Məhkəmə qərarları › İş №2-1(108)-78/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-78/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-78/2024 12.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(122)-84/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş a pellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288 Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283 Ş nömrəli əmrinin ona aid olan hissəsini ləğv edərək onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixdə keçirilən iclasında İddiaçı məhkəməyə cavabdeh Azərbaycan Respublik ası Dövlət Gömrük Komitəsinə qarşı qaldırdığı iddia tələbindən “Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli əmrinin ona aid olan hissəsini ləğv edilməsi” hissəsinin çıxarılması və iddia tələbinin qalan hissəsinə əsasən işə baxılmasını məhkəmədən xahiş etmiş və bu barədə yazdığı 26 yanvar 2024-cü il ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbindən “Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli əmrinin ona aid olan hissəsini ləğv edərək” hissəsi çıxarılaraq, iddia tələbi “onun gömrük orqanlar ına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” variantında icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(122)-84/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(122)-84/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəm əsinin qərarı, maddi hüququn tətbiq edilməsində səhv təfsir verərək, əsassız olaraq qanunazidd çıxardığından rədd edilməlidir. Onun hüquqi marağı, dövlət qulluqçusu kimi Dövlət Gömrük Komitəsində xüsusi rütbəli “polkovnik-leytinant” vəzifəli şəxs olaraq Komitə sədrinin əmri ilə, qanunsuz təyin olunmuş mülki ştat vəzifəsindən, digər gömrük orqanlarında vəzifəli şəxs-xüsusi rütbəli olmaqla dövlət qulluqçu vəzifəsinə təyin olunmağı öhdəliyini cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması sayılır. İddianın predmeti hüquqi mübahisəninin əsası sayılan, məhkəmə prosesində mübahisələndirilməyən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməsinin 5.6.5 və 5.6.16-ci bəndlərinə əsasən Komitə sədrinin 07 dekabr 2022-ci il tarixli 1000/280Ş sərəncamı ilə, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğv edilməsi zamanı 426 xüsusi rütbəli vəzifəli şəxlərin, 08 dekabr 2022-ci il tarixli 1000/974Ş qanuni əmrlə Sərəncama götürülməsi faktiki hall olaraq və həmin sərəncama onun adının daxil olmamasının səbəbinin araşdırılması sayılır. İkinci mübahisəli predmet, dövlət qulluqçu olan vəzifəli şəxslərə ’’Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnaməsinin 5.9.10 və 5.9.15-ci bəndlərinə istinad edilərək qəbul edilmiş “Azərterminalkompleks” Birliyinin direktoru hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli qanunsuz əmrləri sayılır. Həmin qanunsuz əmrlərin, ona qarşı tətbiqi mümkünlüyünü və Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin 28 noyabr tarixli 189 1 nömrəli Fərmanına, Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2023-cü il tarixli 3862 nömrəli Fərmanına, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməsinin 5.2, 5.6.5, 5.6.6, 5.6.7 və 5.6.11-ci bəndlərinə, Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanununa, Azərbaycan Respublikası "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməsinə və Azərbaycan Respublikası “Publiki hüquqi şəxslər haqqında“ Qanunlara zidd olub-olmadığının araşdırılması hesab edilir. Birinci instansiya məhkəməsi, İPM-nin 13-cü maddəsinə əsasən proses iştrakçılarına hüquqi kömək göstərmək adı ilə, işin əsas mübahisə obyekti sayılan “Azərterminalkompleks" Birliyin direktoru hüquqi şəxsin verdiyi 2300/288Ş və 2300/283Ş nömrəli əmrlərinin əsassız olduğunu ona inandıraraq iddia ərzəsindən bu tələb çıxarılmışdır. Amma bu hal onun məhkəmə müdafiə təminatının pozulması kimi qiymətləndirilərək, qanunla qorunan hüquqlarının tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyətli faktiki sübut sayıldığından Apellyasiya məhkəməsində iş prosesi zamanı mübahisələndirilməlidir. O, vəzifəli şəxslərinin attestasiya komissiyası tərəfindən 4 dəfə müsbət attestasiya olunaraq, 2022-ci ilin 08 dekabr tarixinə qədər Naxçıvan MR Dövlət Gömrük Komitəsinin tərkibində, X9 müvafiq əmirləri ilə müxtəlif vəzifələrdə 19 il xidmət keçərək “polkovnik-leytenant” xüsusi rütbəyə qədər yüksəlmişdir. Həmçinin, onun işçi kimi əmək münasibətlərini tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcələsində nəzərdə tutulmuş fərdi əmək müqaviləsi ilə yox, dövlət qulluqçusu olduğundan xüsusi rütbəli vəzifəli şəxs kimi dövlət orqanlarında iş münasibətləri müqaviləsi sənəd şəklində yazılı formada bağlamaqla əmək münasibətləri yaranmışdır. Yəni, Gömrük orqanı tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 2014-ci ilin 08 iyul tarixli 206 nömrəli Fərmanına uyğun bağlaşma yolu ilə icra edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə prosesində əsas mübahisə predmeti sayılan “Azərterminalkompleks” Birliyinin direktoru hüquqi şəxs, rəhbər etdiyi strukturda xüsusi rütbəli vəzifəli şəxslərin vəzifədən azad edilməsi və vəzifəyə təyin edilməsinin hüququnun qanunvericiliyin tələblərinə zidd olub-olmadığını mübahisələndirilməmişdir. Həmçinin, gömrük orqanlarının xüsusi rütbəli vəzifəli şəxslərə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməsinin 16-cı bəndi 1, 3, 5, 8-ci yarımbən dində nəzərdə tutulmuş fəaliyyət göstərmək qanunla qadağan olunub. Yəni, vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə, təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə, əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə ixtiyarı yoxdur. Bundan başqa, “Azərterminalkompleks” Birliyinin dövlət orqanı olmadığındanda, Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməsinin 5.2-ci bəndində və “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsindəki hüquqdan xüsusi rütbəli vəzifəli şəxlər qanunsuz şəkildə məhrum edilmişdir. İddiaçı şikayətinin əsaslandırılması üçün Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli 1891 nömrəli və 27 apr el 2023-cü il tarixli 3862 nömrəli Fərmanlarına, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə, "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə, “Dövlət Gömrük Komitəsi haqqında” Əsasnaməyə, “Dövlət qulluğu haqqında“ Qanununa və “Publiki hüquqi şəxslər haqqında“ Qanuna istinad etmişdir. Şikayətə qarşı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 3 may 2024-cü il tarixli 2-1(122)-84/2024 nömrəli qərarı tam, hərtərəfli və obyektiv araşdırılaraq maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, İddiaçı iddia tələbində məcburetmə haqq ında iddia tələbinin əlamətləri mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin apellyasiya şikayətində bildirilir ki, “Azərterminalkompleks” Birliyinin əsasnaməsində xüsusi rütbəli vəzifəli şəxslərin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərinin olması heç bir normada öz əksini tapmamışdır və Birliyin direktoru yalnız əmək müqaviləsi əsasında vətəndaşları işə qəbul edir və işdən azad edir. Lakin, Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/01/004 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərterminalkomplek s” Birliyi haqqında Əsasnamənin 5.9.15-ci yarımbəndində qeyd olunur ki, Birliyin direktoru işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı fəaliyyəti həyata keçirir. Həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən “Azərterminalkompleks” X12 Komitəsinin strukturuna daxil olan digər qurum hesab olunur və Əsasnamənin 5.1-ci bəndinə əsasən Komitənin aparatı, onun strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Dövlət Gömrük Komitəsinin “Komitən in “Azərterminalkompleks” Birliyinin strukturunun optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 16 yanvar 2023-cü il tarixli 1000/010 nömrəli sərəncamının 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi ləğv edilərək onun bazasında Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi yaradılmışdır. Həmin sərəncamın 5-ci bəndinə görə İdarənin yeni əsasnaməsi, strukturu və ştat cədvəli təsdiq edilənədək idarə öz fəaliyyətini “Naxçıvanterminalkompleks” Birliyinin mövcud əsasnaməsinə, strukturuna və ştat cədvəlinə uyğun olaraq davam etdirməlidir. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin strukturu, ştat cədvəli və Ə sasnaməsi “Azərterminalkompleks” Birliyinin “Komitənin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 18 aprel 2023-cü il tarixli 2300/007 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi haqqında Əsasnamənin 5.1-ci bəndinə əsasən İdarənin strukturu və ştat cədvəli Birlik direktoru tərəfindən təsdiq olunur və bu Əsasnamənin 5.1-ci bəndinə görə İdarəyə Birlik direktoru tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir, habelə Əsasnamənin 5.4-cü bəndinə əsasən İdarənin digər işçiləri də Birlik direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Bundan əlavə göstərilmişdir ki, iddiaçıya ərizəsində etiraf etdiyi kimi Dövlət Gömrük Komi təsi sədrinin 21 sentyabr 2018-ci il tarixli 196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydası” barədə ətraflı izah verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməklə məhkəmənin 03 may 2024-cü il tarixli, 2-1(122)84/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X10 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(122)-84/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikay ət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual q aydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmaya raq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərdən aydın olur ki: -Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli,1891 nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ləğv edilərək Naxçıvan Baş Gömrük İdarəsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2012ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 may 2023-cü il tarixli 2132 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda bununla bağlı müvafiq dəyişiklik edilmişdir.. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 01 avqust 2023-cü il tarixli 3-33/3-2-00000/2023 nömrəl i qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi haqqında Əsasnamə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 yanvar 2023-cü il tarixli, 1000/010 nömrəli Sərəncamının surətindən görünür ki, “Dövlət Gömrük Komitəsinin strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Komitənin 7 dekabr 2022-ci il tarixli, 1000/280 nömrəli sərəncamından irəli gələrək Komitənin “Azərterminaikompieks Birliyinin strukturunun optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməmin 5.6.17-ci yarımbəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin «Naxçıvanterminalkomnpleks» Birliyi ləğv edil miş və onun bazasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “X1 ərazi idarəsi yaradılmışdır. Həmin Sərəncamın 5-ci bəndində qeyd edilmişdir ki, İdarənin yeni Əsasnaməsi,strukturu və ştat cədvəli təsdiq edilənədək idarə öz fəaliyyətini “Naxçıvanterminalkompleks” Birliyinin mövcud Əsasnaməsinə,strukturuna və ştat cədvəlinə uyğun davam etdirməlidir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin 18 aprel 20223-cü il tarixli 2300/007 nömrəli sərəncamı ilə “Azərterminalkompleks” Birliyinin Naxçıvan ərazi idarəsinin strukturu və ştat cədvəli təsdiq edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 22 avqust 2023-cü il tarixli, 3-33/2-015125/2023 nömrəli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlanmış 31 avqust 2023-cü il tarixli, 3-33-5600/2-000666/2023 nömrəli məktublardan görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra - Qanun) 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu i şçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının xx.xx.2013-cü il tarixli, 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən “Azərterminalkompleks” Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 1.6-cı bəndinin tələblərinə görə Birliyin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş mənbələrdən və göstərdiyi xidmətlərdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Birliyin strukturu və ştat cədvəli Komitə sədrinin razılığı ilə onun direktoru tərəfindən təsdiq olunur v ə sorğuda qeyd olunan kommersiya şöbəsinin rəisi ştatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Əsasnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən olunmuş say tərkibinə daxil deyildir. - Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 01 aprel 2004-cü il tarixli, 057 Ş nömrəli əmrindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü, ali təhsilli İddiaçı maaşı ştat cədvəlinə uyğun olaraq, 6 ay sınaq müəyyən edilməklə Komitənin Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. - 06 aprel 2004-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdən həmin şöbənin baş inspektoru vəzifəsinə, xx.xx.2008-ci il tarixdən həmin şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdən Komitənin sərəncamına götürülmüş, xx.xx.2009-cu il tarixdən Komitənin sərəncamından Komitənin sədr köməkçisi vəzifəsinə, xx.xx.2010-cu il tarixdən Sədərək Gömrük İdarəsinin Maliyyə-tarif şöbəsinin böyük inspektoru vəzifəsinə, xx.xx.2011-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsinə, xx.xx.2016-cı il tarixdən Sədərək Gömrük İdarəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsinə, xx.xx.2016-cı il tarixdən Culfa Gömrük İdarəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüş, xx.xx.2017-ci il tarixdən “Naxçıvanterminalkompleks” Birliyinin Mühasibat və uçot hissəsinin rəisi vəzifəsinə təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 27 noyabr 2012-ci il tarixli 101/05/005 nömrəli qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi haqqında Əsasnamənin 1.1-ci bəndində göstərilmişdir ki, “Naxçıvanterminalkompleks” X8 Respublikası Ali Məclisi Sədrinin 05 iyul 2012-ci il tarixli 62-İV FR saylı Naxçıvan MR Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Fərmanına uyğun olaraq təşkil edilmiş və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan hüquqi şəxsdir. - Naxçıvan MR Dövlət Gömrük Komitəsinin 01 fevral 201 7-ci il tarixli 101/020Ş nömrəli əmrinin surətindən aydın olur ki, həmin əmrlə İddiaçı “Naxçıvanterminalkompleks” birliyi mühasibat və uçot hissəsinin hissə rəisi vəzifəsinə təyin olunmuşdur. - “Azərterminalkompleks” birliyinin 04 may 2023-cü il tarixli, 2300/283 Ş nömrəli “Vəzifədən azad etmə haqqında” əmrinin surətindən görünür ki, Təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 5-ci maddəsinə əsasən İddiaçı “Naxçıvanterminalkompleks” Birliyi Mühasibat və uçot hissəsində tutduğu hissə rəisi vəzifədən azad edilərək komitənin sərəncamına götürülmüşdür. - “Azərterminalkompleks” birliyinin 04 may 2023-cü il tarixli, 2300/288 Ş nömrəli “Vəzifəyə təyin edilmə haqqında” əmrinin surətindən görünür ki, İddiaçı (komitənin sərəncamında olan) "Azərterminalkompleks" Birliyi, Naxçıvan ərazi İdarəsi kommersiya şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir. - İddiaçı məxsus 2831 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı vəzifəsi "Azərterminalkompleks" Birliyi, kommersiya şöbəsi, şöbə rəisi, rütbəsi isə gömrük xidməti polkovnikidir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyinin 24 iyun 2024-cü il tarixli, 3-33-5600/01/121 nömrəli "Azərterminalkompleks" Birliyinin Naxçıvan Ərazi İdarəsinin Anbar işinin təşkili şöbəsinin rəisi İddiaçı əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı vəzifə maaşı 1500 manat, vəzifə maaşına əlavə 300 manat, rütbəyə görə 159 manat, xidmət illərinə görə 497.70 manat, ərzaq pulu 32 manat olmaqla cəmi 2488.70 manat əmək haqqı alır və "Azərterminalkompleks" Birliyi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşmədiyinə görə “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilmir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 333/2-P-001524/1-42/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 5 iyul 2024-cü il tarixli 3-33/000001K nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamənin 1-ci hissəsinə əsasən “Azərterminalkompleks” Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumdur, Birliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata ke çirmək hüququ vardır. Birlik məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilər. Komitə sədrinin müvafiq qərarı ilə Birliyin nəzdində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən qurumlar yaradıla, yenidən təşkil edilə və ləğv edilə bilər. Birlik müstəqil balansa, dövlət əmlakına, bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Komitənin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara malikdir və loqotipi (emblemi) vardır. Birliyin saxlanma xərcləri və fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş mənbələrdən və göstərdiyi xidmətlərdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. Qanunvericiliklə nəzərdə tutulmuş vergilər ödəndikdən sonra sərbəst mənfəətin bölüşdürülməsi Komitə sədri tərəfindən müəyyən olunmuş qaydada həyata keçiri lir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 111.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1981-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Şə hər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 iyun 2023-cü il tarixli, 762 nömrəli arayışından görünür ki, Pənahov X4 şəhəri, Heydər Əliyev küçəsi 3, ev 54 ünvanında yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Dövlət Gömrük Komitəsinin “Komitənin “Azərterminalkompleks” Birliyinin strukturunun optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqı nda” 16 yanvar 2023-cü il tarixli 1000/010 nömrəli sərəncamının 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi ləğv edilərək onun bazasında Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi yaradılmışdır. İddiaçı “Azərterminalkompleks” birliyinin 04 may 2023-cü il tarixli, 2300/283 Ş nömrəli əmri ilə “Naxçıvanterminalkompleks” Birliyi Mühasibat və uçot hissəsində tutduğu hissə rəisi vəzifəsindən azad edilərək komitənin sərəncamına götürülmüş və “Azərterminalkompleks” birliyinin 04 may 2023-cü il tarixli, 2300/288 Ş nömrəli əmri ilə "Azərterminalkompleks" Birliyi, Naxçıvan ərazi İdarəsi kommersiya şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı "Azərterminalkompleks" Birliyi, Naxçıvan ə razi İdarəsi kommersiya şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilərkən bundan imtina etməmiş və 04 may 2023-cü il tarixdən həmin vəzifədə işləmiş, “Azərterminalkompleks” birliyinin direktorunun 05 mart 2024-cü il tarixli, 5600/113 Ş nömrəli əmri ilə İddiaçı tutduğu vəzifədən azad edilərək “Azərterminalkompleks” Birliyi Naxçıvan Ərazi İdarəsinin anbar işinin təşkili şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci bəndinin 4-cü abzasına əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Göründüyü kimi mü vafiq struktur dəyişikliyindən sonra iddiaçı həmin vəzifəyə təyin edilərkən bundan imtina etməyərək razılaşmışdır. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: - 3-cü bəndinə əsasən bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. - 127-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında” Əsasnaməyə əsasən “Azərterminalkompleks” X12 Komitəsinin tabeliyində olan digər qurum hesab olunur və Əsasnamənin 5.1-ci bəndinə əsasən Komitənin aparatı, onun strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar Komitənin vahid sistemini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna “Azərterminalkompleks” Birliyi (2.4.6-ci bənd) daxil edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2023cü il tarixli 1000/01/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamənin; - 1.1-ci bəndin ə əsasən "Azərterminalkompleks" Birliyi (bundan sonra Birlik) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. -1.5-ci bəndinə əsasən Birlik müstəqil balansa,qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına,xəzinə və bank hesablarına,üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə,müvafiq ştamplara və blanklara malikdir. - 5.1-ci bəndinə əsasən Birliyin strukturu və ştat cədvəli Komitə sədrinin razılığı ilə onun direktoru tərəfindən təsdiq olunur. “Azərterminalkompleks” Birliyinin 18 aprel 2023-cü il tarixli, 2300/007 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan ərazi idarəsi haqqında Əsasnamənin: - 1.1-ci bəndinə əs asən Naxçıvan ərazi idarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin strukturuna daxil olan İdarədir. - 5.1-ci bəndinə əsasən İdarənin strukturu və ştat cədvəli Birlik direktoru tərəfindən təsdiq olunur. - 5.4-cü bəndinə əsasən İdarənin digər işçiləri Birlik direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Kollegiya iddiaçının şikayətdə göstərdiyi “08 dekabr 2022-ci il tarixli 1000/974Ş əmrlə 426 xüsusi rütbəli vəzifəli şəxlərin sərəncama götürülməsi və həmin Sərəncama onun adının daxil olmaması” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı həmin sərəncamı mübahisələndirməmişdir. Kollegiya həmçinin iddiaçının şikayətdə göstərdiyi “Azərterminalkompleks” Birliyinin Əsasnaməsində xüsusi rütbəli vəzifəli şəxslərin vəzifəyə təyin və vəzif ədən azad etmə ilə bağlı səlahiyyətlərinin olmasının heç bir normada öz əksini tapmaması, Birliyin direktorunun yalnız əmək müqaviləsi əsasında vətəndaşları işə qəbul etməsi və işdən azad etməsi, “Azərterminalkompleks” Birliyinin direktoru, hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli əmrlərin qanunsuz sayılması barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər iddianın predmetinə aid olmadığından onlara hüquqi qiymət verilə bilməz. Belə ki, iddiaçının hazırki tələbi “onun gömrük orqanlarında xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçının izahatına görə əvvəl işlədiyi “Naxçıvanterminalkompleks” birliyi Naxçıvan MR Ali Məclisi sədrinin fərmanına əsasən yaradılaraq Naxçıvan MR Dövlət Gömrük Komitəsinin tərkibində fəaliyyət göstərmiş, orada aldığı əmək haqqı ilə struktur dəyişikliyindən sonra yaradılmış “Azərterminalkompleks” Birliyinin Naxçıvan ərazi idarəsində aldığı əmək haqqı arasında kəskin fərq olmuşdur. Struktur dəyişikliyi ilə əlaqədar normativ hüquqi aktları mübahisələndirməsə də onun hüquqi marağı gömrük orqanlarında xidməti nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs kimi müvafiq vəzifəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 22 may 2023-cü il tarixli, 3-33/2-009512/2023 nömrəli mək tubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının xidmət yerinin seçilməsi və ya dəyişdirilməsi Dövlət Gömrük Komitəsi sədrinin 21 sentyabr 2018-ci il tarixli, 100/196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun həyata keçirilir. Həmin Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsində əməkdaşın xidmət yerinin dəyişdirilməsi, xidmət üzrə irəli çəkilməsi həmin əməkdaşın ixtisası, iş təcrübəsi, qulluq və peşəkarlıq səviyyəsi, həmçinin vakant yerlərin mövcudluğu nəzərə alınaraq həyata keçirilir. Bununla yanaşı həmin məktubda bildirilmişdir ki, Komitə sistemində perspektivli kadrların seçilməsi, onların bilik və bacarıqlarının, potensial imkanlarından təyinatı üzrə səmərəli istifadə edilməsi və vəzifədə irəli çəkilməsi prosesinin rəqabətlilik və şəffaflıq prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə Komitə sistemində mövcud olan vakant inspektor, böyük inspektor və baş inspektor vəzifələrinin tutulması ilə bağlı növbəti daxili müsabiqə elan edilmişdir. Müsabiqədə qeydiyyatdan keçmək üçün “Səriştə üzrə Anket” formasını dolduraraq 1-15 iyun 2023-cü il tarixlərdə Elektron ünvan az ünvanına göndərilməsi tövsiyə olunmuşdur. İddiaçı izahatında gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması məqsədilə keçirilən imtahanda iki dəfə iştirak etsə də imtahandan keçə bilmədiyini göstərmişdir. Kollegiya İddiaçının şikayətdə qeyd etdiyi “birinci instansiya məhkəməsinin İPM-nin 13-cü maddəsinə əsasən proses iştrakçılarına hüquqi kömək göstərmək adı ilə, işin əsas mübahisə obyekt i sayılan “Azərterminalkompleks" Birliyin direktorunun verdiyi 2300/288Ş və 2300/283Ş nömrəli əmrlərinin əsassız olduğunu ona inandıraraq iddia ərzəsindən bu tələbin çıxarıldığı” barədə dəlilərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş 26 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı qaldırdığı iddia tələbindən “Azərbaycan Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli əmrinin ona aid olan hissəsini ləğv edilməsi” hissəsinin çıxarılması və iddia tələbinin qalan hissəsinə əsasən işə baxılmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 26 yan var 2024-cü il tarixli qərardadı ilə onun iddia tələbi “onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilərək baxılmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, müvafiq struktur dəyişikliyindən sonra iddiaçı həmin vəzifəyə təyin edilmiş və bundan imtina etməyərək razılaşmış, həmçinin cavabdeh inzibati orqan tərəfindən onun tələbinin icrasından imtina edilməmiş, gömrük orqanlarında xidmətə qəbulun müvafiq müsabiqə əsasında həyata keçirildiyi qeyd edilərək iddiaçıya müvafiq istiqamət verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasə n məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də iddiaçı Azər baycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması ilə bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kol legiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(122)84/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun gömrük orqanlarına xidmətini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəs ində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2-1(122)-84/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 may 2024-cü il tarixli, 21(122)-84/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar