Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-67/2025 18.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X10 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 21(122)-641/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı təhsilverənlərin sertifikatlaşdırılması barədə 1-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsində iştirak edən X3 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək təhsilverənlərin sertifikatlaşdırılması barədə 1-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsində iştirak edən X3 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 08 may 2025-ci il tarixl i, 2-1(122)-641/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sultanova (Tağıyeva) Gülüsüm Hidayət qızı 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin "peşə təlimi" ixtisasını bitirmiş, xx.xx.2008-ci il tarixdə Didivar kənd orta məktəbinə “peşə təlimi” ixtisası üzrə müəllim təyin edilmiş, 2016-cı ildə əlavə təhsil olaraq Naxçıvan Dövlət Universitetinin "riyaziyyat və informatika" ixtisasını bitirmişdir. 2021-ci il sertifikatlaşma vaxtı Gülüsüm xanımın riyaziyyat fənninin tədrisi üzrə stajı olmadığı halda, qanunsuz olaraq sertifikatlaşdırmaya göndərilmişdir. Gülüsüm xanım sertifikatlaşdırmada yüksək bal topladığını iddia edərək, əlavə riyazi yyat dərsləri tələb etmişdir. Sertifikatlaşdırmada iştirak etməyən digər müəllimənin riyaziyyat fənni üzrə 5 saat dərsi əvəzləşdirmə edilərək Gülüsüm xanıma verilmişdir. Məktəblərində ümumi riyaziyyat fənni üzrə 60 saat dərs mövcud olmuş və 10 riyaziyyat müəllimi vardır. Hal-hazırda Gülüsüm müəllimə həm informatika üzrə 11 saat, həm də riyaziyyat üzrə 5 saat dərs deyir. Onlar qoşa ixtisas müəllimləri olduqları halda sadəcə riyaziyyat üzrə 10 saat dərslə təmin olunmuşdurlar. Bu məsələ ilə bağlı Naxçıvan MR Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdirlər. Naxçıvan MR Təhsil Nazirliyinin 20 may 2024-cü il tarixli, 2/734 nömrəli məktubunda qeyd edilmişdir ki, Gülüsüm Sultanova "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.3.1-ci bəndinə əsasən "Riyaziyyat və İnformatika müəllimliyi" ixtisası üzrə əlavə təhsil alaraq ali təhsil haqqında diplom əldə etmiş və 10 fevral 2021-ci il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında riyaziyyat fənni üzrə iştirak edərək 53 bal toplamış, bununla da uğurlu nəticə əldə edərək ixtisasına uyğun fənn tədrisinin aparılmasına nail olmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar ümumi əsaslarla apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdirlər. Prosessual məsələlər İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İd diaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, 10 fevral 2021-ci il tarixdə dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin - riyaziyyat müəllimləri üçün keçirilən sertifikatlaşdırılması zamanı qüvvədə olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 110 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq hər hansı ixtisas üzrə təhsilverən müəllimin sertifikatlaşd ırma imtahanında iştirak etməsi üçün faktiki işlədiyi təhsil müəssisəsində 5 il stajının olması kifayət idi, riyaziyyat müəllimləri üçün keçiriləcək sertifikatlaşdırmada digər ixtisas üzrə təvsilverən müəllim də iştirak edə bilərdi, bununla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Həmçinin müəllimlər arasında dərs bölgüsünün aparılması və bölgünün təsdiqi ilə bağlı qərar qəbul etmək nazirliyin deyil, ümumi təhsil müəssisəsində, yəni məktəbdə Pedaqoji Şuranın vəzifəsidir. Cavabdehin nümayəndəsi həmçinin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya insta nsiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərək ətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ər izəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşdə olan iddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Təhsil Nazirliyinin 20 may 2024-cü il tarixli, 2/734 nömrəli məktubda qeyd edilmişdir ki, Gülüsüm Sultanova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.3.1-ci bəndinə əsasən (təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsil haqqında diplom verilir) "Riyaziyyat və İnformatika müəllimliyi" ixtisası üzrə əlavə təhsil alaraq ali təhsil haqqında diplom əldə etmiş və 10 fevral 2021-ci il tarixdə keçirilən sertifikatlaşdırma imtahanında riyaziyyat fənni üzrə iştirak edərək 53 bal toplamış, bununla da uğurlu nəticə əldə edərək ixtisasına uyğun fənn tədrisinin aparılmasına nail olmuşdur. Sertifikatlaşdırmadan keçmiş təhsil verənlərin 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə etməsi və 2022-2023-cü tədris ilində məktəbin riyaziyyat müəllimi Qönçə Həsənovanın sertifikatlaşdırma imtahanlarında uğur qazana bilməməsi nəzərə alınaraq müəllimlər arasında qarşılıqlı razılaşma yolu ilə Qönçə Həsənovanın tədris etdiyi 5 saat riyaziyyat dərsi, sertifıkatlaşdırmada uğur qazanan Gülüsüm Sultanova tərəfindən "Həyat bilgisi" fənni üzrə tədris edilən 5 saat dərs ilə əvəzlənmişdir. İşdə olan iddia ərizəsinə əlavə edilmiş Babək rayon təhsil şöbəsinin 25 aprel 2024cü il tarixli 3/129 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin "peşə təlimi" ixtisasını, 2016-cı ildə əlavə təhsil olaraq Naxçıvan Dövlət Universitetinin "riyaziyyat və informatika" ixtisasını bitirmişdir. xx.xx.2008-ci il tarixdə Didivar kənd orta məktəbinə ixtisası üzrə müəliim təyin olunmuş, 10 fevral 2021-ci il tarixdə riyaziyyat müəllimləri üçün keçirilmiş sertifikasiya imtahanının test mərhələsindən 53 bal toplay araq uğur qazanmışdır. 2022-2023-cü tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi əməkdaşının iştirakı ilə sertifikasiya imtahanında uğur qazana bilməyən məktəbin riyaziyyat müəllimi X4 razılığı ilə 5 (beş) saat riyaziyyat dərsi ondan alınaraq X5 verilmişdir. G.Sultanova həmin fənn üzrə sertifikasiya imtahanında uğur qazandığndan onun hal-hazırda həmin fənn üzrə tədris aparması qanunvericiliyə uyğundur. İşdə olan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 30 aprel 2025-ci il tarixli 3-29-72/2-538/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddianın qaldırılmasında hüquqi marağı nazirlik tərəfindən X7 barəsində sertifikatlaşdırma barədə qəbul edilmiş qərarın ləğv edilməsindən ibarətdir. Məhz bu baxımdan iddia irəli sürülmüş inzibat i aktın qəbulu ilə bağlı icraat üzrə materiallar nazirlik tərəfindən bir daha araşdırılmışdır. Araşdırma zamanı inzibati aktın qəbulu ilə bağlı icraat üzrə materiallardan və arxiv sənədlərindən müəyyən edilmişdir ki, 12 dekabr 2023-cü il tarixədək qüvvədə olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020ci il tarixli, 110 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə Nazirlik və Naxçıvan Muxtar Respublikasının X18 tərəfindən 10 f evral 2021-ci il tarixdə dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin (riyaziyyat müəllimləri üçün) sertifikatlaşdırılması keçirilmişdir. Keçirilmiş sertifikatlaşdırma prosesinin test mərhələsindən 53 (keçid balı 30), müsahibə mərhələsindən isə 32 (keçid balı 20) bal toplayaraq uğur qazandığına görə sertifikatlaşdırma qaydasının əlavəsində nəzərdə tutulmuş formaya uyğun olaraq Nazirlik tərəfindən X5 10 fevral 2021-ci il tarixdə 0415 nömrəli sertifikat təqdim edilmişdir. 01-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş sertifikatlaşdırma prosesində uğurlu nəticə qazanan, “riyaziyyat və informatika” müəllimliyi ixtisasına sahib olan Gülüsüm Sultanova ixtisasına uyğun fənn tədrisinin aparılmasına nail olmuşdur. Babək Rayon Təhsil Şöbəsinin Babək rayon Didivar kənd tam orta məktəb inin müəllimi X7 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin maarif istiqamətinin “peşə təlimi” ixtisasını, 2016-cı ildə əlavə təhsil olaraq Naxçıvan Dövlət Universitetinin “riyaziyyat və informatika” müəllimliyi ixtisasını bitirmişdir. Gülüsüm Sultanova 13 sentyabr 2008-ci il tarixdən Babək rayon Didivar kənd tam orta məktəbində “peşə təlimi” ixtisası üzrə müəllim, 2022-2023-cü tədris ilindən isə həmin məktəbin riyaziyyat və informatika ixtisası üzrə müəllimi kimi fəaliyyət göstərir. X9 Babək rayon Didivar kənd tam orta məktəbində 5 saat riyaziyyat, 23 saat isə informatika dərsi olmaqla, ümumilikdə 28 saat dərs yükü vardır. Həmçinin, Gülüsüm Sultanova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli, 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.3.1-ci yarımbəndinə (təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas və ya yüksək texniki peşə) təhsil haqqında diplom verilir) əsasən “riyaziyyat və informatika” müəllimliyi ixtisası üzrə 2016-cı ildə əlavə təhsil olaraq ali təhsil haqqında sənədə (diplom nömrəsi: A№ 109982) sahib olmuşdur. Göstərilənlərə baxmayaraq, iddiaçılar iddia ərizəsində Nazirlik tərəfindən G.Sultanova barəsində sertifikatlaşdırma ilə bağlı qəbul edilmiş qərarın hüquq normalarına zidd olduğunu, eləcə də həmin qərarın qəb ul edilməsi ilə əlaqədar öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələndiyini qeyd etmişdirlər. Məlum olduğu kimi, hər kəs özünün pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Göründüyü kimi nazirlik tərəfindən X7 barəsində sertifikatlaşdırma ilə bağlı qəbul edilmiş qərar (qanuni əlverişli inzibati akt) digər şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələnə bilməz. Nəticədə iddiaçılar hüquq və qanuni maraqlarına bilavasitə aid olmayan, X7 barəsində Nazirlik tərəfindən sertifikatlaşdırma barədə qəbul etdiyi qərardan (qanuni əlverişli inzibati aktdan) iddia irəli sürmək və özü üçün üstünlük əldə etmək hüququna malik deyillər. İşdə olan Naxçıvan Muxtar Respublikasının X18 tərəfindən dövlət ü mumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması üçün riyaziyyat ixtisası üzrə 14-21 yanvar 2021-ci il tarixlərdə keçirilmiş test mərhələsinin nəticələrinin surətindən görünür ki, Didivar kənd tam orta məktəbinin müəllimi X6 topladığı bal 53 olmuşdur. İşdə olan təhsilverənlərin sertifikatlaşdırmasının müsahibə mərhələsinin yekun protokolunun surətindən görünür ki, təhsilverənlərin sertifikatlaşdırılmasının 01-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsinə buraxılmış və müsahibədə iştirak edən 461 nəfər müəllim müvafiq keçid balını toplayaraq sertifikatla təmin olunmuşdur. Didivar kənd tam orta məktəbinin müəllimi X8 test mərhələsində 53 bal, müsahibə mərhələsində 32 bal, yekunda 85 bal toplamışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 10 fevral 2021-ci il tarixli 0415 nömrəli sertifikatının surətindən görünür ki, X8 10 fevral 2021-ci il tarixində sertifikatlaşdırmadan keçmişdir və ona riyaziyyat ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Sertifikat 10 fevral 2026-cı ilədək etibarlıdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 110 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydasının 1.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məq sədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Həmin qaydaların 4-cü bəndinə əsasən sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin müvafiq yerli bölmələrinə və təhsil müəssisələrinə göndərir. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə bu Qaydanın əlavəsində nəzərdə tutulmuş formaya uyğun sertifikat verilir. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Re spublikasının Əmək Məcəlləsinin 101-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların iddia tələbi subyektiv hüququn olmaması əsası ilə mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçıların hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçılar təhsilverənlərin sertifikatlaşdırılması barədə 1-11 fevral 2021-ci il tarixlərdə keçirilmiş müsahibə mərhələsində iştirak edən X3 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə araşdırması və iddia tələbinin məzmunundan məlum olur ki, iddiaçılar X3 müvafiq prosedurlardan ke çərək qazandığı hüququn (imtahan nəticəsinin) ləğv edilməsini məhkəmədən xahiş etsələr də, həmin şəxs barəsində sertifikatlaşdırma nəticəsinin onların hüquqlarını və qanunla qorunan maraqlarını hansı qaydada pozduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçılar öz pozulmuş hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi ilə bağlı deyil, başqa şəxsə verilmiş hüququn ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdırlar. Yuxarıda adı çəkilən Plenum qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İş materiallarından aydın olur ki, keçirilmiş sertifikatlaşdırma prosesinin test mərhələsindən 53 (keçid ba lı 30), müsahibə mərhələsindən isə 32 (keçid balı 20) bal toplayaraq uğur qazandığına görə sertifikatlaşdırma qaydasının əlavəsində nəzərdə tutulmuş formaya uyğun olaraq Nazirlik tərəfindən X5 10 fevral 2021-ci il tarixdə 0415 nömrəli sertifikat təqdim edilmişdir. Belə olan halda iddiaçıların dərs saatlarının azalmasını əsas gətirməsi X2 sertifikatlaşdırma prosesindən qanunla müəyyən edilmiş qaydada əldə etdiyi sertifikatlaşdırmanın nəticələrinin ləğv edilməsi ilə bağlı hazırkı iddianın mümkün sayılması üçün yetərli əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları yoxdur. İddiaçılar hazırda X3 barəsində sertifikatlaşdırma nəticəsinin ləğv edilməsini istəsələr də, onlar əsasən məktəbdə dərs bölgüsünün aparılmasında n narazıdırlar. X1 mərhələsindən keçməsi iddiaçıların heç bir hüququnu pozmur. İddiaçılar ümumi təhsil müəssisəsində, yəni məktəbdə dərs bölgüsündən narazıdırlarsa məktəbdə bunu mübahisələndirə bilərlər. Bu işçi ilə işəgötürən arasında olan əmək mübahisəsidir. İşəgötürənin hərəkətlərindən narazı olduqları təqdirdə mülki məhkəmə icraatı qaydasında müvafiq ümumu məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət edə bilərlər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdir ilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 21(122)-641/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-67/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-67/2025
18.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver