Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-7/2025 24.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Əliyev Zamiq Xudaverdi oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndələri X2 və X6 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 21(122)-14/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı 27 oktyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 27 oktyabr 2021-ci il tarixli 09 nömrəli və 16 yanvar 2023-cü il tarixli 01 nömrəli qərarlarının ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cav abdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 21(122)-14/2024 nömrəli qərarı ilə (hakim Elnur Hüseynov) iddianın təmin edilməsi qərara alınmışdır. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən inzibati işə baxmış Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Səxavət Novruzov - məruzəçi, Yusifəli Qurbanov və Sənan Qarayev) 17 may 2024-cü il tarixli, 2-1(108)-49/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(122)-14/2024 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi” hissəsində təmin edilməmiş, “16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi” hissəsində təmin edilərək 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərar ləğv edilmiş, pensiyanın xx.xx.2022-ci il tarixdən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rahib Nəbizadə - məruzəçi, Səyyad Kərimov və Nigar Rəsulbəyova) 04 sentyabr 2024-cü il tarixli, 2-1(102)-2426/2024 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2024-cü il tarixli, 2-1(108)-49/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif iş yerlərində və vəzifələrdə çalışmış, o cümlədən xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Dəmir Yolu yol xidmətinin Mincivan stansiyasının 260 nömrəli yol maşın stansiyasında yol montyoru vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Dəmir Yolu 24 nömrəli Culfa AK-da nişançı vəzifəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarına aqreqat ustası vəzifəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin 10 saylı Ordubad yol distansiyasında stansiya növbətçisi vəzifəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin 10 saylı Ordubad yol distansiyasının Dəstə məntəqəsində yol montyoru vəzifəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Culfa bərpa qatarında kran maşinist köməkçisi vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək PÇ-10 Ordubad yol yatağı briqadasında yol montyoru vəzifəsində işləmişdir. Onun əmək kitabçası əsasında güzəştli iş stajı 15 ildən artıqdır. Lakin cavabdeh qeyd edir ki, iddiaçının xx.xx.2007-ci il tarixdən sonra 2019cu ilədək güzəştli iş stajı hesab edilən işdə işlədiyi dövrdə hər il müəyyən dövrlərdə sosial sığorta ödənişi həyata keçirilməmiş, bunun da səbəbi iddiaçının həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olması olmuşdur. İddiaçı ödənişsiz məzuniyyətdə olduğunu etiraf edir, lakin qeyd edir ki, işlədiyi qalan dövrləri nəzərə alsaq onun güzəştli iş stajı yetərlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunmasıdır. Yəni cavabdeh iddiaçının müraciəti əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edir, daha sonra öz qərarını ləğv edərək, iddiaçının ilkin müraciətini yenidən qiymətləndirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edir. İddiaçı isə c avabdehin qəbul etdiyi qərarları qanunsuz hesab edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri və X5 Sistemi proqram təminatı məlumatları ilə öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının xx.xx.2007-ci il tarixdən sonra 2019-cu ilədək güzəştli iş stajı hesab edilən işdə işlədiyi dövrdə hər il müəyyən dövrlərdə sosial sığorta ödənişi həyata keçirilməmiş, bunun da səbəbi iddiaçının həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olması olmuşdur. Göründüyü kimi güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının güzəştli iş stajı yetərli deyildir. Lakin qeyd edilənləri nəzərə almamış birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndələri X4 və X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə mate rialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia təl əbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ordubad rayonu, Dəstə kəndində doğulmuş, Ordubad rayonu, Dəstə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (8 ay 19 gün) Dəstə kənd sovxozunda fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (1 il 9 gün) Azərbaycan Dəmir Yolu yol xidmətinin Mincivan stansiyası, 260 nömrəli yol maşın stansiyasında yol montyoru, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (14 il 4 ay 7 gün) Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsində sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 10 ay) Azərbaycan Dəmir Yolu Naxçıvan-VOXR hissəsində sürücü, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (1 ay 14 gün) Azərbaycan Dəmir Yolu 24 nömrəli Cuğa AK nişançı, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (6 il 5 ay 1 gün) Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarına aqreqat ustası, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (1 il 6 ay 16 gün) Azərbaycan Dəmir yolu 11 nömrəli Culfa yanğın qatarında aqreqat ustası vəzifələrində işləmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsi tərəfindən Fondun Naxçıvan şəhər şöbəsinə ünvanlanmış 06 mart 2020-ci il tarixli, 04/50 nömrəli məktub unda qeyd edilmişdir ki, vətəndaş İddiaçı hüququ yarandığından yaşa görə pensiya təyin edilməsi üçün şöbəyə müraciət etdiyi bildirilmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Hərbiləşdirilmiş Mühafizə Dəstəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dövlət Dəmiryolu Naxçıvan hissəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 10-cu X1 yol montyoru vəzifəsində işlədiyindən “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” qaydalarına uyğun olaraq 4 nömrəli arayışın hazırlanması üçün məlumatlar təqdim edilmiş və “Sığorta olunanların fərdi uçot məlumatları əsasında” sığorta stajı və pensiya kapitalı barədə 4 nömrəli əlavənin göndərilməsi x ahiş olunmuşdur. İşdə olan "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxs Ordubad rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22 may 2020-ci il tarixli, 36 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən təyin olunmuş əmək pensiyaçısının sığorta stajı barədə məlumatlardan görünür ki, məlumat vərəqində İddiaçı ümumi və güzəştli iş stajı barədə məlumatlar göstərilmiş, o cümlədən məlumat vərəqinin üzərində əlyazma qaydasında “xx.xx.2018 hüquq yaranır, 58 yaş 6 ay” qeydləri aparılmışdır. İşdə olan "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik h üquqi şəxs Ordubad rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 oktyabr 2021-ci il tarixli, 09 nömrəli qərarından görünür ki, (Pensiya işi № 270932) İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 22 may 2020-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi və xüsusi iş stajı olmadığına görə pensiya işi qanunun tələblərinə cavab vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 06 yanvar 2022-ci il tarixli, 01/02 nömrəli məktubund a qeyd edilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xüsusi iş stajı (12 il 6 ay) xx.xx.2018-ci il tarixdə tamam olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdə aparılmalı idi. Həmin vaxt fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum (200 manat) məbləğindən az olduğu üçün ona xx.xx.2020-ci il tarixdən Qanunun 9.1-ci maddəsinə zidd olaraq təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş və ödənişi dayandırılmışdır. İşdə olan "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarından görünür ki, İddiaç ı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan xüsusi əmək stajının yetərli olmaması əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Həmçinin bu qərar iddiaçının şifahi müraciəti əsasında qəbul edilmiş, əvvəllər müraciət etdiyindən əvvəlki pensiya işində (270932) olan sənədlər əsasında qəbul edilmiş və ayrıca pensiya işi açılmamışdır (iş materialları: İİİ cild, vərəq 161-də olan məktub). İşdə olan "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxs tərəfindən məhkəmə sorğusuna verilmiş 04 fevral 2025-ci il tarixli, 3-17-9-1/21077/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosi al Müdafiə Fondunun Ordubad rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22 may 2020-ci il tarixli, 36 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin müddəalarına müvafiq olaraq 01 yanvar 2020-ci il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahısına əsasən 35 il 10 ay 12 gün ümumi, 12 il 6 ay xüsusi iş stajına uyğun güzəştli şərtlərlə yaşa görə 233,20 manat əmək pensiyası təyin edilmişdir. İddiaçı xüsusi iş stajının tamam olduğu 13 avqust 2018-ci il tarixindən əmək pensiyası hüququ yaradılaraq hesablama aparılmışdır. Lakin 13 avqust 2018-ci il tarixdən hüquq yaradılaraq vətəndaşa əmək pensiyası təyin edilməsi barədə qərar mövcud deyildir. Qeyd o lunan hesablama 22 may 2020-ci il tarixli, 36 nömrəli qərarın pensiya təyin edilməsi hissəsində qeyd edilməli olduğu halda, ayrı bir vərəq üzərində hesablama aparılmışdır. Fondun Ordubad rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 oktyabr 2021-ci il tarixli, 09 nömrəli qərarı ilə ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası ləğv edilmişdir. Ləğv edilməsinə səbəb isə vətəndaşın xüsusi iş stajının 12 il 6 aydan az olmasıdır. Fondun Ordubad rayon şöbəsi tərəfindən yalnız daxili araşdırma aparılmış, inzibati icraat aparılmasına dair hər hansı məlumata rast gəlinməmişdir. İşdə olan “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli, 13-1/2-12153/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarix dən xx.xx.2006-cı il tarixədək Ordubad yol distansiyasında işlədiyi yol montyoru peşəsi, eləcə də xx.xx.2007-ci il tarixdən xx.xx.2021- ci il tarixədək Ordubad yol distansiyasında və Ordubad yol sahəsində işlədiyi yol montyoru peşəsi üzrə sosial sığorta əmək stajı 14 il 2 ay 16 gün təşkil edir. İddiaçı dəmir yolunda işlədiyi 260 nömrəli yol maşın stansiyasında yol montyoru, tikinti quraşdırma qatarında sürücü, avtomaşın sürücüsü, Culfa yanğın qatarında avtomobil sürücüsü, Cuğa atıcı komandasında nişançı, Culfa yanğın qatarında aqreqat ustası, Ordubad stansiyasında stansiya növbətçisi, Culfa bərpa qatarında kran maşinisti köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pens iyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı üçün sığorta stajına daxil edilmədiyindən qeyd olunması məqsədəuyğun hesab olunmamışdır. Azərbaycan Dəmir Yolu Ordubad yol distansiyası və “X11” MMC-nin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsi magistral dəmir yolları üzrə xidmət göstərmişdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli, 13-1/2-1023/2025 nömrəli cavab məktubunda aşağıdakı məlumatlar qeyd olunmuşdur: ““X11” MMC-nin sabiq işçisi İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Dəmir Yolu Yol xidmətinin 260 nömrəli Mincivan yol maşın stansiyasında yol montyoru vəzifəsində işləmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabine tinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli, 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun deyildir. Həmin vəzifədə işləyənlər əsasən magistral dəmir yollarında deyil, stansiya ərazisindəki bazada fəaliyyət göstərirlər. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hərbiləşdirilmiş mühafizə dəstəsinin 11 nömrəli Culfa yanğın qatarında işlədiyi avtomobil sürücüsü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli, 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatla rın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud deyildir. 11 nömrəli Culfa yanğın qatarında avtomobil sürücüsü peşəsinin xüsusiyyətləri yalnız avtomobili idarə etməkdən ibarətdir. Onun xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hərbiləşdirilmiş mühafizə dəstəsinin Cuğa atıcı komandasında işlədiyi nişançı vəzifəsində işləyən işçilər mühüm əhəmiyyətli obyektlərin (böyük körpü və tunellərin) mühafizə işi ilə məşğul olurlar. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli, 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud deyildir. İddiaç ı xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hərbiləşdirilmiş mühafizə dəstəsinin 11 nömrəli Culfa yanğın qatarında işlədiyi aqreqat ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli, 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud deyildir. Bu vəzifədə işləyən işçilər baş verə biləcək yanğın hadisələri zamanı çənlərdə olan suyun istiqamətləndirilməsinə xidmət edən aqreqatların idarə olunmasını təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin Ordubad stansiyasında işlədiyi stansiy a növbətçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş siyahısında mövcud deyildir. Belə ki, həmin qatarlarda yalnız dərəcədənkənar və İ dərəcəli stansiya növbətçiləri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na aiddir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin 10 saylı Ordubad yol distansiyasının Dəstə məntəqəsində işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21.4-cü bəndinin 21-ci abzasına (magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları) uyğundur. Həmin peşənin xüsusiyyətləri magistral yollarda təmir-bərpa işlərinin aparılmasıdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin Culfa bərpa qatarında işlədiyi kran maşinisti köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövcud qərarları ilə təsdiq olunmuş siyahıda mövcud deyildir. Belə ki, Culfa bərpa qatarında kran maşinisti köməkçisi vəzifəsində işləyən işçilər baş və stansiya yollarında qəzaya uğramış hərəkət tərkiblərinin iş funksiyasının bərpasını həyata keçirirlər. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin Ordubad yol d istansiyasında yol yatağı briqadasında işlədiyi yol montyoru peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21.4-cü bəndin 21-ci abzasına (magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları) uyğundur. Ordubad yol distansiyasında yol yatağı briqadasında işləyən yol montyorları magistral dəmir yollarında yol yatağının təmirini və bərpasını həyata keçirirlər. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X11” MMC-nin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsinin Dəstə məntəqəsində işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabineti nin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21.4-cü bəndin 21-ci abzasına (magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları) uyğundur. Belə ki, İnfrastruktur İdarəsinin Ordubad yol sahəsinin Dəstə məntəqəsində yol montyorları xidməti ərazidə magistral dəmir yollarının təmiri və bərpasını həyata keçirirlər. İddiaçı sosial sığorta üzrə əmək stajı araşdırılaraq müəyyən edilmişdir ki, onun işlədiyi yol montyoru vəzifəsi üzrə sosial sığorta stajı 14 il 2 ay 16 gün təşkil edir. İddiaçı dəmir yolunda işlədiyi 260 nömrəli yol maşın stansiyasında yol montyoru, tikinti quraşdırma qatarında sü rücü, avtomaşın sürücüsü, Culfa yanğın qatarında avtomobil sürücüsü, Cuğa atıcı komandasında nişançı, Culfa yanğın qatarında aqreqat ustası, Ordubad stansiyasında stansiya növbətçisi, Culfa bərpa qatarında kran maşinisti köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı üçün sosial sığorta stajına daxil edilməsi məqsədəuyğun deyildir.” İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli, 131/2-11179/2024 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) işləmişdir: xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dövlət Dəmir Yolu 10 nömrəli Ordubad yol distansiyasında yol montyoru, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Dövlət Dəmir Yolu 10 nömrəli Ordubad yol distansiyasında yol yatağı briqadasının yol montyoru, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dövlət Dəmir Yolu 10 nömrəli Ordubad yol distansiyasında yol montyoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X11” MMC-nin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsində yol montyoru. İddiaçı işlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajı 14 il 2 ay 16 gün təşkil edir. İşlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21.4-cü bəndin 21-ci abzasına uyğundur. İşdə olan “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli, 13-1/2-3120/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “X11” MMC-nin hazırkı dövrə və İddiaçı görə ödənilməmiş məcburi dövlət sosial sığorta haq qı borcu yoxdur. İşdə olan güzəştli arayışların qismən ziddiyyətli olması, həmçinin iddiaçının bəzi hallarla razılaşmaması nəzərə alınaraq məhkəmə kollegiyası güzəştli iş stajları ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirilməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə yenidən sorğu ilə müraciət etmişdir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli, 13-1/2-3945/2025 nömrəli cavab məktubunda aşağıdakı məlumatlar qeyd olunmuşdur: “İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Dəmir Yolunun Mincivan stansiyasının 260 nömrəli Yol maşın stansiyasında, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dövlət X12 hissəsinin 10 saylı Orduba d yol distansiyasında və xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsində işlədiyi yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21.4-cü bəndin 22-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 20-ci (kod: 23001000-19825) abzaslarında qeyd olunmuş “magistral dəmir yollarının yol montyorları” vəzifəsi ilə uyğunluq təşkil edir. Məlumat üçün bildiririk ki, 260 nömrəli Yol maşın stansiyası, 10 saylı Ordubad yol distansiyası və İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsi magistral dəmir yolları üzrə xidmət göstərmişdir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 15 il 2 ay 25 gün təşkil edir. Bununla yanaşı İddiaçı Azərbaycan Dəmir Yolunda çalışdığı digər vəzifə və peşələr sözügedən normativ aktlarda təsbit olunmamışdır. Qeyd edirik ki, İddiaçı Azərbaycan Dövlət X12 hissəsinin Ordubad stansiyasında xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək stansiya növbətçisi işlədiyi dövrə aid hüquqi sənədlərdə O rdubad stansiyası İV dərəcə stansiya olaraq qeyd edilmişdir. Həmçinin İddiaçı Azərbaycan Dövlət X12 hissəsinin Culfa bərpa qatarında xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi kran maşinisti köməkçisi peşəsində işləyən işçilərin magistral dəmir yollarının baş və stansiya yollarında qəzaya uğramış hərəkət tərkiblərinin iş funksiyasının bərpasını həyata keçirmələri bu peşənin sözügedən normativ aktlarda təsbit olunması üçün əsas hesab edilmir.” Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdeh tərəfindən iddiaçının müraciətinə yenidən baxılaraq inzibati icraat aparılması barədə 01 may 2025-ci il tarixli, 2-1(108)-7/2025 nömrəli qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası qərardadda qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək p ensiyası təyin edilərkən, həmin pensiya hüququ ləğv edilərkən, həmçinin iddiaçının pensiya təyinatı ilə bağlı digər müraciətlərinə baxılarkən cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə tam dolğun əməl edilməmiş, işin faktiki halları aydınlaşdırılmamış, iddiaçıya qanunvericiliyin hansı normasına əsasən pensiya hüququnun yaranması, iddiaçının işlədiyi hansı dövrün güzəştli staj kimi qəbul edilməsi, hansı dövrünün hansı əsaslarla qəbul edilməməsi dam dolğun aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə aşağıdakı məsələlər dəqiq müəyyən edilməklə cavabdeh tərəfindən iddiaçının müraciətinə yenidən baxılaraq inzibati icraat aparılmalı və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməlidir: “1. “Vətəndaşların pen siya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olub-olmadığı müəyyən edilsin.
2. İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olub-olmadığı müəyyən edilsin.
3. İddiaçının 60 yaşının tamam olduğu tarixdə, həmçinin sonrakı tarixlərdə, o cümlədən xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olub-olmadığı müəyyən edilsin.
4. İddiaçının 60 yaşının tamam olduğu tarixdə, həmçinin sonrakı tarixlərdə, o cümlədən xx.xx.2022-ci il tarixədək fərdi hesa bın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi barədə, həmçinin hər bir dövrə münasibətdə açıq hesablanma qaydası göstərilməklə məlumatlar təqdim edilsin.
5. Aparılmış inzibati icraat nəticəsində əvvəllər (yəni əvvəlki pensiya işinə əsasən) iddiaçının 58 yaş 6 ayının və 60 yaşının tamam olduğu tarixlərdə hansı əsaslarla hansı güzəştli staj dövrü nəzərə alınaraq pensiya təyin edildiyi aydınlaşdırılsın. Əgər iddiaçıya həmin tarixlərdə düzgün olmayan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdirsə kimin təqsiri nəticəsində bu halın baş verdiyi aydınlaşdırılsın.
6. İnzibati icraat aparılarkən iddiaçının iştirakı təmin edilsin və bu halı təsdiq edən sübutlar icraat materiallarına əlav ə edilsin.
7. Aparılmış inzibati icraat nəticəsində iddiaçının müraciəti yenidən qiymətləndirilsin.” İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, həmin pensiya hüququ ləğv edilərkən, həmçinin iddiaçının pensiya təyinatı ilə bağlı digər müraciətlərinə baxılarkən cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə tam dolğun əməl edilmədiyindən məhkəmə kollegiyası iddiaçının müraciətinə yenidən baxılaraq inzibati icraat aparılması barədə 01 may 2025-ci il tarixli, 2-1(108)7/2025 nömrəli qərardad qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəmə qərardadı əsasında iddiaçının iştirakı ilə yenidən inzibati icraat aparılmışdır. Yenidən inzibati icraat nəticəsində iddiaçının güzəştli iş stajı olmaması əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiy asının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası pensiya işi və işdə olan digər sübutlar, həmçinin cavabdeh tərəfindən aparılmış yeni inzibati icraat əsasında müəyyən etdi ki, iddiaçıya cavabdehin 22 may 2020-ci il tarixli, 36 nömrəli qərarı ilə 01 yanvar 2020-ci il tarixdən 25 ildən artıq ümumi iş stajının, həmçinin xx.xx.2006-cı il tarixdən sonra 12 il 6 ay xüsusi iş stajı nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin əsas mübahisələndirdiyi odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən onun 12 il 6 ay xüsusi iş stajı olmamışdır. Pensiya işindən və qərardan görünən odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə istinad edilmiş, lakin qanunun 9.1 və ya 9.8-ci m addəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi müəyyən olunmur. Pensiya işindən görünən odur ki, 01 yanvar 2006-cı ildən sonrakı dövr güzəştli iş stajı kimi nəzərə alınmışdır. Həmçinin iş materialları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı müəyyən edilmir. Belə olan halda iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə istinad edilərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya 58 yaş 6 ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmışdır. Hansı normativ əsasında və hansı dövr iş stajı, həmcinin güzəştli iş stajı nəzərə alınmaqla təyin edilməsi pensiya işindən görünmür. Ayrıca bir inzibati akt qəbul edilməmiş və ayrıca bir pensiya işi açılmamışdır. Yalnız ilkin pensiya işində olan ayrıca bir vərəqdə müəyyən qeydlər aparılmışdır. Cavabdeh tərəf qeyd edir ki, iddiaçıya 58 yaş 6 ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixli, 36 nömrəli qərar qəbul edildikdən sonra dərhal hesablanmışdır. Lakin həmin qərarda iddiaçıya 58 yaş 6 ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya hesablanması barədə hər hansı məlumat göstərilməmişdir. 58 yaş 6 ayından, yəni əvvəlki dövrə hesablanmış pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən aylara bölünərək verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikasının Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən iddiaçının 57 yaşında, həmçinin 01 iyul 2017-ci il tarixədək güzəştli iş stajı yetərli olmamış, ona görə də həmin qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdeh 30 aprel 2021-ci il tarixli, 60 saylı əmrinə əsasən (iş materialları: İİİ cild, vərəq 1) müəyyən tarixlər arasında təyin edilmiş pensiyaların yoxlamalarını həyata keçirmişdir. Həmçinin iddiaçıya da təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yoxlanılmış və cavabdehin 27 oktyabr 2021-ci il tarixli, 09 nömrəli qərarı ilə ona xx.xx.2020-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası ləğv edilmişdir. Ləğv edilməsinə səbəb isə iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olması olmuşdur. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun inzibati icraat həyata keçirilmədiyinə görə cavabdehin qərarlarını ləğv etmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunmasıdır. Yəni cavabdeh iddiaçının müraciəti əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edir, daha sonra öz qərarını ləğv edərək, iddiaçının ilkin müraciətini yenidən qiymətləndirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edir. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının güzəştli stajının olmaması, həmçinin hüququnun yarandığı tarixdə fərdi hesabın s ığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı güzəştli iş stajı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Dəmir Yolunun Mincivan stansiyasının 260 nömrəli Yol maşın stansiyasında, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dövlət X12 hissəsinin 10 saylı Ordubad yol distansiyasında və xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsində işlədiyi yol montyoru vəzifəsidir. İddiaçının əmək kitabçası əsasında yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 15 il 2 ay 25 gün təşkil edir. Lakin cavabdeh qeyd edir ki, iddiaçının xx.xx.2007-ci il tarixdən sonra 2019-cu ilədək güzəştli iş stajı hesab edilən işdə işlədiyi dövrdə hər il müəyyən dövrlərdə sosial sığorta ödənişi həyata keçirilməmiş, bunun da səbəbi iddiaçının həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olması olmuşdur. İddiaçı ödənişsiz məzuniyyətdə olduğunu etiraf edir, lakin qeyd edir ki, işlədiyi qalan dövrləri nəzərə alsaq onun güzəştli iş stajı yetərlidir. İddiaçı güzəştli iş stajının yetərli olduğunu qeyd etsədə, bu halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmir. İşdə olan arxiv məlumatları (iş materialları: İ cild, vərəq 151) və iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi məlumatlar (iş materialları: İ cild, vərəq 116-120) əsasında iddiaçının xx.xx.2007-ci il tarixdən sonra 2019-cu ilədək güzəştli iş stajı hesab edilən işdə işlədiyi dövrdə hər il müəyyən dövrlərdə ödənişsiz məzuniyyətdə olması təsdiqini tapır. Həmçinin işdə olan məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatlar, o cümlədən təqdim olunan sonuncu çıxarış (iş materialları: İİİ cild, vərəq 178) əsasında iddiaçının işlədiyi müəssisənin məcburi dövlət sosial sığorta ödənişləri ödəmədiyi ayların iddiaçının ödənişsiz məzuniyyətdə olduğu aylarla eynilik təşkil etdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr güzəştli iş stajına daxil edilməməlidir. Belə ki, iddiaçı həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmamış, əmək haqqı almamış, məcburi dövlət sosial sığorta ödənişləri həyata keçiri lməmişdir. Həmin dövrün nəzərə alınmadığı təqdirdə iddiaçının güzəştli iş stajı kifayət etmir. İddiaçının 60 yaşı tamam olduğu tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və f ərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 60 yaşı tamam olduğu tarixdə onun güzəştli iş stajı yetərli olmamış, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, 530VİQD qeydiyyat nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barəd ə həmin Qanunun 2.1-ci maddəsində (keçid müddəada) qeyd edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Dəyişiklikdən sonra qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən e tdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2022-ci il tarixdə dəyişiklik edilmiş və həmin dəyişiklik 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin dəyişikliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərli pensiya kapitalının olması tələbi aradan qaldırılmışdır. Hazırkı iş üzrə iddiaçı 60 yaş və 58 yaş 6 ayında təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunmasını istəyir. Yəni iddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəmir. Lakin iddiaçının 60 yaş və 58 yaş 6 ayında güzəştli iş stajı yetərli olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İşin mübahisəli halları ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli staj dövrləri ilə bağlı ətraflı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya icraatı çərçivəsində mübahisəli məqamlara aydınlıq gətirilməsi məqsədilə müvafiq sorğular verilmiş və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən məlumatlar və sübutlar əldə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlarla, həmçinin iddiaçının ödənişsiz məzuniyyətdə olması barədə və məcburi dövlət sosial sığo rta ödənişləri barədə məlumatlar əsasında iddiaçının güzəştli iş stajı tam dəqiq hesablanmalı və onun güzəştli iş stajının hansı tarixdə yetərli olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 1 il, 9 gün; xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 21 gün güzəştli iş stajı vardır. xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək güzəştli iş stajı iddiaçının ödənişsiz məzuniyyətdə olması barədə və məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatlar əsasında hər il ayrıca müəyyən edilməlidir. 2007-ci ildə iddiaçı noyabr ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 8 ay, 19 gün güzəştli iş stajı vardır. 2008-ci ildə məcburi dövlət sosial sığorta ö dənişləri əsasında 1 il güzəştli iş stajı vardır. 2009-cu ildə iddiaçı oktyabr ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 11 ay güzəştli iş stajı vardır. 2010-cu ildə iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək və xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 3 ay, 20 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 8 ay, 10 gün güzəştli iş stajı vardır. 2011-ci ildə iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011ci il tarixdən xx.xx.2011-ci il tarixədək 6 ay, 29 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 5 ay, 1 gün güzəştli iş stajı vardır. 2012-ci ildə iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək v ə xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 3 ay, 4 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 7 ay güzəştli iş stajı vardır. 2013-cü ildə iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək və xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 7 ay, 21 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 4 ay, 9 gün güzəştli iş stajı vardır. 2014-cü ildə iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 5 ay, 28 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 6 ay güzəştli iş stajı vardır. 2015-ci ildə iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.x x.2015-ci il tarixədək 5 ay, 2 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 6 ay, 28 gün güzəştli iş stajı vardır. 2016-cı ildə iddiaçı aprel ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 11 ay güzəştli iş stajı vardır. 2017-ci ildə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 1 il güzəştli iş stajı vardır. 2018-ci ildə iddiaçı iyul, avqust, sentyabr aylarında 3 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 9 ay güzəştli iş stajı vardır. 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 2 il güzəştli iş stajı vardır. 2021-ci ildə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 4 ay, 5 gün güzəştli iş stajı vardır. İddiaçının xx.xx.2021ci il t arixə cəmi 11 il, 10 ay, 12 gün güzəştli iş stajı vardır. Beləliklə, iddiaçının nə 60 yaşda (yəni xx.xx.2020-ci il tarixdə), nə də 29 iyun 2022-ci il tarixdə güzəştli iş stajı yetərli deyildir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbində haqlı deyildir. Həmçinin birinci instansiya məhkəməsi də iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(122)-14/2024 nömrəli qərarı ləğv edilməli, İ ddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı 27 oktyabr 2021-ci il tarixli 09 nömrəli və 16 yanvar 2023-cü il tarixli 01 nömrəli qərarlarının ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 21(122)-14/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublika sı Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı 27 oktyabr 2021-ci il tarixli 09 nömrəli və 16 yanvar 2023-cü il tarixli 01 nömrəli qərarlarının ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.