Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-6/2023 16.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı və cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı “Əlili” soyadının “Əliyev” soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(122)-278/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə məhkəmənin binasında şifahi məhkəmə icla sında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, “Əlili” soyadının “Əliyev” soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 13 avqust 1978-ci ildə anadan olduqdan sonra 28 avqust 1978-ci ildə ona 146 nömrəli doğum akt qeydi ilə verilmiş şəhadətnamədə soyadı, adı və ata adı X5 göstərilmiş, o, bu soyadla 19 may 2021-ci ilədək orta və ali təhsil almış, əmək fəaliyyəti ilə məşğul olmuşdur. 19 may 2021-ci ildə soyadını milliləşdirmək məqsədilə “Əlili” soyadını götürmüş və bununla bağlı Culfa Rayon Qeydiy yat Şöbəsinə müraciət edərək yeni AZ-İV 627160 nömrəli doğum haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamədə soyadı “Əlili” kimi qeyd olunmuşdur. O, Ukraynada işləyir və yaşayır. Orada işi ilə bağlı olan bütün sənədlərin hamısı “Əliyev” soyadı ilə aparıldığından ciddi problemləri yaranmışdır. Sürücülük şəhadətnamələri və vəsiqələrində, ali təhsili ilə bağlı diplomda, Ukraynada müvəqqəti yaşaması ilə bağlı sənədlərində soyadı “Əliyev” yazıldığından çətin bir vəziyyətdə qalmışdır. Bu səbəblərdən də yenidən “Əliyev” soyadına qayıtmaq istəyir. Sadaladığı halları qeyd etməklə Culfa Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etsə də, həmin şöbədən ərizəsinə verilən 24 oktyabr 2022-ci il tarixli, 05/Q-130/15 nömrəli cavabda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixl i, 79 nömrəli qərarına əsasən soyadının yenidən dəyişdirilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33, 45 və 46-cı maddələrinə əsaslanaraq xahiş edir ki, “Əlili” soyadının “Əliyev” soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin. Cavabdeh 24 oktyabr 2022-ci il tarixli, 05/Q-130/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Culfa Rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 28 avqust 1978-ci il tarixli, 146 nömrəli doğum akt qeydinə 19 may 2021-ci il tarixdə düzəliş edilmiş və AZ-İV 627160 nömrəli doğum haqqında şəhadətnamədə Sizin soyadınız Əlili yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Soyad sonluğuna dəyişiklik edilməsi” ilə bağlı qərara əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyad sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Lakin soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Sizə soyadınıza Əliyev qeyd olunaraq doğum haqqında şəhadətnamə verilməsi qanunvericiliyə ziddir. Sizə izah olunur ki, doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz”. Cavabdeh 22 noyabr 2022-ci il tarixli, 05/Q-148/13 nömrəli məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 ma rt 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Vətəndaşın soyadına Əliyev qeyd olunaraq doğum haqqında şəhadətnamə verilməsi qanunvericiliyə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 14 dekabr 2022-ci il tarixli, 2-1(122)-278/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “iddia tələbi ilkin o laraq soyadının dəyişdirilməsi ilə bağlı olub, ancaq İnzibati Prosessual Məcəlləyə uyğun olaraq prosesdə iddiaçı iddia ərizəsini dəqiqləşdirə bilər. O, məhkəmədə iddia tələbini soyadın dəyişdirilməsi kimi yox, 19 may 2021-ci il tarixdə Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən qəbul olunmuş soyadın dəyişdirilməsi haqqında rəyin ləğv olunması kimi dəqiqləşdirmiş və bu iddianı müdafiə etdiyini bildirmişdir. Əlavə olaraq məhkəmədən xahiş etmişdir ki, Culfa Rayon Qeydiyyat Şöbəsinin 19 may 2022-ci il tarixli soyadın dəyişdirilməsi haqqında rəyin surətinin məhkəməyə təqdim olunması üçün sorğu göndərsin. Həmçinin həmin rəyin hansı sənədlərə əsasən verilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə, Miqrasiya idarəsinə və s. idarələrə göndər ilən sorğular haqqında məlumatların Culfa Rayon Qeydiyyat Şöbəsindən alınmasını xahiş etmişdir. Ancaq bunların heç birini nəzərə almadan hakim köhnə iddia ərizəsinə baxıb iddiasını rədd etmişdir. Cavabdeh təşkilat olaraq Culfa Rayon Qeydiyyat Şöbəsinə məhkəmənin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdarlıq edilsə də, cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmədə iştirak etməmişdir. Bu ona əsas verir ki, Culfa Rayon Qeydiyyat Şöbəsinin qanunsuz hərəkətləri özünə bəllidir. Onu da əlavə edir ki, “Əlilli” soyadı onun bütün hüquqlarını pozub, bildirir ki, düz etməmişdir. Ukraynadan minik avtomobilini gətirə, oradakı yaşayış evi üzərində sərəncam verə bilmir və s. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarix li, 2-1(122)-278/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin Culfa Rayon Qeydiyyat Şöbəsinin 19 may 2021-ci il tarixli soyadın dəyişdirilməsi ilə bağlı rəyin ləğv olunması kimi qəbul edilməsini və həmin rəyin ləğv edilməsi haqqında qərar qəbul olunmasını xahiş edir. Cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan 25 yanvar 2023-cü il tarixli, 05/Q-13/13 nömrəli məktubda (yazılı münasibətdə) göstərilmişdir ki, “Culfa Rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 28 avqust 1978-ci il tarixli, 146 nömrəli doğum akt qeydində 19 may 2021-ci il tarixdə vətəndaşın soyadına Əliyevdən Əliliyə düzəliş edilərək AZ-İV 627160 nömrəli doğum haqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Soyad sonluğuna dəyişiklik edilməsi” ilə bağlı qərara əsasən qeydiyyat şöbəsi və konsulluq tərəfindən soyad sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir.Lakin soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Vətəndaşın soyadına Əliyev qeyd olunaraq doğum haqqında şəhadətnamə verilməsi qanunvericiliyə ziddir”. Tərəflərin izahatları, prosessual məsələlər İddiaçı izahatında göstərdi ki, soyad sonluğunun dəyişdirilməsində məqsədi Ukraynaya gedə bilməməyi və orada olan əmlakları barədə sərəncam verə bilməməsidir. Qeydiyyat orqanına köhnə soyad sonluğuna geri qayıtması üçün müraciət etmiş və ona bildirmişlər ki, qanunda soyad sonluğunun dəyişdirilməsinə bir dəfə i cazə verilir. Belə olan halda o məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Onun birinci instansiya məhkəməsində işə baxılarkən Culfa Rayon Qeydiyyat Şöbəsinin 19 may 2021-ci il tarixli soyadın dəyişdirilməsi ilə bağlı rəyin ləğv edilməsi barədə heç bir şifahi və ya yazılı tələbi yaxud müraciəti olmamışdır. Hazırda da məhkəmədən tələbi köhnə soyad sonluğuna geri dönməkdir. Ona görə də apellyasiya şikayətinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(122)-278/2022 nömrəli qərarının ləğv edilməsinə aid hissədə təmin olunmasını və iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul olunmasını xahiş edir. Cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, iddiaçının şikayətini qəbul etmir v ə şikayətin dəlilləri ilə razı deyil. İddiaçı 19 may 2021-ci ildə soyad sonluğunun dəyişdirilməsi barədə könüllü olaraq ərizə vermiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə uyğun olaraq onun soyad sonluğu dəyişdirilmişdir. Soyad sonluğunun dəyişdirilməsi zamanı hər hansı bir rəy hazırlanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Sadəcə vətəndaşın ərizəsi əsasında onun akt qeydində düzəliş olunur və vətəndaşa yeni doğum haqqında şəhadətnamə verilir. 24 oktyabr 2022-ci ildə iddiaçı yenidən Culfa Rayon Qeydiyyat Şöbəsinə soyadının “Əlili”dən “Əliyev”ə düzəliş olunması barədə ərizə ilə müraciət etmiş, qeyd etdiyi “Qaydalar”ın tələblərin ə müvafiq olaraq onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçının apellyasiya şikayətinin təmin olunmamasını, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(122)-278/2022 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - 19 may 2021-ci il tarixdə verilmiş AZ-İV 627160 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və 444041 nömrəli, 22 noyabr 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı 13 avqust 1978-ci ildə Culfa şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1978-ci ilin avqust ayının 28-i günündə 146 nömrəli qeyd edilmişdir. X4, anası X13, hər ikisinin milliyyəti azərbaycanlıdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı 13 avqust 1978-ci il tarixdə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin vəsiqənin etibarlılıq müddəti 21 may 2031-ci ilədəkdir. - Culfa Şəhər Mənzil İstismar Sahəsinin 2148-2149 nömrəli, 28 oktyabr 2022-ci il tarixli arayışlarından görünür ki, iddiaçı Culfa şəhəri, Təbriz küçəsi, ev 4, mənzil 27-də yaşayır və həmin mənzildə qeydiyyatdadır. - A 039224 nömrəli diplom və bakalavr diplomuna əlavədən görünür ki, Naxçıvan Dövlət Universitetində Dövlət Attestasiya Komissiyasının 29 iyun 2000-ci il tarixli qərarı ilə X8 bədən tərbiyəsi istiqamətinin ibtidai hərbi fiziki təlim ixtisası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - AA seriyalı 054293 nöm rəli şəhadətnamənin surətindən aydın olur ki, X10 Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyəti Naxçıvan Avtomobil Məktəbində 18 may 1996-cı ildən 11 iyul 1996-cı ilə kimi “B” kateqoriyası üzrə sürücülük kursunu bitirmişdir. - İddiaçının cavabdehə ünvanlanan 24 oktyabr 2022-ci il tarixli ərizəsinin surətindən aydın olur ki, iddiaçı cavahdeh inzibati orqandan onun doğum haqqında şəhadətnaməsində soyadının “Əlili”dən “Əliyev”ə düzəliş olunmasını xahiş etmişdir. - Həmin ərizəyə cavabdeh inzibati orqanın 05/Q-130/15 nömrəli, 24 oktyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Culfa Rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 28 avqust 1978-ci il tarixli, 146 nömrəli doğum akt qeydinə 19 may 2021-ci il tarixdə düzəliş edilmiş və AZ-İV 627160 nömrəli doğum haqqında şəhadətnamədə Sizin soyadınız Əlili yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Soyad sonluğuna dəyişiklik edilməsi” ilə bağlı qərara əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyad sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Lakin soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Sizə soyadınıza Əliyev qeyd olunaraq doğum haqqında şəhadətnamə verilməsi qanunvericiliyə ziddir. Sizə izah olunur ki, doğum akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz”. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2 fevral 1993-cü il tarixli, 495 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın müddəalarına görə: 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əv vəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfind ən həll edilir; 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İnz ibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi m əsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan... verilə bilər (İPM-in 83.1-ci maddəsi). İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM -in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya instansiyası məhkəməs inin mövqeyi Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının soyadının “Əlili”dən “Əliyev”ə dəyişdirilməsi ilə bağlı soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmədiyindən cavabdehin imtinası “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələblərinə uyğundur. Cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmamışdır və bu hal iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə inzibati orqanın imtinasını əsaslı hesab edir ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadı n verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir”. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə araşdırmaqla, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, “o, məhkə mədə iddia tələbini soyadın dəyişdirilməsi kimi yox, “19 may 2021-ci il tarixdə Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən qəbul olunmuş soyadın dəyişdirilməsi haqqında rəyin ləğv olunması” kimi dəqiqləşdirmiş və bu iddianı müdafiə etdiyini bildirmişdir”. Halbuki inzibati işin materiallarında iddiaçının iddia tələbini dəyişdirməsi barədə birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsi mövcud deyildir. Eyni zamanda bu hal həmin məhkəmənin iclas protokollarında da əks olunmamışdır. İnzibati Prosessual Məcəllənin; 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azal tmağa) haqlıdır. 54.3-cü maddəsinə müvafiq olaraq iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Aydın göründüyü kimi İnzibati Prosessual Məcəllənin 54.1-ci maddəsində təsbit olunan hallarda iddiaçının iddiasını dəyişmək hüququ var, lakin iddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində işə baxılarkən bu hüququndan istifadə edərək iddia tələbini dəqiqləşdirməmiş, bu barədə iddia ərizəsini, həmçinin proses iştirakçılarının sayına görə iddia ərizəsinin surətini məhkəməyə yazılı şəkildə təqdim etməmişdir. İddianın dəyişdirilməsi barədə ərizə verilmiş olsa idi, sədrlik edən hakim İnzibati Prosessual Məcəllənin 54.3-cü maddəsində nəzərdə tutulan qərardadlardan birini qəbul etmiş ola rdı. Məhkəmə iclasında da iddiaçı izahatında vurğulamışdır ki, “onun birinci instansiya məhkəməsində işə baxılarkən Culfa Rayon Qeydiyyat Şöbəsinin 19 may 2021-ci il tarixli soyadın dəyişdirilməsi ilə bağlı rəyin ləğv edilməsi barədə heç bir şifahi və ya yazılı tələbi yaxud müraciəti olmamışdır. Hazırda da məhkəmədən tələbi köhnə soyad sonluğuna geri dönməkdir”. “X6 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarında isə göstərilir ki, “MPM-in 53-cü maddəsində iddiaçının məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğu əks olunsa da, bu hüquq Məcəllənin 149.1-ci maddəsi nəzərə alınmadan tətbiq edilə bilməz. Həmin normaya müvafiq olaraq iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi, iddia tələbinin həcminin artırılması və ya azaldılması öz mahiyyətinə görə iddia ərizəsinə bərabər tutulduğundan, tərəfin həmin məsələləri yalnız yazılı şəkildə təqdim etdiyi hallarda onlar etibarlı hesab edilə, məhkəmə tərəfindən qəbul edilə və nəzərə alına bilər”. İnzibati iş nəticə etibarı ilə mahiyyətcə düzgün, maddi hüquq normalarının tələblərinə uyğun həll edildiyindən qərarda həmin normaları nəzərdə tutan qanuna və digər normativ hüquqi aktlara istinad edilməməsi məhkəmə kollegiyası tərəfin dən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilmir. İddiaçının tələbi “Əlili” soyadının başqa soyada deyil, məhz 19 may 2021-ci il tarixdə Culfa Rayon Qeydiyyat Şöbəsində 146 nömrəli doğum akt qeydində dəyişiklik edilərək “-yev” sonluqlu soyadının “-li” sonluqlu ifadə forması ilə əvəz edilməsinədək daşıdığı “Əliyev”soyadına dəyişdirilməsi və buna müvafiq olaraq yeni doğum haqqında şəhadətnamə verilməsidir. Bu baxımdan iddiaçının iddiasını rədd etmiş birinci instansiya məhkəməsi qərarında işin mahiyyəti üzrə gəldiyi nəticənin hüquqi əsası kimi mübahisəni tənzim edən maddi hüquq normasına deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişd irilməsi Qaydaları”nın 5.10-cu bəndinə istinad etmişdir. Halbuki məhkəmənin gəldiyi nəticə qeyd olunan “Qaydalar”ın 6.3-cü bəndinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi və ailə həyatına hörmət hüququ baxımından dəyərləndirilməli olan konstitusion hüquq olduğuna görə həmin hüququn məhdudlaşdırılması qanunvericiliyin tələblərinə cavab verməli, qanunda konkret göstərilən legitim məqsədlərə nail olmağa yönəlməli və hüququn mahiyyətini dəyişməməlidir. Qeyd olunanların hazırkı işə tətbiqi ilə bağlı qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi Mülki Məcəllə ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilən qaydada həyata keçirilməsini müəyyən edir. Qanunla müəyyənləşdirilən hə min qayda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın müddəalarını nəzərdə tutur. Həmin “Qaydalar” isə ad və soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif əsasların olmasını təsbit edir. Yəni, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulan hallarda mümkündür. Hazırki işdə isə məhz adıçəkilən “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı biri müəyyən edilməmiş, iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanundan irəli gəlmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar həm də dövlət təhlükəsizliyi mənafeləri üçün və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sözügedən “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda adın və soyadın ikinci dəfə dəyişdirilməsinə gətirilən məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, həmçinin digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim marağını təmin etməyə xidmət edir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində soyadını ikinci dəfə dəyişməyə səbəb kimi “Ukraynada işləyib yaşadığını, orada işi ilə bağlı olan bütün sənədlərin hamısı “Əliyev” soyadı ilə aparıldığından ciddi problemləri yarandığını, sürücülük şəhadətnamələri və vəsiqələrində, ali təhsili ilə bağlı diplomunda, Ukraynada müvəqqəti yaşaması ilə bağlı sənədlərində soyadı “Əliyev” yazıldığından çətin bir vəziyyətdə qalmasını, Ukraynadan minik avtomobilini gətirə və oradakı yaşayış evinin üzərində sərəncam verə bilmədiyini” göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus adıçəkilən rəsmi sənədlərdə əvvəlki soyadının göstərilməsi onun üçün problemlər yarada bilməz. Çünki iddiaçı soyadının dəyişdiyini təsdiq edən müvafiq sənədi təqdim etməklə hüquq və vəzifələ ri ilə bağlı məsələləri maneəsiz həyata keçirə bilər. Ona görə də iddiaçının real problemlərlə qarşılaşdığı qənaətinə gəlmək üçün də yetərli əsaslar yoxdur. Həmçinin məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası və Ukraynanın iştirakçıları olduqları “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli (Kişinyov) Konvensiyanın; 12-ci maddəsinə (sənədlərin etibarlılığı) əsasən 1.Razılığa gələn Tərəflərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada səlahiyyətli müəssisə, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, Razılığa gələn bütün digər Tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilir.
2. Ra zılığa gələn Tərəflərdən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər Razılığa gələn digər Tərəflərin ərazilərində rəsmi sənəd kimi sübutedici qüvvəyə malikdir. 13-cü maddəsinə (vətəndaşlıq vəziyyəti haqqında sənədlərin və digər sənədlərin ötürül-məsi) görə
1. Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsi ilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.
2. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şə xsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya onun soyadının “Əlili”dən “Əliyev”ə dəyişdirilməsindən imtina barədə cavabdeh inzibati orqanın hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı “Əlili” soyadının “Əliyev” soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Nəticəvi h issə Göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərаrааldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 21(122)-278/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü hallarda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.