Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-74/2024 16.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri X4 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxt ar Respublikası İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 21(122)-53/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixdən qüvvəyə minimiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən ona təyin edilmiş pensiyasında cavabdeh tərəfindən müvafiq təminat xərclərinin 3 faizi miqdarında hesablanaraq pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. İddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman 09 iyun 2023-cü il tarixli ərizə ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-21(122)-516/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən təqdim edilmiş 09 iyun 2023-cü il tarixli ərizə təmin edilərək, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş və iddia tələbi “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəx sinə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(122)-53/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı şikayət verərək Naxçıvan MR İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(122)-53/2024 nömrəli qərarının ləğv edilməklə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, qaldırılmış iddianın əsas hüquqi məzmununu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarının 1ci hissəsində qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməs i üçün uzun müddət xidmətə digər hüquq mühafizə orqanlarında xidmət müddəti ilə yanaşı "həqiqi hərbi xidmət və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtının yarısının uzun müddət xidmətə daxil edilməsi təşkil edir. Lakin hakim Hicran Muradov iş üzrə verdiyi qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 631 saylı Qərarını 1-ci hissəsində qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə digər hüquq mühafizə orqanlarında xidmət müddəti ilə yanaşı "həqiqi hərbi xidmət və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təl im vaxtının yarısının uzun müddət xidmətə əlavə edilməsi anlayışını təqvim yox güzəştli sayılan hissəyə əlavə edilməli olduğunu qeyd etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarını 1-ci hissəsində qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə digər hüquq mühafizə orqanlarında xidmət müddəti ilə yanaşı "həqiqi hərbi xidmət və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtının yarısı pensiya təyin olunarkən təqvimə hesablanır və hərbi qulluqçu pensiya hüququnu əldə edir. Məsələn: əməkdaş 16 il xidmət edib, hərbi xidmətdə 2 il olubsa və xidmətdən əvvəl mülki ali təhsil müəssisələrində 5 ilədək keçirdiyi təlim vaxtı da varsa onun yarısı təqvimə daxil edilir və ümumilikdə 20 il olduğuna görə pensiya hüququnu əldə etmiş olur. Hakim qərarda guya onun 1997-ci ildə mülki ali təhsil müəssisəsindən xaric olunduqdan 2 il fasilədən sonra 1999-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsil müəssisəsinə qəbul olduğunu qeyd eymişdir. Halbuki təqdim etdiyi diplomlar və qəbul sənədlərində 1996-1997-ci illərdə Naxçıvan Universitetində təhsil aldığı və 1997-1999-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsil müəssisəsinə təhsil aldığı rəsmi olaraq qeyd olunmuşdur. Onun təvəllüd tarixi xx.xx.1979-cu ildir və o, 1997-ci ildə 18 yaşını oktyabr ayında tamamlayacağına görə aprel və iyul çağırışçısı olmadığına üçün elan olunmuş müsabiqədə iştirak edərək yanğın təhlükəsizliyi hüququ üzrə normaların öyrənilməsi və ixtisası daha cazibədar və perspektivli hesab etdiyindən ali təhsilin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasında təhsilini dayandırıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsilinə qəbul olmuşdur. Naxçıvan Universitetində təhsil aldığı müddətdə heç bir kəsiri olmamış, verilən qiymət cədvəlində qiymətləri əla və yaxşı olmuş və təhsildə hər hansı intizamsızlıq etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsil müəssisəsinə qəbul olduğundan Naxçıvan Universitetində növbəti payız semestr dərslərində iştirak etməmiş və növbəti il üçün təhsildə iştirakını təsdiq etmədiyindən 1997-1998 təlim məşqlərində işti rak etmədiyinə görə tələbələr sırasından xaric olunmuşdur. Universitetin bakalavr səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsil müəssisələrinə qəbulu qanunla qadağan edilməmişdir. Əksinə bununla bağlı qaydalar qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 230 N-li Qərarı ilə tənzimlənir. Təhsilin bakalavr pilləsində təhsil alan şəxslərə orta ixtisas pilləsi daha perspektivli hesab olunarsa təhsilini dayandırıb orta ixtisas təhsil pilləsinə qəbul ola bilərlər. 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli N- 833İİİQ nömrəli Qanununun 27.3-cü maddəsi əsasında müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini başa vurmayan şəxslərə arayışın verilməsi öz əksini tapmışdır. Həmin arayışın verilməsi q aydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 N-li Qərarı ilə tənzimlənir. Qərara görə müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə qoruyucu nişanı olan arayış və qiymət cədvəli verilir. Həmin arayış və qiymət cədvəli üçün də Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş və Naxçıvan Universitetində xüsusi blank tərtib olunaraq ona təqdim edilmişdir. Onun bakalavr təhsilini dayandırıb ara vermədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsil müəssisəsinə qəbul olunmasına heç bir maneə olmadığından həm təhsil almaq, həmdə xidmət etmək həvəsi olduğundan bakalavr pilləsində iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasında təhsilini dayandırıb müsabiqədə iştirak üçün müraciə t edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsil müəssisəsində yanğın təhlükəsizliyi hüququ üzrə yanğın təhlükəsizliyi texniki ixtisasına qəbul olunmuş və oranı bitirmişdir. Cavabdeh tərəf Naxçıvan MR Daxili İşlər Nazirliyi məhkəmə hazırlıq iclaslarının 5 dəfə təxirə salınmasından sonra vəkil və nümayəndə təyin etdiyi əməkdaşlarının iştirakı ilə cəmi bir dəfə proses keçirilmiş və iddiaya etirazlarında Azərbaycan Respublikası Dövlət imtahan Mərkəzinə verdikləri sorğuda onun Naxçıvan Universitetinə qəbul olunmağı barədə məlumatın olmadığını və onun mülki ali təhsildən xüsusi ali təhsil müəssisəsinə köçürülmədiyinə görə müraciətini mümkünsüz saymışlar. Bununla əlaqədar o, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Naxçıvan Universitetinə müraciət etmiş və qəbul olunmağı barədə lazımi məlumatları Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə yerləşdirilmiş və onlayn qaydada ASAN imza vasitəsilə şəxsi məlumatlarına daxil olduqda AR DİM-nin “Tələbə-Məzun” məlumatları elektron səhifəsində Naxçıvan Universitetinə qəbul olunması barədə məlumatlar qeyd olunmuşdur. Cavabdeh tərəfin qeyd etdiyi köçürülmə məsələsi isə mülki ali təhsildən xüsusi ali təhsil müəssisəsinə aiddir və o isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsinə qəbul olmuşdur. Digər tərəfdən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı qərarında mülki ali təhsildən xüsusi ali təhsil müəssisəsinə köçürülmə məsələsi qeyd olunsa da, nə Azərbaycan Respublikasının Təhsil haqqında Qanununda, nə Polis haqqında Qanunda, nə Daxili İşlər orqanlarında xidmət keçmə haqqında əsasnamədə, nə də Azərbaycan Respublikasının digər imperativ qanunverici normalarında mülki ali təhsildən xüsusi ali təhsil müəssisəsinə köçürülmə nəzərdə tutulmamışdır. Qeyd olunan köçürülmə məsələsi Rusiya Federasiyasında və digər ölkələrdə mümkündür, lakin Azərbaycan Respublikasının qanunvericiliyndə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı qərarının birinci hissəsində qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə görə hüquq mühafizə orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtının yarısının uzun müddət xidmət ə daxil edilməsi qüvvədə olan normadı və onun xidmətdən öncə təhsil aldığı 1 il müddətin yarısının uzun müddət hesab olunan xidmətinin təqvim olan hissəsinə əlavə olunmalıdır. İş üzrə iddiaçının vəkili Vəkil şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya iş üzrə iddiaçının vəkili X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, 06 may 2024-cü il tarixli, 2-1(122)-53/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri X6 və X7 izahatlarında şikayəti qəbul etmə yərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(122)53/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü madd əsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Naxçıvan Universiteti Rektorluğunun 02 iyul 1996-cı il tarixli, 3/12 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı test üsulu ilə imtahan verərək yüksək bal topladığından İqtisadiyyatın hüquqi tənzimlənməsi-əyani ixtisası üzrə universitetin tələbələri sırasına qəbul edilmişdir. - Naxçıvan Universiteti Tədris şöbəsi tərəfindən İddiaçı verilmiş 21 oktyabr 2019-cu il tarixli, T19/04 nömrəli arayışdan görünür ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani şöbəs inin İ kursuna qəbul olmuş və 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun xx.xx.1997-ci il tarixli, 3/63 saylı əmri ilə həmin ixtisasın İİ kursundan tələbələr sırasından xaric edilmişdir. - Azərbaycan Respublikasının Dövlət X11 X12 Muxtar Respublikası Regional Bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış 16 oktyabr 2023-cü il tarixli, 210/1023 nömrəli məktubdan görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş İddiaçı qəbul olduğu təhsil müəssisəsinin və ixtisasın adı, sənəd verdiyi il və qəbul forması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. - Həmçinin, “Tələbə-Məzun” məlumatları barədə çıxarışdan aydın olur ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani təhsi almış və sonradan tələbələr sırasından xaric edilmişdir. - AB-ll seriyalı, 002334 nömrəli fərqlənmə diplomunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1997-ci ildə Azərbaycan Respublikası DİN-in Bakı Yanğın-Texniki məktəbinə daxil olmuş və 18 oktyabr 1999-cu ildə Yanğına qarşı mühafizənin təşkili və texnikası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 20 oktyabr 1999cu il tarixli qərarı ilə ona Yanğın təhlükəsizliyi texniki ixtisası verilmişdir. - BB l seriyalı, 002911 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2001-ci ildə DİN Polis Akademiyasına daxil olmuş və 2006-cı ildə hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 29 iyul 2006-cı il tarixli qərarı ilə ona hüquqşünaslıq ixtisası verilmişdi r. Kollegiya İddiaçı apelyasiya şikayətində qeyd etdiyi onun xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi ilə bağlı dəlillərini müzakirə edərək həmin dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci bəndinin 13-cü abzasına əsasən zabit heyətinə daxi li işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilin də təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Həmin qərarın 1-ci bəndinin 14-cü abzasında göstərilmişdir ki, əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Göstərilən normaların təhlilindən aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarında qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və digər orqanlara mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə gö türülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində keçirdikləri təlim vaxtının beş ilədək müddət daxilində təlimin bir ilinin altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi yalnız həmin şəxslərin xidmətə götürülməzdən əvvəl təhsil aldıqları mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsillərini başa vurduqları halda mümkündür. Mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsil başa vurulmadan oradakı təhsil müddətinin yarısının uzun müddət xidmətə daxil edilməsi üçün həmin Qərarda ümumi qaydadan istisna olaraq şərt kimi nəzərdə tutulmuşdu ki, uzun müddət xidmət vaxtı hesablanarkən yalnız həmin katoqoriyadan olan şəxslərin təhsil aldıqları mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsi llərini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsillərinin davamı üçün qəbul edildikləri halda müvafiq mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə, yəni oradakı təhsil müddətinin yarısı uzun müddət xidmətə daxil edilir. İnzibati işin materiallarına əlavə edilmiş Naxçıvan Universiteti Tədris şöbəsi tərəfindən İddiaçı verilmiş 21 oktyabr 2019-cu il tarixli, T19/04 nömrəli və 15 noyabr 2023cü il tarixli, AA 00071 nömrəli arayışlardan, həmçinin, “Tələbə-Məzun” məlumatları barədə çıxarışdan görünür ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuş və 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən Rektorluğun xx.xx.1997-ci il tar ixli, 3/63 saylı əmri ilə həmin ixtisasın İİ kursundan tələbələr sırasından xaric edilmişdir. Həmçinin işə əlavə edilmiş AB-ll seriyalı, 002334 nömrəli fərqlənmə diplomunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1997-ci ildə Azərbaycan Respublikası DİN-in Bakı Yanğın-Texniki məktəbinə daxil olmuş və 18 oktyabr 1999-cu ildə Yanğına qarşı mühafizənin təşkili və texnikası ixtisası üzrə tam kursu bitirmişdir. Kollegiya qeyd edir ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə təhsil aldığı müddətdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun (həmin Qanun 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) iş stajı na daxil edilən əmək fəaliyyətinin növlərini müəyyən edən 67-ci maddəsinin “ğ” bəndində ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulurdu. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmişdi ki: Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (...) ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisas keçməkurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmçinin həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş Əsasnamənin” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli qərarı ilə qüvvədən düşmüşdür) 8-ci bəndində göstərilmişdi ki, ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantur a, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur.Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında və Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamədə müvafiq təhsil müəssisəsində təhsil aldığı müddətin şəxsin i ş stajına daxil edilməsi üçün onun təhsil müəssisəsini bitirməsi əsas şərt kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı digər ali təhsil müəssisəsinə köçürülməmiş, müvafiq əmr əsasında Universitetdən xaric edilmiş, Nazirlər Kabinetinin müvafiq qərarında natamam ali təhsil müddətinin uzun müddətli xidmət illərinə daxil edilməsi ilə bağlı müəyyən edilmiş imperativ şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən onun xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi mümkün olmadığı üçün cavabdeh inzibati orqan imtina etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, İddiaçı daxili işlər orqanlarına götürülməzdən əvvəl təhsil aldığı mülki al i təhsil müəssisəsini (“Naxçıvan” Universitetini) bitirməsi və ya həmin təhsil müəssisəsindən tələbəlik vaxtı təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisəsinə təhsilinin davamı üçün qəbul edilməsi iş materialları ilə müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Kollegiya qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərinə əməl etməklə düzgün olaraq İddiaçı “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Naxçıvan” Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə əyani təhsil aldığı müddətin yarısının onun iş stajına daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" p ublik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” barədə tələbini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(122)-53/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 21(122)-53/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Mux tar Respublikası İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 21(122)-53/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.