Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-54/2023 14.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-639/2023 nömrəli qərarından İd diaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı 30 may 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 21(122)-639/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona də ymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 21(122)-639/2023 nömrəli qərarından narazı qalan İddiaçı 04 oktyabr 2023-cü il tarixdə apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-639/2023 nömrəli qərarının ləğv edilməsini və iddiasının təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 19 dekabr 2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. 10 ay süründürməçiliyin nəticəsində məhkəmə 20 sentyabr 2023-cü il tarixdə qərar verib. Həmin qərarı isə o, 27 sentyabr 2023-cü il tarixdə alıbdır. Məhkəmənin qərarını tamam rədd edir, hesab edir ki, məhkəmə qərarı ədalətli olmalıdır. Çünki məhkəmənin qəbul etdiyi qərarlar insanların taleyinə təsir edir. Bildirir ki, o, ərizə ilə Naxçıvan Gömrük İdarəsinə müraciət edib. 90 gündən sonra yəni, məhkəməyə müraciət edəndən sonra ərizəsinə cavab verilib. Bunu işə baxan hakim də cavabdehin nümayəndəsi də qanuni hesab edib. İşə baxan hakim İnzibati Məhkəmənin 14 mart 2023-cü il tarixli qərardadı ilə guya işə xitam verilib, əslində isə belə bir qərardad yoxdur. O, dəfələrlə məhkəmədən həmin qərardadı ona təqdim etməsini bildirsə də nə hakim nə də cavabdeh bunu etməyib. O, məhkəmədə Gömrük İdarəsinin hərəkətsizliyinə qarşı iddia qaldırıb, anca q cavabdehin imtina ərizəsini iddia ərizəsinə əlavə etməyib və bu səbəbdən məhkəmə tələbini rədd etməsin deyə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ərizə yazaraq geri götürüb. Bundan sonra o, Naxçıvan Gömrük İdarəsinə müraciət edib və imtina ərizəsini aldıqdan sonra yenidən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edib. Ancaq işə baxan hakim bunu qanunsuz hesab edib, sübut istəyib. Əlavə olaraq bildirir ki, səhhətinə ziyan dəymiş və o, 35 gün ambulotor müalicə almışdır. Məhkəmədə vəsatət qaldırıb və sənədlərini işə əlavə etməyi xahiş edib. Məhkəmə vəsatət əsasında qərar qəbul etməli imiş, ancaq etməyib və hakim məhkəmə zalından çıxıb gedib. O, məhkəmədə cavabdehin əsassız yazdığı və məhkəməyə təqdim etdiyi etiraz ərizəsini rədd edib və buna etirazını yazılı şəkil də məhkəməyə təqdim edib. Ancaq hakim etirazını heç məhkəmədə oxuyub elan etməyib. İşə baxan hakim Elnur Hüseynov qərarında onun sağlamlığına dəymiş mənəvi və maddi ziyanın anadangəlmə olmasını qeyd edib. Əlavə olaraq qeyd olunur ki, sağlamlığın pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmədə hakim iddia tələbindən qəsdən kənara çıxaraq məhkəməyə aid olmayan məsələyə baxmışdır. Hesab edir ki, Gömrük idarəsinin malın müvəqqəti saxlanca götürülməsi və s. hərəkəti məhkəməyə aid deyil. Hakimin 10 ay davam edən məhkəmə prosesində heç vaxt vətəndaş mövqeyindən işə yanaşmadığını düşünür. Məhkəmənin qəbul etdiyi qərarda qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmədə tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətlənd irilir. Hakim bu maddəyə istinad etsə də əməl etməyib. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi Kollegiyaya 13 noyabr 2023-cü il tarixdə 07 noyabr 2023-cü il tarixli, 3-33-1200/2003944/2023 nömrəli apellyasiya şikayətinə qarşı etiraz göndərərək şikayətə qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10 000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi" iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının ərizəyə cavab verilməsi barədə tələbinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilmiş və iddiaçının tələbinin təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsası ilə iş üzrə icraata Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə xitam verilmişdir. İddiaçı vəzifəli şəxsin hərəkətsizliyinə və qanunsuz hərəkətinə görə ona maddi və mənəvi ziyanın dəydiyini iddia etsə də, vəzifəli şəxs tərəfindən hansı hərəkətsizliyin edilməsinə və hansı qanunsuz hərəkətlərə yol verildiyinə dair hər hansı bir sübutu iddia ərizəsində göstərə və əsaslandıra bilməmişdir. Beynəlxalq və milli qanunvericiliyin tələblərinə görə iddiaçının tələbi əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-639/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi k ollegiyadan xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-639/2023 nömrəli qərarının ləğv edilməsini və idda tələbinin təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X6 etirazlarına uyğun izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-639/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 82-ci maddəs inə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəll ənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yox layaraq aşağıdakıları qeyd edir. Kollegiya apellyasiya şikayətində göstərilən, Naxçıvan Gömrük İdarəsinə müraciət edib. 90 gündən sonra yəni, məhkəməyə müraciət edəndən sonra ərizəsinə cavab verilməsi, məhkəmədə Gömrük İdarəsinin hərəkətsizliyinə qarşı iddia qaldırıb, səhhətinə ziyan dəymiş və o, 35 gün ambulotor müalicə alması, sağlamlığın pozulması nəticəsində fiziki əzab çəkməsi dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilməsi mümkün olmasa da apellyasiya baxışı zamanı aparılan araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı qeyd etdiyi müraciəti 2018-ci ildə poçt vasitəsilə Bakı şəhərindən Naxçıvana yola saldığı elektrik lampalarının yolda, hava limanında qırılaraq hamısının yararsız vəziyyətə salınmasının araşdırılması və zərərinin ödənilm əsi ilə əlaqədar olmuşdur. Yəni konkret olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin (keçmiş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin) ümumiyyətlə səlahiyyətlərinə aid edilməyən, poçt xidməti tərəfindən yük daşımaları ilə əlaqədar yaranmış problemlə əlaqədar verilmiş sorğuya cavab verilməsinin geçikdirilməsi nəticəsində iddiaçı ona maddi və mənəvi ziyan dəydiyi iddiası ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə ayrı-ayrı vaxtlarda müxtəlif tibbi müəssisələrində müalicə aldığın göstərən sənədləri işə əlavə edilməsi məqsədilə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qayd ada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşə baxan birinci instansiya məhkəməsinin yekun qərərında da qeyd edildiyi kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər v urulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törə dilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə id dia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Ha zırkı iş üzrə iddiaçının əsas dəlili ondan ibarətdir ki, vəzifəli şəxsin hərəkətsizliyi (müraciətə vaxtında cavab verilməməsi) nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manat ödənilməli olduğunu bildirsə də, qeyd edilən məbləğdə ona maddi zərər dəyməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanunvericilik normalarına görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulmasını sübut etməlidir. Lakin iddiaçı formal mülahizələrlə çıxış edərək cavabdeh orqan tərəfindən ona maddi ziyan vurulmasını göstərib, tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını, həmçinin həmin məbləğdə ziyanın hansı amillər nəticəsində yaranmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı cavabdehin və ya onun vəzifəli şəxsinin hüquqazidd hərəkətləri (və ya hərəkətsizliyi) ilə ona vurulmuş maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirə bilməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət k əsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya bu nöqteyi nəzərdən həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar ona maddi və mənəvi ziyan dəyməsi faktını təsdiq edə biləcək sübutların əldə edilməsi məqsədilə sorğuların edilməsi və ya başqa hər hansı mümkün ola biləcək yardımların göstərilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən sübutların əldə edilməsi məqsədilə hər hansı təşəbbüs göstərilməmişdir. Konkret olaraq İddiaçı onun məruz qaldığı maddi və mənəvi ziyana, onun müraciətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin (keç miş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi) tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddətdən daha artıq müddətdə cavab verilməsini səbəb olmasını təsdiq edəcək heç bir möhtəbər sübut təqdim edə bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-639/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyi və qanunsuz hərəkətinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 10.000 (on min) manatın cavabdehdən alınıb ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(122)-639/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 21(122)-639/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar tam formada təqdi m olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-54/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-54/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver