Məhkəmə qərarları › İş №2-1(108)-57/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-57/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-57/2024 25.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 21(122)-62/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı qərarın ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” pu blik hüquqi şəxsin Babək rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 06 mart 2024-cü il tarixli, 2-1(122)-62/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarı ləğv edilmiş, İddiaçı 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə pensiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti veri lmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarına əsasən ləğv edilmişdir. Həmin qərarda ona təyin olunmuş pensiyanın kəsilməsinə səbəb olaraq X13 Dəstəsində işlədiyi 1992-ci ildən 2003-cü ilədək adına məcburi dövlət sosial sığorta ödənişinin edilmədiyi üçün həmin dövrün iş stajı kimi nəzərə alınmadığı, bununla da tələb olunan 25 il ümumi iş stajının tamamlanmadığı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. Qeyd edilən dövrlər üzrə əmək haqqı cədvəllərinin məsul şəxslər tərəfindən lazımi qaydada saxlanılmaması, arxivləşdirilməməsi onun əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz. 1992-2003-cü illər üzrə əmək haqqı bir çox hallarda aylar üzrə ardıcıl olaraq deyil, bir neçə ayın əmək haqqısı cəmlənərək bir dəfədə ödənilmişdir. Onun əmək kitabçasında əmək fəaliyyətinə dair göstərilən məlumatlar onun 31 ildən artıq ümumi iş stajına malik olduğunu təsdiqləyir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/101 nömrəli arayışda İddiaçı 1995-2003-cü illərdə 2719 nömrəli X13 Dəstəsində işlədiyi dövrlərdə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi göstərilmişdir. Həmçinin, həmin tarixli və həmin saylı digər arxiv arayışında isə X13 Dəstəsinin sənədləri Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı 2003-cü il tarixdə işdən azad olunması haqqında məlumatın olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/742 nömrəli arayışda İddiaçı 2719 nömrəli X13 Dəstəsində 1992-ci il tarixdə 5 ay, 1993-cü il tarixdə 6 ay, 1994-cü il tarixdə 9 ay və 1995-ci il tarixdə 10 ay olmaqla, ümumilikdə 30 ay (2 il 6 ay) əmək haqqı almadığı, 1996-cı il tarixdən 2003-cü il tari xədək (8 il) əmək haqqı cədvəllərində isə adına rast gəlinmədiyi göstərilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq onun 32 il 1 ay 18 gün ümumi iş stajının olmasına baxmayaraq, 1992-ci il tarixdən 1995-ci il tarixədək 2 il 6 ay əmək haqqı cədvəllərində boşluqlar olduğuna, 1996-2003-cü illərdə 2719 nömrəli X13 Dəstəsində işlədiyi dövrə aid əmək haqqı cədvəllərində isə adının olmadığına görə həmin dövrlər, yəni 10 il 6 ay iş stajından çıxarılmışdır. Nəticədə iddiaçının 32 il 1 aylıq iş stajından 10 il 6 ay azaldılaraq 21 il 4 ay iş stajı müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçının hüququnun yaranmadığına görə ona yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərara əsasən dayandırılmışdır. Prosessual məsələlər Cavabdehin nüma yəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçının 25 ildən artıq sosial sığorta stajı var. Həmin iş stajı əmək kitabçası ilə öz təsdiqini tapır. 2719 nömrəli X13 Dəstəsində işlədiyi müəyyən dövrlərdə əmək haqqı kitablarında iddiaçının adına rast gəlinməməsi iddiaçının işləməməsi anlamına gəlmir. Həmçinin müəyyən kitabların qorunub saxlanılmaması və arxivə təhvil verilməməsi iddiaçının təqsiri deyildir. İddiaçı işlədiyi dövrdə hər ay üçün əmək haqqı almışdır. Bəzi illərdə əmək haqqı hər ay ödənilmirdi, yekunda hər ayın əmək haqqısı ödənilsədə bir neçə ayın əmək haqqısı yığılaraq bir neçə aydan bir ödənilirdi. Həmçinin iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1970-xx.xx.1971-ci illərdə Naxçıvan Tikinti Quraşdırma Trestində santexnik, xx.xx.1971-xx.xx.1972-ci illərdə X1 İdarəsində çilingər vəzifəsində çalışmışdır. İddiaçının əmək kitabçasından xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək iki yerdə işləməsi görünsə də, əslində iddiaçının işlədiyi hər iki müəssisə eyni quruma tabe olmuş, yeni iş yerində xx.xx.1971-ci il tarixdən işləməyə başlasa da, digər müəssisədə onun işdən çıxarılma əmri gecikdirilmişdir. Cavabdeh inzibati orqan inzibati icraat aparmadan, iddiaçını inzibati icraata cəlb etmədən iddiaçıya təyin edi lmiş yaşa görə əmək pensiyasını qərar qəbul edərək ləğv etmişdir. Hazırda iddiaçı dayandırılmış əmək pensiyasının bərpa edilməsini istəyir. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərin ə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Sust kəndində doğulmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şıxmahmud kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 72 nömrəli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1970-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək Naxçıvan Tikinti Quraşdırma Trestində santexnik, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək X1 İdarəsində çilingər, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Naxçıvan sovxoz texnikumunda sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.2003-cü il tarixədək 2719 nömrəli X13 Dəstəsində sürücü vəzifəsində işləmişdir. İşdə olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli, 105 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 105 nömrəli qərara əsasən xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyası 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ləğv edilmişdir. İşdə olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 031160 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1992-2003-cü illərdə X13 Dəstəsində işləməyi faktı xx.xx.2019-cu il tarixl i, 13/101 nömrəli arxiv arayışına əsasən tam olaraq öz əksini tapmadığından, onun ümumi əmək stajı 31 il 10 ay 18 gündən, 10 il 2 ay 24 gün azalaraq, 20 il 7 ay 24 gün olmuşdur. İddiaçı təyin olunmuş əmək pensiyası 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası ləğv edilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək Rayon İdarəsinin pensiya təminatı şöbəsinin müdirinin, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktorunun və iş icraçısının iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı iş stajının düzgünlüyü aidiyyəti üzrə yerində əmək haqqı kitablarına əsasən qarşılıqlı surətdə yoxlanılmışdır. Yoxlama zamanı İddiaçı 1992-ci ilin yanvar, fevral, mart, may, iyun, avqust, sentyabr, 1993-cü ilin aprel, iyun, iyul, sentyabr, noyabr, dekabr, 1994-cü ilin iyun, avqust, noyabr, 1995-ci ilin mart, noyabr aylarında 2719 nömrəli X13 dəstəsində işləməsi və əmək haqqı alması faktlarına Dövlət Arxivində saxlanılan əmək haqqı kitablarında rast gəlinmişdir. 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003-cü illərə aid əmək haqqı kitablarının sənədləri Dövlət Arxivində var, lakin həmin sənədlərdə İddiaçı adına rast gəlinməmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13/734 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 2719 nömrəli X13 dəstəsində işl əmiş və 1992-ci il tarixdə 9 ay, 1993-cü il tarixdə 8 ay, 1994-cü il tarixdə 5 ay, 1995-ci il tarixdə 3 ay əmək haqqı almışdır. 1988-ci ilə dair əmr kitablarında İddiaçı adına rast gəlinməmişdir, lakin 1988-ci ilə dair əmək haqqı kitablarında yanvar ayından senytabr ayına qədər əmək haqqı alması göstərilmişdir. 1996-2002-ci illərə dair əmr kitablarında və 1996-2003-cü illərə aid əmək haqqı cədvəllərində İddiaçı adına rast gəlinməmişdir. İşdə olan Yük Avtonəqliyyat müəssisəsinin xx.xx.1996-cı il tarixli, 7 nömrəli əmrinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, həmin tarixədək fəaliyyət göstərmiş yük avtonəqliyyat müəssisəsi ləğv edilmiş, həmin tarixdə ağır yük götürmə qabiliyyətinə malik olan müəssisənin bazasında yükünü özü boşaldan avtomaşınlar üzrə ixtisaslaşmış nəqliyyat müəssisəs i yaradılmışdır. İşdə olan X9 Avtonəqliyyat müəssisəsinin xx.xx.1996-cı il tarixli, 2 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, 3 nömrəli Yük Avtonəqliyyat müəssisəsinin bazasında yeni X9 Avtonəqliyyat müəssisəsinin yaradılması ilə əlaqədar X2 Birliyinin xx.xx.1996-cı il tarixli, 14 saylı əmrinə əsasən öz ixtisaslarına uyğun olaraq vəzifələrinin icrasına başlanılması əmr olunan şəxslərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını iti rdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qey də alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozaraq inzibati icraat aparmadan, iddiaçını inzibati icraata cəlb etmədən iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını qərar qəbul edərək ləğv etmişdir. Hazırda iddiaçı ləğv edilmiş əmək pensiyasının bərpa edilməsini istəyir. Birinci instansiya məhkəməsi qərar qəbul edərək “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarını ləğv etmiş, İddiaçı 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə pensiya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. İddiaçının hazırkı iddia tələbi üzrə hüquqi marağı əmək pensiyasının bərpa edilməsidir. Birinci instansiya məhkəməsinin qərarı iddiaçının hazırkı iddia tələbi üzrə hüquqi marağını əhatə edir. İşin faktiki hallarından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası tə yin edilmişdir. İddiaçının işlədiyi dövrlə bağlı 25 ildən artıq sığorta stajı var ki, bu da iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə ki, iddiaçının xx.xx.1970-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək Naxçıvan Tikinti Quraşdırma Trestində və xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək X1 İdarəsində (hər iki iş yerində cəmi) 1 il 8 ay 20 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Naxçıvan sovxoz texnikumunda 3 il 10 ay 2 gün, xx.xx.1979-cu il tarixdən xx.xx.2003-cü il tarixədək isə 2719 nömrəli X13 Dəstəsində 24 il 4 ay 24 gün və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.2019-cu il t arixli, 72 nömrəli arayışına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olması ilə əlaqədar 2 il 2 gün olmaqla, cəmi 31 il 11 ay 18 gün sığorta stajının olması öz təsdiqini tapır. İddiaçının əmək haqqı aldığı dövrlərə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının 2719 nömrəli X13 Dəstəsində əmək haqqı alması barədə arxiv məlumatlarının olmadığı müddətlərə və 2003-cü il tarixdə işdən azad olunması haqqında arxiv məlumatının olmamasına münasibətdə meydana çıxmışdır. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Bu səbəbdən iddiaçının 2719 nömrəli X13 Dəstəsində işlədiyi dövrlərdə əm ək haqqı almadığı müddətlər onun sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh apellyasiya şikayətində iddiaçının adına sözügedən müəssisədə işlədiyi müvafiq illərə dair müəyyən dövrlərlə bağlı əmək haqqı cədvəllərində rast gəlinməməsini və 2003-cü il tarixdə işdən azad olunması haqqında arxiv məlumatının olmamasını əsas gətirərək onun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinin şübhə doğurduğunu qeyd etsə də, şübhələrinin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əmək haqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavab dehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müəyyən dövrlərdə iddiaçının əmək haqqı alması iş materialları ilə təsdiq edilməsə də, iddiaçının işə girmə və işdən çıxma əmrləri barədə məlumatlar əmək kitabçasında mövcuddur. İddiaçının həmin müəssisədə işləməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Bununla yanaşı, arxivdə saxlanılan X10 müəssisəsinin xx.xx.1996-cı il tarixli, 2 nömrəli əmrinin təsdiq edilmiş surətindən öz ixtisaslarına uyğun olaraq vəzifələrinin icrasına başlanılması əmr olunan şəxslərin siyahısında İddiaçı adı qeyd olunmasının görünməsi iddiaçının sözügedən müəssisədə işləməsini bir daha təsdiq edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin müvafiq dövrə aid əmr kitabının qorunub saxlanılmamas ına, eləcə də həmin kitabın dövlət arxiv idarəsinə təhvil verilməməsinə, həmçinin əmək haqqı kitablarının tam işlənilməməsinə görə həmin müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hallar iddiaçının ziyanına qiymətləndirilməməli, bu səbəbdən iddiaçı əmək pensiyası hüququndan məhrum edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə k ollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(122)-62/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar