığı vaxta qədər həmişə iddiaçının Duz Mədənində işlədiyini gördüyünü və işlədiyi müddətdə “ Zaboyşik” işlədiyini, davamlı olaraq iddiaçının Duz Mədənində işlədiyini gördüyünü, iş başında görmədiyini, çünki onun növbəsi başlayanda iddiaçının işlədiyi növbənin çıxdığını, həmin vaxtı iddiaçını gördüyünü, iddiaçının şaxtada işlədiyini gördüyünü, sexlərin gecə işləmədiyini, ancaq şaxtaların gecə işlədiyini, iddiaçının da ancaq şaxtada işlədiyini gördüyünü bildirmişdir. Təqdim erilərək işə əlavə edilmiş X4 aid pensiya işindəki xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətindən və xx.xx.2013-cü il tarixli 03/11 nömrəli arxiv arayışından aydın olur ki, o, xx.xx.1987-ci il tarixli 36 nömrəli əmrlə X33nə 3-cü dərəcəli zaboyçu kimi işə qəbul edi lmiş, xx.xx.2002-ci il tarixli 100 nömrəli əmrlə işdən azad edilmişdir. İş üzrə dindirilən Naxçıvan Filiz İdarəsində işləmiş şahidlər X3 və X6 pensiya işlərinə əlavə edilmiş əmək kitabçalarına baxış zamanı kitabçaların kənar hissələrinin yanğına məruz qalması açıq-aşkar müşahidə olunmuşdur. Həmçinin iş üzrə dindirilmiş şahidlər Z.M.Abdullayev, X.H.Həsənov və Ə.N.İsmayılov ifadələrində də “Duzdağın” kadrlar idarəsində yanğın olmasını eşitdiklərini bildirmişlər. Kollegiya cavabdeh orqanın şikayətində göstərdiyi iddiaçının 30 iyun 1997-ci il tarixli 35 nömrəli əmrlə idarədə iş dayandığı üçün “satıcı” vəzifəsinə təyin olunması və 22 iyun 2000-ci il tarixli, 21 nömrəli əmrlə işdən azad edilməsi dəlilini əsassız hesab edir və qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən ve rilmiş 13/1284 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayışında iddiaçının xx.xx.1997-ci il tarixli 35 №-li əmrlə iş dayandığı üçün “satıcı” təyin edilməsi, xx.xx.2000-ci il tarixli 21 №-li əmrlə işdən azad edilməsi göstərilsə də, arxivdən alınmış əmrlərdən aydın olur ki, İddiaçı xx.xx.1997-ci il tarixli,35 nömrəli əmrlə 2 nömrəli sexdə iş müvəqqəti dayandığından xx.xx.1997-ci ildən duz üzrə satıcı təyin edilmiş, xx.xx.1997-ci il tarixli 41 nömrəli əmrlə 35 nömrəli əmrin 1-ci hissəsi (əmrin onun satıcı təyin olunması barədəki hissəsi) ləğv edilmiş, həmin əmrlə iddiaçı xx.xx.1997-ci ildən dağ sexinə müvəqqəti fəhlə keçirilmişdir. Beləliklə, iddiaçının xx.xx.1997-ci il tarixdən etibarən işlədiyi “satıcı” vəzifəsindəki iş stajı 18 gündən ibarət olmuşdur. Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin: -2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Mə cəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan İddiaçı təyin edilmiş güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edilməsi barədə 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərar qəbul edərkən onun 1995-ci il tarixdən 2000-ci il tarixədək Duzdağ mədənində əmək haqqı alması faktının arxiv arayışlarında təsdiqlənməməsi və bununla əlaqədar ümumi və xüsisi iş stajının aşağı düşməsini əsas götürmüşdür. İddiaçı isə izahatında işlədiyi dövrlərdə əmək haqqı almasını göstərmişdir. Kollegiya qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçının işlədiyi müəssisə tərəfindən iddiaçıya aid 1990-2000-ci illər üzrə əmrlər belə ardıcıl olaraq arxivə təhvil verilməmiş, iddiaçının xx.xx.1990-cı ildə Naxçıvan Filiz İdarəsində (Duzdağ) işə qəbul edilməsi və xx.xx.2000-ci ildə işdən azad edilməsi barədə arxivdə əmr və məlumat mövcud olsa da, onun 2000-ci ildən sonra işə qəbul və nəhayət sonuncu dəfə oradan işdən azad olunması barədə əmrlər və ya hər hansı məlumatlar arxivdə aşkar olunmamış, yalnız onun 2001, 2003, 2004-cü illərdə bütün aylarda əmək haqqı alması barədə məlumat olmuşdur. Əmək kitabçalarına əsasən xx.xx.2000-ci ildə və xx.xx.2002-ci ildə Naxçıvan Filiz İdarəsindən işdən çıxmaları müəyyən edilən şahidlər X21 və X1 mədənində işlədikləri v axt iddiaçının mədəndə zaboyçu işlədiyini və işdən çıxdıqları vaxt da iddiaçının zaboyçu işlədiyini təsdiq etmişlər. Cavabdeh inzibati orqan bunun əksini sübut edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, müəssisənin əməkhaqqı cədvəllərində bəzi vaxtlarda iddiaçının adına əməkhaqqının yazılmaması və ya müvafiq dövrlərə aid əməkhaqqı cədvəllərinin və işçiyə aid əmrlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz, belə ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunur. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: Kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Həmin Qanun a Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X29” MMC tərəfindən kollegiyaya təqdim edilmiş 16 avqust 2024-cü il tarixli, 37 nömrəli cavab məktubu və ona əlavə edilmiş arayışda bildirilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixdə, 103 nömrəli əmrlə növbəti əmək məzuni yyətinə buraxılmış, xx.xx.1991-ci il tarixli, 154 nömrəli əmrlə İV dərəcəli şaxtaçı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixli, 02 nömrəli əmrlə öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.1992-ci il tarixli, 24 nömrəli əmrlə V dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixli 50 nömrəli əmrlə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.1993-cü il tarixli 56 nömrəli əmrlə işdən azad edilmiş, 01,09.1993-cü il tarixli, 43 nömrəli əmrlə işdə hesab edilmiş, xx.xx.1994-cü il tarixli, 12 nömrəli əmrlə 2 nömrəli üyütmə sexinə fəhlə keçirilmiş, xx.xx.1994-cü il tarixli, 88 nömrəli əmrlə qazmaçı olaraq növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.1995-ci il tarixli, 46 nömrəli əmrlə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.1996-cı il tarixli, 55 nömrəli əmrlə işdən azad edilm iş, xx.xx.1996-cı il tarixli, 72 nömrəli əmrlə öz hesabına məzuniyyətinə buraxılmış, xx.xx.1996-cı il tarixli, 61 nömrəli əmrlə öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.1997-ci il tarixli, 10 nömrəli əmrlə xx.xx.1997 ci il tarixdən 2 nömrəli üyütmə sexinə fəhlə keçirilmiş, xx.xx.1997-ci il tarixli, 41 nömrəli əmrlə dağ sexinə müvəqqəti fəhlə keçirilmiş, xx.xx.2000-ci il tarixli, 21 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixlərdə qazmaçı vəzifəsi və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixlərdə dağ sexinin fəhləsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələri və göstəricilərinin siyahılarının təsdiq e dilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 10100000 bəndində /1010100a/ (a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Zaboyşik (şaxtaçı), bruşik (qazmaçı) vəzifələrini yeraltı işlərdə işləyən fəhlələr həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında dağ-mədən işlərində 1010100a kodu üzrə yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələrin iş stajı güzəştli iş stajı kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması: Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud olmuşdur. Belə ki, İddiaçı əmək kitabçası mövcud olmasa da iş materaiallarına əlavə edilmiş əmrlərin surətləri və digər sənədlərdən, arxiv arayışlarından, iddiaçının izahatından, eləcə də iddiaçı ilə eyni yerdə, yəni X30 işləmiş şahidlərin ifadələrindən aydın olur ki, İddiaçı X30 xx.xx.1990-cı ildən başlayaraq 2004-ci ilədək, həmin il də daxil olmaqla bu müddət ərzində yeraltı və əmək şəraiti xüsusilə zərərli və ağır hesab olunan işlərdə fəhlə işləmişdir. Yuxarıda qeyd olunan əmrlərdə iddiaçının qablaşdırıcı və üyütmə sexinin fəhləsi kimi göstərilməsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının izahatına görə o, göstərilən vəzifələrdə işləməmiş, həmin dövrlərdə ancaq mədəndə, yeraltı işlərdə “zaboyşik, burilşik” olaraq fəhlə kimi işləmişdir. Kollegiya bununla yanaşı qeyd edir ki,həmin dövrlər güzəştli iş stajı kimi nəzərə alınmasa belə onun güzəştli iş stajı yetərli hesab olunur. Beləliklə iddiaçıya münasibətdə yuxarıda qeyd olunan arxiv arayışlarında və digər sənədlərdə göstərilən əmək fəaliyyəti və hərbi xidmət dövrü də nəzərə alındıqda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək tələb olunan 20 il ümumi və 10 il xüsusi güzəştli iş stajının olması işin araşdırılmış halları ilə təsdiq edilir. Göründüyü kimi cavabdehin hərəkətləri qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Cavabdeh orqan həmin qərarı qəbul edərkən yeni inzibati icr aat aparmamış, maraqlı şəxsi icraata cəlb etməmiş və onun dinlənilmə hüququnu təmin etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla nəzərdə tutulmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Buna baxmayaraq cavabdeh orqan iddiaçıya münasibətdə əlverişli xarakter daşıyan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 22 may 2020-ci il tarixli, 74 nömrəli qərarının ləğv olunması barədə yeni qərarı qəbul edərkən qanunla nəzərdə tutulmuş prosedurlara və şərtlərə əməl etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa və Qanunun 59-cu maddəsində nəzərdə tutulan məlumatları inzibati aktında göstərməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə469165 nömrəli hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.

1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, iddia təmin edilmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-61/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(122)-61/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 21(1 22)-61/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar