Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-62/2023 04.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X8 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə X6 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(122)-274/2023 nömrəli qərardadından iddiaçının vəkili və nü mayəndəsi Vəkil Məmmədhüseyn oğlu tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı "keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 21(122)-274/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 21(122)-274/2023 nömrəli qərardadından narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab etməklə DGK-də xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qəbul etməyərək aşağıdakı halları qeyd edir; iddia ərizəsi ilkin İPM-in 45-46 cı maddələrinin tələblərinə uyğun təqdim edilərək cavabdeh olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Naxçıvan Baş Gömrük İdarəsinə qarşı təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə təqdim edilmiş ərizə ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi olmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin işə üçüncü şəxs kimi zəruri cəlb edilməsi xahiş edilmişdir. (Ərizələr elektron kabinetdə mövcuddur). Lakin hakim təqdim edilmiş ərizələrə münasibət bildirməmişdir. Hakimin məhkəmə qərardadında sübutları saxtalaşdırması mübahisəsiz haldır. Qərardadın təsviri və ə saslandırıcı hissəsində qeyd edilir ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd olunan Azərbaycan Respublikası X9 cavabdeh kimi nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə İddiaçı vəsatəti təmin edilərək, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Gömrük Kömitəsi Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR X9 xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması” kimi nəzərə alınmışdır. Bildirir ki, iddiaçının belə bir xahişi olmamış, əksinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin üçüncü şəxs kimi işə cəlb edilməsi barədə ərizə elektron kabinetdə mövcud olmuşdur. Elektron kabinet vasitəsilə t əqdim edilmiş 14 oktyabr 2023-cü il tarixli sənəddən göründüyü kimi cavabdeh orqanın iddiaçının işdən azad olunması barədə əmrin verilməsinə əsas olan 2018-ci ilin yekunlarına dair xx.xx.2018 - xx.xx.2018-ci il tarixlərdə Sədərək Gömrük İdarəsində aparılmış auditin nəticələri barədə audit yoxlamasının aktının nəticəsinə görə götürülmüşdür. Aktla tanışlıq zamanı məlum olmuşdur ki, keçmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli 1010\070 saylı əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnaməyə uyğun fəaliyyəti tənzimlənən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi Azərbaycan Respublikasının Konstitusiyası, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respu blikasının Konstitusiya Qanunu və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin tələbləri pozulmaqla yaradılmışdır. Bununla əlaqəli olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına iddia ilə müraciət olunaraq keçmiş Naxcıvan MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli 1010\070 saylı əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnamənin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara ziddi olduğu üçün həmin aktın qəbul edildiyi gündən etibarsız sayılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına elektron kabinet vasitəsi ilə əlavə edilmiş şikayətin nəzərə alnmaqla icraatın Naxçıvan MR Ali məhkəməsinin inzibati kollegiyasında “keçmiş Naxçıvan MR Dövlət Gömrü k Komitəsinin 26 dekabr 2018-ci tarixli 1010\070 saylı əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnaməsinin qanuna uyğunluğunun yoxlanılmasına dair” iddiaya baxılmaqla, yekun qərar qəbul edilənədək 1(122)-274/2023 saylı iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. (vəsatət elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir). İddiaçı şikayətin davamında qeyd edir ki, hakim iddianın mümkünlüyü barədə gəldiyi nəticəni İPM-in 35-ci maddəsinə istinad edərək qeyd etmişdir ki məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcbur etmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbində isə qanunauyğunluğu mübahisələndirilən keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci tarixli 1010\070 saylı əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnaməsi əsasında qəbul edilmiş inzibati aktın və xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrin etibarsız hesab edilməsidir. Naxcıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasında “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli, 1010\070 saylı əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnamənin qanunauyğunluğunun yoxlanılmasına dair” iddiaya baxılaraq yekun qərar qəbul edilənədək 1(122)-274/2023 saylı iş üzrə icraatın dayandırılması barədə İPM-in 7-ci maddəsində göstərilir ki; 7.1-ci maddə. mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həllinə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. Həmçinin, İPM 5,13,12, 47-ci maddələrinə istinad edərək iddiaçının nümayəndəsi şikayətdə qeyd edir ki, məhkəmə sənədlərinin göndərilməsi və qəbulu zamanı birinci instansiya məhkəm əsi İPM-nin tələblərini pozmuşdur. Elektron kabinet vasitəsi ilə təqdim edilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixli ərizə və vəsatətlərə münasibət bildirilməmiş, İPM-in 12-ci maddəsinə görə işin hallarının araşdırılması və həmçinin 13-cü maddəsinin tələbinə görə yardım etmə prinsipləri pozulmuşdur. Həmçinin bildirir ki, iddia tələbində cavabdeh olaraq göstərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəmədə prosesə cəlb edilməmiş, həmin orqana iddia ərizəsinin göndərilməsi təmin edilməmişdir. İddiacının vəsatəti olmadan məhkəmə tərəfindən öz qulluq mövqeyinə uyğun protokol qeydi aparıldığından, hesab edir ki, sübutları saxtalaşdırmışdır. İPM-in 50-ci maddəsinə görə hazırlıq icraatında məhkəmə tərəfindən qəbul edilən qərardadlar müəyyən edilmişdir. İddia tələbində qeyd edilən cavabdehlərin dəyişdirilməsi məhkəmə qərardadı ilə müəyyən edilir. Göründüyü kimi hakim tərəfindən xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh kimi nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə İddiaçı vəsatəti təmin edilərək, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması” kimi nəzərə alınmışdır, hakimin əsaslandırması subyektiv mülahizəsinin göstəricisidir. (İclasın yazılı video yazısı na baxıla bilər) Naxcıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasında keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli 1010\070 saylı əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin audit bölməsi haqqında əsasnamənin qanunauyğunluğunun yoxlanılmasına dair iddiaya baxılmaqla, yekun qərar qəbul edilənədək 1(122)-274/2023 saylı iş üzrə icraatın dayandırılması barədə İPM-in 7-ci maddəsi ilə müəyyən edilmiş, 7.1-ci maddə mövcuddur. Həmin maddədə göstərilir ki, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə h əll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. X14 Naxçıvan MR Kommersiya Məhkəməsinin hakimi olmaqla Naxcıvan MR İnzibati məhkəməsində vakant hakim vəzifəsinə ezam edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2023-cü il tarixli sərəncamı ilə qeyd edilən vakansiyaya hakim təyin edildiyindən hesab edir ki, X14un göstərilən tarixdən sonrakı fəaliyyəti Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununun tələblərinin pozulmasıdır. Hakim iddianın mümkünlüyü barədə gəldiyi nəticəni İPM-in 35-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu, əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbində isə qanunauyğunluğu mübahisələndirilən keçmiş Naxcıvan MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli 1010\070 saylı əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnamə əsasında qəbul edilmiş inzibati akt xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməsidir. İddaiçı qeyd edir ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İPM-in 81, 86 və 7-ci maddələrinin tələblərini nəzərə alaraq Na xcıvan MR İnzibati Məhkəməsinin 02 noyabr 2023-ci il tarixli, 1(122)-274/2023 saylı qərardadını ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında Naxcıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasında “Keçmiş Naxcıvan MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli 1010\070 saylı nömrəli əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnamənin qanunauyğunluğunun yoxlanılmasına dair” iddiaya baxılaraq yekun qərar qəbul edilənədək icraatın dayandırılmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən kollegiyaya göndərilmiş şikayətə etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərba ycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə Dövlət Gömrük Komitəsində Xidmətə bərpa olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2-1(122)-274/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2-1(122)-274/2023 nömrəli qərardadı mövcud tələb tam, hərtərəfli və obyektiv araşdırlaraq maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir. Bildi rir ki, iddia tələbi də düzgün müəyyən edilməmiş, belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 5. faktiki səbəblər üzündən icarsı mümkün olmayan inzibati akt; 6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Qanunvericiliyin qeyd olunan müddəalarından müəyyən olunur ki, iddiaçının Naxçıvan MR Dövlət Gömrük Komitəsinin gömrük orqanında xidmətinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli 1010/055Ş saylı əmrinin etibarsız hesab edilməsinə dair tələbinin hüquqi əsası yoxdur. Belə ki, inzibati aktın etibarsızlığı "İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsində qeyd olunan şərtlərin mövcudluğundan asılıdır, lakin iddiaçının mübahisələndirdiyi inzibati aktlarda bu şərtlərin heç biri mövcud deyildir və mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. İşdə olan materiallardan da göründüyü kimi İddiaçı inzibati mübahisəyə dair tələbində müəyyən etmə və ya tanıma haqqında iddia tələbinin deyil, mübahisələndirmə haqqında iddia tələbinin əlamətləri mövcuddur. İnzibati qanunvericiliyə görə İddiaçı mübahis ələndirdiyi inzibati aktın etibarsızlığını yox, inzibati aktın ləğvini məhkəmə qaydasında tələb edə bilər. Yəni iddiaçı mübahisələndirdiyi inzibati aktın ləğvini müəyyən etmə və ya tanıma haqqında iddia vasitəsi ilə deyil mübahisələndirmə haqqında iddia vasitəsi ilə məhkəmədən tələb etməli idi. Lakin, iddiaçının Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1010/055Ş saylı əmrinin etibarsız hesab edilməsinə dair tələbi əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətinə qaldırıla bilər. Qanunvericiliyin qeyd olunan müddəalarından belə müəyyən olunur ki, mövcud tələb üzrə iddia 1010/055Ş nömrəli əmr ona təqdim və ya elan olunduğu vaxtdan 30 gün müddətində qaldırılmalı idi. Lakin, iddiaçı qanunvericiliyin qeyd olunan tələblərinə düzgün əməl etməmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı gömrük orqanlarında xidməti nə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin 12 aprel 2019-cu il tarixli 1010/055Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə (gömrük orqanından xaric edildikdə) əsasən xitam verilmişdir. Naxçıvan MR Dövlət Gömrük Komitəsinin 12 aprel 2019-cu il tarixli 1010/055Ş nömrəli əmri həmin orqanın xx.xx.2019-cu il tarixli 1010/055Ş nömrəli əmri əsasında qəbul edilmişdir. Vurğulamaq lazımdır ki, İddiaçı 1010/055Ş nömrəli əmrlə 12 aprel 2019-cu il tarixində tanış olmuşdur. Bu isə həmin əmrin iddiaçı Zaman Hüsenova təqdim edilmə anını müəyyən etməyə imkan verən fakt hesab olunur. Qeyd olunanlardan belə müəyyən olunur ki, iddiaçının tələbi üzrə iddia müddəti buraxılmışdır. Vurğulmaq lazımdır ki, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzr ə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehlərin vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natmam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qanunvericiliyə əsasən inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirlidiyi halda yolveriləndir. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mühaiyyəti üzrə araşdırmasını aparmalıdır. Sonda etirazda göstərilənlərin nəzərə alınaraq, X4 İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 2-1(122)-274/2023 nömrəli qərardadının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(122)-274/2023 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X13 şikayətin təmin edilməyərə k Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(122)-274/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iddiaçının izahatını dinləyib inzibati işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağ ıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədə n qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydas ında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olun ur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 12 aprel 2019-cu il tarixli, 1010/055Ş nömrəli əmrin surətindən aydın olur ki, X5 Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli tərəfin dən həmin tarixdən etibarən Sədərək Gömrük İdarəsinin Sədərək gömrük postunun rəisi İddiaçı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı Hüseynov X1 Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 12 aprel 2019-cu il tarixli, 1010/055Ş nömrəli əmri ilə vəzifədən azad olunduqdan sonra, yəni qanunla müəyyən olunmuş müddət daxilində iddia qaldırmaq şərtinə əməl etməməklə ötən 3 ildən artıq müddət ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən inzibati akt 12 aprel 2019-cu il tarixdə qəbul edilsə də, id diaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Kollegiya iddiaçının şikayətində göstərdiyi “Məhkəmənin protokol qərardadı ilə İddiaçı vəsatəti təmin edilərək, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət X7 Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR X9 xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması” kimi nəzərə alınmışdır. Bildirdiyinə görə, iddiaçının belə bir xahişi olmamış, əksinə Azərbaycan Respublikası Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin üçüncü şəxs kimi cəlb edilməsi barədə ərizə elektron kabinetdə mövcud olmuşdur.... Həmçinin bildirir ki, iddia tələbində cavabdeh olaraq göstərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini prosesə cəlb etməmiş, iddia ərizəsini həmin o rqana göndərməsini təmin etməmişdir. İddiacının vəsatəti olmadan məhkəmə öz qulluq mövqeyinə uyğun protokol qeydi aparmış bununla da hesab edir ki, sübutları saxtalaşdırmışdır. İPM-in 50-ci maddəsinə görə hazırlıq icraatında məhkəmə tərəfindən qəbul edilən qərardadları müəyyən etmişdir. Hakimin iddia tələbində qeyd edilən cavabdehlərin dəyişdirilməsi məhkəmə qərardadı ilə müəyyən edilir. Göründüyü kimi hakimin xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh kimi nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərarı ilə İddiaçı vəsatəti təmin edilərək, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qa rşı “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması” kimi nəzərə alınmışdır, əsaslandırması subyektiv mülahizəsinin göstəricisidir. (İclasın yazılı video yazısına baxıla bilər)..dəlillərini araşdıraraq qeyd edir ki, inzibati işin materiallarına əlavə olunmuş xx.xx.2023-cü i tarixli ərizədən aydın olur ki, İddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsində cavabdeh kimi qeyd olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh qismində nəzərə alınmamasını xahiş etmişdir, məhkəmə müvafiq ərizəyə protokol qərarı ilə münasibət bildirərək, ərizəni təmin etmişdir. Aydın olduğu kimi iddiaçının öz ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi cavabdeh kimi prosesə cəlb olunmamışdır. Həmçinin kollegiya bildirir ki, Azərbaycan Respublikası MPM-in 273-cü maddəsinə görə işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin iş materialları ilə iddiaçı tərəfin bu hüquqdan istifadə etməsi öz təsdiqini tapmır. Eynilə də kollegiya bildirir ki, iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Gömrük Kömitəsi ilə yanaşı Azərbaycan Respublikası Dövlət X7 Baş Gömrük İdarəsi də cavabdeh kimi qeyd edilmişdir. Aydın olduğu kimi birinci instansiya məhkəməsi prosesə yeni cavabdeh cəlb etməmiş, buna görə də müvafiq qərardad qəbul edilməsini lüzum bilməməkdə haqlı olmuş dur. Kollegiya şikayətdə İPM 5, 13, 12, 47-ci maddələrinə istinad edərək iddiaçının nümayəndəsinin məhkəmə sənədlərinin göndərilməsi və qəbulu zamanı birinci instansiya məhkəməsinin İPM-nin tələblərini pozması dəlilinə münasibətdə bildirir ki, müvafiq hal ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır. İPM-in 12-ci maddəsi işin hallarının araşdırılması prinsipi, 13-cü maddəsi yardım etmə prinsiplərini pozması qeydi ilə bağlı bildirir ki, inzibati işin kollegiyada araşdırılması zamanı müəyyən olunur ki, birinci instansiya məhkəməsi müvafiq tələblərə əməl edərək iddiaçıya, eyni zamanda da iddiaçının vəkilinə ünvanlanan məktublarla İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən yardım edərək iddianın mümkünlüyünə dair qanunvericiliyin tələblərini izah etmiş, yol verilmiş nöqsanl arın aradan qaldırılması və həmçinin iddia qaldırılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair müvafiq sənədlərin məhkəməyə təqdim olunması üçün də vaxt vermişdir. Lakin iddiaçı tərəf birinci instansiya məhkəməsində iddianın mümkün hesab edilməməsi ilə bağlı qərar qəbul edilənədək nöqsanları aradan qaldırmamışdır. Kollegiya elektron kabinet vasitəsi ilə birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixli ərizə və vəsatətlərə münasibət bildirilməməsi ilə bağlı qeyd edir ki, müvafiq ərizə və vəsatətlər iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı zəruri məsələlərə deyil, iddianın mahiyyəti üzrə olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq ərizə və vəsatətlərə qiymət verməmişdir. Belə ki, idd ia mümkün iddia olacağı təqdirdə iddianın mahiyyəti ilə bağlı ərizə və vəsatətlərə baxılır. Kollegiya iddiaçının Naxcıvan MR İnzibati Məhkəməsinin 02 noyabr 2023-ci il tarixli, 1(122)-274/2023 saylı qərardadını ləğv edərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında Naxcıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasında “Keçmiş Naxcıvan MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli 1010\070 saylı nömrəli əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnamənin qanunauyğunluğunun yoxlanılmasına dair” iddiaya baxaraq yekun qərar qəbul edilənədək icraatın dayandırılması ilə bağlı xahişinə, həmçinin icraatın dayandırılması ilə bağlı şikayətdə qeyd etdiyi dəlillərə münasib ətdə bildirir ki, icraatın dayandırılması ilə bağlı məsələ iddiaya mahiyyəti üzrə baxılması mərhələsində həll olunur. Belə ki, müvafiq halda iddianın mümkünlüyü ilə kollegiya qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Aydın olduğu kimi iddianın mümkünlüyü mərhələsində “Naxcıvan MR Dövlət Gömrük Komitəsinin 26 dekabr 2018-ci il tarixli 1010\070 saylı nömrəli əmri ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Audit bölməsi haqqında əsasnamənin qanunauyğunluğunun yoxlanılmasına dair” iddiaya baxaraq yekun qərar qəbul edilməsi ilə bağlı icraatın dayandırılması yol verilən deyil. İddia mümkün iddia hesab edildikdən sonra icaata götürülərək mahiyyəti üzrə baxılır, yalnız bundan sonra mahiyyətinə dair qəbu l ediləcək qərarla bağlı qanunla müəyyən edilmiş dayandırılma halları mövcud olduqda icraat dayandırılır. İnzinbati işin araşdırılması zamanı müəyyən olunur ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə iddia verildiyindən birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı iş” üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-551/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 aprel 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Kollegiya qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialard a yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (əmrin) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddə ti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməl i olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(122)-274/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r a a l d ı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə qarşı “keçmiş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 1010/055 saylı əmrinin etibarsız hesab edilməklə DGK-də xidmətə bərpa olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(122)-274/2 023 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 21(122)-274/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-62/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-62/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver