Məhkəmə qərarları › İş №2-1(108)-56/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-56/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-56/2023 06.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "mövcud 1156.1 kv.m. ərazidən müalicə xərclərinin qarşılığının ödənilməsi və tikilini tamamlamaq məqsədilə məcburiyyət qarşısında qaldığından 300 kv.m ərazi satıldığından qalmış yəni 1156.1-300= 856.1 kv.m. əraziyə sənəd verilmədiyindən uzun sürən müraciətlərinin nəticəsi olaraq xidmət rəhbərliyi 856.1 kv.m. ərazidən 383.2 kv.m yayındırılaraq 472.9 kv.m. əraziyə xidmət tərəfindən çıxarış verildiyindən xidmət rəhbərliyinin onunla aparılmı ş qarşılıqlı danışıqların nəticəsi olaraq tənzimlənən bazar iqtisadiyyatı dövründə qiymətlərin bu zonada sotunun qiymətinin 20000 (iyirmi min) manat olduğu bildirilərək ondan alınmış vəsaitin qarşılığında 383.2x20.000=76.640 (yetmiş altı min 640) manat dəyərində təzminatın və 15000 (on beş min) manat dəyərində vurulmuş maddimənəvi zərər xərcinin təzminatının ümumilikdə 91.64 (doxsan bir min altı yüz qırx) manatlıq təzminatın ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(122)-796/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 24 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək mövcud 1156.1 kv.m. ərazidən müalicə xərclərinin qarşılığının ödənilməsi və tikilini tamamlamaq məqsədilə məcburiyyət qarşısında qaldığından 300 kv.m. ərazi satıldığından qalmış yəni 1156.1-300= 856.1 kv.m. əraziyə sənəd verilmədiyindən uzun sürən müraciətlərinin nəticəsi olaraq xidmət rəhbərliyi 856.1 kv.m. ərazidən 383.2 kv.m yayındırılaraq 472.9 kv.m. əraziyə xidmət tərəfindən çıxarış verildiyindən xidmət rəhbərliyinin onunla aparılmış qarşılıqlı danışıqların nəticəsi olaraq tənzimlənən bazar iqtisadiyyatı dövründə qiymətlərin bu zonada sotunun qiymətinin 20000 (iyirmi min) manat olduğu bildirilərək ondan alınmış vəsaitin qarşılı ğında 383.2x20.000=76.640 (yetmiş altı min 640) manat dəyərində təzminatın və 15000 (on beş min) manat dəyərində vurulmuş maddi-mənəvi zərər xərcinin təzminatının ümumilikdə 91.640 (doxsan bir min altı yüz qırx) manatlıq təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 21(122)-796/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 21(122)-796/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 13 oktyabr 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 27 oktyabr 2020-ci-il tarixli 2V-10 reyestr 54 nömrəli vərəsəlik işi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində qeyd olunmuş **********5-10301 reyestr ********* dövlət qeydiyyatlı cıxarışında qeyd olunmuş ərazinin xidmət tərəfindən 472.9 kv.m. qeydə alınması hüququnun pozulduğunu göstərir. Əslində Xidmətin arxiv bazasında mövcud sənədlər əsasında 856.1 kv.m. olmalıdır. Odur ki, xidmət rəhbərliyi öz mənafeləri hesabına ərazidən 383.2 kv.m. yayındırılaraq verildiyini nəzərə alaraq onunla qarşılıqlı aparılmış danışıqların bu zonada tənzimlənən bazar iqtisadiyyatında qiymətin 20.000 (iyirmi min) manatdan alınmış vəsaitin qarşılığında cıxarışdan yayındırılmış 383.2 kv.m x 20.000=76640 manatı və 15.000 manat mualicə xərcləri nəzərə alınmaqla ümumilikdə 7 6.640+15.000=91.640 (doxsan bir min altı yüz qırx) manat dəyərində iddia tələbi mümkün sayılmaqla xidmət tərəfindən təzminatın ödənilməsi və ona bu günləri yaşadan cavabdehin İPM-nin 120-ci maddəsinə müvafiq cinayət məsuliyyətinə cəlb olunmasi barədə məhkəmə qərarı cıxarılmasını kollegiyadan xahiş etmişdir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. İddiaçın apellyasiya şikayətinin fo rma və məzmununa riayət etmədiyindən və şikayətdə xahiş hissəsi qeyri-müəyyən olduğundan kollegiya şikayətin mümkünlüyünün yoxlanılması məqsədilə 06 noyabr 2023-cü il tarixə mümkünlük iclası təyin etmişdir. Mümkünlük iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı 06 noyabr 2023-cü il tarixə saat 1100-a təyin edilmiş mümkünlük iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlil lərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli, 210 nömrəli telefonoqrammanın məzmunundan aydın olur ki, İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üzrə məhkəmə iclasının təyin olunması haqqında 24 oktyabr 2023-cü il tarixli, 21(108)-56/2023 nömrəli məhkəmə bildirişinin ünvan sahibinin həmin ünvanda yaşamadığı səbəbindən geri qayıtdığını, apellyasiya şikayə tində dəqiqləşdirmə aparılmasına zərurət yarandığını, bununla əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən məhkəmənin yardım etmə vəzifəsinin olduğu, lakin apellyasiya şikayətində yeni və qeyri dəqiq tələbin mövcud olduğu, yeni iddia tələblərinin qəbul edilərək baxılmasının yalnız birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğu, buna görə də şikayəti üzrə dəqiqləşdirmələrin aparılması zərurətinin mövcud olması səbəbindən şikayət üzrə mümkünlük məsələsinə baxılması məqsədilə 06 noyabr 2023-cü il tarixə, saat 1100-a Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasına iclas təyin edildiyi və göstərilən tarixdə şikayətinin mümkünlük məsələsinin müzakirə olunmasında iştirak etmək və dinlənilmə hüququnun olduğu i zah olunmuş, lakin İddiaçı hazırda Bakı şəhərində olduğunu, məhkəmə iclasının təyin olunduğu tarixə Naxçıvan şəhərinə qayıda bilməyəcəyini, iş materiallarında olan ünvandan başqa ünvanının olmadığını, apellyasiya şikayətində dəqiqləşdirmə aparmaq istəmədiyini, şikayətinə olduğu kimi və onun iştirakı olmadan baxılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli Qərarına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və in zibati apellyasiya icraatında tətbiq edilə bilməz. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2-1(122)-796/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 21(122)-796/2023 nömrəli qərardadından İddiaçı tərəfind ən verilmiş şikayət mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar