Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-67/2024 05.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Mehman Dünyamalı oğlu və X3 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respubllikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2-1(1N)-108/2024 nömrəli qərarından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə şif ahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respubllikasının Müdafiə Nazirliyinə qarşı 17 iyul 2023cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 may 2024-cü il tarixli, 21(1N)-108/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 may 2024-cü il tarixli, 21(1N)-108/2024 nömrəli qərarından narazı qalan iddiaçının vəkili-nümayəndəsi Vəki l apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2-1(1N)-108/2024 nömrəli qərarının ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, Müdafiə Nazirliyi həm iddiaçıya göndərdiyi cavab məktubunda, həm də məhkəməyə göndərdiyi etiraz məktubunda iddiaçının xidmət illərini (xx.xx.1992- xx.xx.1996cı illər) olaraq qeyd etmiş, hansı ki, iddiaçı hərbi xidmətə xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissədən başlamış və bu barədə onun hərbi biletində müvafiq qeyd aparılmışdir. Həmin hərbi hissə Naxçıvanda yaradılmı ş özünümüdafiə formatlı hərbi birləşmə olmuş və sırf döyüşərək torpaqlarımızı qorumaq üçün yaradılmışdır. Bu barədə iddiaçının hərbi biletində qeydiyyat aparılsa da, Müdafiə Nazirliyinin ya bundan xəbəri yoxdur, ya da qəsdən bunu göstərmək istəməmişlər. Nazirliyin iddiaçının hərbi hissələri özbaşına tərk etməsi ilə bağlı məktubda göstərdiyi isə ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsindən imtina olunması üçün bəhanədir. Belə ki, qeyd edildiyi kimi iddiaçı hərbi xidmət keçdiyi müddətdə intizamlı və nümunəvi bir əsgər olaraq sıravi əsgərdən baş çavuş rütbəsinə qədər yüksəlmişdir. Hərbi hissəni dəfələrlə özbaşına tərk etmiş bir əsgər bu etimadlara layiq ola bilməzdi. Onun hərbi hissəni özbaşına tərk etməsi barədə heç bir əsaslı sübut yoxdur və ola da bilməz. Hərbi xidməti başa vurduqdan sonra iddiaçı son xidmət yerindən, yəni N saylı hərbi hissədən verilmiş müsbət xasiyyətnamə ilə X4 işə qəbul olunmuş və sona qədər orada xidmət keçərək təqaüdə çıxmışdır. Hansı ki, məhkəmənin verdiyi sorğuya N saylı hərbi hissədən verilmiş cavaba əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyi ücün qeydiyyatdan çıxarılmış və xx.xx.1996-cı il tarixli N nömrəli əmri ilə hərbi hissəyə qayıtdığı üçün qeydiyyata alınmışdır. Ancaq Müdafiə Nazirliyinin məktubunda qeyd olunub ki, N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı xidmət zamanı (xx.xx.1992xx.xx.1996-cı illər) 770, N və N saylı hərbi hissələri müxtəlif vaxtlarda özbaşına tərk etmişdir. Bir quru mun verdiyi bu iki məktub arasında olan uyğusuzluq onların saxta olmasına, heç bir mənbəyə əsaslanmamasına, sırf müvəkkilinə “müharibə veteranı" adının verilməsindən imtina edilməsi üçün uydurulmuş bəhanə olmasına əsas verir. Onların xahişi ilə əgər o bu hərəkəti etmişsə, buna görə iddiaçının barəsində hansı tədbirin görülməsi barədə məhkəmə tərəfindən verilmiş təkrar sorğuya hərbi hissə rəhbərlliyi tərəfindən verilmiş 24 fevral 2024-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 8 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, xx.xx.1995-ci il tarixli, 89 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N nömrəli hə rbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 55 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, xx.xx.1996-cı il tarixli, 7 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 11 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, xx.xx.1996-cı il tarixli, N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyi üçün qeydiyyatdan çıxarılmış. xx.xx.1996-cı il tarixli, N nömrəli əmri ilə hərbi hissəyə qayıtdığı üçün qeydiyyata alınmış və xx.xx.1996-cı il tarixli, 202 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Yəni, təkrar sorğuya da onun barəsind ə görülmüş tədbir haqqında heç bir cavab verilməmişdir. Bu isə onu sübut edir ki, nə iddiaçı hərbi hissəni özbaşına tərk edib, nə də onun barəsində tədbir görülüb. Necə olur ki, hərbi hissənin əmrlər kitabında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi qeyd olunmuş, lakin barəsində görülmüş tədbir barədə heç nə qeyd olunmamışdır. Azərbaycan Respubllikası DİN-dən alınmış xx.xx.2023 tarixli, 313-121/2Q-952xx/xx-2023 saylı arayışdan onun məhkumluğunun olmaması müəyyən olunur. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi hərbi biletindəki qeydlərlə və xidmət illəri ilə sübut olunur. Apellyasiya şikayətində Azərbaycan Respubllikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin Qeyd hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 12.2, 33, 73-cü maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı və iddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı 04 iyul 2024-cü il tarixdə kollegiyaya teleqram vasitəsilə müraciət edərək xx.xx.2024-cü il t arixdə 2-1(108)-67/2024 saylı iş üçün təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə göndərərək xx.xx.2024-cü il tarixdə, saat 11:00-da 2-1(108)-67/2024 saylı iş üzrə məhkəmə baxışı iclasının təyin olunduğunu, onların üzrlü səbəbdən həmin iclasda iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati məhkəmə icratının iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Pr osessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələbl ər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərarda kı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırki iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inz ibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 12 may 2023-cü il tarixli, 4/3-4466 nömrəli məktubdan məlum olur ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xidmət zamanı (xx.xx.1992-xx.xx.1996-cı il) 770, N və N nömrəli hərbi hissələri müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23 may 2023-cü il tarixli, 3-13121/2Q-952xx/xx-2023 arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxx 1974-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. - H3 seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmişdir. - Azərb aycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə bələdiyyəsi tərəfindən verilmiş 30 may 2023-ci il tarixli, 1832 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda qeydiyyatsız olaraq yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1974-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 17 yanvar 2024-cü il tarixli, 112 nömrəli məktubdan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyi üçün qeydiyyatdan çıxarılmış və xx.xx.1996-cı il tarixli N nömrəli əmri ilə hərbi hissəyə qayıtdığı üçün qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş N fevral 2024-cü il tarixli, 605 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 8 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.1995ci il tarixli, 89 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 55 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.1996-cı il tarixli, 7 nömrəli əmrlə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nö mrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 11 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, xx.xx.1996-cı il tarixli, N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyi üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.1996-cı il tarixli, N nömrəli əmri ilə hərbi hissəyə qayıtdığı üçün qeydiyyata alınmış və xx.xx.1996-cı il tarixli, 202 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçı döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı haqqında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İ İ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Resp ublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə etirazında göstərmişdir ki,şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1.Şəxsin xidmət keçməsi; 2.Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatma sı ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
3. Bunun müvafiq sənədlərdə əks edilməsi. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçı xidmət zamanı (xx.xx.1992-xx.xx.1996-cı il) 217, N və N nömrəli hərbi hissələri müxtəlif vaxtlarda özbaşına tərk etmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə müsbət qərar qəbul edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hə r bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü i l mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya d öyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Kollegiya qeyd edir ki, göstərilən Əsasnaməyə uyğun olaraq şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsi müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri olmaqla şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət k eçməsi yalnız hərbi biletlə deyil, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə də təsdiq edilməlidir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc– müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçıya məxsus hərbi biletdə onun döyüşlərdə iştirakı barədə qeyd aparılmışdırsa da, bu hal arxiv arayışları ilə təsdiqlənmədiyi ndən təkbaşına hər hansı sübut əhəmiyyəti daşıya bilməz. Belə ki, hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün hərbi döyüşlərdə iştirakı sübut edən sənəd hesab edilir. Hazırkı mübahisəyə münasibətdə hərbi biletdəki məlumatları təsdiq edən hərbi hissələrin nizami hissə üzrə Əsasnamə ilə tələb olunan məzmunda əmrləri və ya arxiv arayışları iş üzrə materiallarda mövcud deyildir və iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N fevral 2024-cü il tarixli, 60 5 nömrəli arxiv arayışı ilə İddiaçı döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı haqqında məlumatın olmaması təsdiq edilir. Kollegiya qeyd edir ki, İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinin 7-ci səhifəsində onun xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan-Ermənistan arasında gedən döyüşlərdə iştirak etməsi barədə qeyd olsa da yuxarıda sadalanan normaların tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı təsdiq edən hərbi bilet yalnız şəxsin hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda veteran adının verilməsi üçün əsas sayıla bilər. İşin araşdırılması zamanı belə bir halın olması (hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları) müəyyən edilməmiş, həmçinin iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçının döyüşlərdə iştirakı barədə ona məxsus hərbi biletdə bu barədə qeyd aparılmasına baxmayaraq bu hal hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə olunmuş arxiv arayışında göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 8 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.1995-ci il tarixli, 89 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 55 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, xx.xx.1996-cı il tarixli, 7 nömrəli əmrlə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 11 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, xx.xx.1996-cı il tarixli, N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyi üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.1996-cı il tarixli, N nömrəli əmri ilə hərbi hissəyə qayıtdığı üçün qeydiyyata alınmış və xx.xx.1996-cı il tarixli, 202 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Kollegiya qeyd edir ki, şəxsin hərbi xidmətdə olması onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbu l edilməsini, həm Nizamnamə qaydalarına uyğun hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Kollegiya apellyasiya şikayətində göstərilən “ hərbi hissənin əmrlər kitabında iddiaçının hərbi hissəni özbaşına tərk etməsinin qeyd olunmasına baxmayaraq bununla əlaqədar onun barəsində görülmüş tədbirlər barədə hər hansı qeydin olmaması, onun məhkum olunmaması, bunların iddiaçının hərbi hissəni özbaşına tərk etməsi barədə deyilənlərə şübhə yaratması” barədə dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçının məhkumluğunun olmaması, barəsində hər hansı tədbirin görülməməsi onun hərbi xidmət yerini özbaşına tərk etməsi faktının mövcud olmaması barədə nəticəyə gəlmək üçün əsas sayıla bilməz. İşin araşdırılmış hallarından da göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halların müəyyən edilməsi üçün zəruri olan bütün sübutları toplamış, qanuna və ya digər normativ hüquqi aktlara əsasən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq edilə bilməməsi halı nəzərə alınmaqla işdə olan sübutlara qanunun tələblərinə uyğun hüquqi qiymət vermişdir. Ona görə də kollegiya apellyasiya şikayətində göstərilən digər dəlilləri də əsassız hesab edir. Kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquq larını pozmuş olsun. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona görə də İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Na xçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2-1(1N)-108/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respubllikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2-1(1N)-108/2024 nömrəli qərarından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayət i təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 may 2024-cü il tarixli, 21(1N)-108/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.