Məhkəmə qərarları › İş №2-1(108)-59/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-59/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-59/2024 30.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 21(122)-41/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxmış Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-1(122)-41/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il, 1 ay, 23 gün) hərbi xidmətdə olmuşdur. O, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İmişli rayon Lenin adına kolxozda işləmiş, həmçinin xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Bakı şəhəri 90 nömrəli orta texniki peşə məktəbində “qadın bərbəri” peşəsi üzrə peşə təhsili almışdır (birlikdə 2 il). O, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək (3 ay, 4 gün) X22 Xidməti İstehsalat Birliyində bərbər, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək (4 ay, 6 gün) 57 nömrəli Voentorkda, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (7 il, 11 ay, 13 gün) "xxxx" kiçik müəssisəsində işləmiş, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək (1 ay, 6 gün) Babək rayon elektrik şəbəkəsində üçüncü dərəcəli elektrik mantyoru, həmçinin xx.xx.2009-cu il tarixdən (14 il, 7 ay, 11 gün) Naxçıvan şəhəri 1 saylı Mənzil İstismar İdarəsində qaynaqçı vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət etmiş və tələb olunan ümumi 25 il sığorta stajının olmad ığına görə ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajına malik olduğundan cavabdeh təşkilatın imtina qərarı əsassızdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmamışdır. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi iş stajı yetərli deyildir. Güzəştli iş stajı barədə isə iddiaçı tərəfindən arayış təqdim edilməmişdir. Lakin qeyd edilənləri nəzərə almamış birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətin in dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıd akıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə İmişli rayonunda doğulmuş, Naxçıvan şəhəri, Hərbi şəhərcik-2, ev 17-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin 04 iyul 2023-cü il tarixli, 371 nömrəli arayışından görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı 22 aprel 1980-ci il tarixdən 14 iyun 1982-ci il tarixədək (2 il 1 ay 23 gün) SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Azərbaycan SSR X32 Təhsili Komitəsi tərəfindən verilmiş Б 477916 nömrəli diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1987-ci il tarixdə Bakı şə həri 90 nömrəli orta texniki peşə məktəbinə qəbul olunmuş, 01 iyul 1988-ci il tarixdə “qadın bərbəri” peşəsi üzrə məktəbin tam kursunu bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1987-ci il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İmişli rayon Lenin adına kolxozda, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək X22 Xidməti İstehsalat Birliyində bərbər, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək 57 nömrəli Voentorkda, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1999cu il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan MR Dövlət Energetika agentliyində üçüncü dərəcəli elektrik montyoru, xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 1 saylı Mənzil-İstismar İdarəsində qaynaqçı vəzifəsində işləmişdir. İmişli rayon Dövlət Arxivinin 21 may 2024-cü il tarixli, 3-48-22RA/2-88/2024 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı İmişli rayonu Aranlı (keçmiş Poltavka) kəndindəki Aranlı (keçmiş Lenin adına) kolxozda işləməklə bu kolxozun son hesablaşma kitablarında aşağıda cədvəldə göstərilən göstəriciləri olmuşdur: - 1987-ci il üzrə minimum adam günü 260 gün, yerinə yetirilmiş adam günü 217 gün, illik qazancı 1422 manat; - 1988-ci il üzrə minimum adam günü 260 gün, yerinə yetirilmiş adam günü 269 gün, illik qazancı 1642 manat; - 1989-cu il üzrə minimum adam günü 260 gün, illik qazancı 1527 manat. İşdə olan “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquq i şəxsin Naxçıvan şəhər İdarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 07 mart 2023-cü il tarixli, 20 nömrəli qərarından görünür ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 31.2-1-ci maddələrinin şərtləri daxilində tələb olunan ümumi 25 il siğorta stajı olmadığı və ya pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qərara alınmışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 02 avqust 2024-cü il tarixli, 13/1134 nömrəli arxiv arayışından görünür ki, "xxxx" kiçik müəssisəsinin sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı göstərilən müəssisədə işləməsi haqqında m əlumatlar mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının 60 yaşı tamam olduğu tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müd dətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, 530VİQD qeydiyyat nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə həmin Qanunun 2.1-ci maddəsində (keçid müddəada) qeyd edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6 -cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Dəyişiklikdən sonra qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şə rtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı əmək kitabçasına istinad edərək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunun güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajının olmadığını, 12 il 6 ay güzəştli iş stajının olması barədə arayış təqdim etmədiyini, həmçinin yetərli pensiya kapitalının olmadığını əsas gətirərək ona imtina cavabı vermişdir. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab ed ərək hazırkı iddianı qaldırmışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsaslarından biri ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdeh inzibati orqanın 27 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-5858/2024 nömrəli məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu 01 yanvar 2022-ci il tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən vətəndaşın 01 yanvar 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Həmçinin cavabdeh inzibati orqan sığortaolunanın məlumatları əsasında fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının hesabatını həyata keçirmiş və məlumatları məhkəməyə təqdim etmişdir. İşdə olan sübutlarla müəyyən edilir ki, İddiaçı 60 yaşının tamam olduğu 01 yanvar 2022-ci il tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2022-ci il tarixdə dəyişiklik edilmiş və həmin dəyişiklik 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin dəyişikliyə əsasən g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərli pensiya kapitalının olması tələbi aradan qaldırılmışdır. Belə olan halda iddiaçının 29 iyun 2022-ci il tarixdə və həmin tarixdən sonra cavabdeh inzibati orqana müraciət etdiyi tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajının olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il, 1 ay, 23 gün) hərbi xidmətdə olmuşdur. O, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İmişli rayon Lenin adına kolxozda işləmiş, həmçinin xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Bakı şəhəri 90 nömrəli orta texniki peşə məktəbində “qadın bərbəri” peşəsi üzrə peşə təhsili almışdır (birlikdə 2 il). O, xx.xx.1989cu il tarixdən xx.xx.1989-cu il tarixədək (3 ay, 4 gün) X22 Xidməti İstehsalat Birliyində bərbər, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək (4 ay, 6 gün) 57 nömrəli Voentorkda işləmiş, həmçinin xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək (1 ay, 6 gün) Babək rayon elektrik şəbəkəsində üçüncü dərəcəli elektrik mantyoru işləmişdir. Qeyd edilən dövrlər (cəmi 4 il, 10 ay, 9 gün staj) işdə olan sənədlərlə öz təsdiqini tapır. Məhkəmə araşdırması nəticəsində mübahisə doğuran dövr iddiaçının əmək kitabçasına əsasən ümumi staja daxil edilən xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (7 il, 11 ay, 13 gün) "xxxx" kiçik müəssisəsində, həmçinin həm ümumi, həm də güzəştli iş stajına daxil edilən xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (14 il, 7 ay, 11 gün) Naxçıvan şəhəri 1 saylı Mənzil İstismar İdarəsində qaynaqçı vəzifəsində işlədiyi deyd edilən dövrlər olmuşdur. İşin mübahisəli halları ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi iddiaçının staj dövrləri ilə bağlı ətraflı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya icraatı çərçivəsində mübahisəli məqamlara aydınlıq gətirilməsi məqsədilə müvafiq orqanlara sorğular verilmiş və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən məlumatlar və sübutlar əldə edilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasında işdə olan digər sübutlarla ziddiyyət təşkil edən reallığı əks etdirməyən qeydlər aşkar edilmişdir. Belə ki, əmək kitabçasının 50-51-ci vərəqlərində iddiaçının xx.xx.1990-cı il tarixdə "xx xx" kiçik müəssisəsində işə qəbul edildiyi qeyd edilmişdir. Lakin məhkəmə sorğusu əsasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "xxxx" kiçik müəssisəsinin qeydiyyat sənədlərinin təsdiq olunmuş surətləri əldə edilib araşdırıldıqdan sonra müəyyən olunmuşdur ki, həmin tarixdə "xxxx" kiçik müəssisəsi hələ təsis edilməmişdir. Əmək kitabçasında iddiaçının "xxxx" kiçik müəssisəsinə işə qəbul edilməsi ilə bağlı qeyd olsa da, həmin qeydi təsdiq edən vəzifəli şəxsin vəzifəsi, adı, imzası qeyd olunmamışdır. İddiaçının "xxxx" kiçik müəssisəsində işlədiyi mübahisəli dövrlə bağlı dövlət arxivində hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə sorğuları əsasında həmin dövrdə müəssisənin təsisçiləri və vəzifəli şəxsləri müəyyən edilərək şahid q ismində məhkəmə iclasına dəvət olunmuşdur. "xxxx" kiçik müəssisəsinin yaradılması ilə bağlı keçirilmiş təşəbbüs qrupunun ümumi yığıncağının 04 may 1991-ci il tarixli protokolunun təsdiq olunmuş surətindən görünür ki, ümumi yığıncaq tərəfindən "xxxx" kiçik müəssisəsinin yaradılmasının məqsədəmüvafiq hesab edilməsi, müəssisənin nizamnaməsinin qəbul edilməsi, müəssisənin direktoru vəzifəsinə X13, üzvlüyünə isə X5 və X3 təsdiq edilməsi qərara alınmışdır. Müəssisənin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli, 01 nömrəli protokolunun təsdiq olunmuş surətindən görünür ki, X25 və X20 müəssisənin təsisçiliyinə qəbul olunmuşdur. Yığıncağın iclasının sədri X13, katibi isə X25 olmuş, həmçinin təsisçi X7 iclasda iştirak etmişdir. Müəssisənin ümumi yığıncağının xx.xx.1997-ci il tarixli, 2 nömrəli prot okolunun təsdiq olunmuş surətindən görünür ki, ümumi yığıncaq X8 direktor vəzifəsindən və təsisçilikdən azad edilməsini, X14 müəssisənin direktoru seçilməsini qərara almışdır. Məhkəmə kollegiyası tərəfindən 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı tanımır. Onun işlədiyini bildirdiyi "xxxx" Kiçik Müəssisəsinin rəhbəri mərhum əri X13 olmuşdur. Bərxudar Muradov 2021-ci ilin yanvar ayında ölmüşdür. Müəssisə təsis olunsa da faktiki olaraq fəaliyyət göstərə bilməmişdir. Belə ki, yaşayış məntəqəsinin yaxınlığında yerləşdiyindən yerli icra hakimiyyəti tərəfindən fəaliyyətinə icazə verilməmişdir. Müəssisə klyonka istehsalı məqsədi ilə yaradılmışdı, lakin fəaliyyət göstərməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası t ərəfindən 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır. 1990-cı illərdə "xxxx" kiçik müəssisəsində işləyib. O, 1991-ci ildən həmin müəssisədə qeyri-rəsmi olaraq mühasib kimi işləmişdir. O, mühasib işlədiyi müddətdə Bərxudar Muradov müəssisənin rəhbəri olmuşdur. 1997-ci ildən rəsmi olaraq müəssisənin rəhbəri isə özü olmuşdur. Həmin məhkəmə iclasında iddiaçıya məxsus əmək kitabçası ilə tanış edildikdən sonra şahid Aqil Əsgərov bildirmişdir ki, əmək kitabçasının 50-51-ci vərəqlərində olan xx.xx.1997-ci il tarixdə "xxxx" kiçik müəssisəsindən işdən azad edilməsi barədə qeyd yazısı ona məxsus deyil, imzanın isə ona məxsus olmasından əmin deyil. Həmin zaman möhür onda olmuşdur. Lakin sırf İddiaçı əmək kita bçasına möhür vurmağını dəqiq xatırlamır. Sonradan köhnə möhür təhvil verilərək yenisi ilə əvəz edilmişdir. Yeni möhür hazırda ondadır. Qeyd edilən ifadələri vermiş şahid Aqil Əsgərov məhkəmə kollegiyasının 30 sentyabr 2024-cü il tarixdə keçirilmiş növbəti məhkəmə iclasında isə əvvəlki ifadələri ilə ziddiyyət təşkil edən ifadə verərək bildirmişdir ki, İddiaçı şəxsən əvvəllər tanımamışdır. İddiaçı şəxsən ilk dəfə 2023-cü ildə pensiya işi ilə əlaqədar məhkəmə mübahisəsi ilə bağlı tanımışdır. Həmin məhkəmə iclasında şahid Aqil Əsgərov müəssisənin bəzi sənədlərinin onda olduğunu bildirərək məhkəmə kollegiyasına təqdim etmiş, lakin məhkəmə kollegiyası tərəfindən iddiaçının mübahisəli dövrdə müəssisədə işləməsini təsdiq edən və həmin müəssisəyə aid olan (və ya müəssisənin möhürü ilə təsdiq edilm iş) hər hansı mötəbər sübut aşkar edilməmişdir. Həmin məhkəmə iclasında məhkəmə kollegiyası tərəfindən yenidən əmək kitabçası şahidə baxış üçün təqdim edildikdən sonra şahid Aqil Əsgərov keçən məhkəmə iclasında verdiyi ifadəyə zidd ifadə verərək bildirmişdir ki, əmək kitabçasındakı xətt və imza ona məxsus deyil. Həmin vaxt müəssisənin möhürü onda olmamışdır. Belə ki, xx.xx.1997-ci il tarixdə müəssisənin direktoru seçilməsinə baxmayaraq, keçmiş direktorla təhvil-təslim 1998-ci ilin yanvar ayında həyata keçirilmişdir. İddiaçı onun tərəfindən işdən azad edilməmiş, əmək kitabçasında iddiaçının işdən azad edilməsi barədə xx.xx.1997-ci il tarixli xətt və imza ona məxsus deyil, həmçinin möhür onun tərəfindən vurula bilməzdi. Məhkəmə kollegiyası şahid ifadələrinə qiymət verərək bildirir ki, şahid Elmira Neymətova müəssisənin təsisçilərindən biri olmaqla, həmçinin müəssisənin keçmiş direktoru Bərxudar Muradovun həyat yoldaşı olmuşdur. Müəssisənin ümumi yığıncaqlarının iclaslarında iştirak etmiş, qəbul edilmiş qərarlara münasibət bildirmişdir. Lakin həmin şəxs müəssisənin təsis edildiyi vaxtdan etibarən ümumiyyətlə fəaliyyət göstərmədiyini, iddiaçını isə tanımadığını qeyd etmişdir. Digər X29 ifadələrində isə ziddiyyətlər mövcuddur. O, əvvəlcə verdiyi ifadəsində İddiaçı tanıdığını və müəssisədə malların satışını və paylanmasını həyata keçirdiyini bildirsə də, sonrakı ifadəsində İddiaçı əvvəllər tanımadığını, şəxsən ilk dəfə 2023-cü ildə pensiya işi ilə əlaqədar məhkəmə mübahisəsi ilə bağlı tanıdığını bildirmişdir. Daha sonra İddiaçı onun tərəfindən işdən azad olunmadığını, əmək kitabç asında onun işdən azad edilməsi barədə qeydin və imzanın ona məxsus olmadığını, müəssisənin möhürünün onun tərəfindən vurulmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" kiçik müəssisəsinin təsis edilməsinə baxmayaraq, 1991-1997-ci illərdə iddiaçının həmin müəssisədə işləməsi müəyyən olunmur. X29 ziddiyyətli məlumatlar verməsi ümumiyyətlə onun ifadəsinin mötəbərliyini şübhə altına alır. Müəssisənin 1991-ci ildə təsis edilməsinə baxmayaraq, iddiaçının əmək kitabçasında 1990-cı ildən həmin müəssisədə işə başlaması barədə qeydin olması, iddiaçının işə qəbul edilməsi barədə əmək kitabçasında olan qeydi təsdiq edən vəzifəli şəxsin vəzifəsinin, adının, imzasının qeyd olunmaması, iddiaçının işdən azad olunması barədə qeydin və imzanın ona məxsus olmasının şahid Aqil Əsgərov (sənə dlərdə onun həmin dövrdə direktor olduğu qeyd edilsə də) tərəfindən inkar edilməsi, müəssisəyə aid sənədlərin dövlət arxivində aşkar edilməməsi halları onu deməyə əsas verir ki, iddiaçının "xxxx" kiçik müəssisəsində işlədiyi dövrə dair əmək kitabçasında aparılmış qeydlər işdə olan digər sübutlarla təsdiq olunmadığı üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (7 il, 11 ay, 13 gün) "xxxx" kiçik müəssisəsində işlədiyini bildirdiyi dövrün onun ümumi stajına daxil edilməsi üçün yetərli əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iddiaçının Naxçıvan şəhər 1 saylı Mənzil İstismar İdarəsində işlədiyi mübahisəli dövrə münasibətdə isə qeyd edir ki, əmək kitabçasının 52-53-cü vərəqəl ərində iddiaçının xx.xx.2009-cu il tarixdə mənzil istismar idarəsinə qaynaqçı təyin edildiyi qeyd edilmişdir. Lakin arxiv sənədlərində iddiaçının xx.xx.2009-cu il tarixdən deyil, 2010-cu ilin iyun ayından işlədiyi qeyd edilmiş və bu hal iddiaçının özü tərəfindən təsdiq edilmişdir. Həmçinin iddiaçının sosial sığorta ödənişlərinin 2013-cü ildən həyata keçirildiyi müəyyən olunmuşdur. İddiaçının güzəştli iş stajının müəyyən edilməsi üçün məhkəmə sorğuları ilə Naxçıvan şəhər 1 saylı Mənzil İstismar İdarəsində hansı vəzifəni icra etməsini tam dəqiq müəyyən etmək mümkün olmadığı üçün idarənin vəzifəli şəxsləri müəyyən edilərək şahid qismində məhkəmə iclasına dəvət olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində bildirmişdir ki, o, 2018-2023-cü illərdə Naxçıvan şəhəri 1 saylı Mənzil İstismar İdarəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. İddiaçı tanıyır. İddiaçı elektrik qaynaqçısı vəzifəsində olsa da, faktiki olaraq başqa işlərdə işləmişdir. Süpürgəçi, kanalizasiya işlərini görmüşdür. İdarədə bildiyinə görə elektrik qaynağı aparatı olmamışdır. Hazırda da idarədə elektrik qaynaqçısı işləyən yoxdur. Hələ ki belə işçiyə ehtiyac görülmür. Məhkəmə kollegiyası tərəfindən 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, o, 2021-2023-cü illərdə Naxçıvan şəhəri 1 saylı Mənzil İstismar İdarəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. İddiaçı tanıyır. Hər gün görməsə də, idarədə iş olanda gəlib işləyi rmiş. İddiaçı qaynaqçı vəzifəsində olsa da, faktiki olaraq qaynaqçı funksiyalarını icra etmirmiş, süpürgəçi, kanalizasiya işlərində çalışırmış. Məhkəmə kollegiyası tərəfindən 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində bildirmişdir ki, o, 20 avqust 2023-cü il tarixdən Naxçıvan şəhəri 1 saylı Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində işləyir. İdarədə elektrik qaynaqçısı vəzifə ştatı mövcud olsa da, ümumiyyətlə həmin vəzifəni icra edən işçi olmamışdır. İdarənin qaynaq aparatı olmamışdır. Elektrik qaynaqçısına ehtiyac olanda onların dəvəti əsasında su idarəsindən qaynaq işlərini görmək üçün işçi cəlb olunur. İddiaçı tanımır. İddiaçı o, idarənin rəisi vəzifəsinə təyin edilməzdən əvvəl işləmişdir. Məhkəmə kollegiyası tərəfindən 30 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində bildirmişdir ki, o, 2009-2023-cu illərdə idarədə mühasib vəzifəsində işləmişdir. İddiaçı üzdən tanımır. Lakin adından bilir ki, idarədə belə bir işçi olmuşdur. İddiaçı sahədə nə iş gördüyünü bilmir. İdarənin inventarında elektrik qaynağı aparatı, kaska olmamışdır. Göründüyü kimi İddiaçı idarədə elektrik qaynaqçısı vəzifə ştatında olsa da, faktiki olaraq elektrik qaynağı işlərini icra etməsi öz təsdiqini tapmamışdır. İddiaçının sosial sığorta ödənişlərinin edildiyi 2013-cü ilin yanvar ayından 12 avqust 2023-cü il tarixədək dövr xüsusi iş stajı kimi qəbul edilmiş olsa belə müəyyən edilir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan 25 il ümumi, 12 il 6 ay xüsusi sığorta stajına malik deyildir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbində haqlı deyildir. Həmçinin birinci instansiya məhkəməsi də iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 21(122)-41/2024 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı qərarın ləğv edilməsi və güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 21(122)-41/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı xx.xx.2023-cü il tarixli, 20 nömrəli qərarın ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar