Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-53/2025 22.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X9 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndələri X4 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibat i Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)-327/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dayandırılmış sosial yardımın bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22 avqust 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək dayandırılmış sosial yardımın bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. 23 yanvar 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə göndərdiyi 07 oktyabr 2024-cü il tarixli iddia ərizəsini müdafiə edərək, xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 yanvar 2025-ci il tarixli, 2-1(122)-327/2025 nömrəli qərardadı ilə dəqiqləşdir ilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)327/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)327/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikas ı Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)327/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, 10 iyun 1982-ci il tarixdə anadan olmuş, Culfa rayon, Ərəzin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı ailəsinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6 nömrəli qərarı ilə 01 may 2023-cü il tarixindən 01 may 2024-cü il tarixinədək aylıq 457,78 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun maddi-məişət şəraitinin müayinəsi departamenti tərəfindən Culfa rayon ərazisində aparılmış monitorinq zamanı İddiaçı istifadəsində "Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu aşkar olunduğundan ona sosi al yardımın verilməsi 01 aprel 2024-cü il tarixində dayandırılmış və 01 aprel 2024-cü il tarixindən 01 aprel 2025-ci il tarixinədək 1 (bir) il müddətinə sosial yardım almaq hüququ qanunamüvafiq olaraq məhdudlaşdırılmışdır. Bununla razılaşmayan Qənbərov X5 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək dayandırılmış sosial yardımın bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uşaqlıqdan birinci qrup əlildir, 01 may 2023-cü il tarixdən ona 457,78 manat məbləğində sosial yardım təyin olunmuş, lakin 01 aprel 2024-cü il tarixdən təyin olunmuş sosial yardım dayandırılmışdır. Bununla bağlı o, Nax çıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə müraciət etmişdir. Agentliyin 24 may 2024-cü il tarixli, 3-17-93/2-Q-841/2024 nömrəli cavab məktubunda vətəndaşa bildirilmişdir ki, aparılan monitorinq zamanı onun istifadəsində "Nissan Tiida" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu aşkar olunmuşdur. Bununla əlaqədar olaraq ona təyin edilmiş ünvanlı dövlət sosial yardım almaq hüququna 1 (bir) il müddətinə məhdudiyyət qoyulmuşdur. Məktubun sonunda İddiaçı bildirilmişdir ki, birdəfəlik maddi yardım maddi-məişət şəraitinin yaxılaşdırılması məqsədilə xüsusi qayğıya ehtiyacı olan əlilliyi müəyyən edilmiş şəxslərə verilir. Müvafiq kateqoriyadan olan şəxs kimi qeydiyyata alınmış və növbəlilik əsasında maddi yardımla təmin olunacaqdır. Beləliklə, İddiaçı sosial yardım təyin olunduqdan sonra ailənin gəlirlərində dəyişiklik baş verdiyi barədə onun tərəfindən məlumat verilmədiyi üçün ona təyin edilmiş ünvanlı dövlət sosial yardım almaq hüququna 1 (bir) il müddətinə Fondun maddi-məişət şəraitinin müayinəsi departamenti tərəfindən məhdudiyyət qoyulmuşdur. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına, Azərbaycan Respublikası Konstitusiyasına, Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndələri X4 və X10 izahatlarında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025ci il tarixli, 2-1(122)-327/2025 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 21( 122)-327/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Həmçinin İddiaçı 22 may 2025-ci il tarixli ərizə təqdim edərək ona 2023-cü il may ayının 1dən 1 il müddətinə ünvanlı sosial yardım təyin edildiyini, həmin ünvanlı sosial yardımın 11 ayını aldığını, lakin sonuncu 1 aylıq, yəni aprel ayında veriləcək ünvanlı sosial yardımı almadığını, hazırki iddia tələbi üzrə hüquqi marağının 2024-cü ilin aprel ayındakı ünvanlı sosial yardımın alınmasından ibarət olduğunu, həmin ödənişin həyata keçirilməsini istədiyini, başqa tələbinin olmadığını, ona yenidən 01 may 2025-ci il tarixdən ünvanlı sosial yardım təyin olunduğunu, ərizəsinin nəzərə alınmasını xahiş etdiyini bildirdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildiril məlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarında olan; 116756 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən ömürlük İ qrup əlildir. Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən Culfa rayonu, Ərəzin kənd ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanan 27 iyul 2024-cü il tarixli, 1005/2024 nömrəli məktubdan aydın olur ki, AA5481230, FİN: 1RMT04J olan şəxsiyyət vəsiqəsi ilə elektron notariat sisteminə baxılmış və adına heç bir etibarnamə tapılmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 idarəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli, 3-131-43-14/2-1678/2024 nömrəli arayışdan aydın olur ki, İddiaçı (Fin 1RMT04J) adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. Ünvanlı sosial yardımın alın ması üçün müraciətdən imtina edilməsinə dair 7ad0f1ceb0b04bb58da56ff10d686c35 saylı bildirişdən aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixli, **********41701 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: 1."Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması. 2.Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması AC seriyalı, 788108 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. Culfa Rayon İcra Hakimiyyətinin Ərəzin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 o ktyabr 2024-cü il tarixli, 222 nömrəli arayışdan məlum olur ki, İddiaçı Culfa rayon Ərəzin kəndində yaşayır və göstərilən tərkibdə ailə üzvləri vardır: Qənbərova Türkan (xx.xx.1985-ci ildə anadan olmuş - həyat yoldaşı, Ərəzin kənd orta məktəbində fəhlə), Qənbərov Rza (xx.xx.2007-ci ildə anadan olmuş - oğlu), Qənbərov Rəşid (xx.xx.2009-cu ildə anadan olmuş - oğlu), Qənbərli Yusif (xx.xx.2017-ci ildə anadan olmuş oğlu). Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayonu Ərazin kənd sakini İddiaçı ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-Q-11041/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 4.9-cu bəndinə əsasən sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında’’ Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Ailəyə 2023-cü il 1 may tarixindən 2024-cü il 1 may tarixinədək aylıq 457.78 manat məbləğində sosial yardım təyin olunmuşdur. 2024-cü il 8 aprel tarixində sosial yardım alan ailələrin səyyar monitorinqi zamanı iştirakı ilə video və foto çəkilişi əsasında məlum olmuşdur ki, istifadəsində “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Onun istifadəsində nəqliyyat vasitəsi olub, məlumat vermədiyi üçün ailəyə təyin olunan sosial yardım dayandırılmış və 1 (bir) il müddətinə (2024-cü il 1 aprel tarixindən 2025-ci il 1 aprel tarixinədək) sosial yardım almaq hüququ qanunamüvafiq olaraq məhdudlaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 22 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-1094 nömrəli və 28 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-12544/2024 nömrəli məktublarından məlum olur ki, İddiaçı ailəsinə 2023-cü il 01 may tarixi ndən 2024-cü il 01 may tarixinədək aylıq 457,78 manat məbləğində sosial yardım təyin olunmuşdur. 2024-cü il 08 aprel tarixində sosial yardım alan ailələrin səyyar monitorinqi zamanı İddiaçı iştirakı ilə video və foto çəkilişi əsasında məlum olmuşdur ki, vətəndaşın istifadəsində “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. İddiaçı istifadəsində nəqliyyat vasitəsi olub, məlumat vermədiyi üçün onun ailəsinə təyin olunan sosial yardım dayandırılmış və 1 (bir) il müddətinə (2024-cü il 01 aprel tarixindən 2025-ci il 01 aprel tarixinədək) sosial yardım almaq hüququ qanunamüvafiq olaraq məhdudlaşdırılmışdır. Əlavə olaraq qeyd edilir ki, İddiaçı sosial yardımın təyin olunması üçün müraciət etdiyi zaman nəqliyyat vasitəsinin olması ilə bağlı məlumatı düzgün təqdim etmədiyi barədə məlumatlar əlavədə məhkəməyə təqdim olunmuşdur. İddiaçı ailəsinə təyin olunan sosial yardımın dayandırılması ilə bağlı icraat materialları qismində ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş və iddiaçıya aid fotoşəkil qoşma olaraq təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6 nömrəli qərarından görünür ki, Culfa rayonu Ərazin kənd sakini İddiaçı 457.78 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin 11 noyabr 2024-cü il tarixli, 1699/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı adına elektron notariat sistemində nəqliyyat va sitəsinin idarə edilməsi və ya sərəncam verici etibarnamə barədə məlumat aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 İdarəsinin 01 noyabr 2024-cü il tarixli, 3-13-43-14/2-2527/2024 nömrəli məktubdan görünür ki, İddiaçı adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 idarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vas itəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barəl ərində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Re spublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. 1.0.6-cı maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım) aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. 3-cü maddəsinə əsasən Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edil məsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım a lmaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. 4.3-cü bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barəd ə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.7-ci bəndinə əsasən ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. 4.9-cu bəndinə əsasən sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respubli kası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 4.10-cu bəndinə əsasən sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. İş materiallarından aydın olur ki, İddiaçı ailəsinə 2023-cü il 01 may tarixindən 2024-cü il 01 may tarixinədək aylıq 457,78 manat məbləğində sosial yardım təyin olunmuşdur. 2024-cü il 08 aprel tarixində sosial yardım alan ailələrin səyyar monitorinqi zamanı İddiaçı iştirakı ilə video və foto çəkilişi əsasında məlum olmuşdur ki, vətəndaşın istifadəsində “Nissan Tiida” markalı, **BD-*** dövlət qeydiyyat nişanlı nəqliy yat vasitəsi olduğundan məlumat vermədiyi üçün onun ailəsinə təyin olunan sosial yardım dayandırılmış və 1 (bir) il müddətinə (2024-cü il 01 aprel tarixindən 2025-ci il 01 aprel tarixinədək) sosial yardım almaq hüququ qanunamüvafiq olaraq məhdudlaşdırılmışdır. Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişə əsasən İddiaçı xx.xx.2023 tarixli, **********41701 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması səbəblərinə görə imtina edilmişdir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi və kollegiya tərəfindən cavabdeh inzibati orqandan dəfələrlə Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı dövlət sosial yardımın təyini haqqında xx.xx.2023-cü il tarixli, 6 nömrəli qərarı əsasında İddiaçı təyin olunmuş ünvanlı sosial yardımın hansı tarixdən dayandırılması və qanunvericiliyə uyğun olaraq dayandırıldıqdan sonra ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılıb-baxılmaması barədə aparılmış inzibati icraatın materiallarının, sosial yardımın dayandırılması barədə qərarın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən İddiaçı təyin olunmuş ünvanlı dövlət sosial yardımı barəsində yenidən araşdırılma aparılmasına səbəb olan hallar, araşdırılmanın inzibati icraat başlanılmaqla aparılması barədə sübutla r və ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərarın ləğv edilməsi barədə qəbul edilmiş qərar məhkəməyə təqdim olunmamışdır. Həmçinin iş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6 nömrəli qərarından görünür ki, Culfa rayonu Ərazin kənd sakini İddiaçı 457.78 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. xx.xx.2023-cü il tarixli, 6 nömrəli qanuni qüvvəsini saxlayan inzibati aktın olmasına baxmayaraq cavabdeh 01 aprel 2024-cü il tarixdən 01 aprel 2025-ci il tarixinədək ailənin istifadəsində nəqliyyat vasitəsinin olması əsası ilə ünvanlı sosial yardımın ödənilməsini dayandırmış və 1 (bir) il müddətinə (2024-cü il 01 aprel t arixindən 2025-ci il 01 aprel tarixinədək) sosial yardım almaq hüququnu məhdudlaşdırmışdır. Kollegiya bu hallarla bağlı qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi İddiaçı inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ailənin istifadəsində nəqliyyat vasitəsinin olması əsası ilə ünvanlı sosial yardımı ödənişini dayandırmışdır. Lakin ailənin istifadəsində nəqliyyat vasitəsinin olması ilə bağlı hər hansı mötəbər dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və bu hal cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Belə ki, 116756 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən ömürlük İ qrup əlildir. Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin 11 noyabr 2024-cü il tarixli, 1699/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı adına elektron notariat sistemində nəqliyyat vasitəsinin idarə edilməsi və ya sərəncam verici etibarnamə barədə məlumat aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 İdarəsinin 01 noyabr 2024-cü il tarixli, 3-13-43-14/2-2527/2024 nömrəli məktubundan görünür ki, İddiaçı adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X15 idarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. Kollegiya bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan əsaslarla ünv anlı sosial yardımın dayandırılması və 1 (bir) il müddətinə (2024-cü il 01 aprel tarixindən 2025-ci il 01 aprel tarixinədək) sosial yardım almaq hüququnun məhdudlaşdırılması əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsas ən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məl umat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm d ə icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində lə ğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmı r. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hazırkı iş üzrə qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuş və inzibati icraat aparmamış, icraatla bağlı hüquq pozuntularına yol vermişdir. Belə ki, əvvəla, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, cavabdeh inzibati orqan olaraq sosial yardım alan ailələrin səyyar monitorinqini apararkən inzibati icraat başlamalı və həmin icraatın yekun nəticəsi olaraq qərar qəbul etməli idi. Habelə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyə n olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludu r. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan lazımi inzibati icraat aparmamış, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktı ləğv edərkən (dayandırarkən) onun qanundan irəli gələn hüquqlarını pozmuşdur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qər arının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat dedikd ə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati orqanlar fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya öz təşəbbüsləri ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati akt qəbul edərkən həmin Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat aparmalıdırlar. Lakin cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq qərara gəlmişdir, e ynilə cavabdeh orqan mübahisələndirilən məsələ ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla yanaşı inzibati icraata başlamamış və heç bir inzibati akt qəbul etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qa nunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, ünvanlı sosial yardımın dayandırılması və 1 (bir) il müddətinə (2024-cü il 01 aprel tarixindən 2025-ci il 01 aprel tarixinədək) sosial yardım almaq hüququnun məhdudlaşdırılması inzibati icraat aparılmadan həyata keçirilməklə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə nəticələndiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdehin hüquqi qüvvəsini saxlayan qərarı inzibati icraat aparmadan ünvanlı sosial yardımın dayandırması və so sial yardım almaq hüququnun məhdudlaşdırılması “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən hüquqi baxımdan qanunsuzdur. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)-327/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)327/2025 nömrəli qərarından cavabdeh Naxçıvan M uxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(122)327/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-53/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-53/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver