Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-73/2025 18.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 21(122)-645/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 22 may 2025-ci il tarixli, 2-1(122)-645/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mübahisəli yanacaqdoldurma məntəqəsini alqı-satqı yolu ilə almışdır. Yanacaqdoldurma məntəqəsinin əldə olunması tam olaraq onun maddi vəsaiti ilə həyata keçirilmişdir. Belə ki, 28 fevral 1997-ci il tarixdə AR Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi ilə aralarında müəssisənin (obyektin) alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Naxçıvan Muxtar Res publikası Dövlət Əmlak Komitəsi Sədərək rayon MTT və MİB-nin yanacaqdoldurma məntəqəsini ona satmış, o da bunun qarşılığında, ümumilikdə 15887080 (on beş milyon səkkiz yük səksən yeddi min səksən) manat ödəmişdir. Daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən ona "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamə verilmişdir. Sədərək rayon MTT və MİB-nin yanacaqdoldurma məntəqəsinin tərkibində yanacaqdoldurma məntəqəsinin binası, 1 ədəd transformator, 5 ədəd metal çən, 2 ədəd benzin kalonka mövcud olmuşdur. Lakin həmin yanacaqdoldurma məntəqəsi hazırda “NP Petrol" ММС tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı “NP Petrol MMC”-yə müraciət etdikdə, həmin yanacaqdoldurma məntəqəsini X5 Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiy yətindən alqı-satqı yolu ilə əldə etdikləri barədə yazılı məlumat vermişlər. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etdikdə məlum olmuşdur ki, onlara məxsus yanacaq doldurma məntəqəsinin altında yerləşən torpaq sahəsi X5 Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə daimi istifadəyə verilmişdir. Belə ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamı ilə Sədərək rayonunda Sədərək-Naxçıvan Magistralının sol tərəfində Sədərək kənd ərazisində 0,66 hektar torpaq sahəsi X5 Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə daimi istifadəyə verilmiş və onlara yanacaqdoldurma məntəqəsinin tikintisi üçün icazə verilmişdir. Sərəncamın özü birbaşa olaraq yalan məlumatlar əsasında qəbul edilmişdir. İşin əsli ondan ibarətdir ki, həmin ərazid ə 1997-ci il tarixdən müəyyən dəyişikliklərə məruz qalsa da bir yanacaqdoldurma məntəqəsi mövcud olmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ümumi əsaslarla apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdeh nümayəndəsi X17 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıya yanacaqdoldurma məntəqəsi ilə əlaqədar 1997-ci ildə şəhadətnamə verilsədə, 1998-ci ildə həmin şəhadətnamə ləğv edilmişdir. Həmin yanacaqdoldurma məntəqəsinin mövcud olması, harada yerləşməsi, iddiaçı tərəfindən istifadə edilməsi, şəhadətnamədə göstərilən yanacaqdoldurma məntəqəsinin hazırda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi ilə eyni məntəqə olması və ya eyni ərazidə yerləşməsi icra hakimiyyəti tərəfindən, eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, həmçinin iddiaçı bununla əlaqədar sübutlar təqdim etməmişdir. İcra hakimiyyətində araşdırma zamanı həmin tarixlərdə və sonrakı dövrlərdə iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin olması, iddiaçı tərəfindən istifadə edilməsi halları müəyyən edilməmişdir. Onun özü uzun müddətdir icra hakimiyyətində işləyir, iddiaçının özünü Sədərək rayon sakini kimi uzun müddətdir tanıyır. Sədərək rayonu əhalisi az olan balaca rayondur və demək olar ki, hamı bir-birini tanıyır. Lakin iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin olması, iddiaçı tərəfindən istifadə edilməsi halına rast gəlinməmişdir. İddiaçının özü uzun müddət Sədərək rayon ərazisində yaşamış və həmin yanacaqdoldurma məntəqəsindən itehlakçı kimi istifadə et mişdir. Lakin bu mübahisəyə qədər iddiaçı həmin yanacaqdoldurma məntəqəsini mübahisələndirməmişdir. Həmçinin Sədərək rayonunda uzun müddətdir ki, yalnız bir mübahisələndirilən yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və h üquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan mar aqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müd dətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşdə olan iddia ərizəsinə əlavə edilmiş xx.xx.1997-ci il tarixli, 472 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamənin surətindən görünür ki, X1 rayon MTT və MİB-nin yanacaqdoldurma məntəqəsini satın almışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamının surətindən görünür ki, Sədərək Rayon Dövlət Notariat Kontorunda xx.xx.1997-ci il tarixdə qeydiyyata alınan 4E/178 nömrəli razılaşma sənədi, Türkiyə Respublikasının vətəndaşı X14 və Naxçıvan şəhər sakini X6 31 mart 1998-ci il tarixli ərizələri nəzərə alın araq, Sədərək rayon MTT MİB-nin yanacaq doldurma məntəqəsinin özəlləşdirilməsinə dair vətəndaş X4 adına verilmiş 28 fevral 1997-ci il tarixli, 472 qeydiyyat nömrəli şəhadətnamə ləğv edilmişdir. İşdə olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 aprel 2025-ci il tarixli, 04/637 nömrəli məktubunda qeyd edilmişdir ki, Sədərək Rayon Dövlət Notariat Kontorunda xx.xx.1997-ci il tarixdə qeydiyyata alınan 4E/178 nömrəli razılaşma sənədi, Türkiyə Respublikasının vətəndaşı X14 və Naxçıvan şəhər sakini X6 31 mart 1998-ci il tarixli ərizələri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamına əsasən Sədərək rayon MTT MİB-nin yanacaq doldurma məntəqəsinin özəlləşdirilməsinə dair vətəndaş X4 a dına verilmiş 28 fevral 1997-ci il tarixli, 472 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə ləğv edilmişdir. Sərəncamın ikinci bəndində bəhs olunan yanacaqdoldurma məntəqəsinə dair X6 adına mülkiyyət haqqında şəhadətnamənin verilməsi qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamı və Sədərək Rayon Dövlət Notariat Kontorunun xx.xx.1997-ci il tarixdə qeydiyyata alınan 4E/178 nömrəli razılaşma sənədinin surəti məhkəməyə göndərilmişdir. İşdə olan Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sədərək rayon Şöbəsinin 19 noyabr 2012-ci il tarixli, 03 nömrəli rəyinin surətində qeyd edilmişdir ki, Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sədərək rayon şöbəsi rayon un Sədərək kəndi ərazisində yanacaqdoldurma məntəqəsinin istifadəsi üçün torpaq sahəsinin ayrılması barədə baxış aktını nəzərə alıb, Sədərək rayonunun dövlət mülkiyyətinə aid olan, Naxçıvan-Sədərək magistral yolunun sol tərəfində yerləşən, Sədərək kəndi ərazisində olan 0,66 hektar torpaq sahəsinin Naxçıvan MR Nəqşicahan Holding LTD Şirkətlər Qrupu "xxxx" MMC-nin daimi istifadəsinə verilməsinə və ərazidə yanacaqdoldurma məntəqəsinin tikilməsinə etiraz etmir. İşdə olan Cavabdeh aparatının Memarlıq və Tikinti Şöbəsinin 20 noyabr 2012-ci il tarixli, 03 nömrəli rəyinin surətində qeyd edilmişdir ki, Cavabdeh aparatının Memarlıq və Tikinti Şöbəsi rayonun Sədərək kəndi ərazisində yanacaqdoldurma məntəqəsinin istifadəsi üçün torpaq sahəsinin ayrılması barədə baxış aktını nəzərə alıb, Sədərək rayo nunun dövlət mülkiyyətinə aid olan, Naxçıvan-Sədərək magistral yolunun sol tərəfində yerləşən, Sədərək kəndi ərazisində olan 0,66 hektar torpaq sahəsinin Naxçıvan MR Nəqşicahan Holding LTD Şirkətlər Qrupu "xxxx" MMC-nin daimi istifadəsinə verilməsinə və ərazidə yanacaqdoldurma məntəqəsinin tikilməsinə etiraz etmir. İşdə olan 21 noyabr 2012-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 31 nömrəli sərəncamı əsasında yaradılmış komissiya üzvləri tərəfindən Sədərək rayonunun dövlət mülkiyyətinə aid olan Naxçıvan Sədərək magistral yolunun sol tərəfində yerləşən Sədərək kəndi ərazisində olan 0,66 hektar əraziyə baxış keçirilmiş və həmin ərazinin Naxçıvan MR Nəqşicahan Holdinq LTD Şirkətlər Qrupunun "xxxx" MMC-nin daimi istifadəsinə verilməsinə və ərazidə yanacaqdo ldurma məntəqəsi tikilməsinə komissiya üzvləri etiraz etməmişlər. İşdə olan Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının surətindən görünür ki, Sədərək rayonunun dövlət mülkiyyətinə aid olan X3 sol tərəfində Sədərək kənd ərazisində 0,66 hektar torpaq sahəsi Nəqşicahan Holding LTD Şirkətlər Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilmişdir. Nəqşicahan Holding LTD Şirkətlər Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilmiş ərazidə yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilmişdir. İşdə olan Naxçıvan MR Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli, 104 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh 2012-ci il 07 dekabr tarixli, 82 nömrəli məktubu və Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2012 -ci il 10 dekabr tarixli, 08 nömrəli rəyi nəzərə alınaraq, Cavabdeh başçısının “Sədərək rayon ərazisində yanacaqdoldurma məntəqəsinin tikintisinə torpaq sahəsinin ayrılması haqqında” 2012-ci il 06 dekabr tarixli, 33 nömrəli sərəncamı təsdiq edilmişdir. İşdə olan Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sədərək rayonu, Sədərək kəndində yerləşən 6568 (altı min beş yüz altmış səkkiz) kv.m torpaq sahəsi Nəqşicahan Holding LTD Şirkətlər Qrupu "xxxx" MMC-yə sahibkarlıq fəaliyyəti (yanacaqdoldurma məntəqəsi) üçün daimi istifadəyə verilmişdir. Bu torpaq sahəsi ilə bağlı Cavabdeh 06 dekabr 2012-ci il tarixli, 33 nömrəli sərəncamı əsasında torpaq sahəsinin plan və ölçüsü təsdiq edilmişdir. Torpaq sahəsi 25 dekabr 2012-ci il tarixdə X19 kit abında 01 nömrə ilə uçota alınmışdır. İşdə olan Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Qanunçuluq” Vəkil Bürosunun vəkili Nümayəndə ünvanladığı 01 avqust 2024-cü il tarixli, 5-26/2448/2024 nömrəli məktubunun surətində qeyd edilmişdir ki, Sədərək rayonunda 1 ədəd yanacaqdoldurma məntəqəsi mövcuddur. İddiaçı Naxçıvan MR Dövlət Əmlak Komitəsi tərəfindən verilən “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə əsasında əldə etdiyi Sədərək rayonunda yerləşən yanacaqdoldurma məntəqəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşdə olan iddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Cavabdeh İddiaçı ünvanladığı 29 dekabr 2024-cü il tarixli, 5-26/2-Ə-41-xx-xx/2024 nömrəli məktubun surətində qeyd edilmişdir ki, Cavabdeh başçısı tərəfindən imz alanmış 06 dekabr 2012-ci il tarixli, 33 nömrəli sərəncamla müvafiq torpaq sahəsi daimi istifadə üçün və üzərində yanacaqdoldurma məntəqəsinin tikintisi aparılması üçün X5 Qrupu "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sərəncamdan məlum olduğu kimi torpaq sahəsi yalnız istifadə üçün həmin şirkətə verilmiş və üzərində sadəcə yanacaqdoldurma məntəqəsi tikilməsinə icazə verilmişdir. İşdə olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusu ilə əlaqədar 1 avqust 2025-ci il tarixli, 04/1078 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi yanacaqdoldurma məntəqəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsi kadastr uçotuna alınmadığından, həmçinin xidmətin arxivin də torpaq sahəsinin yerini dəqiqləşdirməyə imkan verən sənədlər mövcud olmadığından həmin torpaq sahəsinin yerləşmə mövqeyini və müraciətdə qeyd olunan digər torpaq sahələri ilə eyni ərazi olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 24 mart 1997-ci il tarixli razılaşmaya əlavədən görünür ki, İddiaçı yanacaqdoldurma məntəqəsindən ona düşən paydan Naxçıvan şəhər sakini X11 və X22 tərəfindən ödənildiyindən könüllü olaraq imtina etmişdir. Bundan başqa razılaşmaya əlavədə qeyd olunur ki, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin 28 fevral 1997-ci tarixli, 472 nömrəli şəhadətnaməsində mülkiyyətçi İddiaçı göstərilən yanacaqdoldurma mən təqəsi, X11 və X15 birgə əmlakı hesab olunur. Bu razılaşma İddiaçı tərəfindən imzalanaraq 24 mart 1997-ci il tarixdə Sədərək rayon Dövlət Notariusunda təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamı ilə Sədərək Rayon Dövlət Notariat Kontorunda 24 mart 1997-ci il tarixdə qeydiyyata alınan 4E/178 nömrəli razılaşma sənədi, Türkiyə Respublikasının vətəndaşı X14 və Naxçıvan şəhər sakini X6 31 mart 1998-ci il tarixli ərizələri nəzərə alınaraq, Sədərək rayon MTT MİB-nin yanacaq doldurma məntəqəsinin özəlləşdirilməsinə dair İddiaçı adına verilmiş 28 fevral 1997-ci il tarixli, 472 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" şəhadətnamə ləğv edilmişdir. Belə olan halda iddia çının ləğv edilmiş şəhadətnaməyə əsaslanaraq yanacaqdoldurma məntəqəsinin ona məxsus olduğunu iddia etməsi hazırkı iddianın mümkün sayılması üçün yetərli əsas deyildir. Məhkəmə qeyd edir ki, eyni zamanda iddiaçının mübahisələndirdiyi Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncam 0,66 hektar torpaq sahəsinin digər şəxsin yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilməsindən ibarət olmuşdur. Yəni sərəncamda hər hansı yanacaqdoldurma məntəqəsinin satılmasından söhbət getmir. Həmçinin iddiaçı ona məxsus olmuş yanacaqdoldurma məntəqəsinin Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamı ilə yanacaqdoldurma məntəqəsinin tikintisi üçün ayrılan 0,66 hektar torpaq sahəsində yerləşməsi (üst-üstə düşməsi) barədə sənədlər (sübutlar) təqd im edə bilməmişdir. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun mövcud olmasını əsaslandıra bilməmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən ona verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamədən görünür ki, həmin ərazidə yanacaqdoldurma məntəqəsi ona satılmışdır. Ona məxsus 28 fevral 1997-ci il tarixli, 472 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" şəhadətnamə mövcuddur və ləğv edilməmişdir. Həmin şəhadətnamə isə mülkiyyət hüququnun əldə edilməsi üçün əsasdır və buda onu deməyə əsas verir ki, onun həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Sədərək rayon Dövlət Notariusunda onun tərəfindən razılaşma aktı imzalanma mışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus yanacaqdoldurma məntəqəsinin olması barədə 1997-ci il tarixli şəhadətnamə təqdim etsədə, 1998-ci ildə həmin şəhadətnamə ləğv edilmişdir. Həmin yanacaqdoldurma məntəqəsinin mövcud olması, harada yerləşməsi, iddiaçı tərəfindən hansı tarixlərdə istifadə edilməsi, şəhadətnamədə göstərilən yanacaqdoldurma məntəqəsinin hazırda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi ilə eyni məntəqə olması və ya eyni ərazidə yerləşməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, həmçinin iddiaçı bununla əlaqədar sübutlar təqdim etməmişdir. İddiaçı ona verilmiş şəhadətnamənin ləğv edilmədiyini, razılaşma sənədindən məlumatlı olmadığını və onun tərəfindən imzalanmadığını qeyd edir. Lakin iddiaçı yanacaqdoldurma məntəqəsinin 1998-ci il tarixdə və h əmin tarixə qədər, həmiçinin həmin tarixdən sonra onun istifadəsində olması, yanacaqdoldurma məntəqəsinin harada yerləşməsi, 1998-ci il tarixdən sonra ona məxsus yanacaqdoldurma məntəqəsinin olduğu təqdirdə nə üçün ona sahiblik və istifadə etməməsi barədə sübutlar təqdim etməmişdir. Həmçinin araşdırma nəticəsində həmin tarixlərdə və sonrakı dövrlərdə iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin olması, iddiaçı tərəfindən istifadə edilməsi halları müəyyən edilməmişdir. İddiaçı 1998-ci il tarixdən sonra ona məxsus yanacaqdoldurma məntəqəsinin olduğu təqdirdə həmin yanacaqdoldurma məntəqəsinin onun sahibliyindən hansı qaydada çıxması və hansı səbəbdən hüququ pozulduğu təqdirdə uzun illər inzibati orqana və məhkəməyə müraciət edərək mübahisələndirməməsini əsaslandırmamışdır. X13 Respublikas ı Ali Məhkəməsi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamı iddiaçının hüququnu pozduğu təqdirdə onu mübahisələndirə bilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmənin yardımına münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş və bu istiqamətdə araşdırma aparılmış, lakin iddiaçının subyektiv hüququ müəyyən edilməmiş və iddiaçı subyektiv hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci insta nsiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 21(122)-645/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası
Məhkəmə qərarları › İş №2-1(108)-73/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-73/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver