Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-64/2024 02.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X18 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı1, Üçüncü şəxslər X14 və X5 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 21(122)-113/2024 nömrəli qərarından üçüncü şəxslər X14 və X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X14 və X5 iddiaçıların mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə da ir inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, X7 və X5 onların mülkiyyətində olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 29 mart 2024-cü il tarixli, 2-1(122)-113/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, üçüncü şəxslər X14 və X5 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi 17 nömrəli fərdi yaşayış evinin qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Po lis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan üçüncü şəxslər X14 və X11 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiаçılar tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş çıxarışa əsasən, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən 0,0311 ha torpaq sahəsinin və ümumi sahəsi 56,33 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında 5/6 hissəsi İddiaçı1, 1/6 hissəsi isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Üçüncü şəxslərin həmin yaşayış evində qeydiyyatda olması formal xarakter daşımaqla, iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırır, mülkiyyətləri üzərində istədikləri kimi sərəncam verə bilmirlər. X14 və X11 ümumiyyə tlə həmin evdə yaşamamışlar. Onlar qonşuluqda yerləşən ata evlərində yaşamışlar. İddiaçılar, üçüncü şəxslərin onlara məxsus yaşayış evindən pasport qeydiyyatından çıxarılması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin onlara imtina cavabı verilərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxslər X14 və X11 apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Məzmunu eynilik təşkil edən apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər doğulduqları tarixdən valideynləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır və qeydiyyatdadırlar. Həmin ev babaları X3 miras qalmışdır. Babaları 1999-cu il tarixdə vəfat etmişdir. Onlar ev ə bağlılıqlarını itirməmişlər. Hazırda başqa yaşayış yerləri yoxdur. Onlar hazırda qeydiyyatda olduqları evdə yaşadıqları və başqa yaşayış yerləri olmadığı üçün mülkiyyətçilər tərəfindən məhkəmə qaydasında onlara kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməlidir. Lakin işin bu hallarını nəzərə almamış birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Prosessual məsələlər Üçüncü şəxslər X14 və X11 məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdilər ki, 1985-ci ildə babalarına məxsus həyət evinin yerləşdiyi torpaq sahəsindən ataları üçün ayrıca ev tikilməsi məqsədilə torpaq sahəsi ayrılmışdır. 1999-cu ildə babaları, 2011-ci ildə nənələri rəhmətə getmişdir. 1985-ci ildə torpaq sah əsi ayrılsa da ataları özünə məxsus evi sonradan tikmiş və 2007-ci ildə 17A ünvanında yerləşən həmin evə dair atalarının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Lakin onlar 17 ünvanında yerləşən hazırkı mübahisəli baba evində yaşamışlar. 2023-cü ildə ataları rəhmətə getmişdir. Hal-hazırda 17 ünvanında yerləşən hazırkı mübahisəli evdə əmiləri Elxan Orucəliyev yaşayır. Tahir Orucəliyev 2012-ci ildə ailə qurub anasına məxsus olan ünvan 1 ünvanına köçmüşdür və hazırda həmin ünvanda yaşayır. Bahar Orucəliyeva isə 2015-ci ildə əmisi Elxan Orucəliyev 17 ünvanında yerləşən hazırkı mübahisəli evə köçəndən sonra atasının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evə köçmüşdür və hazırda həmin evdə yaşayır. Onlar hesab edirlər ki, 17 ünvanında yerləşən hazırkı mübahisəli evdən qeydiyyatdan çıxarı lmalarının müqabilində onlara kompensasiya verilməlidir. İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, o, evin 5/6 hissəsinin mülkiyyətçisi olaraq hesab edir ki, evdə yaşamayan üçüncü şəxslər qeydiyyatdan çıxarılmalıdır. Belə ki, nənəsi Nübar Orucəliyeva sağlığında baba torpaqları olan mülkü övladları arasında bölmüş, torpaq sahəsinin bir hissəsini üçüncü şəxslərin atası olan əmisi Eldar Orucəliyevə hədiyyə etmişdir. Eldar Orucəliyev həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir. 1984-cü il təvəllüdlü olan İddiaçı1 hələ uşaq yaşlarından əmisinin evinin mövcud olduğunu xatırlayır. Sadəcə olaraq əmisi Eldar Orucəliyevə məxsus ev daşınmaz əmlakın dövlət reyestrində vaxtında qeydiyyata alınmadığı üçün o, öz ailəsi olan üçüncü şəxslərlə birlikdə İddiaçı1 atasına məxsus olan evə qeydiyyata düşmüşdür. Hazırda evin mülkiyyətçisi kimi İddiaçı1 hesab edir ki, üçüncü şəxslər qeydiyyatdan çıxarılmalıdır. Çünki onların yaşamadıqları evdə qeydiyyatda olmaları formal xarakter daşıyır və mülkiyyətçi kimi gələcəkdə iddiaçı tərəfin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. İddiaçı2 məhkəmə iclaslarında iştirak etməmiş və xx.xx.2024-cü il tarixdə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və bu halın üzrlü sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan məhkəmə kollegiyasına məktub ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qeyd edilən halla rın işin baxılmasına mane olmadığını nəzərə alan məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdeh orqanın nümayəndəsinin və İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi 5/6 hissədə İddiaçı1 və 1/6 hissədə İddiaçı2 adına qeydiyyata alınmışdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən 0,0311 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 56,33 m2 olan fərdi yaşayış evinin 1/6 hissəsi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı2, 5/6 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Naxçıvan şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-43-6/2-O45xx/xx/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, X7 və X5 Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə olunur. İşdə olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məhkəmə sorğusuna vermiş olduğu xx.xx.2023-cü il tarixli, 04/941 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvan ında 440 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 146,20 m2 olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi və Naxçıvan şəhər 2-ci dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4/Ə-01-58 nömrəli bağışlama müqaviləsi əsasında X9 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində X14 və X5 adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, X2 şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən şəxsi evinin həyətyanı torpaq sahəsindən 440 kv.m torpaq sahəsini oğlu X12 bağışlamışdır. Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X9 tiki ntiyə sahiblik hüququnun tanınması tələbinə dair ərizəsinin təmin edilməsi, X4 adına olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, 17 nömrəli həyətdə X16 tərəfindən tikilmiş, ölçüləri 6 x 4, 1 metr, 6 x 3,4 metr, 8,5 x 3,4 metr olan üç otaqdan, ölçüsü 10 x 2,1 metr olan mətbəxtdən, ölçüsü 6,4 x 3,6 metr olan aynabənddən, ölçüləri 4,5 x 2,6 metr və 4,5 x 2,8 metr olan iki əl damından, ölçüsü 4,5 x 2,1 metr olan hamamdan ibarət yaşayış evi üzərində sahiblik hüququnun tanınması, qətnamənin icrasının Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunması qət edilmişdir. 31 avqust 2007-ci il tarixli, 13157 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınmış və onun adına texniki pasport tərtib edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqavil əsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alın ması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat h aqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Üçüncü şəxslərin verdiyi izahatlardan müəyyən edilən və iddiaçılar tərəfindən mübahisə doğurmayan işin halları ondan ibarətdir ki, üçüncü şəxslər İddiaçı1 əmisinin övladları, digər İddiaçı2 isə onların bibisidir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə sorğusuna cavab olaraq 04 iyun 2024-cü il tarixli, 04/448 nömrəli müşayiət məktubu ilə təqdim etdiyi mübahisəli evin iddiaçıların adına dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən müəyyən olmuşdur ki, Naxçıvan şəhəri, 20 Yanvar küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi ilkin olaraq iş üzrə tərəflərin babaları X10 ilə nənələri X8 birgə nikah dövründə əldə edilməklə onlara məxsus olmuşdur. İman Orucəliyevin 1999-cu ildə vəfatından sonra onun payı Naxçıvan şəhər birinci dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında vərəsəlik qaydasında arvadı Nübar Orucəliyevanın mülkiyyətinə keçməklə sonuncu, evin yeganə mülkiyyətçi si olmuşdur. Nübar Orucəliyeva xx.xx.2007-ci il tarixdə evin yerləşdiyi torpaq sahəsinin 440 kv.m hissəsini oğlu (iş üzrə üçüncü şəxslərin atası) Eldar Orucəliyevə bağışlamışdır. Fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsi isə vərəsəlik qaydasında oğlu (iş üzrə İddiaçı1 atası, İddiaçı2 qardaşı) X13 və qızı İddiaçı2 paylı mülkiyyətinə keçmişdir. Elşad Orucəliyevin vəfatından sonra isə onun 5/6 hissədə payı vərəsəlik qaydasında İddiaçı1 keçmişdir. Hazırda Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən 0,0311 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 56,33 m2 olan fərdi yaşayış evinin 1/6 hissəsi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı2, 5/6 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına paylı m ülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin işin faktiki hallarından görünür ki, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin qonşuluğunda 17A saylı başqa fərdi yaşayış evi də mövcuddur ki, həmin evin yerləşdiyi 440 m2 torpaq sahəsini üçüncü şəxslərin atası Eldar Orucəliyevə sonuncunun anası Nübar Orucəliyeva xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsi əsasında bağışlamışdır. Torpaq sahəsi bağışlanmazdan əvvəl sözügedən fərdi yaşayış evi Eldar Orucəliyev tərəfindən inşa edilmiş və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə həmin yaşayış evi üzərində onun sahiblik hüququ tanınmışdır. ünvan 3 ünvanında 440 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 146,20 m2 olan fərdi yaşayış evi daşınmaz ə mlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi və Naxçıvan şəhəri 2-ci dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4/Ə-01-58 nömrəli bağışlama müqaviləsi əsasında X9 adına qeydiyyata alınmışdır. Üçüncü şəxs X11 birinci instansiya məhkəməsində verdiyi izahatında Naxçıvan şəhəri, 20 Yanvar küçəsində yerləşən 17 saylı evin onun baba evi olduğunu, 2016-cı ilə kimi baba evində, 2016-cı ildən sonra həmin həyətdə tikilən atasına məxsus evdə yaşadığını, babasına və nənəsinə atasının və özlərinin baxdığını, ona görə də həmin evdən öz paylarını istədiyini bildirmişdir. Daha sonra o, izahatında ünvan 2 ünvanında yaşadığını, babasının digər övladlarına, eləcə də atasına həmin həyətdən torpaq sahələri pay verdiyini bildirmişdir. Üçüncü şəxs X14 isə öz izahatında 2012-ci ilə kimi baba evində yaşadığını, 2012-ci ildə evləndikdən sonra anasına məxsus olan ünvan 1 ünvanında yerləşən evdə yaşadığını bildirmişdir. Göründüyü kimi X14 2012-ci ildən, X11 isə 2016-cı ildən Naxçıvan şəhəri, 20 Yanvar küçəsində yerləşən 17 saylı evi tərk etmişlər və X1 şəhəri, 20 Yanvar küçəsi, 17A ünvanında, X14 isə ünvan 4ömrəli mənzildə valideynlərinə məxsus ayrı-ayrı ünvanlarda yerləşən mənzillərdə yaşayırlar. Üçüncü şəxslərin apellyasiya şikayətlərində irəli sürdüyü dəlillər, yəni Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yaşamaları, həmin evlə bağlılıqlarının olması iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin aparılmış məhkəmə araşdırması nəticəsində üçüncü şəxslərin sözügedən fərdi yaşayış evinə istifadə və ya digər əmlak hüququ müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin sözügedən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata düşmüş olması onların uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq məqsədi daşıyan bir vasitədir və heç bir halda onların sözügedən fərdi yaşayış evindən istifadə hüququnun olması anlamına gəlmir. Beləliklə, sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçılar üçüncü şəxslərin sözügedən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İşin faktiki və hüquqi hallarını n əzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X7 və X5 apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 21(122)-113/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gü ndən 1 (bir) ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-64/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-64/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver