Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-72/2024 27.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X6 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqu st 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 21(122)-710/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il t arixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 21(122)-710/2024 nömrəli qərardadından narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 08 avqust 2023-cü il tarixli, 51 nömrəli əmr inin etibarsız sayılması, iş yerinə Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmri etibarsız sayılması və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsinə və iş yerinə Sədərək Rayon İcra Hakimi yyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbinə dair iddiası mümkün sayılmaması məzmununda qərardad qəbul edilmişdir. Mümkün sayılamanın əsasını isə məhkəmə iddianın növünün mübahisələndirmə haqqında iddia növünə aid olmaqla mübahisələndirilən əmrin barəsində verilmiş iddianın qanunla müəyyən olunmuş prosessual müddətlər çərçivəsində məhkəməyə təqdim edilməməsini göstərmişdir. Belə ki, məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qərardadı mübahisələndirdiyini, qərardadın əsassız və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul edildiyinə görə ləğv edilməli olduğunu bildirmişdir. Məhkəmənin bu mövqeyinin əsassızlığını və yanaşmanın yanlış olduğunu qeyd edərək bildirimişdir ki, ümumiyyətlə sözü gedən inzibati orqana məxsus əmr xx.xx. 2023-cü ildə qəbul edildikdən sonra inzibati akt olaraq vaxtında tərəfindən mübahisələndirilmiş və xx.xx.2023-cü ildə məhkəmə qaydasında iddia qaldırılmışdır. Həmin iddia birinci icraat üzrə 2-1(122)-1219/2023 nömrəli iş qismində 13 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynovun icraatına qəbul edilmiş və hazırlıq icraatının başlanılmasına dair sərəncam verilmişdir. İlk iddianın məzmununa əsasən Sədərək Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olaraq 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğu nəzərə alınmayaraq Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulması şəraitində 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmr imzalanmış və onunla əmək münasibətlərinə xitam verilmişdir. İlkin iddiaya baxılan zaman məhkəmə hakiminin təklifi və cavabdeh orqanın nümayəndəsinin məhkəmədə müsbət mövqeyi nəzərə alınmaqla tələbinin məhkəmədən kənar təmin ediləcəyinə söz verildiyini və bununla bağlı hakiminin yeni icra başçısı ilə telefon danışığı aparmasını nəzərə alaraq prosesdə ərizə verməklə iddianın və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarıldığını bildirmişdir. Həmin ərizə əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(122)-1219/2023 nömrəli qərardadı qəbul edilmiş və iş üzrə icraata xitam verilməklə qərardadın məzmununda ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etməməsi müəyyən edildiyini, iddiaçının iddiasını yenidən vermək hüququnun saxlanıldığı qeyd olunmuşdur. İddiaçı şikayətinin davamında qeyd etmişdir ki, aradan keçən qı sa müddət ərzində işin məhkəmədən kənar qaydada həll olunmasında heç bir irəliləyiş əldə olunmamış, cavabdeh orqan tərəfindən müsbət addım atılmadığını, bir növü aldadılmış vəziyyətə salındığını, bunu anladığı zaman və hüquqları olduğundan iddianı təkrar verməli olduğunu, bu səbəbdən də iddia xx.xx.2024-cü il tarixdə yenidən verilmiş və ilkin məzmunda göstərilən iddia tələbi irəli sürülmüşdür. iddia ilə əlaqədar üzürlü səbəbdən buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət-ərizə də verilmişdir. İkinci iddianı icraata qəbul edən hakim Hicran Muradov isə qeyri mötəbər əsaslar gətirməklə iddianı mümkünsüz hesab etmişdir. İddiaçı prosessual tələblərlə bağlı qeyd edir ki, iddia müddətini əldən verməmiş, iddia vaxtında verilmiş və barəsində olan əmr prosessual pozuntu olmadan müba hisələndirilmişdir. Yalnız ədalət məhkəməsinin gücünə və nüfuzuna inanaraq iddianı birinci dəfə geri götürmüş və işin sülh yolu ilə həll ediləcəyinə inandığını və mövqeyinin düzgün olması ilə yanaşı prosessual qaydalara və məhkəmə təcrübəsinə uyğun olaraq müddətin bərpasına dair ərizə də verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələblərinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunun mənasına görə məhkəmə müəyyən müddətdə şəxsin prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik törədən istənilən həyati halı üzürlü səbəb hesab edə bilər. Məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddianın müddəti üzürlü səbəblərdən ötürülmüş və məhkəmə həmin müddəti bərpa etməli (müddətin buraxılmamış olmasını müəyyən edir) və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul etməlidir. İddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Üzürlü səbəblər olduqda ötürülmüş iddia müddəti bərpa edilə bilər. Mövcud mübahisəli vəziyyətdə heç bir müddət pozuntusundan söhbət gedə bilməz və işə baxan hakim hüquqi yardımın həyata keçirilməsini təmin etməmiş və iddiaçıya müddətin üzrlü olmasını izah edə biləcək əlavə mövqeyinin ortaya qoyulması işin hallarının təfsir edilməsinə dair vəsatətlərin verilməsinə şərait yaratmaqdan yayınaraq tələm-tələsik qərardad qəbul etmişdir. İddiaçı şikayətinin dava mında bildirmişdir ki, fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. "Mənafe" və "maraq" ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə mürac iət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Bu baxımdan qeyd edir ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Bu əsaslarla da müəyyən olunur ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük ş ərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Mövqeyinin bəsit və anlaşılan olduğunu, inzibati orqanın əmri mübahisələndirildiyini və tutduğu inzibati vəzifəyə bərpa olunmaq istədyini, müvafiq prosessual prosedurlara da tərəfindən riayiət olduğunu, işə baxan hakimin prosesdə deyilənlərin və nümayiş olunan mövqeyin tam əksinə məzmunda qərardad qəbul edərək faktiki əks tərəfin “xəlbirinə su tökən” qərara imza atmışdır. Mövcud mübahisəli işdə də məhkəmə tərəfin təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Sonda göstərilən xüsusatlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 saylı qərardadının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununa, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına, "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına" dair 28 dekabr 2015-ci il tarixli qərarlarına istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şif ahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 saylı qərardadının ləğv edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 şikayətin təmin edilməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərba ycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı mü vafiq müddəaları tətbiq olunur. Kollegiya tərəflərin izahatlarını dinləyib inzibati işin materiallarını araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsə di ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə ria yət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt o nun mümkün hesab edilməsidir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisləndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də c avab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan iddiaçının mübahisələndirdiyi inzibati akt 08 avqust 2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı mübahisələndirdiyi inzibati akt qəbul edildikdən təqribən bir neçə ay sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı ötürülmüş müddətin bərpasına dair ərizəsində, həmçinin məhkəməyə ünvanladığı digər ərizələrdə mübahisəli əmri 05 sentyabr 2023-cü il tarixdə aldığını, 07 sentyabr 2023-cü il tarixdə hüquqlarının müdafiəsi məqsədilə məhkəmədə iddia qaldırdığını, sonradan iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri götürdüyünü, məhkəmənin müvafiq qərardadınd a bu halın onun yenidən məhkəməyə müraciət etmək hüququnun istisna etmədiyini, ona görə də müddəti ötürməsinin üzrlü hesab edilməsini əsas gətirsə də, məhkəmə bu halları müddətin bərpasına əsas verən mötəbər hal kimi qiymətləndirmir. Belə ki, iddiaçı işdən çıxarılması ilə bağlı əmri aldıqdan sonra məhkəmədə iddia qaldırmış, sonradan öz ərizəsi əsasında iş üzrə icraata xitam verilmişdir. Bununla da, iddiaçı bu halın doğuracağı hüquqi nəticələrdən xəbərdar olmuşdur. Sonradan 23 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə müraciət edərək əmri mübahisələndirmiş və müddətin buraxılmasının üzrlü səbəblərdən baş verdiyini əsas gətirsə də bununla bağlı qanunvericilikdə nəzərdə tutulan heç bir mötəbər sübutu kollegiyaya təqdim etməmişdir. İnzinbati işin araşdırılması zamanı mü əyyən olunur ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə iddia verildiyindən birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda in zibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2- 411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı iş” üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədal ətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəy yən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkə məsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın (əmrin) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixl i qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münas ibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Kollegiya həmçinin şikayətdə göstərilən iddianın mahiyyəti ilə bağlı digər dəlillərə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia mümkün sayılmadığından göstərilənlərə hüquqi qiymət verilə bilməz. Azərb aycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r a a l d ı: İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X1 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 21(122)-710/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-72/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-72/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver