Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-61/2023 20.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Culfa Rayon Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmuş ziyana görə X5 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət e dərək, “ona vurulmuş ziyana görə X5 hesabından 90.000 manat pulun tutulub ona verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(122)109/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(108)13/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli,2-1(122)-109/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılmaq üçün Naxçıvan MR İnzibati Məhkəməsinə qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 21(122)-109/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmuş ziyana görə X5 hesabı ndan 90.000 manat pulun tutulub ona verilməsi tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 21(122)-109/2023 nömrəli qərarından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ərizə ilə işə baxan hakim Elnur Hüseynova məhkəmə iclas protokolu ilə tanış olmaq üçün müraciət etmiş, həmin günü iş vaxtının sonuna qədər məhkəmənin qəbul otağında gözləsə də protokol tanış olmaq üçün ona verilməmiş, xx.xx.2023-cü il tarixdə yenə məhkəməyə gedib protokolla tanış olmaq istəmiş, işçidən soruşanda protokolun 10 günə hazır olacağını demiş, aldığı qərarın protokol olmadığı halda necə yazılmasını soruşmuş, bu barədə məhkəmənin sədrinə şikayət etsə də nəticəsi olmamışdır. O, hələ də protokolla tanış olub qeydlərini verə bilməmişdir. Ancaq məhkəmə qərarını oxuyanda hiss etmişdir ki, az qala bir il davam edən məhkəmədə onun dedikləri, təqdim etdiyi sübutlar məhkəmə iclas protokoluna yazılmamışdır. Məhkəmənin gedişində hiss edirmiş ki, məhkəmə iclas katibi ancaq cavabdehin və hakimin dedikləri əsassız sözləri protokola yazmaq üçün özündə qeyd edir. Məhkəmə başlayanda hakim işə obyektiv baxmış, hətta demişdir ki, işi düzgün araşdıracaq, lakin işə düzgün baxmamışdır. Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanununa görə yerli əhəmiyyətli su mənbələrindən istifadə və su təchizatı bələdiyyənin əsas vəzifəsidir. Bələdiyyə öz namizədliyini verən vaxt seçicilər qarşısında öhdəlik q əbul edib ki, “seçilsəm həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyəm”, lakin 3 ildir hələ də, bu öhdəliyinə əməl etməmiş bələdiyyə sədri həm də, Dizə kənd tam orta məktəbinin direktorudur. İşə baxan hakim buna qiymət verərkən qərarda qeyd edib ki, bələdiyyə sədri bələdiyyədən maaş almır (50 manat alır). Bu onun şikayətinə aid deyil. Hakimin bu yanaşmasından görünür ki, bələdiyyə sədri iki vəzifə daşıya bilər. Məhkəmə 07 mart 2023-cü il tarixdə 2-(122)-109/2023 nömrəli qərardadla onun iddia tələbini mümkünsüz saymış,. Naxçıvan MR Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(108)-13/2023 nömrəli qərardadı ilə iş baxılmaq üçün Naxçıvan MR İnzibati Məhkəməsinə qaytarılmış, işə baxmalı olmayan işin nəticəsilə maraqlı olan hakim Elnur Hüseynov baxmış, məhkəmənin gedişində onun vəsatətlərinə baxmamış, təqdim etdiyi sübutları qəbul etməmişdir. Melorasiya idarəsi Dizə kəndində 8 su mənbəyinin olması barədə məhkəməyə arayış göndərmiş, göl həmişə su ilə dolu olmuş, su mənbələrinə baxış keçirilməsini məhkəmədə dəfələrlə desə də hakim baxmamış, cavabdehin məhkəməyə təqdim etdiyi fotoşəkil qəbul edilmiş, ancaq onun təqdim etdiyi fotoşəkil işə əlavə edilməmişdir. Cavabdeh dəfələrlə Culfa rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətlərinin məhdudlaşdırıldığını desə də hakim buna əhəmiyyət verməmiş, su idarəsi kəndə suyun qrafik əsasında verilməsini yazsa da hakim buna qiymət verməmiş və heç bir əsas olmadan onun iddiasını təmin etməmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayəti ni müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Culfa Rayon Cavabdeh nümayəndəsi X8 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzi bati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət e tməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiy anın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının,siyasi partiyaların,hüquqi şəxslərin,bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkmə li olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir) “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 -ci maddəsinə əsasən bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə müvafiq ərazi v ahidi daxilində dövlət mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətində və Birliklərin istifadəsində olmayan meliorasiya və irriqasiya sistemləri daxildir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə müqaviləsi Maddə 13.1. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə müqavilə əsasında həyata keçirilir. Maddə 13.2. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə bələdiyyələrlə su təsərrüfatı obyektlərinin istifadəçiləri və su istehlakçıları arasında bağlanan müqavilə əsasında aparılır. Maddə
15. Yeraltı içməli sulardan bir qayda olaraq əhalinin su təhcizatında istifadə olunur.Yeraltı içməli suların ehtiyatlarından asılı olaraq bu sulardan suvarma üçün istifadə oluna bilrər. Yeraltı su təsərrüfatı obyektlərindən istifadə rejimini və onun üzərində nəzarəti Azərbaycan Respublikası su qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. İş materiallarında olan; - Culfa rayon Cavabdeh İddiaçı ünvanlandığı 28 dekabr 2022-ci il tarixli, 36 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh kənddəki kəhriz sularına nəzarət etmişdir. 2021-ci ilin iyul ayından kənddə suyu olan yeganə kəhriz də qurumuşdur. Kəhrizlərin suyunun qurumasında Cavabdeh və onun üzvlərinin heç bir günahı yoxdur, yəni həyətyanı sahədəki meyvə ağaclarının və üzüm tənəklərinin qurumasında Cavabdeh və onun üzvlərinin heç bir günahı yoxdur. Bunları nəzərə alaraq Cavabdeh və onun sədrinin 90000 (doxsan) min manat təzminat tələbini haqsız hesab edir və təzmin at ödənilməyəcəkdir.. - Culfa Rayon Cavabdeh İddiaçı ünvanladığı 14 sentyabr 2022-ci il tarixli, 26 nömrəli məktubunda bələdiyyənin iş rejimi barədə məlumat verilmiş, həmçinin Cavabdeh kəhriz sularına nəzarət etdiyi və bir ildən artıqdır kəhriz sularının quruduğu, həyətyanı sahələrin suvarılmasında kəhriz suyundan istifadə etmək mümkün olmadığına görə Cavabdehndə suvarma ilə bağlı qrafik olmadığı bildirilmişdir. - Culfa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 fevral 2023-cü il tarixli, 5-23/2-133/2023 nömrəli məktubdan məlum olur ki, 2021ci ildən Culfa Rayon Dizə kəndində mövsümi quraqlıqlarla əlaqədar olaraq kəhriz suları qurumuşdur. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki. Cu lfa rayon Dizə kəndində 824,7 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı ildə 3 nömrəli reyestr kitabının 481 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Culfa Rayon Maliyyə Şöbəsinin 20 iyun 2019-cu il tarixli,17-04/87 nömrəli məktubunun surətindən aydın olur ki, mövcud su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə kənd inzibati ərazi dairəsində yerləşən su kəhrizlərindən suvarmada və məişətdə istifadə olunmasının qanuna müvafiq təşkili, eyni zamanda bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsi, maliyyə imkanlarının artırılması üçün kəhriz sularından istifadəyə görə xidmət haqqının Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müəyyənləşdirilmiş tariflərə (qiymətlərə) uyğun olaraq bələdiyy ə tərəfindən toplanması və bankdakı mövcud hesaba köçürülməsi barədə Cavabdehnə məlumat göndərilmişdir. Kollegiya iddiaçının şikayətdə qeyd etdiyi məhkəmə iclas protokolunun tanış olmaq üçün ona verilmədiyi barədə dəlillərini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 272.7-ci maddəsinə əsasən protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. İnzibati iş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin iclas protokollarını nəzərdən keçirən kollegiya, protokolların tərtib edilmə müddətlərində prosessual normanın tələblərinin pozulmadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Normadan da aydın olduğu kimi qanunverici protokol qanunla müəyyən edilmiş müddətdə imzalandıqdan sonra iştirak edən şəxslərə və nümayəndələrə, vəkillərə protokolla tanış olmaq və protokol barədə yazılı qeydlər təqdim üçün 3 gün müddət müəyyən etmişdir. Kollegiya iddiaçının işə hakim Elnur Hüseynov tərəfindən baxılmaması barədə dəlilinə münasibətdə qeyd edi r ki, İnzibati Prosessual Məcəllənin 18 və 19-cu maddələrində nəzərdə tutulmuş əsaslar olduqda hakim işə baxa bilməz və özü-özünə etiraz etməlidir. Həmin maddələrdə göstərilən əsaslar isə müəyyən edilmir. Bununla yanaşı inzibati işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı tərəfindən hakimə etiraz edilməmişdir. Kollegiya iddiaçının şikayətdə qeyd etdiyi bələdiyyə sədrinin həm də Dizə kənd tam orta məktəbinin direktoru olmasına işə baxan hakimin qiymət verməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının göstərdiyi həmin hal iddianın predmetinə aid deyil. Kollegiya iddiaçının vəsatətlərinə baxılmaması barədə şikayətində göstərdiyi dəlilləri əsassız sayır, belə ki, məhkəmə iclas protokolundan aydın olur ki, iddiaçı tərəfindən verilmiş vəsatətə prosessual qanunvericiliy in tələblərinə əsasən baxılmışdır. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyinin qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyriəmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: əməl hüquqa zidd (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməli; - əməl təqsirli olaraq törədilməli; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmalı; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh orqanın təqsirli hərəkətsizliyi nəticəsində tələb etdiyi 90000 (doxsan min) manat məbləğində ona maddi zərər vurulmasını sübut etmək öhdəliyi daşıyır. Lakin iddiaçı bunu təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İşin araşdırılması zamanı cavabdehin yalnız ərazisində olan kəhriz sularına nəzarət etməsi, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən quraqlıqla əlaqədar Dizə kəndin in kəhriz sularının hələ 2021-ci ildən quruması, iddiaçının cavabdeh inzibati orqanla su istehlakçısı kimi müqavilə bağlamaması müəyyən edilmişdir. Kəhrizdə suyun olmaması işə əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur. İddiaçı kəhrizdə su olmasını əks etdirən fotoşəkili kollegiyaya təqdim etsə də həmin fotoşəkilin iddia etdiyi müddətdə çəkilməsini sübut edə bilməmişdir. Beləliklə işin araşdırılmış halları ilə cavabdeh inzibati orqanın təqsirli hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərərin vurulması müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma apararaq, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə düzgün olaraq iddianın təmin edilməməsi nəticəsinə gəlmiş dir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya belə nəticəyə gəlir ki. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(122)109/2023 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmu ş ziyana görə X5 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 21(122)-109/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.