Məhkəmə qərarları › İş №2-1(108)-66/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-66/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-66/2023 19.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "onun ədliyyə orqanlarında hər hansı işlə təmin olunmağı və ona dəymiş 150000 (yüz əlli min) manat maddi, 100000 (bir yüz min manat) mənəvi zərərin kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(122)-822/2023 nömrəli q ərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa olunması və buraxılmış müddət ərzində kompensasiyanın (dəymiş maddi və mənəvi zərərin) ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli iddia tələbinin yenidən dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Naxçıvan MR Ədliyyə Nazirinin 28 mart 2012-ci il tarixli 63-k saylı əmrinin ləğv edilməsi, onun yenidən ədliyyə orqanlarında işə bərpa olunması, müvafiq işlə təmin olunması və ona dəymiş 150000 (yüz əlli min) manat maddi, 100000 (bir yüz min) manat mənəvi zərərin kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli iddia tələbinin yenidən dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Ədliyyə orqanlarında onun müvafiq işlə təmin olunması və ona dəymiş 150000 (yüz əlli min) manat maddi, 100000 (bir yüz min) manat mənəvi zərərin kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli iddia tələbinin yenidən dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun ədliyyə orqanlarında hər hansı işlə təmin olunması və ona dəymiş 150000 (yüz əlli min) manat maddi, 100000 (bir yüz min) manat mənəvi zərərin kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş v ə onun tələbinə həmin çərçivədə baxılaraq Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(122)-822/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 16 noyabr 2023-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (122) 822/2023 qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi (hakim Elnur Hüseynov) onun tərəfindən Cavabdehnə qarşı qaldırmış olduğu Naxçıvan MR Ədliyyə Nazirliyi orqanlarında hər hansı işlə təmin olunmağı, ona dəymiş 150.000 (yüz əlli min) manat maddi, 100.000 (bir yüz min) manat mənəvi zərərin kompensasiya olaraq ödənilməsi öhdəliliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxaraq mübahisənin məhkəmə baxışını mümkünsüz saymışdır. Hakim qərardadı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin onun notarius vəzifəsindən azad olmağına dair xx.xx.2012-ci il tarixli 63K saylı əmri nə qədər ki ləğv olunmamışdır onun qaldırmış olduğu tələbə baxmaq mümkün deyildir. Qərardad aşağıda qeyd olunan səbəbə görə qanunsuz və əsassızdır. Əmrdə onun sərəncamda olmağı barədə qeydiyyat olmasa da, ədliyyə orqanlarında hər hansı bir işlə təmin olunmağından imtina olunmamışdır. Bu öz əksini yuxarıda qeyd olunan əmr də tapmışdır. Onun ədliyyə orqanlarından hər hansı bir işlə təmin olunmağı məsələsinə imtina verilmədiyi üçün həmin əmrin ləğv olunub olunmaması mübahisənin predmetinə təsiri yoxdur və məhkəmə mübahisəsinin mümkünsüz hesab edilməsi üçün əsas sayıla bilməz.Qərardad qanunla müəyyən olunmuş qaydada əsaslandırılmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(122)-822/2023 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(122)822/2023 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya tərəfləri n izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İnzibati işin materiallarına əlavə edilmiş; Naxçıvan MR Ədliyyə Nazirinin 28 mart 2012-ci il tarixli,63-k nömrəli əmrindən çıxarışın surətindən aydın olur ki,Naxçıvan şəhər birinci dövlət notariat kontorunun dövlət notariusu,ədliyyə müşaviri İddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Naxçıvan MR Ədliyyə Nazirliyinə ünvanlandığı 19 may 2023-cü il tarixli ərizəsindən aydın olur ki, iddiaçı cavabdeh inzibati orqandan pozulmuş hüquqlarının bərpa edilməsinə yardım edilməsini, onun yenidən ədliyyə orqanlarında qulluğa bərpa edilməsini və dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Ədliyyə Nazirinin İddiaçı ünvanladığı məktubda göstərilmişdir ki, “qeyd etdiyiniz dövrdə dövlət notariat ofislərində (kontorlarında) aparılan yoxlamalar zamanı sizin iş fəaliyyətinizdə ciddi nöqsan və qanun pozuntularının olduğu müəyyən edlmişdir. Bununla bağlı yazdığınız izahatınızda da xidməti vəzifələrinizi yerinə yetirərkən nöqsanlara yol verdiyinizi etiraf etmisiniz. Bütün bunların nəticəsində qanunla müəyyən olunmuş əsas vəzifələri pozduğunuza və fəaliyyətinizdə digər ciddi nöqsanlara yol verdiyinizə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq Siz ədliyyə na zirinin xx.xx.2012-ci il tarixli, 63-K nömrəli əmri ilə Naxçıvan şəhər birinci dövlət notariat kontorunun dövlət notariusu vəzifəsindən azad edilmisiniz. Adıçəkilən əmrdə Sizin sərəncamda olmağınız haqqında hər hansı bir qeyd yoxdur.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlam alıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Kollegiya bildirir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhk əmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Yuxarıda qeyd edilən iddianın mümkünlük şərtlərinin yoxlanılması baxımından kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə idd ia tələbi iddiaçının ədliyyə orqanlarında hər hansı işlə təmin olunmasına yönəlsə də, həmin tələb iddiaçının vəzifədən azad olunması barədə Naxçıvan MR Ədliyyə Nazirliyinin 28 mart 2012-ci il tarixli, 63-k saylı əmrindən irəli gələn tələbdir (həmin inzibati akt mübahisələndirilməmişdir). Belə ki, iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçı həmin əmrlə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.7 və 31.1.8-ci maddələrinə əsasən ədliyyə orqanlarından xaric edilmədiyini, əmrdə onun sərəncamda saxlanılması öz əksini tapmasa da hüquqi cəhətdən ədliyyə orqanının işçisi sayıldığını göstərərək həmin Qanunun 15.1-ci maddəsinin tələbinə görə onun 3 ay, ən çoxu 6 ay müddətində ədliyyə orqanlarında müvafiq işlə təmin edilməli olmasını mübahisələndirir və bu səbəbdən cavabdeh tərəfindən ona maddi və mənəvi zərərin kompensasiya olaraq ödənilməsini tələb edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin "İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş d igər şərtlər mütləq ödənilmiş olmalıdır. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblə rə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçı qeyd olunan inzibati akt barədə məlumatlı olmasına və məlumatlı olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq, həmin inzibati aktın qəbulu nəticəsində cavabdeh tərəfindən ədliyyə orqanlarında müvafiq işlə təmin olunmalı olmasını qanunla müəyyən edilmiş 30 gün müddətdə mübahisələndirməmiş və müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzə rdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya göstərilənlərə hüquqi qiymət verərək belə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən birinci instansiya məhkəməsi tərəfindən iddia düzgün olaraq mümkün sayılmamışdır. İddiada irəli sürülən maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələblərinə münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki,həmin tələblər müb ahisənin həllindən asılı olduğundan və iddia mümkün sayılmadığına görə həmin tələblərlə bağlı hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymət ləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmişdir. Qeyd edilənlərə əsasən kollegiy a hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(122)-822/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Cavabdehnə qarşı "onun ədliyyə orqanlarında hər hansı işlə təmin olunması və ona dəymiş 150000 (yüz əlli min) manat maddi, 100000 (bir yüz min manat) mənəvi zərərin kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2-1(122)-822/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 21(122)-822/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar