Məhkəmə qərarları › İş №2-1(108)-54/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-54/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-54/2025 21.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X12 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X8 ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona bu hüququn yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabddehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)-440/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14 noyabr 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “ona bu hüququn yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cava bdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(122)-1415/2024 nömrəli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)440/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı bu hüququn yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)440/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 21(122)-440/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətində göstərmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona bu hüququn yarandığı xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyinin cavabddehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. İddiaçı 06 avqust 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun sosial və dövlət icbari şəxsi sığorta departamentinin 09 avqust 2024-cü il tarixli, 3-17-91/2-Ə-7498/2024 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilməsi barədə məlumat verilmişdir. İmtinanın səbəbi kimi vətəndaş İddiaçı xx.xx.2016ci il tarixindən "Mülkiyyətində olan kənd təssərrüfatına yararlı torpaqları istifadə edən şəxs" (özü özünü sığortaedən) kimi qeydiyyata alınmışdır. Lakin qeydiyyata alındıqdan sonra Məc buri Dövlət Sosial Sığorta haqqlarının ödənilməsi ilə bağlı onun tərəfindən hər hansı il üzrə rüblük Forma B2 və illik Forma B3 hesabatları təqdim edilməmişdir. Əlavə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin "X2 Sistemi" (AVİS) tərəfindən 2019-cu və 2020-ci illərdə onun xeyrinə ödənilmiş Məcburi Dövlət Sosial Sığorta haqqları ilə bağlı məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin" X1 Sistemi”nə ötürülməmişdir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasinın İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilm əsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 noyabr 1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 1974-cü ildən 1997-ci ilədək əmək kitabçasına müvafiq olaraq sovxozda traktorist, Dövlət Dəmiryolu xidmətində çilingər, Qaz idarəsində çilingər vəzifələrində işləmiş, daha sonrakı dövrlərdə isə müxtəlif yerlərdə muzdlu fəhlə kimi işləməyə davam etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixdə müraciət etmiş, lakin sonuncunun xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-Ə-7498/2024 nömrəli məktubu ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunaraq bildirilmişdir k i, "aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin "X2 Sistemi” tərəfindən 2019-2020-ci illərdə sizin xeyrinizə ödənilmiş Məcburi Dövlət Sosial Sığorta haqqları ilə bağlı məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin" X1 Sistemi”nə ötürülməmişdir.” İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1973-cü il tarixli, 437 nömrəli Attestatın surətinə əsasən o, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək (2 il 19 gün) Sumqayıt şəhər Texniki Peşə Məktəbində dülgər peşəsi üzrə təhsil almışdır. İddiaçı tərəfindən təqdim edilmiş 22 iyul 1974-cü il tarixli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (11 ay) Culfa Lok omativ deposunda işləmiş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (1 il 11 ay 27 gün) hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək (12 il 1 ay 12 gün) sovxozda fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (05 il 11 ay 18 gün) Culfa Qaz İdarəsində çilingər vəzifələrində işləmişdir. İddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla əmək kitabçası üzrə onun 23 il 16 gün ümumi iş stajı vardır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, 13/1002 nömrəli arayışda İddiaçı xx.xx.1974-cü il tarixli, 913 nömrəli əmrlə “Naxçıvan Dəmiryolları MMC” də işə qəbul edilməsi, xx.xx.1975-ci il tarixli, əmrlə işdən azad olunmasına dair əmr kitablarında rast gəlindiyi q eyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, 13/1002 nömrəli digər arayışda İddiaçı Culfa rayon Qaz İstismar İdarəsində işlədiyi, 1991-ci il üzrə 10 ay, 1992-ci il üzrə 1 ay, 1994-cü il üzrə 12 ay və 1996-ci il üzrə 12 ay əmək haqqı aldığı qeyd edilmişdir. Həmçinin arayışda 1992, 1993 və 1995-ci illərə aid əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinmədiyi göstərilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilmiş "Sovxozda fəhlə vəzifəsində” işlədiyi dövrlər (xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək), həmçinin Culfa Qaz idarəsində işlədiyi 1992,1993,1994 və 1997-ci illərdə əmək haqqı alması barədə məlumatlar arxiv arayışları ilə təsdiq olunmamışdır. Göründüyü kimi, iddiaçının tələb olunan 2 5 il sığorta stajı və ya 40.320 manat pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi JN-729 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Culfa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 121 saylı qərarına əsasən 1,33 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Culfa Rayon, Bənəniyar kənd sakini İddiaçı və onun ailə üzvləri X5, X10, X4, X6 və X7 mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən o, xx.xx.2017-ci il tarixində 3.0 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017ci il tarixində 3.0 manat, ******* nömrəli ödəniş qəbzini n surətinə əsasən xx.xx.2017-ci il tarixində 3.0 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 3.0 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2015-ci il tarixində 4.0 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 3.0 manat, ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən xx.xx.2017-ci il tarixində 3.0 manat məbləğində olmaqla, ümumillikdə öz adına 22,0 manat məbləğində məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslər tərəfindən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlara görə sosial sığorta haqqının ödənil məsi həmin torpaqlardan istifadə ilə şərtləndirilib. Bu maddəyə əsasən, fiziki şəxslər öz mülkiyyətlərində olan pay torpaqlarından istifadə etmədikləri halda, həmin torpaqlara görə onların sosial sığorta haqqı ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə bələdiyyə orqanından, yerli icra orqanlarından təsdiqedici arayış əldə edilməli və müvafiq orqana təqdim olunmalıdır. Beləliklə, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta staji və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyasının təyin edilməsi mümkün ol mamışdır. Məlumat üçün bildiririk ki, iddiaçıya 2021-ci il tarixdən “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə (yaşa görə müavinət -əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikə) əsasən yaşa görə 220 manat məbləğində sosial müavinət təyin edilmiş və adına rəsmiləşdirilmiş plastik kart vasitəsilə ödənilməkdədir. Apellyator şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının,“Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun, “Sosial müavinətlər haqqında’’ Azərbaycan Respublikasının Qanununun, “Sosial sığorta haqqında’’ Azərbaycan Respublikasının Qanununun, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilm əsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarının və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)-440/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı apellyasiya şikayətini n təmin edilməməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)440/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq olun a bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası mə hkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respubl ikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ va rdır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1-cü maddəsinə ə sasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiy a instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayonu Bənəniyar kəndində qeydiyyatda olan İddiaçı ünvanlanmış 09 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-Ə-7498/20 24 nömrəli məktubdan məlum olur ki, o, (FİN: xxxxxxx) xx.xx.2016-cı il tarixindən “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” (özüözünü sığortaedən) kimi qeydiyyata alınmışdır. Lakin qeydiyyata alındıqdan sonra MDSS haqlarının ödənilməsi ilə bağlı onun tərəfindən heç bir il rüblük Forma B2 və illik Forma B3 hesabatları təqdim edilməmişdir. Nəticədə müraciətdə qeyd olunan ödənişlər fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Həmçinin aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin X2 Sistemi tərəfindən 2019-2020-ci illərdə iddiaçının xeyrinizə ödənilmiş Məcburi Dövlət Sosial Sığorta haqqları ilə bağlı məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminə ötürülməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 02 dekabr 2024-cü il tarixli, 3-17-9-1/212697/2024 nömrəli məktubundan məlum olur ki, İddiaçı (FİN: xxxxxxx) Fondun Culfa rayon şöbəsinin sifarişi əsasında 23 avqust 2006-cı il tarixdə **********496 nömrəli sosial sığorta nömrəsi ilə təmin edilmişdir. 01 yanvar 2006-cı il tarixindən 01 yanvar 2019-cu il tarixinədək mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan fərdi sahibkarların sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sənədlər Fondun yerli qurumları tərəfindən qəbul edilib mərkəzə göndərilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X18 JN-729, KOD 10600028 nö mrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən məlum olur ki, həmin dövlət aktı ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1997-ci il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.33 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 4 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 06 mart 2025-ci il tarixli, 3-17-9-1/2-Ə-2649/2025 nömrəli qərarından məlum olur ki, İddiaçı tələb olunan 25 il sığorta stajının və tələb olunan 34560 mana t pensiya kapitalının olmaması səbəbi ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əlavə məlumat olaraq təqdim edilən məcburi dövlət sığorta haqqı ödəniş qəbzlərinin MEİS-də öz əksini tapmaması qeyd olunmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1957-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edil miş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sis temində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. 3.0 və 3.0.1-ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. 4.1-ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqd ır. 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hes ablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında ap arılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra haki miyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxx 1957-ci il təvəllüdlüdür və onun 25 ildən az ümumi iş stajı vardır. İddiaçı yaşa görə əmək pensiyası hüququnun olmasını, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqları ödədiyini bildirərək cavabdehdən ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməsini tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçıya münasibətdə ikinci şərt də mövcud olmuş, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Kollegiya iddiaçının fərdi hesabının sığort a hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixinədək olan dövrün qeydə alınmaması, iddiaçının tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Kollegiya qeyd edir ki, iş materiallarında iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ümumilikdə 19 (on doqquz) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər mövcuddur. İddiaçı yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Eyni zamanda, iddiaçının həmin ödənişlərin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödənişlər onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh orqanın mübahisələndirdiyi məsələlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı iş in faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı məcburi dövlət sosial sığorta haqqını ödəməsini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığına dair cavabdeh tə rəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 19 (on doqquz) manat məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Kollegiya həmçinin iddiaçı tərəfindən təqdim edilmiş "Naxçıvan Poçt” MMC-nin müvafiq nömrəli ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı ümumillikdə öz adına 22,0 manat məbləğində məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki iddiaçı mülkiyyətind ə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqqını ödəməsi barədə sübutu birinci instansiya məhkəməsinə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz və iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Kollegiya bir daha vurğulayır ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iddia etdiyi il lər üzrə torpaq sahəsi ilə bağlı məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə sənəd mövcud olsa da cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina barədə cavabdeh inzibati orqan tə rəfindən qəbul edilmiş qərar qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarında istinad edilən hallar və apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşki l etmir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)-440/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)440/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar