Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-71/2024 25.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-1(122)-388/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-1(122)-388/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-1(122)-388/2024 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, 23 may 1992-ci il tarixdən 29 iyun 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında Sədərək uğrunda gedən döyüşlərdə şəxsən işt irak etmiş, ona 1999-cu il tarixdə 51916 nömrəli Azərbaycan Respublikası Vətən müharibəsi Veterenlar Birliyi vəsiqəsi verilmişdir və orada onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi göstərilmişdir. 1708 nömrəli vəsiqəsində isə müharibə veteranı kimi bütün güzəşt və imtiyazlardan istifadə etmək hüquqlarına malik olmağı qeyd olunmuşdur. O, “müharibə veteranı” adını və vəsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir, Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası”nın iclasında baxılmış və ona veteran adlarının və vəsiqələrinin verilməsindən imtina edilmişdir. Bununla bağlı o, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Na zirliyinə qarşı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmış, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-1(122)388/2024 nömrəli qərarı üzrə onun iddia tələbi təmin edilməmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi 17 may 2024-cü il tarixli, 2-1(122)-388/2024 nömrəli qərarında onun silahlı qüvvələrdə 23 may 1992-ci il tarixdən 29 iyun 1992-ci il tarixədək yalnız ümumi və qismən səfərbərliyə cəlb olunub hərbi qulluqçu kimi hərbi xidmət keçib sonra da ehtiyata buraxıldığı bildirilmişdir. Halbuki, döyüş əməliyyatlarında iştirak edib vuruşmuşdur. Həmçinin iddiaçı şikayətini hüquqi əsaslandırmaq məqsədilə Azərbay can Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə isnidad edərək onun müharibə veteranı statusu əldə etməyi üçün kimi 2 vəsiqəsinin mövcud olduğunu qeyd etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhk əmə baxışı iclasında 25 iyul 2024-cü il tarixli ərizəsini təqdim edərək apellyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Həmin Məcəllənin 88.3-cü mаddəsinə görə, şikayətin ger i götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və b u qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir İş materiallarından görünür ki, iddiaçının apelyasiya şikayətini geri götürməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı birinci instansiya məhkəməsinin qərarından vermiş olduğu apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikas ı Müdafiə Nazirliyinə qarşı "ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-1(122)-388/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin və apellyasiya icraatına хitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-71/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-71/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver