Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-6/2024 17.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X9 ibarət tərkibdə, X11 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X14 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-551/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, iddia tələbinə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08 k nömrəli əmrinin ona aid hissədə ləğv olunması kimi baxılıb nəticə verilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 0 7 noyabr 2023-cü il tarixli, 2-1(122)-551/2023 nömrəli qərarı ilə iddia təmin olunmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 21(122)-551/2023 nömrəli qərarından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-551/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, işə baxan məhkəmə tərəfindən hazırkı mübahisə tam hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Mübahisə predmeti olan əmrin qəbul edilməsinə əsas olan hadisələrin başlanğıcı 2020-ci ilə təsadüf edir. 2020-ci ilin 01 iyununda X58 və X10, 19 iyununda isə X54, X30 və X5 Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna təyin edilmişlər. Adıçəkilən təyinatlar nazirlik tərəfindən müvafiq əmrlərlə rəsmiləşdirilmişdir. Hazırkı iş üzrə cavabdeh iddia edir ki, həmin şəxslər qulluğa qəbul olunan zaman “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd şəkildə və Naxçıvan Muxtar Respublikası X36 xətti olmadan qəbul edilmişlər. Bu zaman Aparat rəhbəri kimi o həmin şəxslərin qanunverciliyə zidd olaraq dövlət qulluğuna qəbul edilməsinin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. İstər cavabdeh, istərsə də işə baxan məhkəmə bu faktın araşdırılması zamanı həmin tarixlərdə onun təhsil məzuniyyətində olmağı halını araşdırmağa təşəbbüs göstərməmişlər. Halbuki istər iddia ərizəsində, istərsə də iddia ərizəsinə yazılı münasibətdə (etirazda) qeyd olunan faktlara dair təqdim etdiyi əks mövqedəki fikirlərinin araşdırılması həyata keçirilməmişdir. Bunun üçün məhkəmə tərəfindən onun şəxsi işi və ya Nazirliyin 2020-ci ilin iyun ayı üzrə əmrlər kitabından çıxarış sorğu ilə tələb edilməli və qeyd etdiyi mövqeyinin düzgün olub-olmaması araşdırılmalı idi. Göründüyü kimi bu hal işə baxan məhkəmə tərəfindən öyrənilməmişdir. Bundan başqa adıçəkilən əmrə nəzər yetirdikdə müəyyən olunur ki, həmin şəxslərin qulluğa qəbulu qeyd edilən dövrdə nazirliyə rəhbərliyi həyata keçirmiş Bəhruz Bayramov tərəfindən qəbul edilmiş, adıçəkilən şəxslərin üzərində kuratorlar təyin edilmiş və əmrdən irəli gələn məsələlərin öz səlahiyyətləri daxilində həll edilməsi İqtisadiyyat və Maliyyə şöbəsi, Ümumi İşlər və Kadrlar Sektorunun üzərinə qoyulmuşdur. Eyni zamanda həmin şəxslərin qulluğa qəbuluna dair imzalanmış əmrin əsası kimi yalnız adıçəkilən şəxslərin ərizələri çıxış etmişdir. Göründüyü kimi Nazirliyin həmin dövrdəki Aparat rəhbəri kimi adıçəkilən şəxslərin dövlət qulluğuna qəbulunda hər hansı bir iştirakı (müdaxilə və tövsiyələri) mövcud olmamışdır. Bundan sonra adıçəkilən şəxslər qulluğu davam etdirmiş və 2023-cü ilin mart ayında adıçəkilən şəxslərə növbəti ixtisas dərəcələrinin verilməsi barədə Nazirliyin müvafiq olaraq 01 mart və 17 mart 2023-cü il tarixli əmrləri rəsmiləşdirilmişdir. Həmin əmrlərdə dövlət qulluğu məsələləri üzrə işçi qrupunun təklifinin nəzərə alınması qeyd edilmiş və adıçəkilən əmrlərin qəbul edilməsinin əsası kimi ümumi işlər və kadrlar sektorunun baş məsləhətçisi R.Novruzovanın xx.xx.2023-cü il tarixli təhriri məruzəsi qeyd olunmuşdur. Cavabdeh inzibati orqan iddia edir ki, bu əmrlərin qəbul edilməsi üçün təkliflər bir başa olaraq onun tərəfindən verilmiş və nazir vəzifəsini icra edən müavin Xəyalə Dadaşova tərəfindən araşdırılsın dərkənarı qoyulmuşdur. Halbuki həmin şəxslərə növbəti ixtisas dərəcələrinin verilməsi barədə məlumat ona ümumi işlər və kadrlar sektorunun baş məsləhətçisi tərəfindən təqdim olunmuş və o da təqdim olunmuş məlumatlar və təhriri məruzə əsasında nazir müavininə işçi qrupunun rəhbəri kimi müraciət etmişdir. Həmin şəxslərə növbəti ixtisas dərəcələri verildikdən sonra Nazirliyin xx.xx.2023-cü il tarixli, 07 “k” nömrəli əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə uyğun araşdırma tədbirlərinin görülməsi üçün əmr imzalanmışdır. Adıçəkilən əmrdə qeyd edilən şəxslərin dövlət qulluğuna qəbulu eləcə də həmin şəxslərə növbəti ixtisas dərəcələrinin verilməsi halının düzgünlüyünün araşdırılması qərara alınmış, bunun üçün ondan və baş məsləhətçi hüquqşünas Gülşən Hacıyevadan izahat alınmasının təmin edilməsi, eləcə də Naxçıvan Muxtar Respublikasının X46 sorğu verilməsi qərara alınmışdır. Bundan sonra nazirlik tərəfindən verilmiş tapşırıqlarla bağlı xx.xx.2023-cü il tarixdə müşavirə keçirilmiş və həmin müşavirənin nəticəsinə dair həmin tarixli 3 №-li protokol tərtib edilmişdir. Adıçəkilən protokol o və baş məsləhətçi hüquqşünas Gülşən Hacıyeva tərəfindən imzalanmamışdır. Qeyd olunmalıdır ki, tərtib edilmiş protokol ona münasibətdə həqiqətə uyğun olm ayan məlumatlardan ibarətdir. Belə ki, gündəlikdə duran iki məsələnin müşavirədə müzakirəsi aparılmışdır. 1) Nazirliyə daxil olan sənədlərin icrasının gecikdirilməsinin səbələrinin araşdırılması. 2) Qeyd edilən şəxslərin dövlət qulluğunda növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı işçi qrupu tərəfindən tərtib edilmiş təklif və digər sənədlərin itirilmə səbələrinin müzakirə edilməsi. Həmin müşavirənin mahiyyəti tamamilə təhrif olunmuş şəkildə protokolda əks etdirilmiş, onun tərəfindən guya etik davranış qaydalarının pozulması qeyd olunsa da bu pozuntunun nədə ifadə olunması öz əksini tapmamışdır. Həmçinin gündəlikdə duran məsələ olan sənədlərin itməsi halı həqiqətən də baş vermişsə o zaman bununla bağlı müvafiq akt tərtib olunmalı idi. Bundan başqa İnzibati Prosessual Məcəlləyə uyğun olaraq həmin müşavirədə iddia olunan hadisənin baş verməsinin sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh orqan isə yalnız formal protokol tərtib edərək onun imzası olmadan ona rəsmi bir sənəd donu geyindirməklə məhkəməyə təqdim etmişdir. Əgər həqiqətən də protokolda qeyd olunan hallar baş versə idi o zaman keçirilmiş müşavirənin video görüntüləri məhkəməyə təqdim olunmalı idi. Bildiyimiz kimi nazirlikdə keçirilən müşavirələr inzibati binada kamera ilə təchiz edilmiş otaqlarda həyata keçirilir və həmin görüntülərin məhkəməyə təqdim edilməməsi bir daha tərtib olumnuş protokolun mötəbərliliyini şübhə altına alır. Bütün bu hadisələrdən sonra nazirlik tərəfindən hazırda mübahisə predmeti olan əmr qəbul edilmişdir. Adıçəkilən əmrə əsasən o xx.xx.2023-cü il tarixdən dövlə t qulluğundan azad edilmişdir, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. Dövlət qulluğuna xitam verilməsinin və eləcə də adıçəkilən əmrin qəbul edilməsinin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1, 4.1.6, 4.1 7, 4.1.8, 18.0.1, 18.0.4, 18.0.12, 25.3 və 25.2.6cı maddələri qeyd olunmuşdur. Adıçəkilən Qanunun prinsiplərini özündə ehtiva edən 4-cü maddəsinin ona münasibətdə tətbiq edilən normalarına diqqət yetirdikdə həmin prinsiplərin şəxsən və birbaşa olaraq onun tərəfindən pozulmadığı yuxarıda sadaladığı faktlarla öz təsdiqini tapır. Belə ki, adıçəkilən şəxslərin dövlət qulluğuna qəbulunda birbaşa və dolayısı ilə hər hansı bir iştirakı mövcud olmamışdır. Dövlət qulluğuna qəbul edilmiş şəxslərin qanunvercili yə uyğun olaraq növbəti ixtisas dərəcələri verilməsi ilə bağlı isə qeyd olunmalıdır ki, həmin şəxslərin qeyd edilən müddətdə dövlət qulluğuna qəbul olmasının əsaslı şübhələr yaradacaq hallar üzə çıxmadığından o, Aparat rəhbəri kimi öz üzərinə düşən vəzifələri Nazirliyin ümumqəbul edilmiş reqlamentinə uyğun şəkildə həyata keçirmişdir. Əmrin verilməsində hüquqi əsaslandırma kimi götürülən və dövlət qulluqçusunun əsas vəzifələrini özündə ehtiva edən 18-ci maddəsinin ona münasibətdə tətbiq olunmuş normaları ilə bağlı yuxarıda qeyd etdiyi fikirlər eynilə qalmaqdadır. Belə ki, tərəfindən xidməti vəzifələrin icrası zamanı hər hansı qanunvericilik normalarının pozulması kollektivin işini çətinləşdirən, yaxud qulluq etdiyi Nazirliyin nüfuzunu aşağı salan, o cümlədən qeyri-etik davranış sərgiləməyin i təsdiq edən mötəbər sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 18-ci maddəsində göstərilən normaların onun tərəfindən pozulmaması sübuta yetirildiyindən onun həmin Qanunun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməsi qanunsuz olmuşdur. Belə ki, ona münasibətdə Qanunun 25.3-cü maddəsinin tətbiqi üçün ilk növbədə həmin qanunun 18, 20 və 25.11-ci maddələrində nəzərdə tutulmuş normaların pozulması sübuta yetirilməlidir. Hazırkı şikayətində sadaladığı faktlardan, iddia ərizəsindən, iddia ərizəsinə etirazdan və iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın onun dövlət qulluğundan azad olunmasına gətirib çıxaran mübahisə predmeti olan əmrinin qəbulu üçün heç bir hüquqi əsa s mövcud deyildir. İddiaçı xx.xx.2023-cü il tarixdə kollegiyaya iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08 k nömrəli əmrinin ona aid hissədə ləğv edilərək işə yenidən bərpa olunması və məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, kollegiyanın xx.xx.2023-cü il tarixli, 2-1(108)-70/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsinin qəbulundan imtina edilmişdir. Şikayətə qarşı cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 22 dekabr 2023-cü il tarixli etiraz daxil olmuşdur. Cavabdeh etirazında göstərmişdir ki, 2023-cü il 2 mart tarixində Nazirliyin Aparat rəhbəri vəzifəsində çalışmış İddiaçı özünün 2023-cü ilin 1 mart tarixində dövlət qulluğunda 15 il qulluq stajının tamam olmasına dair ona əmək haqqının 30%-i məbləğində əlavə haqq verilməsinə və Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin aparıcı məsləhətçisi X44, İqtisadiyyat və maliyyə şöbəsinin aparıcı məsləhətçisi X7, Texniki nəzarət və aqroservis sektorunun aparıcı məsləhətçisi X26, Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin aparıcı məsləhətçiləri X45 və X18 növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı rəhbərlik etdiyi İşçi qrupunun (komissiyanın) imzalanmış təkliflərini, o cümlədən ərizələri Kənd Təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavininə təqdim etmiş, nazir müavini İddiaçı tərəfindən təqdim edilmiş sən ədlərin üzərinə “Araşdırılsın” dərkənarı qoyaraq aidiyyəti üzrə baxılmasını tapşırmışdır. Bundan sonra İddiaçı dövlət qulluğunda 15 il qulluq stajının cari ilin mart ayının 1-də deyil, 13-də tamam olacağı, digər şəxslərə isə növbəti ixtisas dərəcələrinin verilməsinin vəzifəyə təyin olunduqları tarixdən hazırkı vaxtadək hesablanmış müddətə görə uyğun olduğunu bildirmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən 5 əməkdaşa növbəti ixtisas dərəcələrinin verilməsi təmin olunmuşdur. Sonradan məlum olmuşdur ki, X56, X8, X51, X27, X35 Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində stajçı, o cümlədən daimi dövlət qulluğuna qəbul edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Belə ki, həmin şəxslər dövlət qulluğuna qəbul olunarkən “X57” publ ik hüquqi şəxs tərəfindən keçirilmiş müsabiqə və müsahibə mərhələsində iştirak etmədən sabiq Kənd Təsərrüfatı naziri Bəhruz Bayramovun əmri ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmişlər İddiaçı işçi qrupunun rəhbəri və Aparat rəhbəri kimi işə qəbul edilən, eyni zamanda ixtisas dərəcələri verilən əməkdaşlarla bağlı hazırlanmış sənədləri qanunvericiliyin müddəalarını nəzərə almadan vizalamışdır ki, nəticədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərinin pozulması nəticəsində 5 əməkdaş dövlət qulluğuna qəbul edilməklə onlara müvaf iq ixtisas dərəcələri verilmişdir. Həmin əməkdaşların qanunsuz olaraq işə qəbul edilməsi faktı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası “X57” publik hüquqi şəxsə ünvanladığı məktuba cavab olaraq publik hüquqi şəxs tərəfindən təqdim edilən 2023-cü il 7 aprel tarixli 01/422 nömrəli cavab məktubunda öz əksini tapmışdır. Sözügedən məsələlərin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən cari ildə rəhbərliyə təqdim olunan sənədlər itirilmişdir. Rəhbərlik tərəfindən həmin sənədlərin tapılması ilə bağlı verilmiş tapşırığa iddiaçı tərəfindən sərt reaksiya vermiş, həmçinin rəhbərliyə qarşı etik davranış qaydalarını pozmuşdur. Sənədlərin itirilməsi ilə bağlı İddiaçı izahat verilməsi tələb olunsa da o, bu barədə izahat verməkdən imtina etmi şdir. İddiaçı 2023-cü il 5 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində verilmiş tapşırıqlarla bağlı keçirilmiş iclasda yüksək səslə aqressiv şəkildə iclasa müdaxilə edərək Nazirliyin rəhbərliyinə qarşı etik davranış qaydalarını pozmuşdur. Nazirliyin rəhbərliyi tərəfindən sakitləşməyi tələb olunsa da o bu tələbə də fikir verməyərək səsini daha da ucaltmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla işə götürülən şəxslər, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımi səviyyədə icra etməyən və bu kimi məsələlərə şərait yaradan şəxslər (İddiaçı daxil olmaqla) Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023cü il 19 aprel tarixli 08 k nömrəli əmri ilə tutduqları vəzifələrdən azad edilmişlər. Qanunvericiliyin tələbinə zidd dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcələri verilmiş şəxslərə görə dövlət büdcəsindən 2023-cü il 1 aprel tarixinə 192136,68 manat pul vəsaiti xərclənmişdir. Dövlət büdcəsindən xərclənilmiş vəsaitlə bağlı məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi üçün 2023-cü il 3 may tarixli 1/66 nömrəli məktubla Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir. Müraciətdə qeyd edilən məsələlərin nəticəsini öyrənmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 24 11.2023-cü il tarixli 01/711 nömrəli məktubla Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət ünvanlanmışdır. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu xx.xx.2023-cü il tarixli 3-4-02/2- 1174/2023 nömrəli məktubla Naxç ıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin 2020-2022ci illərdə qanunsuz əməllərinə dair Naxçıvan Muxtar Respublikası Prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli 1/66 nömrəli müraciətinin araşdırıldığını və toplanmış materialların həmin şəxslərin digər qanunsuz əməllərinə dair istintaq olunan cinayət işinə əlavə edilərək araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq İdarəsinə göndərildiyini və hazırda həmin işin ibtidai istintaqının davam etdirildiyini bildirmişlər. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1 -ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.2-ci (rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamlar ı və göstərişləri yerinə yetirməli), 18.0.3-cü (dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli), 18.0.6-cı (lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli) və 18.0.12-ci (etik davranış qaydalarına əməl etməli) maddələrinin tələblərini pozduğundan onun sözügedən Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımı səviyyədə icra etmədiyindən, eyni zamanda etik davranış qaydalarını pozduğuna görə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 19 aprel tarixli 08“k" nömrəli əmri ilə onun əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilərkən Nazirl ik tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Əlavə olaraq göstərilmişdir ki, İddiaçı müvafiq dövlət qulluğu vəzifəsinə Naxçıvan Muxtar Respublikası “X57” publik hüquqi şəxs tərəfindən keçirilən daxili və ümumi müsahibədə iştirak etmədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozulmaqla təyin edilmişdir. Bu fakt Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası “X57” publik hüquqi şəxsə ünvanladığı məktuba cavab olaraq publik hüquqi şəxs tərəfindən təqdim edilən 2023-cü il 23 may tarixli 01/525 nömrəli cavab məktubunda öz əksini tapmışdır. Bunun nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi pozulmaqla yanaş ı dövlət büdcəsinin 60633,56 manat məbləğində vəsaiti xərclənmişdir. Dövlət büdcəsindən xərclənilmiş vəsaitlə bağlı məsələlərin araşdırılaraq qanun pozuntusunun müəyyən edilməsi və təqsirkar şəxs barədə müvafiq tədbirlərin görülməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 7 iyun tarixli 1/103 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir. Cavabdeh yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-551/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmi n edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X39 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 21(122)551/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prin siplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32. 1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İş materiallarında olan: Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 19 aprel 2023-cü il tarixli, 08 “k” nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd şəkildə dövlət qulluğuna qəbul edilən, həmin əmrin 2-ci hissəsində adları çəkilən şəxslərin ( X40,X3,X31,X12 və X15) 2021-ci ildə daimi dövlət qulluğuna qəbul edilməsinə və ixtisas dərəcəsininin verilməsinə səbəb olan, o cümlədən 2023-cü ildə təkrarən ixtisas dərəcəsi verilməsinin qanunvericiliyə zidd olduğunu bilə-bilə rəhbərliyə yanlış məlumat verərək qanunvericiliyə uyğunluğuna da ir rəhbərlik etdiyi işçi qrup tərəfindən imzalanmış təklifləri (hazırda itirilən sənəd) və işçilərin ixtisas dərəcələrinin verilməsi ilə bağlı ərizələrini (hazırda itirilən sənəd) təqdim edən Aparat rəhbəri İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən 19 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Naxçıvan Muxtar Respublikası X36 07 aprel 2023-cü il tarixli 01/422 nömrəli və 01/423 nömrəli məktubları, X3, X31, X40, X12 və X16 xx.xx.2023 cü il tarixli arayışları, Nazirliyin İqtisadiyyat və Maliyyə şöbəsinin baş mühasibi X22 04 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin ümumi işlər və kadrlar sektorunun müdiri Raifə Babayevanın 05 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin ümumi işlər və kadrlar sektorunun baş məsləhətçisi Ruhəngiz Novruzovanın 04 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin baş məsləhətçi-hüquqşünası Gülşən Hacıyevanın 04 aprel 2023-cü il tarixli izahatı, Nazirlikdə 05 aprel 2023-cü ildə keçirilən iclasın protokolu göstərilmişdir. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri təyin edilmiş, 19 aprel 2023-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən aydın olur ki, Nazirliyin mərkəzi fəaliyyətinin həyata keçirilməsi, Nazirlik qarşısında duran vəzifələrin yerinə yetirilməsi, Nazirlikdə əmək intizamına əməl olunmasına nəzarət edilməsi onun əmək funksiyasına aid edilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində verilmiş tapşırıqlarla bağlı keçirilmiş 05 aprel 2023-cü il tarixli müşavirənin protokolunun surə tindən görünür ki, müşavirədə Nazirliyə daxil olan sənədlərin icrasının gecikdirilməsinin səbəblərinin araşdırılması, ”Dövlət qulluğu haqqında” Qanunun tələblərinə zidd olaraq işə götürülən işçilərə Aparat rəhbəri İddiaçı tərəfindən ixtisas dərəcəsinin verilməsi ilə bağlı rəhbərliyə edilən təkidlərin, o cümlədən ixtisas dərəcəsinin verilməsinin zəruriliyi ilə bağlı onun tərəfindən rəhbərlik etdiyi işçi qrupunun imzalanmış təklifləri və digər sənədlərin itirilmə səbəbləri müzakirə edilmiş və Nazirliyə daxil olan sənədlərin icrasının gecikdirilməməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq icrasının təmin olunması, Nazirliyin Aparat rəhbəri, o cümlədən, şöbə və sektorlar tərəfindən vəzifə öhdəliklərinə ciddi yanaşılması, X40, X3, X32, X12 və X15 “Dövlət qulluğu haqqında” Azərbaycan Respub likasının mövcud qanunvericiliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində inzibati vəzifəyə təyin olunmasının əsaslarının müəyyənləşdirilməsi üçün müsabiqə və daxili müsahibədən keçməsinə aydınlıq gətirilməsi üçün Naxçıvan Muxtar Respublikası X46 müraciətin ünvanlanması, digər dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına riayət olunması, etik davranış qaydalarını pozan dövlət qulluqçuları haqqında intizam tənbeh tədbirlərinin görülməsi, dövlət qulluqçularının etik davranış qaydaları ilə Nazirlikdə vəzifə tutan dövlət qulluqçularının tanış edilmələri qərara alınmışdır. Həmin iclas protokolunda qeyd edilmişdir ki, iclas zamanı dövlət qulluğuna zidd olaraq inzibati vəzifəyə təyin olunması ehtimal edilən və ixtisas dərəcəsi verilən işçilərlə əlaq ədar məsələ müzakirə edilərkən İddiaçı məsələyə aqressiv şəkildə müdaxilə edərək təkrar təkrar işçilərin inzibati vəzifəyə təyin olunmasında və ixtisas dərəcələrin verilməsində qanunvericiliyə zidd hərəkətin olmadığını demiş, Naxçıvan Muxtar Respublikası X28 müavini, Nazir vəzifəsini müvəqqəti icra edən X.Dadaşova onun özünə məsələyə aydınlıq gətirilməsi üçün arayış və izahat yazması ilə bağlı birbaşa tapşırıq verməsinə baxmayaraq gün ərzində tapşırığa əməl etmədiyinə görə ona köməkçisi vasitəsilə xatırtlatma etdiyini, İddiaçı aqressivlik göstərərək mən heç bir arayış və izahat yazan deyiləm deyə xəbər göndərdiyini, növbəti gün yenə xatırlatma edilsə də onun tərəfindən yenə də aqressivlik göstərildiyi üçün məsələ ilə bağlı sənədlərin toplanılaraq rəhbərliyə təqdim olunmasının tapşırıldığın ı bildirmiş, iclas zamanı İddiaçı daha da aqressivləşərək dövlət qulluqçusuna yaraşmayan münasibət göstərmiş, X.Dadaşova İddiaçı hərəkətlərinin qeyri etik olduğunu, tutduğu vəzifəyə, o cümlədən Nazirliyin adına yaraşmadığını qeyd etmiş və bundan sonra iclası yekunlaşdırmışdır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası X46 ünvanladığı 07 aprel 2023-cü il tarixli sorğu məktubuna cavab olaraq göndərilmiş 07 aprel 2023-cü il tarixli məktubdan aydın olur ki, X58, X10, X55, X30 və X5 Muxtar Respublikası X57 tərəfindən keçirilən test və müsahibələrdə, o cümlədən, daxili müsahibələrdə iştirak etməmişlər. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu verilərək cavabdehin xx.xx.2023-cü il tarixli, 08 k nömrəli əmrinin İddiaçı aid his sədə verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin kollegiyaya göndərilməsi xahiş olunmuş və sorğu ilə əlaqədar kollegiyaya aşağıdakı müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki; “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsinə uyğun araşdırma tədbirlərinin görülməsi haqqında “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən 03 aprel 2023-cü il tarixli 07”k” nömrəli əmr verilmişdir. Həmin əmrdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində "Dövlət qulluğu haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd şəkildə dövlət qulluğuna təyin edilmə ehtimalı olan məsələlərin araşdırılması məqsədilə Nazirliyin işçiləri X10, X55, X58, X30 və X16 dövlət qulluğuna qəbul edi lmələri ilə bağlı izahatlarının alınmasının təmin edilməsi, qeyd edilən şəxslərin 2021-ci ildə daimi dövlət qulluğuna qəbul edilməsi və ixtisas dərəcələrinin verilməsi, o cümlədən 2023-cü ildə təkrarən ixtisas dərəcələrinin verilməsi üçün rəhbərlik etdiyi işçi qrupu tərəfindən imzalanmış təklifləri rəhbərliyə təqdim edən Aparat rəhbəri İddiaçı və qeyriləri tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə izahatın verilməsinin təmin olunması, həmin şəxslərin “Dövlət qulluğu haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun vəzifəyə təyin olunma məsələlərinin müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası X46 müraciətin ünvanlanmasının təmin edilməsi, adları qeyd olunan şəxslərə dövlət qulluğuna qəbul edildikləri vaxtdan hazırki vaxtadək dövlət büdcəsindən əlavə əmək haqqının xərclənməsi məbləğlərinin müəyyənləşdirilməsinin Nazirliyin İqtisadiyyat və Maliyyə şöbəsinin baş mühasibi X33, əmrdən irəli gələn digər məsələlərin həll olunmasının Ümumi işlər və kadrlar sektorunun müdiri X23 tapşırılması qeyd edilmişdir. Nazirliyin ümumi işlər və kadrlar sektorunun müdiri Raifə Babayevanın rəhbərliyə ünvanladığı xx.xx.2023-cü il tarixli məlumatında qeyd etmişdir ki, 01 mart 2023-cü il tarixli 03 “k” nömrəli və 17 mart 2023-cü il tarixli 06 “k” nömrəli əmrlərlə bağlı Nazirliyin bir qrup işçiləri X37 keçirilən müsahibə və müsabiqə test imtahanından keçmədikləri halda onların dövlət qulluğuna qəbulu və ixtisas dərəcəsinin verilməsinə aydınlıq gətirilməsi məqsədi ilə 04 aprel 2023- cü ildə Nazirlikdə keçirilən görüşdə işçilərə və Aparat rəhbərinə arayış və ya izahat hazırlanaraq rəhbərliyə təqdim olunması tapşırılsa da İddiaçı arayış və izahat verməkdən imtina etmişdir. X29 rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli təhriri məruzəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi tərəfindən, eləcə də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən daxil olan sənədlərin icrası gecikmiş və gecikməkdə də davam edir, dəfələrlə xəbərdarlıq, xatırlatma edilsə də, hələ də bu günə kimi adiyyəti üzrə cavab verilməmiş, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyindən, Ali Məclisdən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən sözügedən sənədlərin icrası tələb o lunmuş və gecikmə ilə bağlı iradlar bildirilmişdir. Təhriri məruzəyə əlavə edilmiş İddiaçı və qeyriləri tərəfindən icra olunmayan sənədlərin siyahısında Naxçıvan Muxtar Respublikasının deputatı Yeganə Məmmədovanın təklifləri ilə bağlı 01 mart 1-1-24/2-102/2023 nömrəli məktub, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və Açıq Səhmdar Cəmiyyətinin işi ilə bağlı 09 mart 1-1-24/2-142/2023 nömrəli məktub, Kəngərli rayonunun Şaxtaxtı kəndində sudan istifadə haqqında 14 mart 1-1-24/2-161/2023 nömrəli məktub, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ve Açıq Səhmdar Cəmiyyətinin işi ilə bağlı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən göndərilmiş 16 mart 3-2-4/2-226/2023 nömrəli, 29 mart 1-1-21/ŞK-67-1/2023 nömrəli məktub, Söhrab Əsgərovun işə təmin olunması ilə bağlı 16 mart 1-1-24/1-7-157-1/2023 nömrəli məktub, 10 mart 2023-cü il tarixli 151-VİFR Fərmanı qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Maliyyə şöbəsinin baş mühasibi X49 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, 01 iyun 2020-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək işlədikləri dövrdə Nazirliyin əməkdaşları olmuş X50 17384,99 manat, X6 17431.45 manat, 19 iyun 2020-cı il tarixdən 01 aprel 2023-cü il tarixədək işlədikləri dövrdə Nazirliyin əməkdaşları olmuş X41 17215,28 manat, X17 17537,76 manat, X24 isə 16778,60 manat vəsait artıq ödənmişdir. X2 rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli təhriri məruzəsindən məlum olur ki, 2023-cü il 01 mart tarixinə Nazirliyinin Aparat rəhbəri İddiaçı dövlət qulluğunda 1 5 il stajını tamamlaması və vəzifə maaşına 30% aylıq əlavə haqq alması məqsədilə yazdığı ərizəyə dərkənar qoyularaq stajın tamamlanması ilə əlaqədar olaraq araşdırma aparılması tapşırılmış, araşdırmanın nəticəsində qeyd edilən əlavə haqqın 13 mart 2023-cü il tarixə verilə biləcəyi müəyyən olunaraq həmin ərizə Nazirliyin ümumi işlər və kadrlar sektoruna geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ümumi işlər və kadrlar sektorunun baş məsləhətçisi Ruhəngiz Novruzova rəhbərliyə ünvanlandığı xx.xx.2023-cü il tarixli təhriri məruzəsində göstərmişdir ki, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində mövcud olmuş 40 ştat vahidindən 5 ştat vahidi vakant olmuş, keçmiş Kənd Təsərrüfatı naziri X19 tərəfindən Naxçıvan Muxtar Respublikası Kə nd Təsərrüfatı Nazirliyinin Əsasnaməsinin 5.4-cü bəndi əsas götürülərək vakant olan vəzifələrə X10, X55, X30 və X38 təyin edilmiş, onlarla 6 ay müddətinə stajçı kimi, 3 ay müddətinə isə sınaq müddəti ilə müqavilə bağlanılmışdır. Həmin şəxslər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.-ci maddəsinin tələbləri pozulmaqla vəzifəyə təyin olunmuş, işçilər Naxçıvan X37n müsahibə-müsabiqə test imtahanından keçməmişlər. Qeyd olunan şəxslərin işə götürülməsi və onlara ixtisas dərəcələrinin verilməsi zamanı əmrlərin rəsmiləşdirilməsi Nazirliyin Aparat rəhbəri İddiaçı və digər aidiyyəti şəxslərin vizaları nəzərə alınmaqla həyata keçirilmişdir. X21 rəhbərliyə ünvanladığı xx.xx.2023-cü il tarixli təhriri məruzəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 6-4-cü hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 3 iyun 2016-cı il tarixli 24 “i” nömrəli əmri ilə 6 nəfərdən ibarət işçi qrupu yaradılmış, İşçi qrupun rəhbəri Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İddiaçı təyin edilmişdir. İddiaçı rəhbərliyi ilə işçi qrupu tərəfindən işçilərin dövlət qulluğunda ümumi iş stajı, staja görə faiz, ixtisas dərəcələrinin verilməsi üçün ştat cədvəlinə əlavə təsnifat hazırlanmışdır. Həmin işçi qrupun rəhbərliyi tərəfindən X50, X6, X42, X17 və X25 növbəti ixtisas dərəcələrinin verilməsi uyğun görülmüş, təkliflər hazırlanmış və təkliflər işçi qr upun rəhbəri və üzvləri tərəfindən imzalanaraq işçilərin ərizələri, o cümlədən İddiaçı qulluq stajında 15 ili tamam olduğundan 30% əlavənin alması üçün yazdığı ərizəsi də dərkənar yazılması üçün İddiaçı tərəfindən rəhbərliyə təqdim olunmuşdur. Rəhbərliyin göstərişi əsasında aidiyyəti sektorlar tərəfindən sənədlər araşdırılarkən İddiaçı ərizəsində 15 ilinin tamam olması ilə bağlı müddətin düzgün göstərilmədiyi məlum olmuş və müddətin düzgün yazılmadığı İddiaçı bildirilmiş, digər əməkdaşlara isə əvvəlki dövrdə ixtisas dərəcələri verildiyi nəzərə alınaraq ixtisas dərəcələrinin verilməsi uyğun görülmüş, əmr hazırlanmış və rəhbər şəxs kimi İddiaçı və aidiyyəti şəxslərlə razılaşdırılaraq vizaları alınmışdır. Əmrlər imzalanıb ona qaytarıldıqdan sonra yenidən İddiaçı tərəfindən sənədlərə baxılması üçün götürülmüş və geri qaytarılmamışdır. Araşdırma zamanı həmin sənədlər İddiaçı istənilmiş, o, cavabında sənədlər onda yoxdur demişdir. X10, X55, X58, X30 və X43 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan aydın olur ki, koronavirus pandemiyası ilə əlaqədar dövlət qulluğuna imtahan vermədən ərizələri əsasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində müvafiq dövlət qulluğu vəzifələrinə təyin edilmişlər. Naxçıvan Muxtar Respublikasının sabiq Kənd Təsərrüfatı naziri Bəhruz Bayramova ünvanlanmış, komissiyanın sədri kimi İddiaçı və komissiyanın üzvləri tərəfindən imzalanmış, Nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin aparıcı məsləhətçisi X40, İqtisadiyyat və maliyyə şöbəsinin aparıcı məsləhətçisi X1 müddətlərinin bitməsi və daimi dövlət qull uğuna qəbul edilmələri ilə əlaqədar verilən xx.xx.2021-ci il tarixli təklifdən aydın olur ki, həmin şəxslər ərizə ilə müraciət edərək sınaq müddətləri başa çatdığından daimi dövlət qulluğuna qəbul edilmələri və onlara müvafiq ixtisas dərəcələrinin verilməsini xahiş etmiş, sabiq nazirin dərkənarına uyğun olaraq, işçi qrupu tərəfindən onların ərizələrinə və müvafiq zəmanətlərinə baxılmış, onlarla bağlanmış 3 (üç) aylıq sınaq müddəti başa çatdığından "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilimələri, X50 və X6 İİİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi məqsədə müvafiq hesab edilmişdir. X48 Respublikasının sabiq Kənd Təsərrüfatı naziri Bəhruz Bayramova ünvanlanmış, komissiyanın sədri kimi İddiaçı və komissiyanın üzvləri tərəfindən imzalanmış, Nazirliyin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq va aqrokimyəvi xidmət şöbəsinin aparıcı məsləhətçiləri X31, X13, Texniki nəzarət və aqroseris sektorunun aparıcı məsləhətçisi X4 müddətlərinin bitməsi və daimi dövlət qulluğuna qəbul edilmələri ilə əlaqədar verilən xx.xx.2021-ci il tarixli təklifdən aydın olur ki, həmin şəxslər ərizə ilə müraciət edərək sınaq müddətləri başa çatdığından daimi dövlət qulluğuna qəbul edilmələri və onlara müvafiq ixtisas dərəcələrinin verilməsini xahiş etmiş, sabiq nazirin dərkənarına uyğun olaraq, işçi qrupu tərəfindən onların ərizələrinə və müvafiq zəmanətlərinə baxılmış, onlarla bağlanmış 3 (üç) aylıq sınaq müddəti başa çatdığından “Dövlət qulluğu haqqında'" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə uyğun ol araq daimi dövlət qulluğuna qəbul edilməsi, X42, X17, X24 lİİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi məqsədə müvafiq hesab edilmişdir. Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş mübahisələndirilən əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8, 18.0.1, 18.0.4, 18.0.12, 25.3, 25.2.6-cı maddələrinə istinad olunmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu; Maddə 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.1. qanunçuluq; (...) 4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi; 4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı; 44.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəz ifəsini tutmaqda hüquq bərabərliyi; Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; (...) 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; (...) 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. (...) 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və b u, intizam tənbehinin tətbiqinə mane olmur. (...) 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə
33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; Kollegiya qeyd edir ki, “Dövlət qulluğu haqqı nda” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində verilən anlayışa görə dövlət qulluğu-Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət, həmin Qanunun 1.1.14-cü maddəsinə görə isə dövlət orqanının aparatı- özündə struktur bölmələri (şöbə və sektor) birləşdirən və dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsini bilavasitə təşkil və təmin edən dövlət orqanının struktur qurumu başa düşülür. Dövlət qulluqçusunun məsuliyyətini müəyyən edən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yeti rilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 1.1.26-ci maddəsində verilən anlayışa görə intizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növüdür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 25.6; Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzə rdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 25.7; Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 25.5; Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Maddə 28.1; Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5.1; dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 9; dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Maddə 23.1; etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apell yasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının şikayətdə qeyd etdiyi 2020-ci ilin 01 iyununda X58 və X10, 19 iyununda isə X54, X30 və X5 Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qəbul olunan zaman “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına zidd şəkildə və Naxçıvan Muxtar Respublikasının X36 xətti olmadan qəbul edildikləri tarixdə təhsil məzuniyyətində olması, eyni zamanda həmin şəxslərin dövlət qulluğuna qəbul edilməsinin onun tərə findən həyata keçirilmədiyi ilə əlaqədar dəlillərini müzakirə edib göstərilən dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş X58, X10, X54, X30 və X15 daimi dövlət qulluğuna qəbul edilmələri və onlara müvafiq ixtisas dərəcələrinin verilməsi ilə bağlı 01 mart 2021-ci il tarixli və 19 mart 2021-ci il tarixli əmrlərdə, həmçinin həmin şəxslərə növbəti ixtisas dərəcələrinin verilməsi barədə olan 01 mart 2023-cü il və 17 mart 2023-cü il tarixli əmrlərdə İddiaçı Aparat rəhbəri kimi vizası-imzası mövcuddur. Həmçinin kollegiya iddiaçının şikayətində göstərdiyi xx.xx.2023-cü il tarixdə keçirilmiş müşavirənin nəticəsinə dair tərtib edilmiş protokolun ona münasibətdə həqiqətə uyğun olmayan məlumatlardan ibarət olması, həmin müşavirənin mahiyyətinin tamam ilə təhrif olunmuş şəkildə protokolda əks etdirilməsi, onun tərəfindən guya etik davranış qaydalarının pozulması qeyd olunsa da bu pozuntunun nədə ifadə olunmasının öz əksini tapmaması ilə bağlı dəlillərini müzakirə edib müvafiq dəlillərin əsassız olması nəticəsinə gəlir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş müşavirənin nəticəsinə dair həmin tarixli 3 №-li protokol iclasa sədrlik edən və katib tərəfindən, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları-iclasın iştirakçıları tərəfindən imzalanmaqla protokolda əks olunan məlumatların düzgünlüyü təsdiq edilmişdir. İddiaçı protokolda qeyd olunmuş məlumatların düzgün olmamasını göstərsə də bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İnzibati işin materiallarından aydın olur ki, qeyd olunan hallarla əlaqədar cavabd ehin əmri əsasında apaşdırma aparılmış, araşdırma zamanı iddiaçı tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun istinad olunan maddələrinin tələblərinin pozulması, iddiaçıya həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi müəyyən edilmiş, bununla bağlı iddiaçıya təklif edilsə də o, yazılı izahat verməkdən imtina etmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə intizam icraatının qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun aparıldığı, iddiaçıya dövlət qulluğu vəzifəsindən azad edilmə intizam tənbehi tədbiri tətbiq edilərkən inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hədlərinə və diskresion səlahiyyətlərin qanuni məqsədlərinə uyğun həyata keçirildiyi, iddiaçının dövlət qulluğu vəzifəsindən qanunvericiliyin tələblərinə uyğun qaydada azad edilməsi iş üzrə toplanmış materiallarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirilən əmri (inzibati aktı) qəbul etmiş cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Həmçinin cavabdeh tərəfindən mübahisələndirilən əmr (inzibati akt) qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulması halları iş üzrə öz təsdiqini tapmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllən in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması, 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-551/2023 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsaslar müəyyən edilmədiyindən İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 21(122)-551/2023 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. G östərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-551/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 21(122)-551/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay mü ddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.