Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-59/2023 17.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X3 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "ona ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana görə 130000 (yüz otuz min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cəmi ******* (bir milyon iki yüz on min beş yüz) manat pul vəsaitinin təzminat olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana görə 130000 (yüz otuz min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cəmi ******* (bir milyon iki yüz on min beş yüz) manat pul vəsaitinin təzminat olaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 21(122)-506/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə "ona ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana görə 130000 (yüz otuz min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cəmi ******* (bir milyon iki yüz on min beş yüz) manat pul vəsaitinin təzminat olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzə rinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətini aşağıdakı kimi əsaslandırmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana görə 130000 (yüz otuz min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cemi ******* (bir milyon iki yüz on min beş yüz) mana t pul vəsaitinin təzminat olaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadla iddianı mümkün hesab etmədiyini bildirərək, aşağıdakı əsaslarla hesab edir ki, həmin qərardad ləğv edilməli, işə mahiyyəti üzrə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Belə ki, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində işləyən zaman ailəsinin evə olan ehtiyacı nəzərə alınaraq Nazirliyin Kollegiya iclasının qərarı ilə nazirliyin vəsaiti hesabına, nazirliyə aid təşkilat tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən 45 saylı mənzil ona verildiyini, ünvan 3u il tarixli qərarı ilə, 30 noyabr 1989-cu il tarixli 3572 saylı orderlə mənzil rəsmi sənədləşdirilməklə, ona və ailəsinə mənzildən istifadə və mənzilə yaşamaq hüququ verildiyini, sonradan mənzilin qanunsuz sökülməsi ilə onun və ailəsinin hüquqlarının pozulmasının uzun müddət davam etməsi səbəbindən nəhayət məhkəməyə müraciət etdiyini, Naxçıvan İnzibati Məhkəməsinin onların hüquqlarının bərpası məqsədi ilə qaldırdıqları iddianı mümkün saymamaqla kobud qanun pozuntusuna yol verməklə, konstitusion hüquqlarını pozduğunu bildirmişdir. İddiaçı şikayətinin davamında qeyd edir ki, məhkəmənin qərardadda pozduğu əsas normalardan biri də məhz göstərilən tələbə əməl etməyərək iddianı mümkünsüz saymış, qanunvericiliyin tələbini pozaraq ona problemin həlli üçün hər hansı formada yardım etməmiş, məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Bundan başqa, qərardadın 4-cü vərəqinin 7-ci abzasında qeyd olunur ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Halbuki, subyektiv hüquq digər şəxslərdən müəyyən hərəkətləri və ya hərəkətlərdən çəkinməyi tələb etmək imkanı ilə təmin edilir. Məhkəmə bu qərardadla onun subyektiv hüququnun təmin etməmiş, həmin hüququ pozmaqla qanunvericiliyin prinsipini pozmuşdur. Həmçinin məhkəmə mənzilə mülkiyyət hüququnun olmamasını əsas götürərək qeyd edir ki, sənədlər aşkar edilməmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş 3572 saylı, xx.xx.1989-cu il tarixli order hüquq müəyyən edici sənəddir və ona həmin mənzil sahəsinə sahiblik və istifadə hüququ verir. Qeyd edir ki, mənzilin sökülməsi üçün özbaşınalığın və qanunsuzluğun dayandırılması üçün məhkəməyə vəsatət verdiyinə baxmayaraq vəsatəti təmin olunmamışdır. Maddi zərərlə bağlı tələbinin mötəbər sübutlara söykən mədiyini qeyd edən məhkəmə nəzərə almır ki, real bazar qiymətlərinə və riyazi hesablamaya istinad etmiş, bu da reallığı özündə əks etdirir. Qərardadın 5-ci vərəqinin 1-ci abzasında məhkəmə XDS-nin verdiyi orderi yetərli əsas saymadığını göstərmiş, bu da əsassız və qanunsuz yanaşmadır. Çünki həmin zaman yerli idarə etmə forması icra orqanı olan XDS-nin icraiyyə komitəsi idi. İddianın mənəvi ziyana dair hissəsinə isə məhkəmə münasibət bildirməmiş, bununla da prosessual icraat qaydalarını pozmuşdur. İddiaçı sonda Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-506/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadını ləğv edib, işə mahiyyəti üzrə baxılması üçün iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apelyyasiya şikayətinin hüquqi ə sası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 26.11, 60-cı maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 13, 87, 81-89-cu maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı Naxçıvan şəhər İcra Hakimiyyətindən etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra hakimiyyətinin nümayəndəsi X4 verilmiş şikayətin təmin edilməməklə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir: İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesa b etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göst ərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Kollegiya qanunvericiliyin normaları üzrə apellyasiya şikayətinin dəlillərini məcmu halında müzakirə edərək onu əsassız hesab edir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddət lərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən im tina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci m addəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə i clası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilərində qeyd etdiyi “...Məhkəmənin qərardadla iddianı mümkün hesab etmədiyini, aşağıdakı əsaslarla hesab edir ki, həmin qərardad ləğv edilməli, işə mahiyyəti üzrə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Belə ki, Naxçıvan MR Kənd Təsərruüfatı Nazirliyində işləyən zaman ailəmin evə olan ehtiyacı nəzərə alınaraq Nazirliyin Kollegiya iclasının qərarı ilə nazirliyin vəsaiti hesabına, nazirliyə aid təşkilat tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən 45 saylı mənzil ona verilmişdir. ünvan 3u il tarixli qərarı ilə, 30 noyabr 1989-cu il tari xli 3572 saylı orderlə mənzil rəsmi sənədləşdirilmiş, ona və ailəsinə mənzildən istifadə və mənzilə yaşamaq hüququ verilmişdir. Sonradan mənzilin qanunsuz sökülməsi ilə onun və ailəsinin hüquqlarının pozulması uzun müddət davam etmiş və nəhayət məhkəməyə müraciət etdiyini, Naxçıvan İnzibati Məhkəməsi onların hüquqlarının bərpası məqsədi ilə qaldırdıqları iddianı mümkün saymamaqla kobud qanun pozuntusuna yol verərək, konstitusion hüquqlarını pozmuşdur. İddiaçı şikayətinin davamında qeyd edir ki, məhkəmənin qərardadda pozduğu əsas normalardan biri də məhz göstərilən tələbə əməl etməyərək iddianı mümkünsüz saymış, qanunvericiliyin tələbini pozaraq ona problemin həlli üçün hər hansı formada yardım etməmiş məsələyə ümumiyyətlə münasibət bildirməməsi...” hallarını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əm lak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Kollegiya iddiaçının şikayətdə göstərdiyi dəlilərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana görə 130000 (yüz otuz min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cəmi ******* (bir milyon iki yüz on min beş yüz) manat pul vəsaitinin təzminat olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürsə də, həmin mənzilin onun mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Qan unvericiliyin normalarından da aydın şəkildə görünür ki, daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım məktubu ünvanlanmış, “ünvan 4ilin mülkiyyətçisi olmasını təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçı tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Yuxarıda sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iddiaçının tələbinin mümkün olmadığı qənaətinə gəlməklə iddianın mümkünlüyü məsələsinə düzgün hüquqi qiymət vermiş, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Beləliklə, şikayətin dəlilləri əsassız olduğundan İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "ona ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana görə 130000 (yüz otu z min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cəmi ******* (bir milyon iki yüz on min beş yüz) manat pul vəsaitinin təzminat olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "ona ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüquqlarının pozulması, onlara aid mənzilin qanunsuz və özbaşına sökülməsi nəticəsində ona və ailəsinə dəymiş ziyana görə 130000 (yüz otuz min) manat, məcbur olub kirayə haqqı ödədiyi üçün dəymiş ziyana görə 80500 (səksən min beş yüz) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, cəmi ******* (bir milyon iki yüz on min beş yüz) manat pul vəsaitinin təzminat olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli qəra rdadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-506/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-59/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-59/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver