Məhkəmə qərarları › İş №2-1(108)-55/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-55/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-55/2025 14.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh X8 qarşı iş üzrə QƏRARİ Açar sözlər: təhsil aldığı müddətin yarısının uzun müddət xidmətə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilməsi Hakimlər - X6 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin nümayəndəsi nümayəndə2, üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh X8 qarşı "##.##.1996-cı il tarixdən ##.##.1997-ci il tarixədək “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "xxxx" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibatı Məhkəməsinin *-*(***)-**/**** saylı 2024-cü il ## ### tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “Naxçıvan” Universiteti rektorluğunun ## #### 1996-cı il tarixli */** saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı test üsulu ilə imtahan verərək yüksək bal topladığından iqtisadiyyatın hüquqi tənzimlənməsi - əyani ixtisası üzrə universitetin tələbələri sırasına qəbul edilmişdir. (İ c, i/v.10)

2. “Naxçıvan” Universitetinin Tədris Şöbəsi tərəfindən verilmiş ## ####### 2019cu il tarixli T**/** saylı arayışdan görünür ki, İddiaçı 1996/1997-ci tədris ilində "Naxçıvan” Universitetinin "iqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuş və 1997/1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun ##.##.1997-ci il tarixli */** saylı əmri ilə həmin ixtisasın II kursundan tələbələr sırasından xaric edilmişdir. (İ c, i/v.9)

3. Azərbaycan Respublikasının Dövlət X2 X3 Muxtar Respublikası Regional Bölməsi tərəfindən X8 ünvanlanmış ## ####### 2023-cü il tarixli ***/**** saylı məktubdan görünür ki, ##.##.1979-cu il tarixdə doğulmuş İddiaçı qəbul olduğu təhsil müəssisəsinin və ixtisasın adı, sənəd verdiyi il və qəbul forması ilə bağlı məlumat aşkar olunmamışdır. (İ c, i/v.137)

4. Azərbaycan Respublikasının X4 tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2023-cü il tarixli *-*/*-Q-****-**-***/**** saylı məktubdan məlum olur ki, İddiaçı 1996-cı ildə ali təhsilin bakalavriat səviyyəsinə qəbulla bağlı III ixtisas qrupu üzrə keşirilmiş test imtahanında iştirak edərək ..., heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X4 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməmişdir.

5. “Naxçıvan” Universiteti (əvvəlki Naxçıvan Özəl Universiteti) tərəfindən "Tələbə- Məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş məlumata görə İddiaçı 1996-cı ildə həmin təhsil müəssisəsinin daxili əmri ilə "iqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisasının ödənişli əyani təhsilalma formasına qəbul olmuş, ## ####### 1997-ci ildə */** saylı əmrlə tələbələr sırasından xaric edilmişdir. (İ c, i/v.170)

6. ****** saylı fərqlənmə diplomunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1997-ci ildə Azərbaycan Respublikası DIN-in Bakı Yanğın-Texniki Məktəbinə daxil olmuş və ## ####### 1999-cu ildə yanğına qarşı mühafizənin təşkili və texnikası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının ## ####### 1999-cu il tarixli qərarı ilə ona yanğın təhlükəsizliyi texniki ixtisası verilmişdir. (İ c, i/v.206)

7. BB-İ seriyalı ****** saylı diplomun surətindən görünür ki, İddiaçı 2001-ci ildə Daxili Işlər Nazirliyinin Polis Akademiyasına daxil olmuş və 2006-cı ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının ## #### 2006-cı il tarixli qərarı ilə ona hüquqşünas ixtisası verilmişdir. (İ c, i/v.207)

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra - iddiaçı) 2023-cü il ## ##### tarixdə cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən ona təyin edilmiş pensiyasında cavabdeh tərəfindən müvafiq təminat xərclərinin 3 faizi miqdarında hesablanmaqla pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Iddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman 2023-cü il # #### tarixli ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, Naxçıvan MR Inzibati Məhkəməsinin e-**(***)-***/**** saylı 2023-cü il # #### tarixli qərardadı ilə həmin ərizə təmin edilərək, cavabdeh "xxxx" publik hüquqi şəxsi əsl cavabdeh Naxçıvan MR Daxili Işlər Nazirliyi (bundan sonra - cavabdeh) ilə əvəz edilmiş və iddia tələbi “##.##.1996-cı il tarixdən ##.##.1997-ci il tarixədək “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "xxxx" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Daxili Işlər Nazirliyinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1997-ci il tarixdən ##.##.2017-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. DIO-da xidmət müddəti ## #### 2017-ci il tarixinə təqvimi hesablama ilə 20 il, 00 ay, 01 gün, imtiyazlı hesablama ilə 28 il, 10 ay, 15 gün təşkil edir. Naxçıvan MR DIN-in 2017-ci il ## ###### tarixli əmri ilə öz istəyi ilə olmasa da, təzyiq altında daxili işlər orqanlarından təqaüdə buraxılmışdır. Istefada olan polis Rudur. Xidmət etdiyi dövrdə 1999-cu ildə fərqlənmə diplomu ilə Daxili Işlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsini, 2006-cı ildə DIN-in Polis Akademiyasını bitirmişdir.

11. Naxçıvan MR Inzibati Məhkəməsinin 2024-cü il ## ### tarixli 2-1(122)-53/2024 saylı qərarı ilə iddiaçının cavabdehə qarşı qeyd olunan iddiası rədd edilmişdir (hakim H.Muradov).

12. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına iddiaçının özü tərəfindən əlavə edilən “Naxçıvan” Universiteti Tədris Şöbəsi tərəfindən İddiaçı Zülfüqar oğluna verilmiş ## ####### 2019-cu il tarixli T**/** saylı arayışdan görünür ki, İddiaçı 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun ##.##.1997-ci il tarixli */** saylı əmri ilə tələbələr sırasından xaric edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı hər hansı digər ali təhsil müəssisəsinə köçürülməmiş, intizamsızlıq səbəbindən müvafiq əmr əsasında universitetdən xaric edilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarında da qeyd edildiyi kimi bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Qeyd olunan normanın iddiaçıya tətbiq edilməsi üçün, öncə, iddiaçı təhsilini davam etdirməli, ikinci isə həmin ali təhsil müəssisəsi mülki ali təhsil müəssisəsi olmalıdır. Iş materiallarına əsasən iddiaçı ali təhsilini davam etdirməmiş, universitetdən xaric edilmişdir. Digər tərəfdən isə onun sonradan 1999-cu ildə qəbul olduğu Daxili Işlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsi xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmir. Həmçinin iddiaçının 1999-cu ildə qəbul olduğu Daxili Işlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsində təhsil aldığı müddət onun daxili işlər orqanlarında xidmət etdiyi illərlə üst-üstə düşür.

13. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarında natamam ali təhsil müddətinin uzun müddətli xidmət illərinə daxil edilməsi imperativ qaydada tənzimlənmişdir. Qanunvericiliklə dispozitivlik şərtləri çərçivəsində seçim hüququ nəzərdə tutulmadığından və qeyd olunan imperativ şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən iddiaçının ##.##.1996-cı il tarixdən ##.##.1997-ci il tarixədək “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi mümkün deyil.

14. Məhkəmə mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 26-cı maddəsinə, 38-ci maddəsinin İ və III hissələrinə, 60-cı maddəsinin İ və IV hissələrinə və 71-ci maddəsinin İ hissəsinə, “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci, “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra “Əmək pensiyaları haqqında” Qanun) 3.1, 9.5, 9.6, 20.14-20.14.1-ci maddələrinə, "Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** saylı Qərarının (bundan sonra 1992-ci il ## ###### tarixli *** saylı Qərar) 1-ci bəndinin 4, 13 və 14-cü abzaslarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## #### və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il ## ### tarixli Qərarlarına, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Inzibati Prosessual Məcəllə) 4.1, 12.1, 12.2, 58.1, 58.7, 68.1 və 68.2-ci maddələrinə istinad etmişdir.

15. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır.

17. Işin faktiki hallarının düzgün qiymətləndirilməməsi üzrə - məhkəmə qərarında iddiaçının 1997-ci ildə təhsildən xaric olunması ilə 1999-cu ildə DIN-in xüsusi orta ixtisas məktəbinə qəbulu arasında 2 illik fasilə olduğu qeyd edilsə də, bu fakt sənədlərlə təkzib olunur. Rəsmi diplom və arayışlar təsdiq edir ki, iddiaçı 1996-1997-ci illərdə “Naxçıvan” Universitetində təhsil almış, 1997-ci ildə isə (fasilə vermədən) DIN-in təhsil müəssisəsinə qəbul olmuşdur.

18. Iddiaçının bakalavr təhsilini tamamlamadan orta ixtisas təhsilinə keçməsi qanunla qadağan olunmamışdır (AR NK-nın *** saylı Qərarı və "Təhsil haqqında" Qanunun 27.3-cü maddəsi).

19. DIM-in "Tələbə-Məzun" elektron sistemində iddiaçının “Naxçıvan” Universitetində təhsil alması barədə məlumatlar mövcuddur və bu, cavabdehin "sorğuya mənfi cavab" arqumentini əsassız edir.

20. Cavabdehin "mülki təhsildən xüsusi təhsilə köçürülməsi baş verməyib" arqumenti hüquqi əsassızdır. Azərbaycan qanunvericiliyində belə bir "köçürülmə" mexanizmi nəzərdə tutulmadığı üçün, mülki təhsili dayandırıb xüsusi təhsilə qəbul olmaq 1992-ci il ## ###### tarixli *** saylı Qərarın tətbiqi üçün kifayət edən əsasdır.

21. Maddi hüquq normalarının düzgün tətbiq edilməməsi üzrə - birinci instansiya məhkəməsi 1992-ci il ## ###### tarixli *** saylı Qərarın 1-ci hissəsini yanlış təfsir etmişdir. Qərara əsasən, şəxsin daxili işlər orqanlarında xidmətə qəbul olunana qədər mülki ali təhsil müəssisəsində keçirdiyi təlim vaxtının yarısı güzəştli xidmət müddətinə deyil, birbaşa pensiya hüququ yaradan uzun müddət xidmətinə (stajına) əlavə edilməlidir. Məhkəmənin bu müddəti "güzəştli hissə" kimi tövsif etməsi qanunvericiliyin mahiyyətinə ziddir.

22. Qeyd olunanlar nəzərə alınaraq, mülki ali təhsil müəssisəsində keçilmiş təlim vaxtının yarısı iddiaçının pensiya hüququ verən uzun müddət xidmətinə əlavə edilməlidir.

23. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

24. Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** saylı 2024-cü il ## ###### tarixli qərarı ilə (hakimlər: Y.Qurbanov - sədrlik edən və məruzəçi, S.Novruzov və M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni 1992-ci il ## ###### tarixli *** saylı Qərarın 1-ci bəndinin 13 və 14-cü abzaslarına, Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” 1992-ci il ## ######## tarixli Qanununun (bundan sonra “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) 67-ci maddəsinin “ğ” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (bundan sonra “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”) 8-ci bəndinə, Inzibati Prosessual Məcəllənin 58.7 və 87.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

26. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin baxılması üçün yenidən həmin instansiyaya qaytarılmasını xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ***/**** saylı, 2025-ci il ## ###### tarixli qərarı ilə (hakimlər: Z.Quliyev - məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) iddiaçının kassasiya şikayəti təmin edilərək Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** saylı 2024-cü il ## ###### tarixli qərarı ləğv olunmuş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

28. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin "iqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani təhsil almışdır, yəni bu işin təkzib olunmaz faktıdır.

29. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində qeyd etdiyi onun ##.##.1996-cı il tarixdən ##.##.1997-ci il tarixədək “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi ilə bağlı dəlillərini müzakirə edərək həmin dəlillərin əsassız olması qənaətinə gələrkən, 1992-ci il ## ###### tarixli *** saylı Qərarın 1-ci bəndinin 13-cü və 14-cü abzaslarında (bax §63) göstərilən müddəalarının təhlilinə istinadən belə qərara gəlmişdir ki, "... 1992-ci il ## ###### tarixli *** saylı Qərarda qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və digər orqanlara mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində keçirdikləri təlim vaxtının beş ilədək müddət daxilində təlimin bir ilinin altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi yalnız həmin şəxslərin xidmətə götürülməzdən əvvəl təhsil aldıqları mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsillərini başa vurduqları halda mümkündür. Mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsil başa vurulmadan oradakı təhsil müddətinin yarısının uzun müddət xidmətə daxil edilməsi üçün həmin Qərarda ümumi qaydadan istisna olaraq şərt kimi nəzərdə tutulmuşdu ki, uzun müddət xidmət vaxtı hesablanarkən yalnız həmin kateqoriyadan olan şəxslərin təhsil aldıqları mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsillərini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsillərinin davamı üçün qəbul edildikləri halda müvafiq mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə, yəni oradakı təhsil müddətinin yarısı uzun müddət xidmətə daxil edilir...”

30. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən maddi hüquq normalarının təhlilini yanlış hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** saylı Qərarda "bitirmək", "təhsili başa vurmaq” anlayışı (bənd 13) nəzərdə tutulmamışdır.

31. Bundan əlavə həmin qərarda yer alan “təlim” ifadəsi rus dilinin rəsmi mətnində “təhsil” kimi qeyd edilmişdir.

32. Bununla da məhkəmə kollegiyası inzibati mübahisəyə apellyasiya məhkəməsində təkrar baxılarkən həmin maddi hüquq normalarını yenidən tam və hərtərəfli araşdırdıqdan sonra düzgün və obyektiv nəticəyə gəlməsini zəruri sayır.

33. Belə ki, yuxarıda göstərilmiş maddi hüququ normalarında apellyasiya məhkəməsinin təhlilində yazdığı məhdudiyyət mövcud deyildir. Məhkəmənin isə hər hansı bir məhdudiyyət normasını yaratmaq səlahiyyətləri yoxdur.

34. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin adıçəkilən qərarının 1-ci hissəsinin 13-cü abzasında (bəndində) "beş ilədək müddət daxilində” sözlərinə də apellyasiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən xüsusi diqqət yetirilməlidir. Əks halda bu sözlərin hüquqi baxımından təsir dairəsi də öz mənasını itirmiş olur. Halbuki, onlar qərarın 1-ci hissəsində olan 14-cü abzasın (bəndin) müddəaları ilə əlaqəlidir.

35. Həmçinin apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni təkrar həll edərkən iddiaçının "Naxçıvan” Universitetindən xaric edilərkən X5 birbaşa daxil olubolmaması məsələsini araşdırmalı və buna uyğun olaraq düzgün və obyektiv nəticəyə gəlməlidir.

36. Kassasiya məhkəməsi mövqeyini Inzibati Prosessual Məcəllənin 91, 94.1, 94.2, 94.4, 96.5-96.5.1, 96.8-96.11 və 98.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

ç) Konstitusiya məhkəməsində icraat

37. 2025-ci il ## #### tarixli qərardadla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il ## ######## tarixli Qanununun 67-ci maddəsinin üçüncü hissəsinin “ğ” bəndinin "Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** saylı Qərarının 1-ci hissəsinin on dördüncü abzası ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il # ###### tarixli Qərardadında 1992-ci il ## ###### tarixli *** saylı Qərarın hüquqi əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanun deyil, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinin birinci hissəsi, sonuncu Qanun qüvvədən düşdükdən sonra isə “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinin təşkil etdiyi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun (o cümlədən bu Qanun əsasında qəbul edilmiş 1992-ci il ## ###### tarixli *** saylı Qərarın) tənzimləmə sahəsinə aid subyektlərin fərqli olmasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla 1992-ci il ## ###### tarixli *** saylı Qərarın müvafiq müddəaları arasında əlaqəni istisna etməklə onların əlaqəli şəkildə şərh olunmasını mümkünsüz etdiyi, əlavə olaraq Nazirlər Kabinetinin 2025-ci il ## ####### tarixli *** saylı Qərarı ilə 1992-ci il ## ###### tarixli *** saylı və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il ## ###### tarixli *** saylı qərarlarında edilmiş dəyişikliklərə (2026-cı il ######ın #-dən qüvvəyə minir) əsasən “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-1-ci hissəsində hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aid edilən dövrlərlə bağlı oxşar müddəaların nəzərdə tutulduğu, bu Qərarla da ziddiyyətli təfsirin istisna edilməsi istiqamətində hər hansı təkmilləşdirmənin həyata keçirilmədiyi göstərilmiş, qeyd olunan “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-1.14-cü bəndinin müddəalarının təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilmişdir.

d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat (şikayət üzrə məhkəmə icraatı iştirakçılarının izahatları, sübutlar)

39. Iddiaçı işə apellyasiya instansiyası məhkəməsində baxılarkən 2026-cı il # ##### tarixli vəsatətlə müraciət edərək “məlumat vərəqində dəyişiklik edilərək 1996- 1997-ci illərdə “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətə daxil edilməsi”ni göstərməklə iddia tələbini dəqiqləşdirmiş, həmin vəsatət təmin edilərək, iddia tələbinə "##.##.1996-cı il tarixdən ##.##.1997-ci il tarixədək “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "xxxx" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” həcmində baxılması qərara alınmışdır.

40. Iddiaçı İddiaçı izahat və çıxışında göstərdi ki, inzibati orqanla olan mübahisənin əsası pensiyanın yenidən hesablanaraq təqdim olunan təhsil stajının əmək stajına əlavə olunmaması ilə bağlıdır. Təqaüdə çıxdığı 2017-ci ilin avqust ayından sonra “Əmək pensiyaları haqqında Qanun”un 20.14.1-ci maddəsinə dəyişiklik edilərək (##.##.2017-ci il tarixli ***-VQD saylı Qanun maddə 1.71) "il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla" sözləri əlavə olunmuşdur. Buna görə də o, pensiyasının yenidən hesablanması üçün Nazirlər Kabinetinin ##.##.2022-ci il *** saylı Qərarının 6.1.4-cü maddəsinə əsasən müraciət edib, daxili işlər orqanlarında xidmətdən öncə 1 il, 00 ay, 28 gün mülki ali təhsilinin yarısı 6 ay 14 gün müddətin uzun müddət xidmətinə əlavə olunmasını xahiş etmişdir. Daxili Işlər Nazirliyi isə hər bir fərd üçün pensiyanın bir dəfə hesablanmasını qanuni hesab edir. Halbuki “Əmək pensiyaları haqqında” Qanuna ****-VQD saylı ##.##.2018-ci il tarixdə edilmiş dəyişikliyə və Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli *** saylı Fərmanı və Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** saylı qərarı ilə qüvvədə olan norma təsdiq edilmişdir.

41. Artıq işə kassasiya qaydasında məhkəmədə baxılaraq hüquqi qiymət verilmişdir və təhsil vaxtının yarısının təhsilin başa vurulmasından asılı olmayaraq uzun müddət xidmətə əlavə edilməsi mübahisə predmeti deyil. Kassasiya instansiyası müəyyən etmişdir ki, normanın məzmunu düzgün müəyyən edilməmişdir, normada nəzərdə tutulmayan əlavə məhdudiyyət tətbiq edilmişdir.

42. Işə yenidən baxan məhkəmə kassasiya instansiyasının hüquqi mövqeyinə əməl etməyə borcludur. Əks mövqenin qəbul edilməsi faktiki olaraq əvvəlki səhvin təkrar edilməsi və kassasiya göstərişinin pozulması demək olar.

43. Ali Məhkəmənin ##.##.2025-ci il qərarı, Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il qərardadı və Nazirlər Kabinetinin ##.##.2025-ci il *** saylı Qərarının 2- 1.14-cü bəndi əsasında təhsil dövrünün yarısı uzun müddət xidmətə daxil edilməlidir.

44. “Əmək pensiyaları haqqında” Qanunun 38-ci, Mülki Məcəllənin 1096, 1097-ci, Inzibati Prosessual Məcəllənin 6 və 7-ci maddələrinə əsasən 2017-ci ilin avqust ayından halhazıradək az hesablanmış dövr üzrə bütün illərin ödənilməsi qanuni tələbdir.

45. Kollegiyadan göstərilənləri rəhbər tutaraq apellyasiya şikayətinin və iddiasının təmin olunmasını xahiş edir.

46. Cavabdehin nümayəndəsi nümayəndə2 izahat və çıxışında göstərdi ki, Nazirlər Kabinetinin 631 və *** saylı Qərarlarında təminat xərclərinin hesablanması ilə bağlı məsələyə belə mövqe bildirilir ki, ümumiyyətlə təhsil müddəti 5 illik müddət daxilində ən çox 2 il 6 ay sayılmaqla onun xidmət müddətinə daxil edilə bilər. Göstərilən hissədə isə əlavə olaraq qeyd edilir ki, təhsil müddətində hər hansı bir hərbi hazırlıq keçən məktəbə və yaxud da vətəndaşlara hazırlıq keçən məktəbdə təhsilin davamı üçün xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edilibsə, həmin müddəti də uzun müddət xidmətə əlavə edilir. Lakin iddiaçının özü də Daxili Işlər Nazirliyində işləmiş, kadr xidmətində 12 il ərzində baş inspektor vəzifəsində xidmət etmiş, orada olduğu müddət ərzində bununla bağlı hər hansı bir müraciəti olmamışdır.

47. Həmçinin onlar iddiaçının əvvəllər verdiyi tərcümeyi-hal və anket məlumatlarında da bu barədə məlumatlara rast gəlmirlər. Digər tərəfdən isə burada əsas məsələ ondan ibarətdir ki, həmin şəxs təhsilini başa vurmamışdır. Diplom təqdim edə bilmir. Hər bir halda həmin müddətin pensiya müddətinə daxil edilməsi məqsədəmüvafiq deyil.

48. Konstitusiya Məhkəməsi qərardadında iddiaçının xeyrinə hər hansı bir normanı şərh etmir. Sadəcə *** nömrəli Qərarın təkmilləşdirilməsini tövsiyə edir. Hansı ki, DSMF-nin verdiyi layihədə də bu görünür, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsi üzrə əmək pensiyasının 0,5 əmsalla hesablanması, həmçinin də yalnız bitmiş təhsilin pensiyanın hesablanmasına nəzərə alınması göstərilir.

49. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

50. Üçüncü şəxsin nümayəndəsi nümayəndə1 izahat və çıxışında göstərdi ki, təhsil müddəti DSMF-də o zaman nəzərə alınır ki, şəxs müvafiq təhsil müəssisəsini bitirmiş olsun, diplom alsın. Iddiaçı tərəfindən isə təhsil bitirilməmiş, müvafiq ixtisas əldə olunmamışdır.

51. Xidmət stajını ilkin olaraq müəyyən edən orqan Daxili Işlər Nazirliyidir. Həmin orqan məlumat vərəqəsini DSMF-yə təqdim edir və nəzərə alınıbsa, fond tərəfindən də araşdırmalar aparılır. Sonradan həmin məlumata əsasən pensiya təyin olunur.

52. Pensiyaların təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən yalnız bitmiş təhsil dövrü nəzərə alınır. O da əmsalla götürülür. Faktiki olaraq bitməmiş təhsili DSMF nəzərə almır və qəbul etmir.

53. Hesab edir ki, pensiya üçün natamam təhsil uzun müddət xidmət vaxtına nəzərə alına bilməz. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

54. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

55. Apellyasiya baxışında təqdim olunmuş; Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Naxçıvan MR DIN-in ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** saylı məktubuna əlavə olunmuş xidmət siyahısından görünür ki, iddiaçı Azərbaycan Respublikası DIN Bakı Yanğın-Texniki Məktəbinin ##.##.1997-ci il tarixli *** saylı əmrinə əsasən daxili xidmət sıravisi rütbəsi ilə müdavim kimi həmin məktəbə qəbul edilmişdir.

56. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il ## ###### tarixli *-**/*-****/**** saylı məktubunda göstərilmişdir ki, mövcud qanunvericilikdə yalnız bitmiş təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur.

57. Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il # ###### tarixli Qərardadında “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-1.14-cü bəndinin müddəalarının təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilmiş, Nazirlər Kabineti tərəfindən Nazirliyə qeyd edilən məsələnin icrası ilə əlaqədar razılaşdırılmış layihənin təqdim olunması tapşırılmış və Nazirlik tərəfindən layihə hazırlanaraq razılaşdırılması üçün müvafiq nazirliklərə göndərilmiş və həmin qurumlar tərəfindən layihəyə viza verilmişdir. Layihədə mövcud inzibati praktika da nəzərə alınmaqla, zabit heyəti və xüsusi rütbəli şəxslərə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunarkən yalnız bitmiş təhsil dövrünün 0.5 əmsalla hərbi xidmət müddətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, bu şəxslər təhsil müəssisəsini bitirmədiyi təqdirdə, təhsil dövrünün xidmət müddətinə daxil edilməsi mümkün deyildir.

58. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Kadrlar Idarəsinin 2026-cı il ## ###### tarixli *-**-**/*-****/**** saylı məktubuna əlavə olunmuş ##.##.1999-cu il tarixli ****ş/h saylı və ##.##.1999-cu il tarixli ****ş/h saylı əmrlərdən çıxarışlardan məlum olur ki, DIN-in Bakı Yanğın-Texniki Məktəbinin məzunu - iddiaçıya “R” ilk xüsusi rütbəsi verilmiş və o, Naxçıvan MR DIN-in X7 Şöbəsinin xidmət, hazırlıq və yanğın texnikası şöbəsinin mühəndis-inspektoru vəzifəsinə təyin edilmişdir.

Apellyasiya baxışının hədləri

59. Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Tətbiq edilən hüquq

60. Konstitusiya; Maddə 21. Dövlət dili İ. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. ...

61. Hərbi qulluqçuların pensiya təminatı haqqında ##.##.1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (2007-ci il ## ####### tarixli Qanunla qüvvədən düşmüşdür); Maddə 16. Xidmət illərinin hesablanması Bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir.

62. "Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, Rlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** saylı Qərarı;

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, ... daxili işlər, ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ... Zabit heyətinə və daxili işlər, ədliyyə orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali məktəblərdən tələbəlik vaxtı təhsil başa vurulmadan ali hərbi məktəblərə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali məktəblərdəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir ... (1999-cu il ## ####### tarixədək olan redaksiyada);

63. Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** saylı Qərarı;

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, daxili işlər, ... və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ... Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək... rəis heyətinə mənsub şəxslərə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir ... (2026-cı il # ###### tarixədək olan redaksiyada).

64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”; ... 2-1.14. zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti və gömrük orqanlarında kiçik heyət istisna olmaqla) Qanunun 9.5.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altı ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəl mülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrü daxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təhsil dövrü. Qeyd: Həmin şəxslər bilavasitə mülki ali təhsil və xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrində təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, qeyd olunan təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə xidmət müddətinə daxil edilir (2026-cı il # ###### tarixdən qüvvədədir).

65. Vətəndaşların pensiya təminatı haqqında ##.##.1992-ci il tarixli Qanun (2007ci il # #### tarixli Qanunla qüvvədən düşmüşdür); (müqayisəli qiymətləndirmə üçün) Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, ...

66. Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” (2006-cı il ## ######## trixli Qərarla qüvvədən düşmüşdür); (müqayisəli qiymətləndirmə üçün)

8. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti,... diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun.

67. Inzibati Prosessual Məcəllə; Maddə 1. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96. Ali Məhkəmədə icraat 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

68. Mülki Prosessual Məcəllə; Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

69. Normativ hüquqi aktar haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Normativ hüquqi aktar haqqında” Qanun); Maddə 72. Normativ hüquqi aktın qəbul edilməsi qaydası 72.2. Normativ hüquqi akt normayaratma orqanı tərəfindən dövlət dilində qəbul edilir. Maddə 82. Normativ hüquqi aktların rəsmi dərc edilməsi qaydası 82.3. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir.

70. Konstitusiya Məhkəməsi Plenumunun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il ## ######## tarixli Qanununun 67-ci maddəsinin üçüncü hissəsinin “ğ” bəndinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** saylı Qərarının 1-ci hissəsinin on dördüncü abzası ilə əlaqəli şəkildə şərh edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müraciətinə dair” 2025-ci il # ###### tarixli Qərardadı (bax § 37,38).

Işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini şikayət üzrə məhkəmə icraatının iştirakçılarının izahatları və iş materiallarında olan sənədlərlə əlaqəli şəkildə araşdıraraq inzibati işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

72. Hazırkı işdə iddia tələbi apellyasiya baxışında dəqiqləşdirməyə əsasən, “iddiaçının ##.##.1996-cı il tarixdən ##.##.1997-ci il tarixədək “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "xxxx" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir.

73. Şikayətin “birinci instansiya məhkəməsinin qərarında iddiaçının 1997-ci ildə təhsildən xaric olunması ilə 1999-cu ildə DIN-in xüsusi orta ixtisas məktəbinə qəbulu arasında 2 illik fasilə olduğunun qeyd edilməsi” dəlilinə münasibətdə bildirilir ki, kollegiya tərəfindən bu texniki səhvlik kimi qiymətləndirilir. Çünki iddiaçının 1999-cu ildə deyil, 1997-ci ildə Bakı Yanğın- Texniki Məktəbinə qəbul olduğu işin mübahisə olunmayan halıdır.

74. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun və bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun və bu Qanuna əsasən qəbul edilmiş 1992-ci il ## ###### tarixli *** saylı Qərarın hazırkı işlə bağlı bəndlərini (abzaslarını) müqayisəli təhlil edərək kollegiya hesab edir ki, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində keçirdikləri təhsil vaxtının (beş ilədək müddət daxilində təhsilin bir ilinin altı ay sayılmaqla) uzun müddət xidmətə daxil edilməsi yalnız həmin şəxslərin təhsil aldıqları mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsillərini başa vurduqları halda mümkündür.

75. Kollegiya 1992-ci il ## ###### tarixli *** saylı Qərarın 13-cü abzasında “bitirmiş” və ya “başa çatmış” sözlərinin olmamasını pensiya təminatı sahəsində qanunvericiliyin tələblərinin əksinə olaraq iddianın təmin edilməsi əsası kimi görmür. Çünki bu həmin sahədə qəbul olunmuş qanunvericilik aktları üzrə ümumi hüquqi təcrübyə, həmin qanunvericilik aktlarının həqiqi hüquqi mənada ruhuna zidd olar.

76. Hər nə qədər 1992-ci il ## ###### tarixli *** saylı Qərarın 13-cü abzasında “bitirmiş (və ya təhsili başa vurmuş) şəxslər” ifadəsi birbaşa işlədilməsə də, həm həmin bənd (abzas), həm də pensiya qanunvericiliyinin ümumi prinsipləri təhsil müddətinin staja daxil edilməsini təhsilin tam başa vurulması faktı ilə şərtləndirir.

77. Iddiaçı ali təhsil müəssisəsini bitirməmiş, II kursdan xaric edilmişdir. Qanunvericilikdə isə “yarımçıq qalmış mülki təhsilin” xidmət stajına əlavə edilməsi mexanizmi nəzərdə tutulmamışdır.

78. 13-cü və 14-cü abzasların qarşılıqlı əlaqəsi üzrə 1992-ci il ## ###### tarixli *** saylı Qərarın strukturuna diqqət yetirsək, 13-cü abzas ümumi qaydanı (bitmiş təhsil), 14cü abzas isə istisnanı müəyyən edir.

79. Əgər qanunverici bitirmə şərtini mütləq hesab etməsəydi, 1992-ci il ## ###### tarixli *** saylı Qərarın 14-cü abzasına (tələbəlik vaxtı mülki ali təhsil müəssisəsində təhsili başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün keçənlər barədə) ehtiyac qalmazdı.

80. Iddiaçı mülki ali təhsil müəssisəsindən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsinə təhsilin davamı üçün keçməmiş, Bakı Yanğın-Texniki Məktəbində tamamilə yeni bir ixtisas üzrə sıfırdan təhsilə və eyni zamanda xidmətə başlamış, “Naxçıvan” Universitetindən davamiyyətsizliyə görə xaric edilmişdir. Bu səbəbdən o, nə 1992-ci il ## ###### tarixli *** saylı Qərarın 13-cü abzasının (bitirmə şərti), nə də 14-cü abzasının (davametmə şərti) tələblərinə cavab vermir.

81. Kollegiya hesab edir ki, qeyd edilən hüquqi təhlil və iddiaçının vəziyyətinə tətbiqi bu nəticəyə gəlməyə əsas verir ki, apellyasiya baxışında dəqiqləşdirilmiş iddiada göstərilən ##.##.1996-cı il tarixdən ##.##.1997-ci il tarixədək “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısı iddiaçının uzun müddət xidmətinə daxil edilə bilməz.

82. ## ###### 1992-ci il tarixli *** saylı Qərarda yer alan “təlim” ifadəsinin rus dilinin rəsmi mətnində “təhsil” kimi qeyd olunması ilə bağlı kollegiya qeyd edir ki, normativ hüquqi akt normayaratma orqanı tərəfindən dövlət dilində qəbul edilir. Həmçinin normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir. Azərbaycan Respublikasının dövlət dili isə Azərbaycan dilidir. (bax § 60, 69)

83. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilməsi barədə müraciətinə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsi isə maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməklə iddiaçının iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

84. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı və *-*(***)-**/**** saylı 2024-cü il ## ### tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə

85. Inzibati Prosessual Məcəllənin 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Iddiaçı İddiaçı Zülfüqr oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin e-*-*(***)-**/**** saylı 2024-cü il ## ### tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar