Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-55/2023 16.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğludan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 və üçüncü şəxslər X5, X6 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X2 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqları n dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)16/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2006-cı ildə X2 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 21(122)-16/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X2 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə inzibati məhkəmə icraatına X9, X7 və X11 üçüncü şəxs qismində cəlb edilmişlər (zəruri cəlbetmə). Naxçıvan Muxtar Respublik ası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 21(122)-16/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X2 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiaları mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 21(122)-16/2023 nömrəli qərardadından narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələblərinə baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 şikayətində göstərilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 2006-cı ildə X2 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edi lməsini xahiş etmişlər. Xidmət tərəfindən mülkiyyət sənədləri verilərkən texniki səhvlik nəticəsində Teymur və onun ailə üzvlərinə qanuni istifadəsində olmuş torpaq sahəsi onların torpaq sahəsinə gedən yolun onların adına səhvən işlənməsi nəticəsində onların torpaq sahəsi artmış iddiaçıların torpaq sahəsinə gedən yeganə yol isə bunun nəticəsində bağlanmışdır. Bu halların texniki səhvlik nəticəsində yaranması Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Reyestr Xidmətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli rəyi ilə də təsdiq edilir. Bütün bunlara baxmayaraq məhkəmə müddəti əsas qoyaraq tələbinə məhkəmə mübahisəsi çərçivəsində baxmaqdan yayınır. Hesab edir müddətin tətbiq olunaraq tələbinə baxılmaması barədə məhkəmənin 2-1(122)-16/2023 nömrəli qərar dadı qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi (inzibati mübahisələrin məhkəmə aidiyyəti);
1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. a) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsi (öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);
1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsin ə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 şikayəti müdafiə edərək şikayət ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələblərinə baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsə lələri üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 şikayəti qəbul etməyərək şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxslər X9 və X1 Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia əri zəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olm amasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırla r. Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin qərara əsasən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasını əsaslandırmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə inzibati orqanlara münasibətdə inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydası nda iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Verilmiş apellyasiya şikayətinin dəlillərinin məcmu üzrə məzmunu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X2 və onun ailə üzvlərinin mülkiyyəti nə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkünlüyü şərtlərindən ibarətdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu t ələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nə ticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1-ci bəndində də təsbit edildiyi kimi, İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın müddəalarına uyğu n olaraq hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır və eyni zamanda iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Kollegiya qeyd olunanlara və iş materiallarına əsasən qeyd edir ki, iddiaçı və üçüncü şəxslərin "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrinin hazırlanması zamanı texniki səhvlərə yol verilib-verilməməsi məsələsinin iddianın əsaslılığı çərçivəsində araşdırılması zərurəti mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 16.2-ci maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.” "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının müvafiq bəndlərinə uyğun olaraq iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alını b-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. Kollegiya son olaraq onu vurğulamağı zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi hazırki iddia üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirmə haqqında iddia kimi qıymətləndirilərək iddia müddətinin ötürülməsi səbəbindən mümkün hesab edilməməli nəticəsinə gəlinərkən səhvə yol verilmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya şikayətə ape llyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X2 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman bu raxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün hesab edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87 və 99.2.6-cı maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 21(122)-16/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 21(122)-16/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı 2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X2 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün hesab edilsin və inzibati iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.