Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-62/2025 23.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi iddiaçı X3, tərcüməçi X1, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndələri X11 və Nümayəndə iştirakları ilə İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı "qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1 000 000 (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)-339/2025 nömrəli qərarından iddiaçı X8 tərəfindən veri lmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X8 iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1.000000 (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X4 Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)339/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)-339/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, 18 mart 2020-ci il tarixində Naxçıvan polis şöbəsinə Polis rəisi Mirzə Cəlilov tərəfindən çağrılaraq polis rəisinin əmri ilə işgəncələr edilərək oradakı 12-dən çox polis məmuru tərəfindən öldürülməyə cəhd edilmiş, xəstəxanadan çıxdıqdan sonra başına gələnləri Türk Konsulluğuna yazılı şəkildə müraciət edərək bildirmiş, ona vurulan zərbələr nəticəsində ürək damarlarında yırtılmalar və genişlənmələr olduğu için konsulluq vasitəsi ilə İran İslam Respublikasına gedərək Təbriz şəhərindəki özəl Behbout xəstəxanasında 4 ay müalicə almış, sonra Naxçıvana 20 mart 2021-ci il tarixində geri qayıtmış, Miqrasiya idarəsinə yeni 1 illik oturma icazəsi verilməsi üçün müraciət etmiş, lakin Naxçıvan Mi qrasiya rəisi Şahin Nəbiyev haqsız bir qərar ilə 5 il onu deport etdirmişdir. Onun müalicədə olduğu dövrdə pandemiya ilə əlaqədar olaraq ölkə sərhədləri bağlı olmuş, nə türk vətəndaşları, nə də xarici vətəndaşlar öz ölkələrinə qayıda bilməmişlər. Pandemiya ilə bağlı giriş-çıxış bağlı olduğundan Naxçıvanda istər Sədərək gömrük postundan, istərsə də Culfa gömrük postlarından xaricə çıxmaq, ölkəyə gəlmək mümkün olmamışdır. Bu məsələlərə görə bir çox xarici vətəndaşlara münasibətdə Miqrasiya Məcəlləsi tətbiq olunmurdu. Bunlara rəğmən xaricdə qalıb deyə cəzalandırılmışdır. Məhkəmədə bu halları bildirsə də, məhkəmə bu halları nəzərə almamışdır. Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 7756908-L nömrəli qərarı ilə ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmiş, eyni zamanda sözügedən tarixdə ölkə hüdudlarından kənara çıxarılmaqla gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması barədə 488 nömrəli qərar qəbul edilmişdir. 2 il ərzində deportasiya olunmuş, Sumqayıt şəhərindəki sexini işlədə bilməmiş, 2 ildən sonra haqsız olaraq deportasiya olunduğu sübut olunduğu üçün həmin qərar ləğv olunmuş və Azərbaycana gəlməyinə imkan verilmişdir. Azərbaycana gəldikdən sonra iş yerinə nəzarətə getmiş, 2 il ərzində iş yeri sahibsiz qaldığından avadanlıqlarının böyük bir hissəsi talanmış və istifadəyə yararsız hala gətirilmişdir. Bu səbəbdən 3 ildir ki, Miqrasiyanın haqsız deportasiyası səbəbindən günlük 1000 dollar olmaqla 3 ilə 1 000 000 ( bir milyon) dollar məbləğində ziyana düşmüşdür. Yoxlamalar nəticəsində Miqrasiya İda rəsinin rəisi Şahin Nəbiyev vəzifəsindən azad edildiyi halda ona vurulan ziyan bərpa edilməmişdir, hal-hazırda Rza Talıbov Azərbaycan Miqrasiya Nazirliyinin Deportasiya şöbəsinin rəisidir, onun bu şikayətlərinə də müdaxilə olunur, o atasının işlərini ört basdır etmək üçün onu deport etdirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ədalətsiz və hüquqa zidd qərardan apellyasiya şikayəti verməyinə səbəb iş üzrə təqdim etdiyi sübutların məhkəmə tərəfindən yetərli və obyektiv şəkildə araşdırılmaması, zərərin mövcudluğu və səbəb-nəticə əlaqəsinin nəzərə alınmaması, eləcə də inzibati orqanın qanunsuz aktına görə dövlətin məsuliyyət daşımasının rədd edilməsidir. Cavabdeh tərəfindən apellyasiya icraatı zamanı verilmiş etirazda bildirilmişdir ki, iddiaçı X8 iddia ərizəsi ilə Naxçıv an Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1.000000 (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X4 Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)-339/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)-339/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X4 Baş İdarəsinin dəyişdirilərək cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin işə cəlb edilməsini və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1 000 000 (bir milyon) dolların qaytarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-62/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. X10 apellyasiya şikayətinə etiraz edərək hesab edirlər ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, Türkiyə Respublikası vətəndaşı X22 Azərbaycan Respublik ası vətəndaşı ilə yaxın qohumluq münasibəti (nikah) əsasında 2010-cu ildən 2021-ci ilədək bir neçə dəfə müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Sonuncu belə yaşama icazəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmişdir. Lakin Naxçıvan MR Ədliyyə Nazirliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 36/e nömrəli məktubda əcnəbinin xx.xx.2020-ci il tarixli 05 nömrəli aktla nikahının pozulduğu bildirilmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən əcnəbinin ölkə ərazisində müvəqqəti yaşama icazəsi alması üçün yeni əsasının (Azərbaycan Respublikası vətəndaşı olan övladı) mövcud olması səbəbi ilə şəxsə əvvəlki icazənin etibarlılıq müddətində xx.xx.2021-ci il tarixədək yeni yaşama icazəsi vəsiqəsi verilmişdir. Əcnəbilərə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazələrə əsas olmuş halların qüvvədə olmasının mütəmadi araşdırılması zamanı Türkiyə Respublikası vətəndaşı X21 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, ümumilikdə 147 gün ölkə hüdudlarından kənarda olması halı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.8-ci maddəsinə əsasən 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Qeyd olunan hal ilə əlaqədar adıçəkilən Məcəllənin tələblərinə uyğun olaraq şəxsə verilmiş müvəqqəti yaşama icazəsi ləğv edilmiş və xx. xx.2021-ci il tarixli 488 nömrəli qərarla şəxsin ölkəyə gəlmək hüququ 5 (beş) il müddətinə məhdudlaşdırılmışdır. Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən əcnəbinin vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərarla həmin əcnəbilərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur və adıçəkilən Məcəllədə mövcud vəziyyəti istisna edən hallar nəzərdə tutulmamışdır. Göründüyü kimi, inzibati orqan mövcud qanunvericilik çərçivəsində öz səlahiyyətlərindən istifadə edərək müvafiq qərar qəbul etmişdir. Daha sonra əcnəbinin ailə üzvlərinin çoxsaylı müraciətləri və ailə vəhdətinin pozulmaması nəzərə alınaraq X21 barəsində qəbu l edilmiş xx.xx.2021-ci il tarixli 488 nömrəli qərara qismən xitam verilərək, xx.xx.2023-cü il tarixli 2-5(f)27 nömrəli qərarla şəxsin ölkəyə gəlişinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılmış və xx.xx.2024-cü il tarixli müraciəti əsasında ona xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Əcnəbi sonuncu dəfə xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilmişdir. Şəxsin iddia tələbinə dair qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda etimad hüququnun qanunla qorunduğu hallar öz əksini tapmışdır. Sözügedən Qanunun 67.9-cu maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati ak tın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. İndiki halda isə şəxsə verilmiş müvəqqəti yaşama icazəsi Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan müvafiq tələbə riayət olunmaması nəticəsində qanunla birbaşa nəzərdə tutulmuş halda ləğv edildiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən etimad hüququnun qanunla qorunduğu hallara aid deyildir və inzibati orqan tərəfindən sözügedən halda hər hansı kompensasiyanın ödənilməsi tələbinə baxıla bilməz. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Buradan da göründüyü kimi, real zərər və əldən çıxmış faydanın nəzərə alınması barəsində inzibati akt qəbul edilmiş şəxsin birbaşa qanunazidd hərəkətləri ilə əlaqəli olduğundan, cavabdehə qarşı irəli sürülən tələbi mümkünsüz edir. Odur ki, yuxarda qeyd edilənləri və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutub iddiaçının iddia ərizəsinə etiraz edərək məhkəmədən Türkiyə Respublikası vətəndaşı X21 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı şikayətinin mümkünsüzlüyü səbəbindən təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı X8 apellyasiya şikayətini müdafiə etmə klə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)-339/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidmətinin nümayəndələri X11 və Nümayəndə izahatlarında şikayəti qəbul etməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)-339/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da t ətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icra atla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əha təli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının,siyasi partiyaların,hüquqi şəxslərin,bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı i şə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan; - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 23 aprel 2019-cu il tarixli, 420 nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında qərarın surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı X21 03 aprel 2019-cu il tarixli müraciətinin təmin olunması, onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddəti 05 may 2019-cu il tarixdən 05 may 202 1-ci il tarixədək uzadılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 27 aprel 2020-cu il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi haqqında qərarın surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı X23 24 aprel 2020-ci il tarixli müracətinin təmin olunması, ona Azərbaycan Respublikasının ərazisində yeni müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2021-ci il tarixli, 16/488 nömrəli Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarın surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı (U22540567 nömrəli pasport) X23 Azərbaycan Respublikasın ın hüdudlarından kənara çıxarılması, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Türkiyə Respublikası vətəndaşı (U22540567 nömrəli pasport) X21 Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin 24 yanvar 2023-cü il tarixli, 2-5(f) 27 nömrəli qərarının surətindən məlum olur ki, Türkiyə Respublikası vətəndaşı X3 barəsində qəbul edilmiş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 488 nömrəli qərarının qismən (Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılmasına dair hissədə) ləğv edilməsi, onun Azərbaycan Respublikasına gəlişinə qoyulmuş qadağa götürülməklə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış siste minin məhdudiyyət siyahılarında aktiv statusunun dəyişdirilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan X5 ünvanlanmış 24 yanvar 2023-cü il tarixli, 06-01/84 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarı əsasında X21 ölkəyə gəlişi ilə bağlı tətbiq edilmiş məhdudiyyət aradan qaldırılmışdır. - Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidməti X4 Baş İdarəsi tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan Türkiyə Respublikası vətəndaşı X22 ünvanlanmış 14 fevral 2024-cü il tarixli, 3-37/2-0-900-26-3-28-1919/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.8-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Mi qrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 7756908-L nömrəli qərarı ilə X6 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmiş, eyni zamanda sözügedən tarixdə ölkə hüdudlarından kənara çıxarılmaqla gəlmək hüququnun 5 (beş) il müddətinə məhdudlaşdırılması barədə 488 nömrəli qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsində qeyd olunan hallar rəhbər tutularaq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 488 nömrəli qərarı qismən ləğv edilmiş və onun ölkə ərazisinə gəlməyinə dair qoyulmuş məhdudiyyət götürülmüşdür. - Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 638 nömrəli a rayışdan məlum olur ki, 03 iyul 1972-ci il təvəllüdlü X23 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. - Dövlət Sərhəd Xidməti tərəfindən 28 yanvar 2025-ci il tarixdə məhkəməyə göndərilmiş X3 2005-2025-ci illər üzrə sərhədkeçmə məlumatları iş materiallarına əlavə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində müvafiq iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X4 Baş İdarəsinə qarşı qaldırılmış və işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. İşin apellyasiya icraatı üzrə araşdırılması zamanı kollegiyanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlandığı müvafiq sorğuya cavab olaraq təqdim edilmiş məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərini n say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2163 nömrəli Sərəncamına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3896 nömrəli Sərəncamı ilə dəyişiklik edilərək X4 Baş İdarəsi Dövlət Miqrasiya Xidmətinin strukturuna daxil olan qurumlar siyahısına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturuna daxil olan X4 Baş İdarəsinin fəaliyyətinin təşkili Dövlət Miqrasiya Xidmətinin 2021-ci il 23 fevral tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Regional Miqrasiya İdarələri haqqında” Nümunəvi Əsasnamə əsasında həyata keçirilir”. Məhz qeyd edilən əsasa görə kollegiya tərəfindən iddiaçı X6 müvafiq məzmunda yardım etmə məktubu göndərilmiş və b undan sonra X4 Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturuna daxil olan qurum olduğundan iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçı X3 ərizəsi icraata qəbul edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2025-ci il tarixli, 2-1(108)-62/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X4 Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə əvəz edilmiş,müvafiq sənədlər cavabdehə göndərilməklə aidiyyəti prosessual hərəkətlər edilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən kollegiyaya iddiaya qarşı etiraz göndərilməklə iddianın təmin edilməməsi xahiş edilmişdir. Kollegiya qeyd edir ki, göründüyü kimi iddiaçı tərəfindən sözüg edən iddia tələbi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X4 Baş İdarəsinə qarşı qaldırılmış, həmçinin birinci instansiya məhkəməsinin qərarı da cavabdeh olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X4 Baş İdarəsi barəsində qəbul edilmişdir, halbuki hazırkı iş üzrə iddia tələbinə cavab verməli olan orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətidir, bu səbəbdən də iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmadığı, əsl olmayan cavabdeh barəsində qəbul edildiyi üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)339/2025 nömrəli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir) Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Kollegiya iddiaçının "qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1 000 000 (bir milyon) dolların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə münasibətdə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyinin qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələ nir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin kompleks şəkildə mövcud olması tələb olunur: əməl hüquqa zidd (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməli; - əməl təqsirli olaraq törədilməli; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmalı; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Kollegiya qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən qeyd edir k i, iddiaçı cavabdeh orqanın təqsirli hərəkəti nəticəsində 1 000 000 (bir milyon) dollar məbləğində ona maddi zərər vurulmasını sübut etmək öhdəliyi daşıyır. İddiaçı iddia ərizəsində və iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində 2 il ərzində deportasiya olunduğunu və 2 ildən sonra haqsız olaraq deportasiya olunduğu sübut olunduğu üçün həmin qərarın ləğv olunduğunu, qanunsuz qərarla deportasiya olunması nəticəsində Sumqayıt şəhərindəki sexini işlədə bilməməsini, 2 il ərzində iş yeri sahibsiz qaldığından avadanlıqlarının böyük bir hissəsinin talanmasını və istifadəyə yararsız hala gətirilməsini göstərsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi istehsalat və dolayı xərclərə aid planlaşdırılan fəaliyyəti, iti rilmiş qazanca dair özü tərəfindən tərtib edilmiş məlumatı təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Türkiyə Respublikası vətəndaşı X3 barəsində qəbul edilmiş onun Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması barədə Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, 488 nömrəli qərarının qismən (Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılmasına dair hissədə) ləğv edilməsi barədə Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin 24 yanvar 2023-cü il tarixli, 2-5(f) 27 nömrəli qərarının məzmunundan aydın olur ki, həmin qərarda Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli 488 nömrəli qərarının qismən ləğv edilməsi əsası kimi sözügedən qərarın qanunsuz və ya əsassız olması deyil, məhz X3 Azərbaycan Respublikası vətəndaşı olan 3 (üç) övladının olması və bununla da Azərbaycan Respublikası ilə hüquqi bağlılığının yaranması əsas götürülmüşdür. İddiaçı X9 apellyasiya icraatı zamanı verilən suala cavabında bildirmişdir ki, “onun gəlməyinə icazə olmadığı üçün deportasiya qərarına vəkil etiraz verməli idi, vəkil də vəzifəsini yerinə yetirmədiyi üçün, yəni deportasiya qərarına etiraz etmədiyi üçün töhmət almış, həmçinin o sonradan inzibati məhkəməyə müraciət etsə də inzibati məhkəmə isə vaxtında etiraz olunmadığı üçün qərarın qüvvəyə mindiyini bildirmiş, bu qərardan apellyasiya şikayəti vermiş, amma burda da deyilmişdir ki, vaxtında deportasiya qərarına etiraz edilmədiyi üçün qərar qüvvədədir, yəni rəsmi qaydada məhkəmə deportas iya qərarına baxmamışdır”. Göründüyü kimi iddiaçı tərəfindən “ölkə hüdudundan kənara çıxarılması və ölkəyə gəlmək hüququnun məhdudlaşdırılması” barədə qeyd olunan qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirilməmiş, öz hüquqi qüvvəsini saxlamışdır. Kollegiya həmçinin qeyd edir ki, inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni cavabdehin qəbul etdiyi qərar nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmamış, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair, ən əsası isə ümumiyyətlə onun zərərə məruz qalmasına dair hər hansı mümkün və mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya insta nsiyası məhkəməsinə təqdim etməmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır ki, hazırki iş üzrə iddiaçının gətirdiyi dəlillər formal mülahizələrdən və ehtimallardan ibarət olmuşdur. Kollegiya qeyd edir ki, işin araşdırılmış halları ilə cavabdeh inzibati orqanın təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində iddiaçıya maddi zərərin vurulması müəyyən edilmədiyindən cavabdeh orqanın üzərinə qeyd olunan məzmunda öhdəlik qoyula bilməz. Kollegiya yuxarıda göstərilənlərə əsasən iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi haqsız qərar ilə onun 5 il müddətinə deport edilməsi nəticəsində Sumqayıtdakı iş yerini aça bilməməsi, Azərbaycandan deport edildiyi üçün iş yerinin sahibsiz qalması, iş yerini işlədə bilmədiyi üçün hər gün 1000 (min) dollar gəlirindən məhrum olması, 150.000 (yüz əlli min) dollarlıq sexinin nəzarətsiz qaldığı üçün talanması, təqribən ******* (1 milyon dollar) zərər görməsi barədə dəlillərinin əsassız olması qənaətinə gəlir. Kollegiya iddiaçının şikayətində göstərdiyi digər dəlillərə münasibətdə isə qeyd edir ki, müvafiq dəlillər mahiyyəti üzrə iddianın predmetinə aid olmadığı üçün onlara hüquqi qiymət verilə bilməz. İstinad olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən kollegiya hesab edir ki, iddiaçı X8 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)-339/2025 nömrəli qərarı ləğv edilməli, iddiaçı X3 cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidmətinə qarşı "qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1 000 000 (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçı X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. N axçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 mart 2025-ci il tarixli, 2-1(122)339/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı X3 cavabdeh Azərbaycan Respulikası Dövlət Miqrasiya Xidmətinə qarşı "qanunsuz deportasiya olunmağı nəticəsində ona dəymiş 1 000 000 (bir milyon) dolların qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-62/2025
Ali Məhkəmə Qərar — İş №2-1(108)-62/2025
23.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver