Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-63/2025 18.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X11 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, ona 65 yaşın ın tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(122)-389/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, 2006-cı ilin 01 yanvar tarixindən 01 iyul 2018-ci il tarixədək ola n dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİddiaçı 19 dekabr 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə iddia tələbini dəqiqləşdirərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəmənin 21 fevral 2025-ci il tarix li, 2-1(122)-389/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(122)389/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(122)389/2025 nömrəli qərarınd an narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 21(122)-389/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətində göstərmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı "Nax çıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, 2006-cı ilin 01 yanvar tarixindən 01 iyul 2018-ci il tarixədək olan dövrün sosial sığorta stajina daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin heç bir hüquqi əsası yoxdur. Belə ki, 23 avqust 1959-cu il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikasının, Qaraçuq kəndində yaşayan İddiaçı 26 avqust 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etm işdir. Fondun Pensiya təyinatı şöbəsinin 03 sentyabr 2024-cü il tarixli, 39 nömrəli qərarı ilə iddiaçıya əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının qanunvericiliyə əsasən, 25 il sığorta stajının və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması, həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə rək, 2006-cı ilin 01 yanvar tarixindən 01 iyul 2018-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-2009cu illərdə Babək Rayon, Qaraçuq kəndində yerləşən 0.58 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 3.60 manat, 6.0 manat, 7.10 manat və 3.20 manat məbləğlərində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bu ödənişləri təsdiqləyən qəbzləri olsa da, onun adına qeyd edilən məbləğlər sistemə işlənilməmişdir. Nəticədə ona yaşa görə əmək pensiyası təyin olunmasından Fond tərəfindən imtina edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan illərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi və 65 yaşı tamam olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı təqdim etdiyi JN-0096 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən, 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Babək Rayon, Cavidabad kənd sakini İddiaçı və onun ailə üzvləri X7, X9, X3, X4 və X5 mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən Fonda əmək kitabçası təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin (VÖEN **********) məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinin surətlərindən görünür ki, İddiaçı adına kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə gör ə 08 iyun 2009-cu il tarixli, CİP seriyalı, 133532 nömrəli qəbzlə 2004-cü ilin ödəniş dövrü üçün 6.0 manat, eyni tarixli, eyni seriyalı, 133531 nömrəli qəbzlə 2006-cı ilin ödəniş dövrü üçün 3.20 manat, eyni tarixli, eyni seriyalı, 133533 nömrəli qəbzlə 2008-ci ilin ödəniş dövrü üçün 7.10 manat və eyni tarixli, eyni seriyalı, 133534 nömrəli qəbzlə 2009-cu ilin ödəniş dövrü üçün 3.60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. X15 Naxçıvan Muxtar Respublikasının Baş İdarəsinin 12 fevral 2014-cü il tarixli, 213 nömrəli qəbzinin surətindən görünür ki, pay torpaqları üçün İddiaçı tərəfindən 30.0 manat, 14 yanvar 2015-ci il tarixli, 38 nömrəli qəbzlə 45.0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Lakin iddiaçı tərəfindən kənd təsərrüfatına yararl ı torpaq sahəsinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqqları barədə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat'lar (Forma B2) və ona uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyi üçün iddiaçının ödədiyini iddia etdiyi məbləğ fərdi şəxsi hesabında olmadığından ödənilmiş həmin məbləğ X1 Sistemində (MEİS) öz əksini tapmamış və nəticədə həmin məbləği pensiya kapitalı kimi nəzərə almaq mümkün olmamışdır. Həmçinin, iddiaçı X1 Sisteminin "Sığorta" altsisteminin "Sığortaedənlərin reyestri" bölməsində "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" və "Pay torpaq mülkiyyətçisi" kimi uçota alınmamışdır. Bütün bunları nəzərə alaraq iddiaçının iddiasının icrası mümkün hesab ed ilməmişdir. Beləliklə, iddiaçı tərəfindən yuxarıda qeyd olunan illər üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara" əsasən "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında əks olunmadığı üçün ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış (proaktiv) qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Beləliklə, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tə ləb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Apellyator tərəfindən şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının,“Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun, “Sosial sığorta haqqında’’ Azərbaycan Respublikasının Qanununun, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarının və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişd ir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(122)-389/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(122)389/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq pros essual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya ins tansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər halla rda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəra rını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 03 sentyabr 2024-cü il tarixli, 39 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 22-1-ci maddəsinə əsasən, qanunamüvafiq tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 40320 manat faktiki sığorta stajı, pensiya kapitalı olmaması, fərdi şəxsi hesabında xx.xx.2006-cı ıl tarixdən xx.xx.2018-ci il tarixə pensiya kapitalı olmaması səbəbindən İddiaç ı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. JN-0096, KOD 10304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.58 hektar torpaq sahəsi verilmişdir. Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 23 avqust 2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 avqust 1959-cu il tarixdə Naxçıvan rayonu, Qaraçuq kəndində doğulmuş Məmmədov X10 şəhər Qaraçuq kəndində pasport qeydiyyatındadır. İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixli, 133531, 133532, 133533, 133534 nömrəli qəbzlərə əsasən 2006-cı il üç ün 3.20, 2007-ci il üçün 6, 2008-ci il üçün 7.10, 2009-cu il üçün 3.60 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 213 nömrəli qəbzə əsasən 30 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, 38 nömrəli qəbzə əsasən 45 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 yanvar 2025-ci il tarixli, 3-17-9-1/2-265/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 2024-cü il 2 6 avqust tarixində İddiaçı təqdim etdiyi sənədlərə əsasən (1 vərəq şəxsiyyət vəsiqəsinin surəti, 4 vərəq torpaq aktının surəti, 6 vərəq ödəniş qəbzlərinin surəti) ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciəti daxil olmuşdur. Müraciətin icrası ilə əlaqədar olaraq müvafiq elektron sistem üzərindən araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı təqdim etdiyi 2009-cu il 8 iyun tarixli, 133534 nömrəli qəbz ilə 3.60 manat, 2009-cu il 8 iyun tarixli, 133533 nömrəli qəbz ilə 7.10 manat, 2009-cu il 8 iyun tarixli, 133532 nömrəli qəbz ilə 6 manat, 2009-cu il 8 iyun tarixli, 133531 nömrəli qəbz ilə 3.20 manat, 2014-cü il 12 fevral tarixli, 213 nömrəli qəbz ilə 30 manat, 2015-ci il 14 yanvar tarixli, 38 nömrəli qəbz ilə 45 manat mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahə si üçün ödədiyi məcburi dövlət sosial sığorta haqlqarı X1 sistemində öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı qanunla nəzərdə tutulan 25 il sığorta stajı və fərdi şəxsi hesabın sığorta hissəsində 2006-cı il 1 yanvar tarixindən 2018-ci il 1 iyul tarixinədək pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və y a təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosi al sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. 3.0 və 3.0.1-ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. 4.1-ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (mə cburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvaf iq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 23 avqust 1959-cu il təvəllüdlüdür və onun 25 ildən az ümumi iş stajı vardır. İddiaçı yaşa görə əmək pensiyası hüququnun olmasını, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqları ödədiyini bildirərək cavabdehdən ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməsini tələ b edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmal ıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçıya münasibətdə ikinci şərt də mövcud olmuş, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Kollegiya iddiaçının fərdi he sabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixinədək olan müddətin qeydə alınmaması, iddiaçının tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Belə ki, iş materiallarında olan JN-0096, KOD 10304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.58 hektar torpaq sahəsi verilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüf atına yararlı torpaq sahəsinə görə ümumilikdə 94.9 (doxsan dörd manat 9 qəpik) məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər mövcuddur. İddiaçı yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Eyni zamanda, iddiaçının həmin ödənişlərin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödənişlər onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh orqanın mübahisələndirdiyi məsələlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı məcburi dövlət sosial sığorta haqqını ödədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 94.9 (doxsan dörd manat 9 qəpik) məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Kollegiya həmçinin iddiaçı tərəfindən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat'lar (Forma B2) və ona uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyi üçün iddiaçının ödədiyini iddia etdiyi məbləğin fərdi şəxsi hesabında olmadığından ödənilmiş həmin məbləğin X1 Sistemində (MEİS) öz əksini tapmaması və nəticədə həmin məbləğin pensiya kapitalı kimi nəzərə alınmasının mümkün olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqqını ödəməsi barədə sübutu birinci instansiya məhkəməsinə təqdim etdiyindən ödənişlərin elektron siste mdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz və iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Kollegiya bir daha vurğulayır ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iddia etdiyi illər üzrə torpaq sahəsi ilə bağlı məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə sənəd mövcud olsa da cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırma mış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşd ur, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarında istinad edilən hallar və apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(122)-389/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(122)389/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Na хçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-63/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-63/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver