Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-68/2024 28.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X6 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı "İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 02/783Ç/X saylı qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələ bi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(122)-854/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 02/783Ç/X saylı qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyini n üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 21(122)-854/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı "İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 02/783Ç/X saylı qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 21(122)-854/2024 nömrəli qərardadından narazı qalan İddiaçı vəkili və nümayəndəs i Vəkil apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslandıraraq qeyd etmişdir ki, vəkili və nümayəndəsi olduğu İddiaçı uzun müddət Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinə rəhbərlik etmişdir. Rəhbərlik etdiyi uzun müddət ərzində öz işinə, vəzifəsinə vicdanla yanaşmış, Muxtar Respublikanın abadlaşdırlıması, yenidən qurulması üçün var gücü ilə çalışmış, əlindən gələni əsirgəməmişdir. Həmçinin onu da qeyd edir ki, müvafiq idarənin muxtar respublikada gördüyü işlər də göz qabağındadır. Lakin sonradan (məlum olmayan səbəblərdən) o vaxtkı rəhbərliyin vaxtında nümayən dəsi olduğu şəxsi əsassız yerə ittiham edərək barəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (mənimsəmə və israf etmə-külli miqdarda törədildikdə) ilə cinayət işi başlanılmış və bu cinayət işi o vaxt həmin şöbədə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyən Teymur Vəliyevin icraatına verilmişdir. Həmin maddə ilə iddiaçıya ittiham elan edilərək 17 iyun 2022-ci il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(078)-20/2022 saylı qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sonradan 07 oktyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası prokuroru tərəfindən ibtidai istintaq müddəti 3 ay 16 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Eyni zamanda barəsində s eçilmiş həbs qətimkan tədbirinin müddəti də (həbs müddəti də) Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə 3 ay 17 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Daha sonra Naxçıvan Şəhər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 4(078)-28/2022 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalından dərhal azad olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi şikayətinin davamında qeyd edir ki İddiaçı məcbur qalaraq ona elan edilmiş saxta ittihamı saxta olduğunu bilə-bilə qəbul etmiş (ona edilən çox ciddi hədə qorxu və təzyiqlər altında) və 05 noyabr 2022-ci il tarixdə 202500 (iki yüz iki min beş yüz) AZN pulu Naxçıvan MR Prokurorluğunun depozit hesabına köçürmüş və bundan sonra zərərçəkmiş şəxsl ə barışmağı, cinayət nəticəsində dövlətə vurduğu 135000 (yüz otuz beş min) AZN, həmçinin cinayət məsuliyyətindən azad olmağı üçün qanunla müəyyən olunmuş vurulmuş ziyanın 50%, yəni 67500 (altmış yeddi min beş yüz) manat, ümumilikdə 202500 (iki yüz iki min beş yüz) AZN pulu ödədiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 73-1.3-cü və CPM-nin 40.2-ci maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilmişdir (bəraətverici əsaslar olmadan) və buna dair 11 noyabr 2022-ci il tarixli, 19 saylı qərar qəbul edilmişdir. Eyni zamanda ev dustaqlığı qətimkan tədbiri də ləğv edilməklə cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd edir ki, nümayəndəsi olduğu şəxs ona elan edilmiş ittihamın saxta və əsasız olduğunu bildiyini, lakin həmin dövrün rəhbərliyi ilə heç bir halda hüquqi mübarizəni apara bilmədiyini və ona açıq-aşkar hədə qorxular olunduğunu, iddiaçı da bunun sifarişlə olduğunu, özünü müdafiə imkanlarının bunun qarşısını ala bilməyəciyini başa düşdüyünü, bu səbəbdən də yuxarıda qeyd edilən məbləği ödəyərək, ərizə yazaraq barəsində cinayət təqibinə bəraətverici əsaslardan olmadan xitam verilməsini xahiş etmişdir. Təkrar olaraq qeyd edir ki, o dövrdə Naxçıvan Muxtar Respublikası Maliyyə Naziri vəzifəsində işləyən, hal-hazırda Azərbaycan Respublikası Dövlət Təhülkəsizlik Xidmətinin Baş İstintaq İdarəsində barəsində cinayət işi davam etdirilən və həbsdə olan X7 birbaşa göstərişi və rəhbərliyi ilə onun haqqında bu cür saxta ittihamlar tərtib edilmiş, cinayət işi başlanılmış, o əsassız olaraq bir neçə ay həbsdə saxlanılmış və son nəticədə guya onun dövlətə vurduğu ziyan müəyyən edilərək ona məcburi qaydada ödətdirilərək barəsində olan cinayət işinə xitam verilmişdir. İddiaçı vəkili və nümayəndəsi şikayətinin davamında qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyində baş verən dəyişikliklərdən sonra iddiaçı öz pozulmuş hüquqlarının bərpası üçün yenidən müraciət etmək qərarına gəlmişdir. Təbii ki, Muxtar Respublikada baş verən siyasi dəyişikliklər, yaxşı mənada hər sahədə hər şeyin yaxşılıqlara doğru getməsi, insanların artıq əvvəlki rəhbərlik dövründə pozulmuş hüquqlarının bərpası üçün müraciət etməyə başlaması, yeni rəhbərliyin buna açıq-aşkar hüquqi zəmin yaratması onu da yenidən ərizə ilə müraciət etməyə sövq etdi. O, 18 avqust 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Prokurorluğuna ərizə ilə müraciət edərək əsassız olaraq ittiham ol unduğunu, heç bir dövlət vəsaiti və əmlakını mənimsəmədiyini, sübutlar olmadığı halda əsassız olaraq həbs olunduğunu, əsassız yerə yuxarıda qeyd edilən məbləği ödəməyə məcbur olunduğunu bildirərək barəsində olan istintaqın təzələnərək yenidən istintaq aparılmasını, dövlət büdcəsinə əsassız olaraq ödədiyi 202500 (iki yüz iki min beş yüz) AZN pul vəsaitinin ona qaytarılmasını və barəsində aparılmış cinayət işinin yenidən istintaq olunmaqla bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Bununla bağlı nümayəndəsi olduğu şəxsin ərizəsi nəzərə alınmış, 21 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, ədliyyə müşaviri Amil Rəhimov tərəfindən ********* nömrəli cinayət işinə xitam verilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərar ləğv edilərək iş üzrə ic raat təzələnmişdir. Bundan sonra iş üzrə icraatın təzələnərək yenidən istintaq aparılmışdır. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, əvvəlki istintaq dövründə iş üzrə əhəmiyyət kəsb edən bir sıra xüsusatlar araşdırılmadan müvafiq qərar qəbul edilmişdir. Belə ki, təzələnmiş istintaq zamanı əlavə şahidlər dindirilmiş, müvafiq sorğular verilərək alınmış cavablar cinayət işinin materillarına əlavə olunmuşdur. Həmçinin istintaq zamanı müəyyən olunmuşdur ki, 13 iyun 2022-ci il tarixdə keçirilmiş Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətinin 20172019-cu illər ərzində yoxlama prosesi ilə bağlı Nazirliyin sabiq maliyyə naziri tərəfindən imzalanmış 14 iyun 2022-ci il tarixli məktubun əlavəsi Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində mövcud deyil dir, arayış Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən hazırlanmamışdır və xx.xx.2022-ci il tarixli arayışın əsası üçün yoxlama tədbiri həyata keçirilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, o dövrdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlama qeyri-qanuni olmuş, müvafiq qanunverciliyin tələbləri gözlənilmədən aparılmışdır. Belə ki, istintaq zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ləğv edilmiş Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsində guya aparılmış yoxlamanın nəticələrinə dair 13 iyun 2022-ci il tarixli arayışda bəzi məcburi rekvizitlərin və digər zəruri məlumatların öz əksini tapmadığı müəyyən olunmuşdur. Belə ki, qeyd olunan arayışın tərtib olunduğu yer, nəzarət obyektinin ad ı, nəzarət tədbirinin metodu, mövzusu və əhatə etdiyi dövr, aparılmasının əsası, başlanması tarixi, icrası müddəti, nəzarət tədbirini yerinə yetirən qrupun tərkibi və rəhbəri, nəzarət tədbirinə səlahiyyət verən vəsiqə barədə məlumatlar, maliyyə və təsərrüfat fəaliyyətinə məsul olan nəzarət obyektinin vəzifəli şəxsləri barədə məlumatlar göstərilməmiş, eyni zamanda tərtib olunan arayış heç kim tərəfindən imzalanmamışdır. Bu da həmin yoxlamanın saxta olduğunu və nümayəndəsi olduğu şəxsin barəsində aparılmış istintaqın saxta və qanunsuz olduğunu bir daha sübut etmişdir. Həmçinin aparılmış yeni istintaq zamanı xx.xx.2022-ci il tarixli arayışda (yoxlama barədə arayış) qeyd olunan məlumatlar yoxlanılmış, lakin qeyd olunan məlumatları (guya mənimsəməyə əsas verən məlumatlar) təsdiq edən mötəbər sübutlar əldə edilməmişdir. Nəticə etibarı ilə nümayəndəsi olduğu şəxsin ərizəsi nəzərə alınmaqla müvafiq qərar ləğv edilmiş, qeyd olunan cinayət işinin istintaqı təzələnmiş və məlum olmuşdur ki, barəsində verilmiş bəraətverici əsaslar olmadan xitam qərarı düzgün verilməmişdir. Bunun nəticəsində yeindən istintaq olunmuş ********* nömrəli cinayət işinə 01 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən bəraətverici əsaslarla xitam verilmişdir (əməldə cinayət tərkibi olmadığından). Həmçinin müvafiq qərarın 2-ci bəndi ilə nümayəndəsi olduğu şəxs İddiaçı vurulmuş ziyanı tələb etmək hüququ tanınmış, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş maddi ziyan, yəni 202500 (iki yüz iki min beş yüz) AZN pul vəsaitinin onun Azər baycan Respublikası Beynəlxalq Bank ASC-nin Naxçıvan filalındakı AZ75İBAZ******************** nömrəli hesab köçürülməsi Cavabdeh tərəfindən təmin edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan qərar qanuni qüvvəsini almışdır. Belə ki Cavabdeh qeyd edilən qərardan Naxçıvan Şəhər Məhkəməsinə şikayət vermiş, məhkəmənin işə baxması nəticəsində şikayət əsaslı hesab edilməmiş və təmin olunmamışdır. Buna dair Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli, 6(078)3/2023 saylı qərar qəbul etmişdir ki, bu qərardan da apellyasiya şikayəti verilməmişdir. Bundan sonra bir neçə dəfə ərizə ilə yazılı sürətdə Cavabdehnə qeyd edilən qərarın icrası ilə bağlı müraciət edilsə də, bunların heç bir nəticəsi olmamışdır. Hər dəfə nümayəndəsi olduğu şəxsə müxtəlif bəhanələr gətirilmiş, qanuni qüvvəyə minmiş, dövlətin adından çıxarılan qərarın araşdırıldığı qeyd edilmişdir. Hətta bununla bağlı yazılı sürətdə Naxçıvan MR Prokurorluğuna da müraciət olunmuşdur. Nəticə etibarı ilə Cavabdeh istintaqın müvafiq qərarı ilə ona həvalə edilmiş öhdəliyini icra etmir və nümayəndəsi olduğu şəxsin də hüquqları bərpa olunmur. O da son nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili və nümayəndəsi şikayətinin davamında qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanununa istinad etməklə mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olduğunu əsas gətirərək iddianı mümkün saymamışdır. Məhkəmənin əsaslandırması ilə qəti şəkildə razılaşmadıqlarını, belə ki, məhkəmə qeyd edilən maddi hüquq normasını düzgün tətbiq etməm işdir. İstintaq orqanı İddiaçı barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verən zaman müvafiq qərarın 2-ci bəndində istintaq orqanının səhvi nəticəsində vurulmuş ziyan olan maddi vəsaitin (ziyanın) məhz İddiaçı müvafiq bankdakı hesabına ödənilməsinin təmin edilməsini məhz Cavabdehnə həvalə etmişdir. Bu da təsadüfi deyildir ki, iddiaçı barəsində ilk olaraq istintaq orqanı tərəfindən bəraətverici əsaslar olmadan xitam qərarında (vurulmuş ziyanın ödənilməsi şərtilə) İddiaçı məhz qeyd edilən məbləği Naxçıvan MR Prokurorluğunun depozit hesabına köçürmüş, prokurorluq isə ödəniş tapşırığı əsasında həmin məbləği məhz Cavabdeh hesabına, yəni dövlət büdcəsinə köçürmüşdür (şikayətə ödəniş tapşırığı barədə sənəd əlavə olunur). Sadalanan xüsusatlara görə hazırki iddianın cavabdehi kimi d ə Cavabdeh həmin istintaq orqanının səhvi nəticəsində vurulmuş ziyanı iddiaçıya ödəməlidir. Cinayət təqibi üzrə cinayət prosessual fəaliyyət nəticəsində qəbul edilmiş qərarların mübahisəsindən gedir ki, məhz bu qərarlar ümumi məhkəmələrdə mübahisələndirilir. İddiaçı isə barəsində çıxarılmış olan bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə qərarı mübahisələndirmir. İddiaçı bu qərarla razıdır, lakin qərarın 2-ci bəndində qeyd olunan həvalə edilmiş bəndin müvafiq inzibati orqandan icrasını tələb edir. Halbuki qeyd edilən qərarla Cavabdeh razılaşmamış, həmin qərardadın ümumi məhkəməyə Naxçıvan Şəhər Məhkəməsinə şikayət vermiş, lakin şikayət təmin edilməmişdir. Yəni qeyd edilən qərar ümumi olaraq, mahiyyət etibarı ilə mübahsiələndirmir ki, işə baxan inzibati məhkəmə o zaman haqlı ola bilərdi ki, məhz bu qərar Naxçıvan MR İnzibati Məhkəməsində mübahisləndirilsin. Yəni qərarla razılaş iddiaçı sadəcə qərarla müəyyən olunmuş öhdəliyin icarsını müvafiq inzibati orqandan tələb edir. Məhkəmənin tətbiq etdiyi plenum qərarının da düzgün olaraq tətbiq etmədiyini hesab etdiklərini, burada söhbətin məhz güman oluna ziyanın hansı hüquq münaisbəti nətciəsində vurulmasından söhbət getdiyini lakin onu nəzərə almaq lazımdır ki, istintaq orqanı məhz ziyanın vurulmasını öz qərarı ilə təsdiqlədiyini və onun depozitinə ödənilməsi ilə rarılaşdığını, sonradan həmin məbləğin məhz dövlət büdcəsinə ödənilməsi üçün ödəniş tapşırığı əsasında Cavabdehnə ödənildiyini qeyd etmişdir. Hazır ki mübahisənin ödənilməyən və vurulan ziyandan söhbət getdiyini, hansı ki istintaq orqanının səhvi nə ticəsində şəxsə ziyan vurulmuş, məhz o zaman ziyanın tələb edilməsi mahiyyət etibarı ilə ümumi məhkəmə qaydasında mülki mühakimə icraatı qaydasında tələb ediləcəkdir. Yəni birinci instansiya məhkəməsi tərəfindən istinad olunan plenum qərarı məhz bu halı nəzərdə tutmuşdur. Hazırki mübahisə də isə məsələ tamamilə başqa hüquqi vəziyyətdədir. Yəni istintaq orqanı barəsində cinayət işi aparmış şəxsin barəsində olan istintaqı yenidən təzələmiş, bu barədə qərar qəbul etmiş, cinayət işi istintaq olunaraq yenidən araşdırılmış və son nəticədə İddiaçı barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilmiş, istinta qorqanının səhvi nəticəsində ziyan vurulması müəyyən olunaraq qərarla təsdiq olunmuş, məhz həmin ziyanın ödənilməsi Cavabdehnə həvalə edilmişdir. Yəni artıq istintaq orqanı səhvi etiraf etmiş, hansı ki, ödəniş tapşırığı ilə Cavabdehnə köçürülmüş həmin vəsaitin yenidən qaytarılması məhz Maliyyə Nazirliyinə həvalə edilmişdir. Yəni ziyanın qaytarılmasının mümkün olduğunu, lakin təmin etməli orqan isə bunu təmin etmədiyini, bununla da inzibati hüquq münaisbətləri yaranmış olur ki, bu iddia tələbinə də məhz inzibati məhkəmədə baxılmalıdır. Yəni Cavabdeh üzərinə düşən öhdəliyi, qanuni qüvvəyə minmiş istintaq orqanının qərarını icra etməkdən boyun qaçırır. Yəni hesab edirlər ki, iddia mümkün sayılmalıdır. Məhkəmə vəzifəsinə görə iddiaçıya yardım etməli, ona düzgün olan iddianı qaldırmağa, müvafiq sənədləri toplamağa kömək etməldir. Məhkəmənin öz qərardadında plenum qərarına istinad edərək iddiaçıya “yardım etdiyi”, yəni bu vəzifəsini icra etdiyini qeyd etməsidir. Halbuki məhkəmə heç bir hüquqi yardım göstərməmişdir. Əgər məktub göndərilməsini məhkəmə “yardım” kimi qiymətləndirirsə, bu məsələyə hüquqi qiymət verilməsini hörmətli kollegiyanın öhdəsinə buraxdıqlarını bildirmişdir. Halbuki 15 dəqiqə məhkəmə prosesi keçirilmiş, tərəf olaraq fikrimiz ifadə edilmişdir. Cavabdeh orqanın nümayəndəsi isə bu işdə cavabdehlik daşımadıqlarını bildirmiş, halbuki apellyasiya instansiyasına təqdim edilən sənədlərdə həmin vəsaitin prokurorluğun depozit hesabından Cavabdeh hesabına köçürüldüyü öz təsdiqini tapır. Yəni məhkəmə nəticə etibarı ilə heç bir hüquqi yardım etmək vəzifəsini icra etməmişdir. Hesab edirlər ki, iddia mümkün iddiadır, belə ki, cavabdeh orqan məhz Cavabdehdir, iddiaçı subyektiv hüquqa malikdir, cavabdeh həmin iddiaya cavab verən inzibati orqandır. Son da göstərilən xüsusatlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin olunmasını, Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)854/2024 saylı qərardadının ləğv olunmasını, İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icra olunması tələbi” nə dair iddianın mümkün sayılmaqla inzibati iddia üzrə işə mahiyyəti üzrə baxılması üçün işin Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununa, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aiddiyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum 4 saylı qərarına, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarlarına istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(122)-854/2024 nömrəli qərardadının ləğv edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətin təmin edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(122)-854/2024 nömrəli qərardadının ləğv olunmasını kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cav abdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(122)-854/2024 nömrəli qərardadının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalar ı tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya tərəflərin izahatlarını dinləyib inzibati işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərin dən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslıl ığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında ”Azərbaycan Respublikasının Qanununun: 3.2.1-ci maddəsinə əsasən inzibati icraat haqqında qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən cinayət prosesi ni həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci mad dəsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir ki, “iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçı tərəfindən ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilib-edilməməsi yoxlanılmalıdır”. Kollegiya qeyd edir ki, iddianın mümkün sayılmasının ilkin şərtlərindən biri tərəflərdən birinin inzibati orqan olması və tərəflər arasındakı münasibətin publik hüquqdan irəli gələn münasibətlər olmasıdır. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq düzgün nəticəyə gələrək iddianı mümkün hesab etməmişdir. “İnzibati və mülki hüquq münas ibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının: 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 7.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-c i maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. 15.1-ci bəndinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci ma ddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya yuxarıda göstərilən ləri əsas götürərək qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 02/783Ç/X saylı qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb mülki-hüquqi tələb olmaqla qanunvericiliyin tələbinə əsasən inzibati mübahisə hesab edilmədiyinə görə müvafiq mübahisə ilə əlaqədar iddiaçıya mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı "İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası X1 çıxardığı və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 02/783Ç/X saylı qərarının 2-ci bəndinin (cinayət işi üzrə icraata bəraətverici əsaslarlarla xitam verilməsi barədə qərar) icra olunması və həmin bəndə dair qanunauyğun hərəkətlər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(122)-854/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 21(122)-854/2024 nömrəli qərardadı dəyişdirilmədən sa xlanılsın. İddiaçı mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-68/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-68/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver