Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-63/2023 05.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X2 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli cəzaçəkmə müəssisəsinə qarşı “onun işdən çıxarılmağı barədə 29 mart 2021-ci il tarixli, 27 nömrəli əmrini ləğv edib, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2023cü il tarixli, 2-1(122)-862/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümk ünlüyünün yoxlanılması məsələsinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən çıxarılmağı barədə 29 mart 2021-ci il tarixli, 27 nömrəli əmrini ləğv edib, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa öhdəliyinin cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli cəzaçəkmə müəssisəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(122)-862/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(122)-862/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 13 noyabr 2023cü il ta rixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(122)-862/2023 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayə t üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldığından kollegiya şikayətin mümkünlüyünün yoxlanılması məqsədilə 05 dekabr 2023-cü il tarixə mümkünlük iclası təyin etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 21(122)-862/2023 nömrəli qərardadından verilmiş şikayətin mümkün hesab edilməklə, inzibati işin şifahi məhkəmə baxış iclasına təyin edilməsini xahiş etdi. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddi alarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasit əsilə verilir. İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İşin araşdırılmış hallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(122)-862/2023 nömrəli qərardadı İddiaçı 20 oktyabr 2023-cü il tarixdə sifarişli poçt məktubu ilə göndərilib, müvafiq qərar 26 oktyabr 2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. İstinad olunan normaların tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, 2023-cü ilin 05 noyabr 2023-cü il tarixdə başa çatmışdır. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən buraxılmışdır. Kollegiya bildirir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya digər sübut növü məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə də təqdim edilməmişdir. İPM-in 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə, apelyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli Qərarına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 16 noyabr 2023-cü il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 85.1-ci maddələrinə istinad olunmaqla yardım məktubu göndərilmiş lakin iddiaçı tərəfindən buraxılmış müddətin bərpası üçün hər hansı sübut kollegiyaya təqdim edilməmişdir. Azərbaycan Res publikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Kollegiya daxil olmuş şikayətin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur və bu səbəbdən də İddiaçı apellyasiyası mümkün sayılmamaqla şikayətin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(122)-862/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini n tələblərini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(122)-862/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-63/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-63/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver