Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-7/2022 28.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdeh təşkilat Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ondan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunması və tutulmuş pulun ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)-188/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ondan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunması və tutulmuş pulun ona qaytarılması vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)-188/2021 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin olunmaması, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ondan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunması və tutulmuş pulun ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiasının mümkün sayılmaması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 24 dekabr 2021-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: Hesab edir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)-188/2021 nömrəli qərardadı qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd edilən qərardadda yazılmışdır ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda belə, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 (altı) ay müddətinə şikayət verilə bilər. Bildirir ki, Naxçıvan İnzibati Məhkəməsinin yuxarıda qeyd edilən qərardadında buraxılmış müddətin bərpası barədə yazılan 6 (altı) ay müddət inzibati aktdan yuxarı inzibati orqana inzibati şikayət verilməsinə şamil edilir. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 72.1-ci maddəsinin tələbinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.4-cü maddəsinin tələbinə əsasən bu fəslin qanunvericiliyin tələbin dən göründüyü kimi inzibati aktdan üzrlü səbəblərə görə vaxtında şikayət verilmədikdə 6 (altı) ay ərzində müddətin bərpası barədə yalnız inzibati şikayət verilə bilər. İddiaçı isə buraxılmış prosessual müddətin məhkəmə qaydasında bərpa edilməsi barədə Naxçıvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsində qeyd edilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar ist isna olmaqla, müddətin buraxılmasından 1 (bir) il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə çatdırır ki, 2052 (iki min əlli iki) manat pulun tutulması haqqında N nömrəli hərbi hissə komandirinin 03.09.2020-ci il tarixli, 0111 nömrəli əmri ona qısa müddət sonra təqdim edilmişdir və iddiaçı həmin əmrdən 1 (bir) il keçmədən, yəni 31.08.2021-ci il tarixdə Naxçıvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bildirir ki "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinin tələbinə görə inzibati aktın rekvizitlərindən biri də həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqınd a məlumatın əks olunmasıdır. 2052 (iki min əlli iki) manat pulun tutulması haqqında N nömrəli hərbi hissə komandirinin 03.09.2020-ci il tarixli, 0111 nömrəli əmri iddiaçıya təqdim edilən zaman mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat verilməmişdir, həmçinin bu barədə əmrdə yazılı qeyd öz əksini tapmamışdır. Bu məsələ ilə əlaqədar Naxçıvan İnzibatı Məhkəməsi tərəfindən N nömrəli hərbi hissəyə sorğu göndərilsə də həmin sorğuya cavab verilməmişdir. Göründüyü kimi iddiaçı inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) il keçmədən prosessual müddətin bərpası barədə inzibati məhkəməyə müraciət etmişdir. Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır, İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəzərə çatdırır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021ci il tar ixli, 2-1(122)-188/2021 nömrəli qərardadı iddiaçıya rəsmi qaydada 17.12.2021-ci il tarixdə təqdim edilmişdir. Beləliklə, qeyd edilənləri, həmçinin həm maddi hüquq normalarının, həm də inzibati prosessual qanunvericiliyin tələblərinin pozulmasını əsas götürərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)-188/2021 nömrəli qərardadı qanunsuzdur və bu səbəbdən apellyasiya qaydasında ləğv edilməlidir. Yuxarıda yazılanları, "İnzabi icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci, 59.1.5-ci maddələrinin, İnzibati Prosessual Məcəlləsinin 24.1-ci, 24.4-cü və 87.6-cı maddələrinin tələblərini əsas tutaraq Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)188/2021 nömrəli qərardadının qanunsu z olduğuna görə apellyasiya qaydasında ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılması nəticəsində N nömrəli hərbi hissə komandirinin 03.09.2020-ci il tarixli, 0111 nömrəli əmrin ləğv edilməsi və iddiaçıdan tutulmuş 2052 (iki min əlli iki) manat pulun ona qaytarılması barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə iddiaçının verdiyi şikayəti müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatlarında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 21(122)-188/2021 nömrəli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılması nəticəsində N nömrəli hərbi hissə komandirinin 03. 09.2020-ci il tarixli, 0111 nömrəli əmrin ləğv edilməsi və iddiaçıdan tutulmuş 2052 (iki min əlli iki) manat pulun iddiaçıya qaytarılması barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Cavabdeh təşkilat Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X4 məhkəmə baxışı iclasındakı izahatında İddiaçı şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 21(122)-188/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə sinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Res publikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, iddiaçının və onun nümayəndəsinin, cavabdeh təşkilatın nümayəndəsinin izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, ş ikayətin dəlillərinə məcmu hala qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğ un olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət e dilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1, 5.2., 6.1, 6.2, 7, 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mü mkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Kollegiya qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanmaqla apellyasiya şikayətinin dəlillərini müzakirə edərək əsassız olması qənaətinə gəlir. Belə ki, kollegiya hesab edir ki, hazırki iş üzrə İddiaçı məhkəmədən ondan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunmasını xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı i nzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 dekabr 2021-ci il tarixli, 4877 nömrəli məktubdan məlum olur ki, ehtiyatda olan baş leytenant İddiaçı Azərbaycan Respublikasının 10 yanvar 1995-ci il tarixli, 947 nömrəli Qanunu ilə təsdiqlənmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 mart 2000-ci il tarixli, 96 nömrəli əmri ilə elan edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən N nömrəli hərbi hissədə xidmət edərkən dövlətə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Müdafiə nazirinin müavini - X5 Ko mandanının 03 sentyabr 2020-ci il tarixli, 0111 nömrəli əmri ilə 05 sentyabr 2020-ci ildə imza etməklə tanış olmuşdur. Həmin şəxsin əmrlə tanış olduqdan sonra nizamnamələrdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququnun olduğu qeyd olunmuşdur. Baş leytenant İddiaçı imza etməklə əmrlə tanış olmuş, lakin əmrdən hər hansı bir şikayət verməmişdir. Kollegiya işin araşdırılmış halları üzrə belə nəticəyə gəlir ki, İddiaçı qeyd olunan əmrdən xəbərdar olmuşdur. Belə ki, həmin əmr özünün də etiraf etdiyi kimi ona elan olunmuş, bu əmrlə ondan 2052 manat pul tutulmuşdur. Lakin iddiaçı mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 1 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü sə bəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə 10 noyabr 2021-ci il tarixdə daxil olmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsində, o cümlədən izahatında əmr elan edilərkən və ya əmrlə tanış olarkən həmin əmrdən hansı qaydada və hansı müddətdə şikayət verəcəyi barədə məlumat verilmədiyini, qanunla müəyyən edilmiş prosessual müddəti təqsiri olmadan buraxdığını bildirmişdir. Qeyd edilənlərə əsasən də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməklə onunla razılaşır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda belə, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Lakin iddiaçı qanunla nəzərdə tutulmuş 6 ay müddəti buraxaraq məhkəməyə 31 avqust 2021-ci il tarixli iddia ərizəsi ilə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edil miş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdi rilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağ lı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azə rbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxıldığından İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmamalıdır. İddia tələbinin qalan, yəni, tutulmuş pulun ona qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması hissəsinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla qeyd edir ki, iddianın bu hissəsinin həlli iddianın birinci, yəni, ondan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020- ci il tarixli əmrinin ləğv olunması hissəsinin nəticəsindən asılı olduğundan iddia tələbi bu hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmə dən iddianı mümkünsüz saymamalıdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki və hüquqi hallarını iddiaçı və iddiaçının nümayəndəsi ilə müzakirə etmiş və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərmişdir. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi İddiaçı cavabdeh A zərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ondan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunması və tutulmuş pulun ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiasının mümkün sayılmaması nəticəsini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri əsassız olduğundan İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)-188/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6 -cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3, 80.1, 87.6, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ondan 2052 manat pulun tutulması haqqında N №-li hərbi hissə komandirinin N №-li, 03 sentyabr 2020-ci il tarixli əmrinin ləğv olunması və tutulmuş pulun ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Res publikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)-188/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(122)-188/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-7/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-7/2022
28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver