Məhkəmə qərarları › İş №2-1(108)-58/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-58/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-58/2023 15.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X3 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)-442/2023 nömrəli qərardadından İd diaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)442/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avt ovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 21(122)-442/2023 nömrəli qərardadından narazı qalan İddiaçı apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətini aşağıdakı kimi əsaslandırmışdır; Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi 26 sentyabr 2023-cü il tarixdə cavabdeh Culfa Rayon icra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun ye rləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxmış iddianın mümkün sayılmamsı barədə qərar qəbul etmişdir. Qərarla aşağıdakı əsaslara görə razılaşmır, belə ki, Culfa "xxxx" ASC-nin 31 iyul 1998-ci il tarixdə 378 saylı Dövlət Əmlak komitəsinin sərəncamı ilə Culfa "xxxx" müəssisəsinin bazasında yaradılmışdır. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 30 avqust 2001-ci il tarixli 15 saylı, 31 oktyabr 2001-ci il tarixli 19 saylı, 23 noyabr 2001-ci il tarixli 83 saylı sərəncamlarına əsasən cəmiyyətin səhmləri auksiona çıxarılaraq satılmış, 01-05 yanvar 2001-ci il tarixdə açıq çerk hərracına, 15 apr el 2003-cü il tarixdə isə 30 %-i pullu hərraca çıxarılmışdır. Bundan sonra cəmiyyətin ümumi yığıncağı keçirilərək idarə heyətinin sədri İddiaçı seçilmiş və cəmiyyəti inkişaf etdirmək üçün qanunla qadağan olunmayan yeməkxana, çayçı, avtomaşınların təmiri üçün sexlərin və mağazaların yaradılması üçün qərar qəbul olunmuşdur. Bu qərarın hesabına cəmiyyətin daşınmaz əmlakında yəni avtovağzalda sərnişinlərin gözləmə zalı, müdriyyət binası, yeməkxana (restoran), çayçı və təmir sexi yaradılmışdır. İddiaçı şikayətinin davamında qeyd edir ki, 07 aprel 2009-cu ildə Culfa rayon İcra hakimiyyətinin başçısı Şükür Babayev onu yanına çağıraraq cəmiyyətin ləğv olunmasını ona bildirərək, sənədləri götürməsi üçün ona iki gün möhlət vermiş, əgər oranı boşaltmasa polis ilə hədələyərək oranı boşatdıracağını bi ldirməklə, əmlakın dəyərini artıqlaması ilə şəxsən özünün ödəyəcəyini söz veridiyini və iki ay müddətinə yəni may 2009-cu ilin axırına pulunu alacağını bildirmişdir. İki ay keçdikdən sonra avtovağzalın həyətində Şükür Babayev ona demişdir ki, “kimə pulunu vermisənsə get ondan pulunu al mən sənə pul verməyəcəyəm və bu avtovağzalda görünsən polisə tapşıracağam ki, səni içəriyə aparsın!”. Bundan sonra həmin avtovağzala getmədiyini, 09 aprel 2009-cu ildən 29 oktyabr 2009-cu ilədək cəmiyyətə məxsus olan əmlakı yəni avtovağzalı təmir edərək açılışını etdiklərini, 29 oktyabr 2009-cu ildə açılış zamanı onu Culfa rayon Polis şöbəsinin növbətçi hissəsində saxladıqlarını, açılış qurtardıqdan sonra onu buraxdıqlarını qeyd etmişdir. Culfa rayon avtovağzalının açılışının 30 oktyabr 2009-cu il tarixli Şə rq Qapısı qəzetində dərc olunduğunu, ilin sonuna yaxınlaşdığına görə Culfa rayon İcra hakimiyyəti həmin avtovağzala xərclənmiş vəsaitin silinməsi üçün 04 dekabr 2009-cu il tarixli 101 saylı məktubla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək cəmiyyətin ləğv olunmasını xahiş etmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası X4 16 dekabr 2009-cu il tarixli 01/953 saylı məktubla cəmiyyətin ləğv olunması üçün Nazirlər Kabinetinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti həmin məktubları nəzərə alaraq 18 dekabr 2009-cu il 89 saylı qərarla Culfa “Avtoqnəqliyyat’’ ASC-ni ləğv etmiş, cəmiyyətin balansında olan əsas və köməkçi binalar Culfa rayon İcra Hakimiyyətinin balansına verilmiş və daş ınar əmlak yəni avtobuslar barəsində heç bir qərar qəbul olunmamışdır. Ona görə də qanunsuz olaraq cəmiyyətə məxsus olan 1 mikro avtobus, 15 avtobus isə qanunsuz olaraq silinmiş və əzilərək metallanmaya verilmişdir. İddiaçı qeyd edir ki, toplanan sənədlərə baxdıqda görsənir ki, cəmiyyət qanuni auksiona çıxarılmış və qanuni satılmışdır. Qanuni satılmasına baxmayaraq Culfa rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Nazirlər Kabinetinə yazdığı məktubdakı faktlar saxta faktlardır. Çünki, cəmiyyət adından Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə 2005-ci ildə biznes planı təqdim edərək 10 dizel mühərrikli avtobusun alınması üçün kreditin verilməsinə köməklik göstərilməsini xahiş etsə də, bu müraciətin heç bir nəticəsi olmamış, Culfa rayo n İcra Hakimiyyəti və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi cəmiyyət haqqında göstərdiyi nöqsanları yazılı surətdə təqdim etməmişdir. Culfa "xxxx" ASC-nin daşınmaz əmlakında Culfa rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayevin qanunsuz şifahi tapşırığına əsasən yəni rayon İcra Hakimiyyətinin, Naxçıvan MR Nazirlər Kabinetinin heç bir sərəncamı olmadan 09 aprel 2009-cu il tarixindən Avtovağzalda qanunsuz təmirinə başlanılmış, təmir zamanı cəmiyyətin əmlakının qanunsuz sökülüb satılan materialları aşağıdakılardan ibarətdir: panel-24 ədəd, dəmir şifer- 520 kvm, uqolnik və dəmir boru-800 metr, beton pilətə döşəmə üçün-372 kvadratmetr, üzləmə kərpici -10000 ədəd, üzlük travertin100 kvadratmetr, kərpic, şveller, mis məftil (şunur)-1200 metr, spot lampa-78 ədəd, şüşə çərçivə ilə birlikdə -24 0 kvadratmetr, daş hasar - 400 kvadrametr, istilik borusu (atapleniya)200 diametlik-200 metr, İstilik borusu ( 50-lik diametrdə) -100 metr, dəmir qapı-2 ədəd, pəncələrin dəmirli çərçivəsi 0.75-lik uqolnik-300 metr, pilləkənin döşəmə daşları və bardurları, avtovağzal həyətində 24 kvadratmetr olan kişi və qadın tualeti ( 4 ədəd panel və kərpiclə birlikdə). Yuxarıda yazılanların hamısı Naxçıvan MR Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixdə qanunsuz qəbul etdiyi 89 saylı qərarı olmayana qədər baş vermişdir. Culfa rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev Azərbaycan Respublikasının qanunlarını pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, vəzifə səlahiyyətlərini artıqlaması ilə aşmaqla, cəmiyyətin rəhbərinə, vəzifəli şəxsinə polislə hədə-qorxu gəlməklə, açılış vaxtı yəni 29 oktyabr 2009-cu ildə saat 10:15-dən 13:30-a kimi Culfa rayon Polis Şöbəsində qanunsuz saxlatmaqla, başqasının qanuni özəl (şəxsi) əmlakını talan etməklə, dağıtmaqla, özəl cəmiyyətin işinə qanunsuz müdaxilə etməklə və işini pozmaqla, texnikalarını (15 avtobus, 1 mikroavtobus) məhv etməklə, şəxsən mənim həm vəzifəli şəxs kimi, həm də adi vətəndaş kimi konstitusiya hüquqlarımı kobud surətdə pozmaqla cinayət əməli törətmişdir. AR Prezidentinin özəlləşdirmə haqqında verdiyi fərmanı və qanunları kobud surətdə pozaraq məhəl qoymamış, edilən şikayətlərə heç bir yazılı cavab verməmişdir. Məhkəməyə təqdim olunmuş bütün sənədlərdən görünür ki, özəl cəmiyyətin ləğv olunması tam qanunsuzdur, belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Naxçıvan MR-ə ezam olunmuş yoxlama komissiyasının üz vləri də sənədlərə baxış keçirən zaman şifahi olaraq tam qanunsuz ləğv olunduğunu bildirdirmişlər. Buradan da belə bir sual ortaya çıxır ki, əgər qanuni ləğv ediblərsə niyə 09 aprel 2009-cu ildən 29 oktyabr 2009-cu il tarixinədək, yəni 7 ay müddətində açılışa qədər ləğv olunma qərarı verilmir, qanunsuz Avtovağzalın açılışını edirlər, işlədirlər, istismara başlayırlar yenə də cəmiyyəti ləğv etmirlər. Deməli Naxçıvan MR Nazirlər Kabineti və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi Culfa rayon İcra Hakimiyyətinin başçısının hərəkətlərini qanunsuz hesab edirlər və 15 dekabr 2009-cu ilədək cəmiyyəti ləğv etmirlər. Qeyd edir ki, Culfa "xxxx" ASC-in səhmlərini pullu hərraca Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən çıxarıldığını, iddiaçı tərəfindən də alındığını, ümumilikdə səkkiz ay yarım müddətədək cəmiyyətin ləğv olunmadığını, cəmiyyətin əmlakı İcra Hakimiyyəti tərəfindən qanunsuz zəbt olunduğunu və istədikləri kimi istifadə edildiyini, ilin sonuna 15 gün qalmış, yəni 15 dekabr 2009-cu ildə tam qanuni özəl Səhmdar Cəmiyyət, tam qanunsuz olaraq 18 dekabr 2009-cu ildə Naxçıvan MR Nazirlər Kabinetinin 89 saylı qanunsuz, yarımçıq qərarı ilə ləğv olunmuşdur. Culfa Rayon İcra Hakimiyyətinin başçısının göstərişi və verdiyi sərəncamla Nazirlər Kabinetinin qərarı icra olunması üçün saxta sənədlərlə və saxta imzalarla təsdiq olunan sənədlərlə cəmiyyətin əmlakı Culfa rayon İcra Hakimiyyətinin balansına alınmışdır. Cəmiyyətin rəhbərliyinə yuxarıda yazılanlar barədə heç bir məlumat və yazılı sənəd verilmir. Sənədlərin hamısını 2023-cü ildə əldə etdyini, Culfa rayon İcra Hakimiyətinin Baş Mühasibinin və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin səlahiyyətli nümayəndəsinin verdiyi şifahi məlumata əsasən Avtovağzalın təmirinə 2009-cu ildə 395000AZN xərclənmişdir (506000 ABŞ dolları). Culfa rayon İcra Hakimiyətinin balansında 395000 AZN kimi qəbul edilmişdir. Təmirə 50% pul xərclənibsə deməli əmlakın dəyəri 790000 (yeddi yüz doxsan min manat) olmuşdur. Yuxarıda yazılanlara əsaslanaraq bildirir ki, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin çek və pullu hərraca çıxardığı Culfa "xxxx" ASC-ni 19621 səhmdən 15804 ədəd səhmi 350000 manata (üç yüz əlli min) indiki bazar qiymətinə uyğun manata satır. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən 83 saylı 23 noyabr 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən 13-98/S saylı 28 noyabr 2001-ci ildə qeydiyyata alınmış Culfa "xxxx" ASC-nin Nizamnaməsinin maddələri kobud surətdə pozulmuşdur. Məhkəmənin gəldiyi qənaət aşağıdakı kimidir. İş materiallarından və iddiaçının məhkəməyə verdiyi izahatından o da aydın olur ki, cəmiyyətin əmlakının dəyəri olan 34,944.67 manat ona ödənilmişdir. Başqa sözlə müəyyən olunur ki, iddiaçı cəmiyyətə olan hüququnu əldə edənə vermişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçı mübahisə obyektinə münasibətdə hər hansı hüququn sahibi kimi qəbul edilə bilməz. Həmçinin iş materiallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı ilə özəlləşdirilən və idarəetməyə verilən müəssisələr üçün nəzərdə tutulmuş qaydalara əməl olunmadığından və m üəyyən Səhmdar Cəmiyyəti ləğv edilmiş, cəmiyyət" balansında olan əsas və köməkçi binalar Culfa Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Culfa Rayon icra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli sərəncamı ilə Culfa "xxxx" X7 Cəmiyyətinin balansında olan əsas və köməkçi tikililərin Culfa Rayon İcra Hakimiyyətinin balansına verilməsi üçün dövlət komissiyası yaradılmış, bundan sonra Culfa Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamı ilə ləğv olunmuş Culfa "xxxx" X6 Cəmiyyətinin əsas və köməkçi tikililəri Culfa Rayon icra Hakimiyyətinin balansına alınmışdır. Məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı və Culfa Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli və 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamları qüvvədə olduğu halda iddiaçının hazırki iddiası əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Sadalanan normaların tələblərinə və işin yuxarıda şərh edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dai r iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Məhkəmənin gəldiyi bu qənaəti səhv olaraq qəbul etdiyini ona görə ki, obyektin əlindən alınması zamanı bütün səhmdarların hüquqları pozulmuş və ona 10 ildən sonra cuzi bir pul vəsaiti verilmişdir. Həmin pul nə əmlakın, nə də səhmlərin indiki bazar qiymətinə uyğun olmadığını, 15 ildir heç bir yerdə işləmədiyini, bundan başqa məhkəmə işə mahiyyəti üzrə baxıb qərar qəbul etməli olduğu halda iddianı mümkün saymamışdır. Halbuki iddia tələbi üzrə yekun məhkəmə qərarı qəbul edilməli idi. Sonda İddiaçı qeyd olnanlara əsasən, Naxçıvan Muxtar Respublikasinin İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(122)-442/2023 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı Culfa R ayon İcra Hakimiyyətindən etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Culfa Rayon İcra Hakimiyyəti nümayəndəsinin məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir. xx.xx.2023-cü il tarixdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova tərəfindən məhkəməyə ərizə göndərilərək, məhkəmə prosesində iştirak edə bilməyəcklərinin nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onlara iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Bunu nəzərə alan kollegiya iş üzrə şifahi məhkə mə baxışı iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)442/2023 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual pri nsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandır mağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir: İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxı lmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edi lir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Kollegiya qanunvericiliyin normaları üzrə apellyasiya şikayətinin dəlillərini m əcmu halında müzakirə edərək onu əsassız hesab edir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmal ı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair i ddia mümkün sayılır. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bu nu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilərində qeyd etdiyi “...toplanan sənədlərə baxdıqda görürük ki, cəmiyyət qanuni auksiona çıxarılmış və qanuni satılmışdır. Qanuni satılmasına baxmayaraq Culfa rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Nazirlər Kabinetinə yazdığı məktubdakı faktlar saxta faktlardır. Çünki, cəmiyyət adından Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə 2005-ci ildə biznes planı təqdim edərək 10 dizel mühərrikli avtobusun alınması üçün kreditin verilməsinə köməklik etməsini xahiş etdiyini, amma heç bir nəticəsi olmadığını, Culfa rayon icra hakimiyyəti və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi cəmiyyət haqqında göstərdiyi nöqasanları yazılı surətdə təqdim etməmişdir. Culfa "xxxx" ASC-nin daşınmaz əmlakının Culfa rayon İcra hakimiyyətinin başçısı Şükür Babayevin qanunsuz şifahi tapşırığına əsasən yə ni rayon İcra Hakimiyyətinin, Naxçıvan MR Nazirlər Kabinetinin heç bir sərəncamı olmadan 09 aprel 2009-cu il tarixindən Avtovağzalın qanunsuz təmirinə başlanılmış, təmir zamanı cəmiyyətin əmlakının qanunsuz sökülüb satılan materiallar aşağıdakılardan ibarətdir: panel-24 ədəd, dəmir şifer- 520 kvm, uqolnik və dəmir boru-800 metr, beton pilətə döşəmə üçün-372 kvadratmetr, üzləmə kərpici -10000 ədəd, üzlük travertin-100 kvadratmetr, kərpic, şveller, mis məftil (şnur)-1200 metr, spot lampa-78 ədəd, şüşə çərçivə ilə birlikdə -240 kvadratmetr, daş hasar - 400 kvadrametr, istilik borusu (atapleniya)- 200 diametlik-200 metr, İstilik borusu ( 50-lik diametrdə) -100 metr, dəmir qapı-2 ədəd, pəncələrin dəmirli çərçivəsi 0.75-lik uqolnik-300 metr, pilləkənin döşəmə daşları və bardurları, avtovağzal hə yətində 24 kvadratmetr olan kişi və qadın tualeti ( 4 ədəd panel və kərpiclə birlikdə). Yuxarıda yazılanların hamısı Naxçıvan MR Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixdə qanunsuz qəbul etdiyi 89 saylı qərarı olmayana qədər baş vermişdir. Culfa rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev Azərbaycan Respublikasının qanunlarını pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, vəzifə səlahiyyətlərini artıqlaması ilə aşmaqla, cəmiyyətin rəhbərinə, vəzifəli şəxsinə polislə hədə-qorxu gəlməklə, açılış vaxtı yəni 29 oktyabr 2009-cu ildə saat 10:15-dən 13:30-a kimi Culfa rayon Polis Şöbəsində qanunsuz saxlatmaqla, başqasının qanuni özəl (şəxsi) əmlakını talan etməklə, dağıtmaqla, özəl cəmiyyətin işinə qanunsuz müdaxilə etməklə və işini pozmaqla, texnikalarını (15 avtobus, 1 mikr oavtobus) məhv etməklə, şəxsən mənim həm vəzifəli şəxs kimi, həm də adi vətəndaş kimi konstitusiya hüquqlarımı kobud surətdə pozmaqla cinayət əməli törətmişdir. AR Prezidentinin özəlləşdirmə haqqında verdiyi fərmanı və qanunları kobud surətdə pozaraq məhəl qoymamış, edilən şikayətlərə heç bir yazılı cavab verməmişdir. Məhkəməyə təqdim olunmuş bütün sənədlərdən görünür ki, özəl cəmiyyətin ləğv olunması tam qanunsuzdur, belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Naxçıvan MR-ə ezam olunmuş yoxlama komissiyasının üzvləri də sənədlərə baxış keçirən zaman şifahi olaraq tam qanunsuz ləğv olunduğunu bildirdirmişlər”.... dəlliləri barədə kollegiya qeyd edir ki, göstərilən hallar iddianın mahiyyətinə aiddir və hazırkı vəziyyətdə iddianın mümkünlük məsələsinə baxıldığından həmin dəllilə r qiymətləndirilmir. Kollegiya iddiaçının şikayətin dəlillərində qeyd etdiyi “... Culfa "xxxx" ASC-in səhmlərini pullu hərraca Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən çıxarıldığını, iddiaçı tərəfindən də alındığını, ümumilikdə səkkiz ay yarım müddətinə cəmiyyət ləğv olunmadığını, cəmiyyətin əmlakı İcra Hakimiyyəti tərəfindən qanunsuz zəbt olunduğunu və istədikləri kimi istifadə edildiyini, ilin sonuna 15 gün qalmış, yəni 15 dekabr 2009-cu ildə tam qanuni özəl Səhmdar Cəmiyyət, tam qanunsuz olaraq 18 dekabr 2009-cu ildə Naxçıvan MR Nazirlər Kabinetinin 89 saylı qanunsuz, yarımçıq qərarı ilə ləğv olunmuşdur. Culfa Rayon İcra Hakimiyyətinin başçısının göstərişi və verdiyi sərəncamla Nazirlər Kabinetinin qərarı icra olunması üçün saxta sənədlərlə və saxta imzalarla təsdiq olunan sə nədlərlə cəmiyyətin əmlakı Culfa rayon İcra Hakimiyyətinin balansına alınmışdır. Cəmiyyətin rəhbərliyinə yuxarıda yazılanlar barədə heç bir məlumat və yazılı sənəd verilmir. Sənədlərin hamısını 2023-cü ildə əldə etdyini, Culfa rayon İcra Hakimiyətinin Baş Mühasibinin və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin səlahiyyətli nümayəndəsinin verdiyi şifahi məlumata əsasən Avtovağzalın təmirinə 2009-cu ildə 395000AZN xərclənmişdir (506000 ABŞ dolları). Culfa rayon İcra Hakimiyətinin balansında 395000 AZN kimi qəbul edilmişdir. Təmirə 50% pul xərclənibsə deməli əmlakın dəyəri 790000 (yeddi yüz doxsan min manat) olmuşdur. Yuxarıda yazılanlara əsaslanaraq bildirir ki, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin çek və pullu hərraca çıxardığı Culfa "xxxx" ASC-ni 19621 səhmdən 15804 ə dəd səhmimi 350000 manata (üç yüz əlli min) indiki bazar qiymətinə uyğun manata satıram, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən 83 saylı 23 noyabr 2001- ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən 13-98/S saylı 28 noyabr 2001-ci ildə qeydiyyata alınmış Culfa "xxxx" ASC-nin Nizamnaməsinin maddələri kobud surətdə pozulması...” hallarını əsassız hesab edir. Kollegiya iddiaçının yuxarıda sadalanan dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yardım məktubu ünvanlanmasına baxmayaraq, İddiaçı tərəfindən heç bir ərizə təqdim edilməmişdir. Bununla yanaşı həmçinin iş materiallaından da aydın olur ki, cəmiyyətin əmlakının dəyəri olan 34,944.67 manat ona ödənilmişdir. Başqa sözlə müəyyən olunur ki, iddiaçı cəmiyyətə olan hüququnu əldə edənə vermişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçı mübahisə obyektinə münasibətdə hər hansı hüququn sahibi kimi qəbul edilə bilməz. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il tarixli, 89 nömrəli qərarı ilə özəlləşdirilən və idarəetməyə verilən müəssisələr üçün nəzərdə tutulmuş qaydalara əməl olunmadığından və müəyyən olunmuş fəaliyyət sahələri ilə məşğul olmadığı üçün Culfa "xxxx" X6 Cəmiyyəti ləğv edilmiş, cəmiyyətin balansında olan əsas və köməkçi binalar Culfa Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Culfa Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2009-cu il tarixli, 113 nömrəli sərəncamı ilə Culfa "xxxx" X6 Cəmiyyətinin balansında ola n əsas və köməkçi tikililərin Culfa Rayon İcra Hakimiyyətinin balansına verilməsi üçün dövlət komissiyası yaradılmış, bundan sonra Culfa Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2009-cu il tarixli, 114 nömrəli sərəncamı ilə ləğv olunmuş Culfa "xxxx" X6 Cəmiyyətinin əsas və köməkçi tikililəri Culfa Rayon İcra Hakimiyyətinin balansına alınmışdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin birinci instansiya məhkəməsinə ünvanlandığı 16 may 2023-cü il tarixli, 912/2023 nömrəli məktubundan aydın olur ki, Naxçıvan MR İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 21(122)-422/2023 nömrəli müraciəti ilə əlaqədar olaraq Naxçıvan MR Nazirlər Kabinetinin 05 mart 2018-ci il tarixli, 17s saylı Səracamına əsasən Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərə findən 34944.67 manat vəsaitin İddiaçı hesabına köçürülməsinə dair ödəniş tapşırığının və İddiaçı 12 mart 2018-ci il tarixli ərizəsinin surəti məhkəməyə təqdim olunubdur. Birinci instansiya məhkəməsinə Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan 12 mart 2018-ci il tarixli ərizəsinə əsasən Əliyev X2 MR İqtisadiyyat Nazirliyinə müraciət edərək, Naxçıvan MR Nazirlər Kabinetinin 05 mart 2018-ci il tarixli, 17s saylı Səracamına əsasən ayırılmış 34944.67 manat vəsaitin “ Azər Türk” Bank hesabına köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin 05 mart 2018-ci il tarixli, 17s saylı sərancamında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təklifi nəzərə alınaraq özəlləşdirilən və idarəetməyə verilən müəssisələr üçün nəzərdə tutulmu ş qaydalara əməl olunmadığı və təyinatı üzrə fəaliyyət göstərmədiyi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 89 nömrəli qərarı ilə ləğv edilmiş və əsas və köməkçi binaları Culfa Rayon İcra Hakimiyyətinin balansına verilmiş. Culfa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmlakının dəyərinin ödənilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar xüsusi hesabından Cəmiyyətin İdarə Heyətinin sədri İddiaçı hesabına 34944,67 manat (otuz dörd min doqquz yüz qırx dörd manat altmış yeddi qəpik) ayrılması, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi qeyd olunmuşdur. Yuxar ıda sadalanan sənədlərdən də aydın olduğu kimi, Culfa "xxxx" Açıq Səhmdar Cəmiyyəti Culfa Rayon İcra Hakimiyyətinin balansına verilmiş həmin əmlakın dəyəri İddiaçı öz müraciəti əsasında iddiaçıya ödənilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iddiaçının iddia tələbi üzrə subyektiv hüqunun olmaması səbəbindən iddia tələbinin mümkün olmadığı qənaətinə gələrkən iddianın mümkünlüyü məsələsinə düzgün hüquqi qiymət vermiş, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Beləliklə, şikayətin dəlilləri əsassız olduğundan İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)-442/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)-442/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı ca vabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olan Culfa "xxxx" ASC-nin mülkiyyətində olan avtovağzal binasının və onun yerləşdiyi ərazinin özünə qaytarılması və ya haliyədəki bazar qiymətinə uyğun olaraq 350000 (üç yüz əlli min) manatın kompensasiya olaraq alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)-442/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)442/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali M əhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar