Məhkəmə qərarları › İş №2-1(108)-66/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-66/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-66/2024 24.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X8 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X4 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi tələbi”nə dair inziba ti iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(122)-451/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Dövlət Gömrük Komitəsində işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11174/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11174/2023 saylı iş adiyyatı üzrə baxıl ması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 21(122)-1596/2023 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil 29 noyabr 2023-cü il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi”. Naxçıvan Muxtar Respublik ası İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 21(122)-451/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 21(122)-451/2024 nömrəli qərardadından narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı v əkili və nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı Dövlət Gömrük Komitəsində işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11174/2023 nömrəli qərardadı ilə “işə bərpa” tələbləri barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11174/2023 saylı iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbləri aşağıdakı variantda icraata qəbul edilmişdir. Belə ki, iddiaya “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əs as olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi” tələbi çərçivəsində baxılmışdır. X13 Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi təmin edilməmiş, tələb mümkünsüz hesab edilmişdir. Qeyd edir ki, bu tamamən əsassız bir qərardaddır, belə ki, məhkəmə qərardadı qəbul edərkən sübut kimi təqdim etdikləri İddiaçı qanunsuz olaraq işdən çıxarılmasını təsdiqləyən sənədlərə heç bir hüquqi qiymət verilməmiş, iddia mümkünsüz hesab edilərək təmin edilməmiş, məhkəmə sübutlara heç bir qiymət vermədən sözügedən qərardadı qəbul etmişdir ki, bu da iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçının vəkili və nümayəndəsi şikayətinin davamında qeyd edir ki, məhkəmə tərəfindən qeyd olunan bərabərlik pirinsipinə əməl edilmədən aktın qəbul olunması onların konstitusion hüquqlarının yenidən pozulması deməkdir. Eyni zamanda məhkəmə faktlara da hüquqi qiymət vermədən işə baxmışdır. İddia ərizələrində də qeyd edildiyi kimi İddiaçı xaricdə olan zaman gözlənilmədən xəstəlik keçirməsi və daha sonra “Covid 19” pandemiyasının yayılması ilə əlaqədar ölkəyə gələ bilməməsi qanunvericilikdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddətin üzürlü olaraq ötürülməsinə səbəb olmuşdur. Məhkəməyə müraciət edən zaman paralel olaraq ötürülmüş müddətin bərpası ilə bağlı ərizə də ünvanladıqlarını, hə mçinin İddiaçı İsveçin Stokholm şəhərində olmasının və xəstəlik keçirməsinin bariz sübutu olan xəstəxana kağızını da işə əlavə etsələr də, məhkəmə tərəfindən yuxarıda qeyd edilən heç bir sübuta və məlumata hüquqi qiymət verməyərək, ötürülmüş müddəti əsassız olaraq bərpa etməmişdir. Bu qədər açıq faktlara rəğmən məhkəmənin qərəzli mövqeyi başa düşülən deyil. Odur ki, məhkəmə qərardadının əsassız və qanunsuz olduğunu hesab etdiklərini bildirimişdir. Sonda göstərilən xüsusatlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(122)-451/2024 saylı qərardadının tam ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitu siyasının 25-ci madəsinin İ bəndi, 127-ci maddəsinin İİ bəndi və 129-cu madəsinin İİİ bəndinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(122)-451/2024 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi nümayəndəsi Vəkil şikayəti müdafiə edərək izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(122)-451/2024 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etdi. Şifahi mə hkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsi X11 şikayətin təmin edilməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(122)-451/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlə r üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya tərəflərin izahatlarını dinləyib inzibati işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öh dəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub- olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtl ərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmal ıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan Naxçıvan Muxtar Res publikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/226Ş nömrəli əmrin surətindən aydın olur ki, X6 Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli tərəfindən həmin tarixdən etibarən X7 Gömrük İdarəsinin Hüquqpozmalara qarşı mübarizə bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı Əliyev X10 Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-cu il tarixli, 1010/226Ş nömrəli əmri ilə vəzifədən azad olunduqdan sonra, yəni qanunla müəyyən olunmuş müddət daxilində iddia qaldırmaq şərtinə əməl etməməklə ötən 5 ildən artıq müddət ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət et məmiş və müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən inzibati akt 30 noyabr 2018-ci il tarixdə qəbul edilsə də, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İnzinbati işin araşdırılması zamanı müəyyən olunur ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə iddia verildiyindən birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmə t edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2- 411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktl arın və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı iş” üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-551/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 aprel 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Kollegiya qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunverici likdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konst itusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılm ış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (əmrin) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həm in Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, bi rinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İ spaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını də yişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(122)-274/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(122)-451/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 21(122)-451/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməs inin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar