Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-59/2025 12.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X11 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X9 ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-637/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)637/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)637/2025 nömrəli qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-637/2025 nömrəli qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, iddiaçı iddia ərizəsində, 1991-ci il tarixdə Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldığını, Sədərək uğrunda gedən döyüşlərdə iştirak etdiyini, döyüş zonasında xidmət keçərkən xx.xx.1992-ci il tarixdə xəsarət almasını, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğunu göstər ərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim olunmuş arayışa əsasən iddiaçının xx.xx.1991-ci il tarixdə şəxsi heyətin siyahısına salınması qeyd edilsə də onun sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilmədiyindən ona "Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd olunan qərarında iddiaçının 1991-ci il tarixdə Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldığını, Sədərək uğru nda gedən döyüşlərdə iştirak etdiyini, döyüş zonasında xidmət keçərkən xx.xx.1992-ci il tarixdə xəsarət almasını, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğunu, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yaralanmasının səbəbinin hərbi travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış olması müəyyən edilmiş, həmçinin şahid ifadələrini əsas götürərək iddianı təmin etmişdir. Hesab edilir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən şəxsə müharibə veteranı döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər əsasında ver ilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarına əsasən: "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində "hərbi biletlər" sözlərindən sonra "(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Hərbi xidmət keçmək dedikdə şəxsin hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasından ibarətdir və bunlar şəxsi xidmət keçdiyi hərbi hissənin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır. Qeyd olunanlardan da göründüyü kimi birinci instansiya məhkəməsi sözügedən qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarının tələblərini pozmuşdur. Belə ki, qərarında iddianın təmin edilməsi əsaslarından biri kimi şahid ifadələrini sübut kimi göstərmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməsinə, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli qərarında istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nümayəndəsinin məhkəmə baxışı iclasında iştirakını təmin etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 21(122)-637/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qayda lar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhk əməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olun muşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraa tında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikasının Qanunu: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci m addəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarında olan; Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 dekabr 2024-cü il tarixli, 3-25-212-B-1229820/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə "Müharibə veteranı" adının və vəsiqəsin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2024-cü il tarixli 636 nömrəli arayışa əsasən X13 Komitəsinin əmrlərində şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat olmadığına görə "Müharibə veteranı" adının və vəs iqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 aprel 2015-ci il tarixli, 352 nömrəli qərarının surətindən məlum olur ki, Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən, xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan şəhər idarəsinin xx.xx.2014-cü il tarixli 1343 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 774 saylı arayışı, Naxçıvan şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxa rış epikrizi, vətəndaşın xx.xx.2016-cı il tarixli ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 235 saylı xx.xx.2015-ci il tarixli protokolu). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 04 avqust 2016-cı il tarixli, 751 nömrəli qərarının surətindən məlum olur ki, Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Naxç ıvan şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan şəhər idarəsinin xx.xx.2014-cü il tarixli 1343 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 774 saylı arayışı, Naxçıvan şəhər xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, vətəndaşın xx.xx.2016-cı il tarixli ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin və cərrahın rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". MN MHHK-nın xx.xx.2015-ci il tarixli 352 nömrəli qərarı ləğv edilir. (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “H ərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 737 saylı 04.08. 2016-cı il tarixli protokolu). Azərbaycan Respublikası Müdafiə Nazirliyi, N nömrəli hərbi hissənin N yanvar 2025-ci il tarixli, 15 nömrəli arxiv arayışından məlum olur ki, Bağırov X12 Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1991-ci il tarixli 015 nömrəli əmrlə şəxsi heyətin siyahısına daxil edilmişdir. Şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin 31 yanvar 2025-ci il tarixli, 3-4375/2-153/2025 nömrəli məktubdan məlum olur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1991ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Re spublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsi rəisinin xx.xx.1996-cı il tarixli 133 ş/h №-li əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N mart 2025-ci il tarixli, 3-25-210/2749/2025 nömrəli məktubla Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi üzrə 01 may 1992-ci il tarixli 133 nömrəli əmrdən çıxarışda (ermənilərin Muxtar Respublika ərazisinə basqını ilə əlaqədar “Sədərək” döyüş bölgəsinə göndərilənlər haqqında) “idman rotası”nda İddiaçı adı qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikas ı X6 X15 X16 Respublikası Xəstəxanası publik hüquqi şəxsinin 03 mart 2025-ci il tarixli, 18-1-92-1/135 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəxanın Travmatologiya şöbəsində stasionar müalicə olmuşdur. Onun adına açılmış stasionar xəstənin tibbi kartasının, rentgen müayinələrinin və stasionar epikrizin surətləri iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası X7 Epikrizin surətindən məlum olur ki, İddiaçı İİİ barmaq orta və proksimal falanqa səviyyəsində ayaq üstə sahədə yumşaq toxumada 3 mm ölçüdə 2 ədəd metal intensivlikli kölgəliklər-qəlpə izlənir. Sol baldırın aşağı 1/3-də arxada yumşaq toxumalar içərisində metal intensivlikli yad cisim-qəlpə izlənilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3 -cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərd ə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həm çinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X8 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmə t keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazır da xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X8 Agentliyi tərəfindən onların yarat dıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şəxs aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almalı, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. İddiaçıya məxsus hərbi biletdən, eləcə də, iş materiallarında olan arayış və əmrdən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi his səsində müddətli həqiqi hərbi xidmət keçmiş, 01 may 1992-ci il tarixli 133 nömrəli ermənilərin Muxtar Respublika ərazisinə basqını ilə əlaqədar “Sədərək” döyüş bölgəsinə göndərilənlər haqqında əmrdən çıxarışa əsasən “Sədərək” döyüş bölgəsində “idman rotası”nda döyüş əməliyyatlarında iştirak etmiş, hərbi xidmət etdiyi dövrdə yaralanmışdır. xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsi rəisinin xx.xx.1996-cı il tarixli 133 ş/h №-li əmrinə əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 04 avqust 2016-cı il tarixli, 751 nömrəli qərarının surətindən məlum olur ki, Naxçıvan ŞHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Naxçıvan şəhər xəstəxanasında müayinə və müalicə olunmuş, yaralanma-diaqnozu “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası”, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi göstərilmişdir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissələrdə hərbi xidmət keçməsi, “Sədərək” döyüş bölgəsində “idman rotası”nda döyüş əməliyyatlarında döyüşlərdə iştirak etməsi və yaralanması cavabdeh tərəfindən mübahisələndirimir. Cavabdeh apellyasiya şikayətini belə əsaslandır ır ki, iddiaçının xx.xx.1991-ci il tarixdə şəxsi heyətin siyahısına salınması barədə məlumat olmasına baxmayaraq onun sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilmədiyinə görə ona "Müharibə veteranı” adının verilməsindən imtina edilmişdir. İddiaçının qanuni əsasla ehtiyata buraxılmadığı barədə cavabdehin dəlili əsaslı deyildir. İddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə əmr aşkar olunmasa da, Konstitusiya Məhkəməsi X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 iyul 2007- ci il tarixli qərarında ifadə olunmuş mövqeyə əsasən, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərarda əks edilmiş hüquqi mövqeyə istinad etməklə bildirir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İş materiallarına əlavə edilmiş hərbi biletdən, arayışlardan, əmrlərdən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş, “Sədərək” döyüş bölgəsində “idman rotası”nda döyüş əməliyyatlarında iştirak etmiş (01 may 1992-ci il tarixli 133 nömrəli əmrə əsasən), hərbi xidmət etdiyi dövrdə yaralanmış, “Sol ayağın İİİ barmağının odlu silahla (qəlpə) sonra irinləmiş yarası və sol saidin ön səthinin qəlpə yarası” diaqnozu qoyulmuş, hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir. Həmçinin xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsində müddətli həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Prezidenti yanında Mühafizə Baş İdarəsi rəisinin xx.xx.1996-cı il tarixli 133 ş/h №li əmrinə əsasən ehtiyata buraxılmışdır. Həmçinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Normanın məzmunundan göründüyü kimi qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə münasibətdə Əsasnamənin tələblərinə uyğu n olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsini qadağan etmiş, belə şəxslər dairəsindən isə məhz Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri istisna etmişdir. Başqa sözlə şəxs qanuni əsaslarla tərxis olunmasa belə, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildikdə ona müharibə veteranı adı və vəsiqəsi verilir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus 004277 nömrəli 28 avqust 2018-ci il verilmə tarixli vəsiqəyə əsasən vəsiqə sahibi Azərbaycan Rspublikasının müdafiəsi zamanı İİ qrup əlildir, əlillik ömürlük müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0005 nömrəli xx.xx.2005-ci il tarixli qər arından məlum olur ki, əlilliyin səbəbi Azərbaycan Rspublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi olaraq müəyyənləşdirilmişdir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı işin faktiki halları, konkret sübutlarla, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, arayışlar, əmrlər və hərbi biletlə təsdiq edilir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, iş materiallarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməsinə və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət ( yaralanma, travma, kontuziya) almasına dair kifayət qədər sübutlar mövcuddur. Hazırkı iş üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədləri təqdim etmiş və həmin sənədlərdən onun döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, aldığı odlu silah (qəlpə) yarası ilə əlaqədar müayinə və müalicə olunması sübuta yetirilmiş, cavabdeh inzibati orqan isə bu halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-637/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-637/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)637/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məh kəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-59/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-59/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver