Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-78/2025 29.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 21(122)-650/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin c avabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 10 iyun 2025-ci il tarixli, 2-1(122)-650/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixdə Şahbuz rayon Keçili kəndində anadan olmuşdur. 1978, 1979, 1980, 1981, 1982, 1991, 1993-cü illərdə Şahbuz rayon “M.Əzizbəyov” adına Keçili kənd sovxozunda işləmişdir. 2005-ci ildən 2011ci ilə qədər mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bunu təsdiqləyən qəbzlər də işə əlavə olunur. Əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şöbəsinə müraciət etmişdir. X14 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 71 nömrəli qərarında bildirilmişdir ki, müvafiq arayışlara əsasən xx.xx.2006-cı il tarixədək sı ğorta stajı yoxdur. xx.xx.2006-cı il tarixdən müraciət etdiyi xx.xx.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Tələb olunan şərtlər ödənilmədiyi üçün sizə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, qanunla nəzərdə tutulan 25 il sığorta stajınız və fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız olmadığından sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin yuxarıda da qeyd etdiyi kimi, o 2005-ci ildən 2011-ci ilə qədər olan dövrdə kənd təsərüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqları ödəmişdir. Bu əsasla da ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunauy ğundur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(122)-650/2025 nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X6 Sistemində) öz əksini tapmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələ binin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmu ş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü və 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE №0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması h aqqında xx.xx.2024-cü il tarixli, 71 saylı qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsi tətbiq edilməklə, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmək üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından, İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İşdə olan 18 mart 2005-ci il tarixli, EE seriyalı, 004861 nömrəli ödəniş qəbz indən görünür ki, İddiaçı 15000 (on beş min) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan 17 avqust 2006-cı il tarixli, EE seriyalı, 006250 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 4 (dörd) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan 28 avqust 2009-cu il tarixli, ÇİL seriyalı, 784381 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 10 (on) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan 19 yanvar 2011-ci il tarixli, ÇİP/1 seriyalı, 939085 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 15 (on beş) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan 17 fevral 2010-cu il tarixli, ÇİL seriyalı, 785151 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 15 (on beş) manat məbləğində məcburi dövlət s osial sığorta haqqı ödəmişdir. İşdə olan JN-0045, KOD 10500078 nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən X7 və onun ailə üzvləri İddiaçı, X5, X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,93 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işs izliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasın ın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İşin faktiki hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 63 yaşı tamam olmuşdur. İddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 18 mart 2005-ci il tarixli, EE seriyalı, 004861 nömrəli ödəniş qəbzinə əsasən 15000 (on beş min) manat, 17 avqust 2006-cı il tarixli, EE seriyalı, 006250 nömrəli ödəniş qəbzinə əsasən 4 (dörd) manat, 28 avqust 2009-cu il tarixli, ÇİL seriyalı, 784381 nömrəli ödəniş qəbzinə əsasən 10 (on) manat, 19 yanvar 2011-ci il tarixli, ÇİP/1 seriyalı, 939085 nömrəli ödəniş qəbzinə əsasən 15 (on beş) manat, 17 fevral 2010-cu il tarixli, ÇİL seriyalı, 785151 nömrəli ödəniş qəbzinə əsasən 15 (on beş) manat məbləğində olmaqla ümumilikdə 15044 (on beş min qırx dörd) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının təqdim etdiyi ödəniş qəbzinin mötəbərliyinə dair tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının fərdi hesabında tələb olunan pe nsiya kapitalının və 25 il ümumi iş stajının olmaması, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalının olmamasıdır. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X6 Sistemində) öz əksini tapmamışdır. Bu səbəbdən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilə bilməz. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə məlumatların elektron sistemdə öz əksini tap maması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və bu hal vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına o nların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödəməsini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının 18 mart 2005-ci il tarixli, EE 004861 seriya nömrəli ödəniş qəbzinə əsasən 15000 (on beş min) manat, 17 avqust 2006cı il tarixli, EE 006250 seriya nömrəli ödəniş qəbzinə əsasən 4 (dörd) manat, 28 avqust 2009-cu il tarixli, ÇİL 784381 seriya nömrəli ödəniş qəbzinə əsasən 10 (on) manat, 19 yanvar 2011-ci il tarixli, ÇİP/1 939085 seriya nömrəli ödəniş qəbzinə əsasən 15 (on beş) manat, 17 fevral 2010-cu il tarixli, ÇİL 785151 seriya nömrəli ödəniş qəbzinə əsasən 15 (on beş) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instans iya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 21(122)-650/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-78/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-78/2025
29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver