Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-69/2024 09.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 21(122)-120/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı ona 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 23 aprel 2024-cü il tarixli, 2-1(122)-120/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci ildə doğulmuşdur. 1981-ci ildən 1982-ci ilədək peşə məktəbində təhsil almışdır. xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək tikiş fabrikində, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək “Türkcan” müştərək müəssisəsində fəhlə vəzifəsində, 2000-ci ilən 2004-cü ilədək duz mədəni icarə sexində, 2006-2012-ci illərdə isə Bəstəkarlar Təşkilatında işləmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın 11 iyul 2023-cü il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlərin olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı, eləcə də 2006-cı ildən sonra X1 MR Təşkilatında işlədiyi barədə məlumatlar X5 Sistemində öz əksini tapmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və azı 20 il ümumi iş stajına malik olmadığından ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdə (əmək kitabçası və güzəştli arayış) iddiaçının adı Firuzə olaraq qeyd edilmişdir. Həmçinin iddiaçının iş yeri barədə təqdim etdiyi arayışlarda onun işlədiyi vəzifələr sadalanmış, lakin onun çalışmış olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Siyahısının hansı koduna uyğun olması öz əksini tapmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinə uyğun izahat verərək həmçinin bildirdi ki, Naxçıvan Filiz İdarəsində yeraltı mədəndə deyil, yeyinti duzu istehsal edilən yerüstü sexdə fəhlə işləmiş, əmək funksiyaları mədəndən çıxarılan duzun qırılaraq paketlərə yığılmasından ibarət olmuşdur. Sözügedən sənədlər ona məxsusdur, lakin sənədlərdə adı düzgün qeyd edilməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsini n qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətən daşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə p ensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilin i həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərd ə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı xx.xx.2006-cı il tarixədək stajı nəzərə alınmaqla ona 52 yaşından, yəni 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadın sığortaolunanın xx.xx.2006-cı il tarixədək azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, 52 yaşına çatdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin apellyasiya şikayətinin əsasını iddiaçının tələb olunan 20 il ümumi iş stajına malik olmaması, əmək haqqı arayışlarında, əmr kitablarında uyğunsuzluğun olması, əmək haqqı cədvəllərində adına rast gəlinməməsi, əmək haqqı almaması, iddiaçının təqdim etdiyi arayışlarda onun işlədiyi vəzifələr sadalansa da çalışmış olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Siyahısının hansı koduna uyğun olmasının öz əksini tapmaması, iddiaçının təqdim etdiyi sənədlərdə adının Firuzə olaraq qeyd edilməsi, Azərbaycan Respublikası X1 MR Təşkilatında makinaçı-stenoqraf vəzifəsində işləməsi faktının X5 Sistemində öz əksini tapmaması təşkil etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işdə olan iddiaçının stajını təsdiq edən sənədlərdə göstərilən adın iddiaçının şəxsi yyətini təsdiq edən sənəddə göstərilən adı ilə uyğun gəlməməsi halını aydınlaşdırmamışdır. İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, iddiaçının adı İddiaçıdır. Lakin iddiaçının stajını təsdiq edən təqdim etdiyi əmək kitabçasında, diplomunda, arxiv arayışlarında, arxivdə olan əmr kitablarında adı “Pürüzə” deyil “Firuzə” qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təqdim etdiyi sənədlərin ona məxsus olmasını sübut etməli və bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası hüquqi yardım göstərsə də iddiaçı bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədi, sözügedən sənədlərin ona məxsus olduğunu, lakin sənədlərdə adının düzgün qeyd edilmədiyini bildirdi. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 305.1.1, 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə ümumi məhkəmələr (şəhər və ya rayon məhkəmələri) tərəfindən xüsusi icraat qaydasında baxılır. Göründüyü kimi, qanunvericilik belə halların aradan qaldırılmasının xüsusi prosedur qaydasını müəyyən etmişdir ki, inzibati mühakimə icraatı qaydasında iddiaçının adının düzgün qeyd edilmədiyini bildirdiyi həmin sənədlərin iddiaçıya məxsus olması faktının müəyyən edilməsi qanuni hesab edilə bilməz. Qeyd edilən faktlar qanunauyğun şəkildə müəyyən edilmədən isə həmin sübutlar hazırkı mübahisəyə aid sübutlar hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. İşə baxmış birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına əhəmiyyət verməmiş, həmin halları araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı işlərə baxılarkən iddiaçının ilkin olaraq işlədiyi istehsalat, istehsalatın xüsusiyyətləri müəyyən edilməli, daha sonra isə peşə, vəzifə və vəzifənin xüsusiyyətləri müəyyən edilməlidir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Naxçıvan Filiz İdarəsində yeraltı mədəndə deyil, yeyinti duzu istehsal edilən yerüstü sexdə fəhlə işləmiş, əmək funksiyaları mədəndən çıxarılan duzun qırılaraq paketlərə yığılmasından ibarət olmuşdur. İddiaçının işlədiyi istehsalatın və yerinə yetirdiyi işin nədən ibarət olması halını ətraflı araşdırmadan birinci instansiya məhkəməsi iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın
1. Dağ-mədən işləri bəndində 2010100a-18627 kodu üzrə “çeşidləyicilər” və ya 2010100a-14829 kodu üzrə “tayvuranlar” peşələrinə uyğun olduğu qənaətinə gəlmişdir. Lakin yuxarıda qeyd edilən sənədlərin, o cümlədən iddiaçının çalışdığını bildirdiyi Naxçıvan Filiz İdarəsinin kitablarında olan sənədlərin iddiaçıya məxsus olması faktı müəyyən edilmədən, işin bu halının apellyasiya qaydasında araşdırılmasına məhkəmə kollegiyası tərəfindən zərurət görülməmişdir. Beləliklə, aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(122)-120/2024 nömrəli qərarı ləğv edilməli, iddiaçının cavabdehə qarşı ona 52 yaşından, yəni 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 21(122)-120/2024 nömrəl i qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı ona 52 yaşından, yəni 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.