Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-57/2025 12.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin nümayəndələri X3 və X4 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 21(122)-703/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsə qarşı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin 04 dekabr 2024-cü il tarixli qərarının ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin 04 dekabr 2024-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 22 aprel 2025-ci il tarixli, 2-1(122)-703/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı şikayətinin geri götürülməsi barədə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətini geri götürdüyünü, bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini geri götürməsinin səbəbini onunl a izah etmişdir ki, onun səhhətində olan ağırlaşmalarla əlaqədar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə yenidən komissiyadan keçmək üçün müraciət edəcəkdir. Odur ki, hazırkı iş üzrə mübahisənin davam etdirilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin nümayəndələri X3 və X5 apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin qəbul edilməsinə və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati Pro sessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsini iş materialları ilə birgə tədqiq edərək, cavabdehin nümayəndələrinin ərizəyə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 88-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 21(122)-703/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-57/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-57/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver