Məhkəmə qərarları › İş №2-1(108)-75/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-75/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-75/2024 22.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5, üçüncü şəxs X2 və onun nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 21(122)-85/2024 nömrəli qərarından üçüncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 m2 fərdi yaşayış evinin X11 adına qeydiyyata alınması etibarsız hesab edilməklə, buna dair X13 verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinin cavabdeh X11 adına qeydiyyata alınmasının etibarsız hesab edilməklə, buna dair X13 verilmiş MH seriyal ı, ******* nömrəli çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X20 və X8 birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 30 aprel 2024-cü il tarixli, 2-1(122)-85/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinin X11 adına qeydiyyata alınmasının etibarsız hesab edilməklə, buna dair X13 verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan üç üncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şərur Rayon Aqrar islahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində JN-173A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona və digər 5 nəfər ailə üzvünə 0,26 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Sözügedən torpaq sahəsində onun anasından və atasından qalan fərdi yaşayış evi olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi onun xəbəri olmadan cavabdeh inzibati orqan tərəfindən tək olaraq qardaşı X11 adına sənədləşdirilmiş, daha sonra bağışlama müqaviləsi əsasında bacısı oğlu X2 adına sənədləşdirilmişdir. İ ddiaçının sözügedən sənədləşmə işlərindən məlumatı olmamış, onun hər hansı formada razılığı alınmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə2 birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsin i, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Həmçinin sədrlik edənin ilkin olaraq cavabdeh inzibati orqana müraciət edib-etməmələri barədə sualına cavab olaraq bildirdilər ki, hazırkı inzibati iş üzrə iddianın növü öhdəliyin icrasıdır və bu növ iddialarda ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməyə ehtiyac yoxdur. Həmçinin birinci instansiya məhkəməsi bu istiqamətdə onlara hüquqi yardım göstərməmiş və onlar ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdirlər. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X9 məhkəmə iclasında iştirak edərək, məhkəmənin mülahizəsi əsasında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 və onun nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən üçüncü şəxs X20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatət verməmiş, apellyasiya şikayətinə dair yazılı münasibəti daxil olmamışdır. Qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alan məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən üçüncü şəxs X11 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hə rəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ə rizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat v ə sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəf lərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinin X11 adına qeydiyyata alınmasının etibarsız hesab edilməklə onun adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin iddia tələbi üzrə işə baxaraq mahiyyəti üzrə qərar qəbul etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilir ki, daşınmaz əmlak ın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. İşdə olan JN-173A nömrəli torpağın mülkiyyətə verilməsinə d air şəhadətnamədən görünür ki, Şərur rayonu Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə 0,26 hektar torpaq sahəsi X20, İddiaçı, X12, X10, X14 və X3 mülkiyyətinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: **********71-10301, hüquq sahibinin qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020) çıxarışdan görünür ki, Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 112,29 kv.m olan fərdi yaşayış evinə tam mülkiyyət hüququ X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 avqust 2023-cü il tarixli, 04/536 nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Kəngərli rayonu, Qabıllı kəndində 0,6242 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112,29 kv.m olan fərdi yaşayış evi 18 fevral 2020-ci il tarixdə torpağın mülkiyyətə verilməsinə dair JN-173A nömrəli şəhadətnamə əsasında X11 adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 avqust 2024-cü il tarixli, 04/761 nömrəli məktubda əlavə olaraq məlumat verilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-173A nömrəli şəhadətnamədə Qürbət Hüseynov ilə yanaşı a ilə üzvlərinin də adı qeyd olunsa da qeydiyyat ailə başçısı kimi X11 adına aparılmışdır. Cavabdeh orqanın məhkəmə sorğularına vermiş olduğu cavab məktublarından aydın olur ki, Kəngərli rayonu, Qabıllı kəndində 0,6242 ha torpaq sahəsi ilə yanaşı onun üzərində yerləşən, ümumi sahəsi 112,29 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ da torpağın mülkiyyətə verilməsinə dair JN-173A nömrəli şəhadətnamə əsasında X11 adına qeydiyyata alınmışdır. Kəngərli rayon dövlət notariat ofisində 20 mart 2020-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə31 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən məlum olur ki, hədiyyə verən X1 Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ona verilmiş **********71-10301 reyest r nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ümumi sahəsi 112,29 kv.m olan 3 otaqlı fərdi yaşayış evini hədiyyə alan X6 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: **********71-10301, hüquq sahibinin qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020) çıxarışdan görünür ki, Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 112,29 kv.m olan fərdi yaşayış evinə tam mülkiyyət hüququ X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN-173A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə iddiaçının da adının olmasına baxmayaraq, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,26 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən valideynlərindən qalmış fərdi yaşayış evinə dair mülkiyyət hüququ təkcə qardaşı X11 adına qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının ilkin hüquqi marağı X11 müraciəti əsasında Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində 0,2642 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın ləğv olunmasından ibarətdir. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını dolğun araşdırmamışdır. Belə ki, iddiaçının iddia tələbində olan uyğunsuzluğun aradan qaldırılması istiqamətində iddiaçıya hüquqi yardım göstərməmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğun gəlir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırıls ın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdeh inzibati orqana müraciət edib-etməməsi iş materialları ilə müəyyən olunmur. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə əlaqədar cavabdeh inzibati orqana ilkin müraciət edib-etməməsini araşdırmamış, bununla bağlı iddiaçıya hüquqi yardım göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını aydınlaşdırmalı, iddia tələbinin dəqiqləşdirilməsi və cavabdeh inzibati orqana ilkin müraciət edilməsi ilə əlaqədar iddiaçıya hüquqi yardım göstərməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-85/2024 nömrəli qərarı ləğv edi lməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X2 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 21(122)-85/2024 nömrəli qərarı ləğv edilsin, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar