Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-70/2024 19.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X2 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyriyaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş 200000.00 (iki yüz min) manat zərərin cavabdeh tərəfindən ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(122)25/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş 200000.00 (iki yüz min) manat zərərin cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 21(122)-25/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli 2-1-(122)-25/2024 nömrəli qərardadının ləğv edilməsi və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, iş üzrə məhkəmə hazırlıq icraatı zamanı onun tərəfindən 8-9 şahid təqdim edilmiş, həmin şahidlər onun mülkiyyətimdə olan Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) Culfa Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə söküldüyünü, Culfa Rayon İcra Hakimiyyətinin müavini Nazim İmaməliyevin söküntü zamanı işlərə rəhbərlik etdiyini, eləcə də söküntü işlərini icra edən ağır texnikanın xərcini Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qarşılandığını bildirmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş, ona məxsus obyektin söküntüsü zamanı Culfa Rayon İcra Hakimiyyətinin me marlıq və tikinti şöbəsinin baş memarı vəzifəsində işləmiş Davud Ağayev söküntü ilə bağlı natamam ifadələr verərək söküntü zamanı bəzi tikinti materiallarının onun tərəfindən alındığını bildirmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilən qeyd edilən sübut növləri-şahid ifadələri məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Həmçinin Culfa Rayon İcra Hakimiyyətinə qarşı 2019-cu ildə irəli sürdüyü iddia öhdəliyin icrası haqqında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növü olmuşdur. Hazırkı məhkəmə icraatındakı tələbi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində təsbit edilən iddia ( inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə,habelə inzibati orqanların qanunsuz q ərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar) növündən çıxış etməklə irəli sürülmüşdür. 2019-cu ildə Culfa Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbinin predmetini mülkiyyətində olmuş ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyriyaşayış sahəsinin (ticarət obyekti) sökülməsi ilə bağlı Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsi öhdəliyə götürülmüş, lakin ödənilməmiş 22000 manat təşkil etmişdir ki, hazırki məhkəmə icraatında cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələblə eləcə də bu tələbin hüquqi əsası ilə 2019-cu ildə Culfa Rayon İcra Hakimiyyətinə qarşı irəli sürülmüş iddianın növü və predmeti arasında hər hansı eyniləşdirmənin aparılması mümkün deyildir. İddia çı şikayətini hüquqi cəhətdən əsaslandırmaq məqsədilə Azərbaycan Respublikasının Konstitusiyasının 26.2-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci, 85-ci, 87.6 və 87.7.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli yazılı izahatla bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan ümumi sahəsi 984.1 m2 olan qeyri yaşayış sahəsinin (ticarət obyektinin) dövlət ehtiyacları üçün alınması zərurəti yaranmadığından satınalma yolu ilə mülkiyyətçidən alınması barədə heç bir qərar qəbul edilməmiş, İddiaçı məxsus ümumi sahəsi 984.1 m2 olan qeyri yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi haqqında sərəncam verilməmiş, bununla bağlı ona qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilmə mişdir. 2011-ci ildə Culfa şəhərindəki Heydər Əliyev parkının əsaslı təmiri və yenidənqurulması ilə əlaqədar aparılan genişmiqyaslı abadlıq tədbirləri parkın yanında yerləşən İddiaçı məxsus obyektin də şəhərin arxitekturasına uyğun təmir olunması zərurətini yaratmışdır. İddiaçı heç bir kənar təsir olmadan, könüllü olaraq mülkiyyətində olan həmin obyektin 54 kvadratmetrinin əsaslı təmir olunmasını, qalan hissələrinin isə sökülməsini məqsədəmüvafiq hesab etmişdir. İddiaçı Culfa Rayon İcra Hakimiyyəti tərəfindən çəkilmiş xərclərin onun özü tərəfindən ödənilməsi şərtilə özüqaldıran maşın, ekskvator və qaldırıcı kran və digər lazımı texnika ilə təmin olunmuş, ona söküntünün həyata keçirilməsi, yararlı tikinti materiallarının maşınlara yüklənməsi, söküntü qalıqlarının yığışdırılması, həmçinin ob yektin qalan 54 kvadratmer hissəsinin əsaslı təmiri, yeni qapı yerinin açılması və pilləkən meydançasının tikilərək üzlük daşla üzlənməsi üçün köməklik göstərilmişdir. İddiaçı obyektin söküntüsiindən əldə etdiyi tikinti materiallarının bir qismindən istifadə etməklə (mişar daşı, dəmir-beton panel) özünə yeni fərdi yaşayış evi inşa etdirmiş, istifadə etmədiyi artıq qalan tikinti materiallarını isə sataraq əlavə gəlir əldə etmişdir. Belə ki, onun Təbriz küçəsi 11 ünvanındakı zirzəmi qatında yerləşən sahə ilə birlikdə ümumi sahəsi 984,1 kvadratmer olan qeyri yaşayış sahəsinin 930,7 kvadratmerinin özü tərəfindən sökməsi, tikinti materiallarını (mişar daşı, dəmir-beton panel) 8000 (səkkiz min) manat dəyərində qiymətləndirərək satması ilə bağlı alıcı ilə arasında müqavilə bağlanmış və həmin müqa vilə 11 noyabr 2011-ci il tarixdə Culfa Rayon Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçı sözü gedən obyektin yerləşdiyi tikilialtı torpaq sahəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə etməmişdir. Həmin torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları’' kateqoriyasına daxil olan ümumi istifadədə olan torpaq sahəsidir. Ona görə də sökünti işlərindən sonra ərazi müvafiq qurumlar tərəfindən abadlaşdırılmış, ərazidə yaşıllaşdırma tədbirləri həyata keçirilərək şəhər sakinlərinin istifadəsinə verilmişdir. İddiaçı 2019-cu ildə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 984.1 m2 olan qeyri yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı öhdəliyin 22000 (iyirmi iki min manat pulun Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona ödənilm əsi tələbinə dair inzibati mübahisə üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona hər hansı maddi ziyanın vurulması ilə bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. 20 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vurulmuş ziyana görə 22000 (iyirmi iki min) manatın cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddianı mümkün saymamışdır. Ona görə də iddiaçının mülkiyyətində olmuş ümumi sahəsi 984.1 m2 olan qeyri yaşayış sahəsinin (ticarət obyektinin) söküntüsü ilə bağlı ona vurulmuş zərərin müəyyən edilərək cavabdeh tərəfindən ona ödənilməsi tələbi tam əsassızdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 13 may 2024 -cü il tarixli 2-1-(122)-25/2024 nömrəli qərardadının ləğv edilməsi və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli 2-1-(122)-25/2024 nömrəli qərardadının ləğv edilməsi və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh orqan tərəfindən məhkəməyə 4 iyul 2024-cü il tarixli məktub göndərilərək iş qrafikinin sıxlığı ilə əlaqədar olaraq Naxçıvan MR İnzibati Məhkəməsi nin 13 may 2024-cü il tarixli 2-1-(122)-25/2024 nömrəli qərardadından inzibati işə apellyasiya qaydasında baxılarkən məhkəmə prosesində iştirak edə bilməyəcəklərini nəzərə alınmasını məhkəmədən xahiş etmiş, kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıd akıları qeyd edir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(087)-29/2019 nömrəli qərarının təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı məxsus olan Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə sökülməsi, sökülməsi nəticəsində 22000 (iyirmi iki min) manat öhdəliyin cavabdeh inzibati orqan tərəfindən götürülməsi sübuta yetirilmədiyindən İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı öhdəliyin- 22000 (iyirmi iki min) manat pulun Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona öd ənilməsi tələbi”nə dair iddiası təmin edilməmişdir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını apa rmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki,“...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. (8.6-cı bənd). Həmin Qərarın 15.5, 15.6-cı bəndlərində göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləriüçün məcburidir. Qeyd olunan maddədə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İş mat eriallarından aydın olur ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi Culfa Rayon İcra Hakimiyyətinə qarşı 2019-cu ildə irəli sürdüyü iddianın öhdəliyin icrası haqqında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növü olması, hazırkı məhkəmə icraatındakı tələbinin isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində təsbit edilən iddia ( inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə,habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar) növündən çıxış etməklə irəli sürülməsi, 2019-cu ildə Culfa Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbinin predmetini mülkiyyətində olmuş ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyriyaşayış sahəsinin (ticarət obyekti) sökülməsi ilə bağlı Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsi öhdəliyə götürülməsi, lakin ödənilməmiş 22000 manat təşkil etməsi, hazırki məhkəmə icraatında cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələblə, eləcə də bu tələbin hüquqi əsası ilə 2019-cu ildə Culfa Rayon İcra Hakimiyyətinə qarşı irəli sürülmüş iddianın növü və predmeti arasında hər hansı eyniləşdirmənin aparılmasının mümkün olmaması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 may 2019-cu il tarixli, 2-1(087)-29/2019 nömrəli qərarının təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mülkiyyətində olmuş Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı öhdəliyin- 22000 (iyirmi iki min) manat pulun Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin iddiaya iddiaçının, iddiaçının vəkilinin və cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə baxılaraq Naxçıvan Muxtar Respublikası İnzibati İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(087)-29/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Culfa Rayon İcra Hakimiyyətinə qarşı hazırki tələbi “mülkiyyətində olmuş Culfa şəhəri, Təbriz küçəsi 11 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş 200000 (iki yüz min) manat zərərin cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ona ödənilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da, iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda eyni cavabdehə qarşı, eyni əmlakın, yəni mülki yyətində olmuş ümumi sahəsi 984.1 kv.m. olan qeyri-yaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı cavabdeh tərəfindən ona kompensasiyanın ödənilməsinə yönəlmişdir. Kollegiya qeyd edir ki, əvvəllər baxılmış və hazırki iddianın predmeti, əsası və tərəfləri eynidir. İddiaçı hazırkı iddia tələbində hər hansı yeni əsasa da istinad etməmişdir. İddiaçı tərəfindən qeyriyaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş zərərə münasibətdə iddia tələbinin artırılması iddianın predmetini dəyişmir. Bununla əlaqədar “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qə rarında göstərilmişdir ki,... qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar...İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əm lak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqaqayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə ziddolmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında AzərbaycanRespublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq vari sləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. “Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflə r arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.Beləliklə, məhkəmə qərarının preyudisiallığı qa nuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir...Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bi lməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiya qeyd edir ki, mübahisə predmeti barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu Azərbaycan Respublikası MPM-nin 233.3-cü və İPM-nin 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından idd ianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Odur ki, tərəflər arasında mövcud olmuş mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəyə minməsi nəzərə alınaraq hazırki iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisə predmeti ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan və hazırkı iddia tələbində hər hansı yeni əsasa istinad olunmadığından prosessual hüquq normalarının tələblərinə düzgün əməl etməklə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya apellyasiya şikayətində göstərilən “şahid ifadələrinə məhkəmə tərəfindən qiymət verilməməsi” barədə dəlillərə münasibətdə qeyd edir ki,i ddia mümkün sayılmadığından şahid ifadələrinə hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(122)-25/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələbl ərini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 984.1 kv.m. olan qeyriyaşayış sahəsinin (ticarət obyektinin) sökülməsi ilə bağlı ona vurulmuş 200000.00 (iki yüz min) manat zərərin cavabdeh tərəfindən ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(122)25/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 21(122)-25/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsin
Məhkəmə qərarları › İş №2-1(108)-70/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-70/2024
19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver