Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-57/2023 26.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı “2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min bir yüz iyirmi) manat vəsaitin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(122)-375/2023 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2021-ci ilin ikiqat əmək haqqının alınıb verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan iddiasına dəyişiklik edərək “2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min bir yüz iyirmi) manat vəsaitin Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 21(122)-375/2023 nömrəli qərarı ilə iddia təmin olunmuş və “2021-ci il üzrə İddiaçı ödənilməmiş 6120 (altı min bir yüz iyirmi) manat vəsaitin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 sentyabr 2023-c ü il tarixli, 21(122)-375/2023 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(122)-375/2023 nömrəli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, qərar prosessual hüquq normalarının pozulması və maddi hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul edildiyinə görə qərar ləğv olunmalı, iddia qeyri-mümkün hesab olunmalı, iddia qeyri-mümkün statusda olduğundan və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi bu iddiaya cavab ver məli olmadığından və digər bir tərəfdən iddia üzrə tələb etmə müddətləri keçdiyindən iddia qeyri-mümkün hesab olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış 29 dekabr 2022-ci il və 30 dekabr 2022-ci il tarixli HP-14/2672 nömrəli məktubunda həmin il üçün Prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik pul müavinətinin verilməsini və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq 2021-ci ildə iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul təminatı, iki aylıq əməkhaqqı məbləğində maddi yardım və Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əməkhaqqı məbləğində pul təminatı olan vəsaitin 2023-cü də smetada nə zərə alınmasına köməklik göstərməsi xahiş olunmuşdur. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən 2023-cü il üçün Naxçıvan Muxtar Respublikası büdcəsinin proqnoz layihəsi tərtib olunarkən Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun saxlanması xərcləri üzrə vəsaitin sifarişi Hərbi Prokurorluq tərəfindən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə təqdim olunduğu kimi nəzərə alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğundan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə təqdim olunmuş hesablaşma-ödəniş cədvəlinə əsasən iddiaçıya 2021-ci il üçün hesablanmış məzuniyyət pulu, müavinət, maddi yardım və müalicə pulu ödənilmişdir. Beləliklə, həmin hesablaşma-ödəniş cədvəli tam şəkildə icra olunmuş dur. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Muxtar Respublikanın dövlət təşkilatlarında çalışan işçilərə fərdi qaydada əməkhaqqı və digər ödənclərin maliyyələşdirilməsini deyil, təşkilatın qanunamüvafiq sifarişləri əsasında təşkilatın maliyyələşdirilməsini həyata keçirir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi iş üzrə cavabdeh hesab olunmamalıdır. Məhkəmə nəticəyə gələrkən nəzərə almamışdır ki, xüsusi statuslu maliyyə orqanı hesab edilən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, Naxçıvan Muxtar Respublikasının büdcəsi layihəsini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsini, dövlət büdcəsi vəsaitindən istifadə sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bütün bunlarla yanaşı, Muxtar Respublikada maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətinin həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir. Bu isə öz növbəsində o deməkdir ki, mövcud mübahisəli hal üzrə Prokurorluq orqanının sərəncamçısı olduğu sözügedən maliyyə ayırmalarının icra olunması və prosedurları həmin iki təşkilat arasında yaranan qarşlıqlı münasibətlər zəminində tənzimləndiyindən bu məzmunda iddianın verilməsi və cavabdeh qismində təşkilatın tanınması doğru deyildir. İstinad edilən qanuna müvafiq olaraq 2021-ci ildə İddiaçı məzuniyyətə çıxarkən iki aylıq əmə khaqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi üçün təşkilatın smetasında vəsait nəzərdə tutulmuşdur. 2021-ci il üçün bütün xərc əməliyyatları təşkilat tərəfindən təqdim olunmuş sifariş əsasında həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğundan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə göndərilmiş olan hesablaşma-ödəniş cədvəlində iddiaçıya 2021-ci ilin mart ayı üçün hesablanmış məzuniyyət pulu, müavinət, maddi yardım və müalicə pulu göstərilmişdir. Maliyyə Nazirliyinə göndərilmiş olan müvafiq hesablaşma-ödəniş cədvəli tam şəkildə icra olunmuşdur. Əlavə olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublika sının 2023-cü ıl büdcəsində yalnız cari ilin xərcləri nəzərdə tutulmuşdur. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarının 1.1, 1.4, 2.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, “İnzibati İcraat haqqında” Qanunun 2.0.2ci, 73.2-ci, 81.1-ci, İPM-in 12-ci, 13-cü, 35.1-ci, 48.1-ci, 81-ci, 82-ci, 83-cü maddələrinə istinad edilmişdir. Şikayətə qarşı İddiaçı tərəfindən 27 oktyabr 2023-cü il tarixli etiraz daxil olmuşdur. Etirazda məhkəmənin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 17 iyul 253 N-li qərarının 2-ci hissəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qəra r alıb ki, prokurorluq işçiləri dövlət büdcəsinin vəsaiti hesabına 1 aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə almalıdırlar. Qərar 2020-ci ilin 1 avqustunda qüvvəyə minmişdir, ona isə pul təminatı və müavinət verilərkən 1020 vəzifə maaşına görə verilmişdir. 1 aylıq vəzifə maaşına əlavəyə uyğun olaraq ona maddi yardım, müavinət və pul təminatı 2040 manat vəzifə maaşına görə verilməli idi. Birdəfəlik pul təminatı, maddi yardım və müalicə pulunun hər biri 1020 manatın iki qatına vurulmalı idi ki, bu da 6 aylıq vəzifə maaşı edir. 1020x6=6120 manat. 2022-ci ilin dekabr-2023-cü ilin yanvar ayında 2022-ci il üçün həmin 6120 manat pulun ödənilməsi üçün vəsait hərbi prokurorluğun məktubuna əsasən verilmişdir. Lakin Hərbi Prokurorluq tərəfindən 2021-ci il üzrə də həmin vəsaitin Hərbi Prokur orluğun Maliyyə hesabına köçürülməsi barədə dəfələrlə müvafiq sənədlər göndərilsə də, Maliyyə Nazirliyi vəsaiti köçürməmiş və əsassız olaraq həmin vəsaiti ödəməmişdir.Baxmayaraq ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu xx.xx.2022ci ildə Maliyyə Nazirliyinə məktubla müraciət etmişdir. 2021-ci ilin xərc əməliyyatlarında vəzifə maaşına 1 aylıq əlavə nəzərə alınmamışdır. Ona görə də, həmin 6120 manat Maliyyə Nazirliyi tərəfindən ona ödənilməlidir. Cavabdehin düzgün seçilməməsi barədə iddianı əsassız hesab edir. Nədənsə Maliyyə Nazirliyi şikayətində bu qənaətə gəlmişdir ki, 2022-ci üzrə vəsait ona ödənildikdə qanuni və əsaslı olur, lakin 2021-ci il üzrə ödənilsə qanunsuz hesab olunmalıdır. İddia ilə əlaqədar heç bir prosesual müddət pozuntusuna yol verilmədiyini də qeyd edərək apelly asiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddianın mümkün sayılmamasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar ) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan; - İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2023-ci il tarixli ərizənin surətindən görünür ki, o, ərizəsində uzun müddət prokurorluq orqanlarında işlədiyini, xx.xx.2022-ci il tarixdə qulluqda olmanın son yaş həddinə çatdığına görə prokurorluqda əmək fəaliyyətinə xitam verildiyini və təqaüdə göndərildiyini, 2021 və 2022-ci illər üzrə maddi yardım, müavinət və müalicə pulu ödənilərkən iki qat əmək haqqı məbləğində nəzərdə tutulsa da, hesablama aparılarkən vəzifə maaşına əlavənin nəzərə alınmadığını, 2022-ci ilin dekabr ayında 2022-ci il üzrə ona 6120 (altı min yüz iyirmi) manat pul vəsaiti ödənildiyini, lakin 2021-ci il üzrə 6120 (altı min yüz iyirmi) manat pul vəsaitinin ödənilmədiyini göstərib həmin vəsaitin ona ödənilməsi üçü n Naxçıvan MR Hərbi Prokurorluğunun Maliyyə hesabına köçürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. -Cavabdeh İddiaçı ünvanladığı 17 fevral 2023-cü il tarixli, 3-23-69/2-214/2023 nömrəli məktubundan aydın olur ki, tələbdən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, 2023-cü il 1 yanvar tarixinədək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilirdi. Həmçinin prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alır dılar. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi muxtar respublikanın dövlət təşkilatlarında çalışan işçilərə fərdi qaydada əməkhaqqı və digər ödənclərin maliyyələşdirilməsini deyil, təşkilatların qanuna müvafiq sifarişləri əsasında (hesablama təşkilatın mühasibatlığında aparılmaqla) təşkilatın maliyyələşdirilməsini həyata keçirir. İşçi və işəgötürən arasında əmək, maddi təminat və digər sahələrdə tələb hüquqları onlardan birinə istiqamətlənməli və bu tələblərə öz aralarında baxılmalıdır. Əlavə olaraq bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində yalnız cari ilin xərcləri nəzərdə tutulmuşdur. -Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə ünvanladığı 30 dekabr 2022-ci il tarixli, HP-14/2672 nömrəli mək tubda Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının bir qisminin Prokurorluğun rəhbərliyinə təqrirlə müraciət edərək 2021-ci ildə prokurorluq işçilərinə qanunla nəzərdə tutulmuş 20.8-ci maddəsinə görə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, 21.4-cü maddəsinə görə iki aylıq əmək haqqı məbləğində maddi yardım və 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğındə pul təminatı verilərkən bir aylıq vəzifə maaşına əlavələrin verilmədiyi göstərilmiş, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna uyğun olaraq 2021-ci ildə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, iki aylıq əmək haqqı məbləğində maddi yardım və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki a ylıq əmək haqqı məbləğində pul təminatı verilərkən bir aylıq vəzifə maaşına əlavə Maliyyə Nazirliyi tərəfindən buraxılmadığından həmin vəsaitlərin verilməsi məqsədi ilə “əməyin ödənilməsi ilə bağlı digər pul ödənişləri (211900)” maddəsində 148898.00 (bir yüz qırx səkkiz min səkkiz yüz doxsan səkkiz manat 00 qəpik) manat vəsaitin 2023-cü ildə smetada nəzərə alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. -Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmiş 07 aprel 2023-cü il tarixli, 3-23-69/2514/2023 nömrəli, 12 may 2023-cü il tarixli, 3-23-69/2-649/2023 nömrəli və 25 iyun 2023-cü il tarixli, 3-23-69/2-743/2023 nömrəli yazılı etirazlarda qeyd olunmuşdur ki, 2023-cü il 1 yanvar tarixinədək “Prokurorluq orqanlarında qull uq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının iki qat həcmindən az olmayaraq maddi yardım verilirdi. Bununla yanaşı prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırdılar. İstinad edilən qanuna müvafiq olaraq 2021-ci ildə İddiaçı məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı məbləğində pul təminatı, müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi üçün təşkilatın smetasında vəsait nəzə rdə tutulmuşdur. 2021-cı il üçün bütün xərc əməliyyatları təşkilat tərəfindən təqdim olunmuş sifariş hesablama cədvəlləri əsasında həyata keçirilmişdir. Maliyyə Nazirliyinin müalicə pullarını necə hesablamalı olduğunu müəyyən etmək səlahiyyəti yoxdur. 2021-ci ildə X1 və həmin orqanın digər əməkdaşlarına müalicə pulları və digər ödənclər həmin dövlət orqanın hesablaması əsasında müəyyən edilmişdir. Hesablamanın və vəsaitlərin ödənilməsinin səhv və ya düz olması mübahisəsi işçi və işəgötürən arasında mübahisələndirilməli, işçi və işəgötürən arasında əmək, maddi təminat və digər sahələrdə olan tələb hüquqları onlardan birinə istiqamətlənməli və bu tələblərə öz aralarında baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.Qanunvericiliklə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır.Həmçinin qeyd olunmuşdur ki, artıq Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun maliyyələşməsi prosesi Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmir. Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunun “2021-ci ilin mart ayı üçün məzuniyyətdə olan prokuror işçilərinə, prokuror işçisi olmayan hərbi qulluqçulara və mülki işçilərə hesablanmış müavinət, maddi yardım və müalicə pulu hesablaşma-ödəniş cədvəli”nin surəti yazılı etiraza əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Hərb i Prokurorluğuna ünvanlanmış 23 noyabr 2023-cü il tarixli sorğu məktubu ilə İddiaçı 2021-ci ilin hesabına əmək məzuniyyətinə buraxılması barədə əmrin surətinin, həmin əmrə müvafiq olaraq Cavabdehnə göndərilmiş, ödənilməsi nəzərdə tutulan pul təminatı ilə bağlı hesablaşmaödəniş cədvəlinin (“Əmək haqqı barədə Maliyyə Əməliyyatlarına” dair sənədlərin) ona aid hissəsinin təsdiq olunmuş surətlərinin kollegiyaya göndərilməsi xahiş olunmuşdur. Müvafiq sorğuya cavab olaraq Naxçıvan Hərbi Prokurorluğunun 28 noyabr 2023-cü il tarixli məktubu ilə İddiaçı “2021-ci ilin hesabına əmək məzuniyyətinə buraxılması barədə əmrin” və “2021-ci ilin mart ayı üçün məzuniyyətdə olan prokuror işçilərinə, prokuror işçisi olmayan hərbi qulluqçulara və mülki işçilərə hesablanmış müavinət, maddi yardım və müalicə pul u hesablaşma-ödəniş cədvəli”nin təsdiq olunmuş surətləri kollegiyaya təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 05 mart 2021-ci il tarixli, 38 nömrəli əmrinin təsdiq olunmuş surətindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı İddiaçı həmin ilin məzuniyyəti hesabına 30 mart 2021-ci il tarixdən 45 təqvim günü müddətində əmək məzuniyyəti verilməsi əmr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 10 mart 2021-ci il tarixli, 44 nömrəli əmrinin təsdiq olunmuş surətindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı İddiaçı iki ayl ıq əmək haqqı məbləğində pul təminatı və iki aylıq əmək haqqı məbləğində maddi yardım verilməsi və əmrin maliyyə məsələlərinin həllindən ötrü Prokurorluğun maddi texniki təminat xidmətinə təqdim edilməsi əmr edilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 11 mart 2021-ci il tarixli, 47 nömrəli əmrinin təsdiq olunmuş surətindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı İddiaçı müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin verilməsi və əmrin maliyyə məsələlərinin həllindən ötrü Prokurorluğun maddi texniki təminat xidmətinə təqdim edilməsi əmr edilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq Cavabdeh 25 dekabr 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən (dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi) dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 7 fevral 2022-ci il tarixli, 11 s nömrəli Sərəncamının 1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi 2023-cü il üçün muxtar respublikanın büdcənin layihəsini və sonrakı üç il üçün büdcə göstəricilərini 2022-ci il iyunun 25-dək hazırlayıb Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim etməli olduğundan Maliyyə Nazirliyi Naxç ıvan Muxtar Respublikası büdcəsinin 2023-cü il və sonrakı üç il üçün proqnoz layihəsini 24 iyun 2022-ci il tarixli 01-04\505 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim etmişdir.Bu proqnoz layihəsində Hərbi Prokurorluğun 2022-ci il tarixli, HP - 14/1010 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə təqdim etdiyi prokurorluğun 2023-cü il və sonrakı 3 ildə saxlanması xərclərinin proqnoz göstəriciləri olduğu kimi nəzərə alınmışdır. 2023-cü ilin proqnoz göstəricilərində Hərbi Prokuroıluğun yalnız 2023-cü ildə saxlanması xərcləri nəzərdə tutulmuş,. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun işçilərinə kəsirlə ödənilmiş (bir aylıq vəzifə maaşına əlavə nəzərə alınmadan) iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatının, iki aylı q əmək haqqı məbləğində maddi yardımın, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində pul təminatının kəsir hissəsinin 2023-cü ildə ödənilməsi üçün əlavə vəsait nəzərdə tutulmamışdır.Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun prokurorluq işçilərinə 2021-ci ildə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin və əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın kəsirlə (bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmadan) ödənilməsi və bu vəsaitin ödənilməsi üçün Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 2023-cü ildə saxlanması xərclərində əlavə vəsait proqnozlaşdırılmas ı barədə məktubu (30 dekabr 2022- ci il tarixli HP-14/2672 nömrəli) 2022-ci ilin dekabr ayının 30-da, yəni Naxçıvan Muxtar Respublikası büdcəsinin proqnoz layihəsinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim olunmasından xeyli sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə ünvanlandığından və büdcə layihəsinin təsdiq olunma mərhələsində olduğundan Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 2023-cü ildə saxlanması xərclərinin dəyişdirilməsi mümkün olmadığından Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 30 dekabr 2023-cü il tarixli HP14/2672 nömrəli məktubunun icrasını təmin etmək qanunvericiliyə uyğun hesab edilməmişdir. Kollegiya qeyd edir ki,həmin dövrdə qüvvədə olmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 20 fevral 2009-cu il tarixli, 1 55-İİİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 8.7-ci bəndinə əsasən, müəyyən olunmuş qaydada, lakin büdcə proqnozlarından, dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq, dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirmək və həmin maliyyə əməliyyatlarının uçotunu təşkil etmək Nazirliyin vəzifələrinə aid edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 29 noyab r 2023-cü il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin və nazirliyin strukturunun təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 20 fevral 2009-cu il tarixli, 155-İİİ FR nömrəli Fərmanı ləğv edilmiş və “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında” yeni Əsasnamə” və nazirliyin strukturu təsdiq edilmişdir. Hazırda qüvvədə olan həmin Əsasnamənin.3.0.6-cı bəndində də həmin vəzifələr Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin vəzifələri kimi nəzərdə tutulmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 2021-ci ilin mart ayı üçün məzuniyyətdə olan prokuror işçilərinə, prokuror işçisi olmayan hərbi qulluqçulara və mülki işçilərə hesablanmış mü avinət, maddi yardım və müalicə pulu barədə olan hesablaşma-ödəniş cədvəlinin təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı 3652.60 (üç min altı yüz əlli iki manat, altmış qəpik) manat müavinət, 3652.60 (üç min altı yüz əlli iki manat, altmış qəpik) manat maddi yardım və 3652.60 (üç min altı yüz əlli iki manat, altmış qəpik) manat müalicə pulu hesablanaraq hesablaşma-ödəniş cədvəli Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun maddi-texniki təminat xidmətinin mühasibi tərəfindən imzalanmaqla möhürlə təsdiq edilərək Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə göndərilmiş və verilmiş sifariş əsasında Maliyyə Nazirliyi tərəfindən maliyyələşmə həyata keçirilmişdir. Belə olan halda, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hansı hüq uqlarının pozulması və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilməməsi müəyyən edilmir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən hesablamanın düzgün aparılmaması mübahisələndirilə bilər. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu tərəfindən Cavabdehnə göndərilmiş 2021-ci ildə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, iki aylıq əmək haqqı məbləğində maddi yardım və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində pul təminatı verilərkən bir aylıq vəzifə maaşına əlavə verilmədiyindən həmin vəsaitlərin 2023-cü ilin smetasında nəzərə alınması barədə 30 dekabr 2022-ci il tarixli, HP-14/2672 nömrəli məktubla əlaqədar kollegiya qeyd edir ki, həmin məsələlər idarələr arasında olan münas ibətlərə aiddir. Beləliklə inzibati işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının irəli sürdüyü tələb üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi cavabdehlik daşımır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh qismində göstərilmiş Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi iddiaçının tələbinə cavab verməli inzibati orqan olmadığı halda, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan həmin orqana qarşı işə mahiyyəti üzrə baxmaqla, eləcə də İPM-nin 13-cü maddəsinin tələbinə əsasən yardımetmə vəzifəsinə əməl etməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kollegiya qeyd edir ki, inzibati icraatda iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən qanunla üzərinə vəzifə qoyulan və bu baxımdan cavab dehlik daşıyan inzibati orqana qarşı verilməsi və həmin inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtlərindən biridir. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmas ını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbə də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd).İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməs i baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi iddiaya cavab verməli olan inzibati orqan olmadığından Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 21(122)-375/2023 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddia mümkün sayılmadığından şikayətdə göstərilən digər dəlillərə hüquqi qiymət verilməsinə zərurət qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı "2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min bir yüz iyirmi) manat vəsaitin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(122)-375/2023 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 21(122)-375/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı "2021-ci il üzrə ona ödənilməmiş 6120 (altı min bir yüz iyirmi) manat vəsaitin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan оnun rəsmi qaydada verildi yi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-57/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-57/2023
26.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver