Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-61/2024 03.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X8 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mar t 2024-cü il tarixli, 2-1(122)-119/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İ ddiaçı tərəfindən təqdim edilmiş 29 mart 2024-cü il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilərək, iddia tələbinə “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(122)119/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması tələbi”nə dair iddiası təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(122)119/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətdə, məhkəmənin qərarı ilə razı olmadıqlarını, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qərarın ləğv olunmasını xahiş etmişdirlər. Həmç inin şikayətdə göstərmişlər ki, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. Belə ki, xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş Culfa rayonu, Ərəzın kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün 11 yanvar 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə müraciət etmişdir. Fondun Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarında iddiaçıya “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə a lınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunur ki, iddiaçı xx.xx.1977-ci ildən fəhlə olaraq əmək fəaliyyətinə başlamış, xx.xx.1979-ci ildən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, sonra yenidən müxtəlif müəssisələrdə qaynaqçı olaraq işləmişdir, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə, 01.01 2006-cı il tarixədək 25 il 6 ay 3 gün, 01.01 2006-cı ildən 01,04.2009-cu ilədək isə 3 il 3 ay olmaqla cəmi 28 il 9 ay 3 gün ümumi və 22 il 4 ay 10 gün xüsusi iş stajı vardır. Lakin iddiaçının xx.xx.1991-ci il tarixən xx.xx.2000-ci il tarixədək X7 Cəmiyyətində və xx.xx.1998-ci il tarixdən 02.01,2003-cü il tarixədək X13 İdarəsində işlədiyi barədə əmək kitabçasında qeyd olunmuş məlumatların düzgünlüyünü arxiv sənədləri ilə yerində qarşılıqlı yoxlamaq mümkün olmadığı üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunla yolverilməz hesab edilmiş və iddiaçının 28 il 9 ay 3 gün ümumi iş stajı 8 il 6 ay azalaraq 20 il 1 ay 3 gün təşkil etmişdir. Beləliklə, iddiaçı güzəş tli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi iş stajı olmadığından və işlədiyi müəssisədən güzəştli arayış təqdim etmədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Qaydaların 2 nömrəli Əlavəsində göstərilir ki, müraciət edən şəxs “Əmə k pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli və ağır əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdə qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçı tərəfindən işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) təqdim edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Sonda, cavabdeh orqan göstərilən xüsusatlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin 29 mart 2024- cü il tarixli, 2-1(122)-119/2024 saylı qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiyasının 127, 129, 149-cu maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 58, 81, 87-ci maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X4 izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 21(122)-119/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə il ə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asıl ı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə h aqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahiz ələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 03 iyul 2023-cü il tarixli, 56 nömrəli qərarından məlum olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi 25 il əmək stajı olmadığı və müvafiq arayış təqdim olunmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli, 9 nömrəli arayışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı, həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək ordu sıralarında həqiq i hərbi xidmət keçmişdir. - Culfa Rayon Dövlət Arxivinin 12 aprel 2021-ci il tarixli, 72 nömrəli arayışından görünür ki, İddiaçı Culfa Rayon Ərəzin kənd, H.Cavid sovxozuna xx.xx.1981-ci ildə 157 №-li əmrlə işə girmiş, xx.xx.1982-ci ildə 147 №-li əmrlə qaynaqçı keçirilmiş, xx.xx.1990-cı ildə 149 №-li əmrlə azad edilmişdir. xx.xx.1991-ci ildə 17 №-li əmrlə Culfa rayon Avtonəqliyyat Səhmdar Cəmiyyətində qaynaqçı vəzifəsində işə girmiş, xx.xx.2000-ci ildə 24 №-li əmrlə azad edilmişdir. xx.xx.1995-ci ildə 75 №-li əmrlə X13 idarəsində qaynaqçı vəzifəsində işə girmiş, xx.xx.2003-cü ildə 2 №-li əmrlə azad edilmişdir. Arayışa həmçinin İddiaçı 1977-1979-cu illər ərzində Culfa rayon Ərəzin kənd H.Cavid adına sovxozunda, 1999-2000-ci illər ərzində Culfa Avtovağzalında işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1991-1998-ci illər X7 Cəmiyyətinin fəhlələrə aid əmək haqqı cədvəllərinin Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Culfa Rayon Dövlət Arxivinin 07 dekabr 2023-cü il tarixli, 13/201 nömrəli arayışından məlum olur ki, İddiaçı Babək rayon 145 №-li Texniki peşə məktəbinə xx.xx.1978-ci il tarixli, 1 №li əmrlə “Qaz-elektrik qaynaqçı” peşəsinə daxil olması və 14 №-li qrupda təhsil alması, xx.xx.1979-cu il tarixli, 12 k №-li əmrlə məktəbi bitirməsi əmr kitabında göstərilmişdir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən, xx.xx.1990-cı ilədək H.Cavid adına sovxozda fəhlə, qaynaqçı, 03. 09.1990-cı il tarixdən xx.xx.1991-ci tarixədək “Şölə” Koop erativində qaynaqçı, xx.xx.1991-ci il tarixdən, xx.xx.1998-ci il tarixədək Yol Təmir Tikinti İdarəsində qaynaqçı, xx.xx.1998-ci il tarixdən, xx.xx.2003-cü il tarixədək X13 İdarəsində qaynaqçı, xx.xx.2006-cı il tarixdən, xx.xx.2008-ci il tarixədək X13 İdarəsində qaynaqçı işləmişdir. - X13 İdarəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı həmin müəssisədə xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək qaynaqçı vəzifəsində işləməklə onun əmək stajı 4 il 3 ay təşkil edir və işlədiyi vəzifə zərərli qazlar, zərərli və güclü şüalanma, ağır iş şəraiti olmaqla AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 1.1.2-ci bəndinin a yarımbəndində nəzərdə tutulmuş vəzifə koduna uyğundur. - Naxçıvan MR Avtomobil yollarının X5 şəhər yol təmir tikinti i darəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı həmin müəssisədə xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək qaynaqçı vəzifəsində işləməklə onun əmək stajı 1 il 6 ay təşkil edir və işlədiyi vəzifə zərərli qazlar, zərərli və güclü şüalanma, ağır iş şəraiti olmaqla AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 1.1.2-ci bəndinin a yarımbəndində nəzərdə tutulmuş vəzifə koduna uyğundur. - Culfa Rayon İcra Hakimiyyətinin Ərəzin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli, 167 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayon Ərəzin kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İdd iaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. - Culfa Rayon Dövlət Arxivinin 13 fevral 2020-ci il tarixli, 13/145 nömrəli arayışından məlum olur ki, İddiaçı Naxçıvan Yol Təmir Tikinti İdarəsinə xx.xx.2006-cı il tarixli, 15 №-li əmrlə qaynaqçı olaraq işə qəbul edilməsi, xx.xx.2008-ci il tarixli, 20 №-li əmrlə işdən azad edilməsi əmr kitablarında göstərilmişdir. - Culfa Rayon Dövlət Arxivinin 17 yanvar 2023-cü il tarixli, 252 nömrəli arayışından məlum olur ki, İddiaçı Culfa Rayon Ərəzin kənd H.Cavid adına sovxozda xx.xx.1982-ci ildə 147 №-li əmrlə qaynaqçı vəzifəsinə işə girmiş, xx.xx.1990-cı ildə 149 №-li əmrlə azad edilmiş, xx.xx.1991-ci ildə 17 №-li əmrlə qaynaqçı vəzifəsində Culfa avtonəqliyatına işə girmiş, xx.xx.2000-ci ildə 24 №-li əmrlə azad edilmiş, xx.xx.1998-ci ildə 75 №-li əmrlə X13 idarəsinə qaynaqçı vəzifəsinə işə girmiş, xx.xx.2003-cü ildə 2 №-li əmrlə azad edilmişdir. Arayışın qeyd hissəsində qaynaqçı işlədiyi illərdə elektrik və ya qaz qaynaqçısı işləməsi əmr kitablarında qeyd edilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 02/108 nömrəli məktubu ilə arxiv arayışından aydın olur ki, İddiaçı X6 Cəmiyyətinə qaynaqçı vəzifəsinə təyin olunması haqqında xx.xx.1991-ci il tarixli, 17 nömrəli, Culfa Yol Təmir İstismar İdarəsinə 5-ci dərəcəli qaynaqçı vəzifəsinə təyin olunması haqqında xx.xx.1998-ci il tarixli, 75/k nömrəli, Naxçıvan Yol Təmir Tikinti İdarəsinə müvəqqəti olaraq üç ay müddətinə 5-ci dərəcəli qaynaqçı vəzifəsinə təyin olunması haqqında xx.xx.2000c i il tarixli, 26 nömrəli, X6 Cəmiyyətindən işdən azad olunması haqqında xx.xx.2000-ci il tarixli, 24 nömrəli, Naxçıvan Yol Təmir Tikinti idarəsinə müvəqqəti olaraq 3-cü dərəcəli qaynaqçı götürülməsi haqqında xx.xx.2001-ci il tarixli, 8 nömrəli, Culfa Yol Təmir istismar idarəsindən işdən azad olunması haqqında xx.xx.2003-cü il tarixli, 2 nömrəli əmrlərin və Naxçıvan Yol Təmir Tikinti idarəsinin 2000-ci il iyul-avqust ayları üzrə əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərini, həmçinin Culfa Rayon Avtonəqliyyat Səhmdar Cəmiyyətində 1999-2000-ci illərdə, X13 İdarəsində 1998-2001-ci illərdə və Naxçıvan Yol Təmir Tikinti İdarəsində 2000-ci ildə əmək haqqı alması barədə arxiv arayışlarını və Culfa Rayon Dövlət Arxivinin 09 yanvar 2024-cü il tarixli, 32 nömrəli məktubun surətini məhkəməyə gö ndərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçıs ını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqd a bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Kollegiya qeyd edir ki, 13 may 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun qüvvəyə minməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi üçün müəyyən olunmuş fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti götürülmüşdür. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmə k pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli həmin Qanunun keçid müddəalarında təsbit edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Belə ki, hazırkı iş üzrə İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ xx.xx.2022-ci il tarixdən yaranmalıdır. Kollegiya hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 13 may 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun qüvvəyə minməsi ilə yaranır. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəy yən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixdən etibarən artıq mövcuddur. Belə ki, iddiaçının 25 ildən çox ümumi iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapır. 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum mə bləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, hazırkı işdə iddiaçının əsas hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi əmək stajı nəzərə almaqla, bu hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. İş materiallarında olan əmək kitabçasında aparılmış qeydlərə, hərbi xidmət dövrünə və əmək kitabçasında qeydin aparılmasına dair arayışlara, əmrlərə, attestat və məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair qəbzlərə əsasən aydın şəkildə görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi qan unsuz olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının göstərilən illər üzrə işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000-11620 və 23200000-19906-kod altında göstərilən peşələrə uyğundur. İddiaçı qaynaqçı vəzifəsində işlədiyi peşənin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 1.1.2-ci bəndinin a yarımbəndində nəzərdə tutulmuş (elektrik qaz qaynaqçıları) vəzifə koduna uyğun olduğu işəgötürən tərəfindən bildirilmişdir. Həmçinin kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan, sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin ”Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Kollegiya göstərilən hissədə də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən hüquqi baxımdan qanunsuz olduğundan işin faktiki halları ilə əlaqədar cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(122)-119/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(122)-119/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(122)119/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-61/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-61/2024
03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver