Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-8/2022 07.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh inzibati orqanın nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı X3 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair Naxçıvan MR İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaç ı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək X3 şəhid statusu alması üçün cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin (sədrlik edən S.H.Novruzov) 28 dekabr 2020ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı X3 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilmişdir. Məhkəmə qərarından narazı qalan İddiaçı şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarını ləğv edib, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasının 12 iyul 2021-ci il tarixli, 2-1(108)-15/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarı ləğv edilməklə İddiaçı iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(102)-1990/2021 nömrəli qərarı ilə qismən təmin edilməklə Naxçıvan MR Ali Məhkəməsinin i nzibati kollegiyasının 12 iyul 2021-ci il tarixli, 2-1(108)-15/2021 saylı qərardadı ləğv edilərək iş təkrar baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1990/2021 nömrəli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, iddianı mümkün saymayarkən iddianın hansı mümkünlük şərtlərinə cavab vermədiyini qərardadda əsaslandırmamış, G.A.Rzayevanın həqiqətən iddiaçının anası olmasını və iddiaçının anasının adına verilmiş 10531 nömrəli vəsiqənin mövcud olmasını müəyyən etməmiş, vəsiqənin hansı sənədlər əsasında verilməsini yoxlamamış, vəsiqənin hüquqi qüvvəyə malik olmasını, hüquqi qüvvəyə malik deyilsə, hansı sənədlər əsasında vəsiqənin hüquqi qüvvəsinin olmamasını, bununla bağlı inzibati orqanların hər hansı qərarının olub-olmamasını, həmçinin vəsiqə hüquqi qüvvəyə malik olduğu halda, şəhid statusu barədə arayışın verilməsindən cavabdehin imtinasının səbəblərini müəyyən etməmiş, X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına salınmasını və siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsini araşdırmamış, iddiaçının atasına münasibətdə Fərmanın tətbiq edilib-edilməməsini, G.A.Rzayevaya birdəfəlik ödəmənin ödənilməsini yoxlamam ışdır. Həmçinin həmin qərarda göstərilmişdir ki, iddiaçının anasına məxsus 10531 nömrəli vəsiqə etibarlı olduğu halda, onun atası N.P.Əliqliyevin şəhid statusu alması üçün arayışın hansı məqsədlə iddiaçıya lazım olması, bundan sonra iddiaçının subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli 2-1(122)-52/2020 nömrəli qərarı maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməli, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməlidir. Belə ki, atası X7 1993-cü ildə Şərur rayon Hərbi Komiss arlığı tərəfindən hərbi xidmətə çağırılmış və Murovdağ ətrafında gedən döyüşlərdə həlak olmuş və Gəncə şəhərində 40 (qırx) naməlum əsgərin dəfn olunduğu Şəhidlər Xiyabanında torpağa tapşırılmış, sonradan babası Pirqulu Əliquliyevin xahişi ilə Naxçıvan Muxtar Respublikasına gətirilərək Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin verdiyi sənədlər əsasında Şərur Rayon 2 saylı Dövlət Notariat Kontorunun 22 fevral 2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə onun vərəsəlik hüququ tanınmış, həm də atasının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olması faktı öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməl iyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun olaraq digər şəhid ailələri kimi onlara da kompensasiya ödənilmişdir. Qərarı qəbul edən məhkəmə ölüm haqqında şəhadətnamədə açıq-aydın yazılan, N-cü ildə Murovdağda kəllə nahiyəsindən İV dərəcəli güllə yaralanması ilə kəskin qanitirmə nəticəsində atasının vəfat etdiyini nəzərə almamışdır. X2 Şərur rayon X14 tərəfindən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən 10531 nömrəli vəsi qə verilmiş, atasının şəhid olması barədə kütləvi informasiya vasitələrində də məlumatlar getmişdir. Bütün bunlara baxmayaraq cavabdeh orqan atasının şəhid olması barədə arayışı verməmişdir. Məhkəmə işi hərtərəfli araşdırmamış, yalnız N nömrəli hərbi hissəyə sorğu göndərməklə kifayətlənmişdir. Lakin o da mümkündür ki, atası başqa hərbi hissədə qeydiyyatda olsun, müəyyən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində vuruşmuş olsun. Şəhid olan bir insanın adının Müdafiə Nazirliyinin və ya Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin arxivində olmaması mümkünsüzdür. Əgər belə bir hal varsa belə bunun əziyyətini şəhidin ailə üzvləri çəkməli deyil. Həmin orqanların səhlənkarlığı ucbatından şəhid qızı kimi imtiyazlardan istifadə edə bilməmiş, atası Azərbaycanın əraz i bütövlüyü uğrunda şəhid olmuşdur. Dövlət orqanlarının, eyni zamanda məhkəmələrin borcudur ki, bu məsələyə aydınlıq gətirsinlər. Atasının hərbi xidmətə getməsi məlumdur, lakin tərxis olunması məlum deyil. Bu insan hərbi xidmətə gedibsə, ya sağ-salamat geri qayıtmalıdır, ya fərarilik edib cinayət məsuliyyətinə cəlb olunmalı, ya şəhid olmalı, ya da itkin düşməlidir. O halda cavabdeh orqanla və ya məhkəmə ilə razılaşa bilər ki, onlar atasının hansı şəraitdə ölməsinə və ya atasının hazırda harada olmasına aydınlıq gətirsinlər. Hansısa orqan səhlənkarlıq edib arxiv sənədlərində düzgün qeydiyyat aparmayıbsa və yaxud ümumiyyətlə qeydiyyat aparmayıbsa, onların səhvinə görə canını Vətən üçün fəda edən şəhidə nəyə görə şəhid statusu verilməməlidir. Əgər atası şəhid deyilsə onu nəyə görə Şəhidlər Xi yabanında dəfn ediblər. Şəhid deyilsə ona şəhidin qızı kimi nəyə görə 11.000 manat sığorta ödənişi veriblər. Şəhid deyildirsə, Murovdağda güllə yarasını necə və hansı şəraitdə alıb. Onda kimdir atasının qatili, kim öldürüb onu Murovdağda. Naxçıvanda doğulan, yaşayan adamın N-cü ildə qızğın döyüşlər vaxtı Murovdağda güllə yarası alması və qanitirmədən ölməsi, 40 nəfər meyidlə Gəncəyə gətirilib Şəhidlər Xiyabanında dəfn edilməsi onun şəhid olmasına əsas vermirmi. Məhz qeyd edilən məsələlərə aydınlıq gətirilərək atası X3 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmiş, bu qədər faktlar ola-ola iddiası təmin olunmamışdır. Mümkün deyil ki, atası barədə bir məlumat arxivdə olmasın, sadəcə bu iş ətraflı araşdırılm alı, tək Naxçıvanda yox, atasının məlumatları bütün Azərbaycan üzrə axtarılmalıdır. İddiaçı şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci və 60-cı və Azərbaycan Respublikası İPM-nin 81.1-ci və 87.6-cı maddələrinə istinad edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarının ləğv edilib, iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə qarşı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində atası X3 N nömrəli hərbi hissənin tərkibində xx.xx.N-cü il tarixdə ermənilərə qarşı Murovdağ ətrafında gedən döyüşlərdə şəhid olduğunu bildirmiş, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin əvvəllər apardığı araşdırmalardan məlum olmuşdur ki, X7 N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısında qeydiyyatdan keçməmişdir və onun ölümü haqqında N nömrəli hərbi hissədə heç bır məlumat yoxdur. Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğular edilməsinə baxmayaraq heç bir müsbət cavab alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi s tatusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra Hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixdən may N-cü il tarixədək olan əmrlərində təkrar araşdırmalar zamanı heç bir məlumat aşkar edilmədiyindən mərhum X3 N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı barədə təsdiqedici sənəd olmamışdır. Məhkəmə tapşırığı əsasında Sumqayıt İnzibati Məhkəməsində və Kollegiyada iddiaçı qismində dindirilmiş İddiaçı izahatında X8 onun anası olmasını və hazırda Türkiyə Respublikas ında yaşadığını, anasının adına verilmiş 10531 nömrəli vəsiqənin şəhid ailəsi üçün verilmiş vəsiqə olmaqla vəsiqənin əslinin anasında olduğunu, həmin vəsiqə əsasında şəhid ailələri üçün dövlət tərəfindən mütəmadi olaraq verilən sovqatları aldığını, bundan başqa 23 aprel 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli fərmanına əsasən 11000 manat birdəfəlik ödənişi aldığını,N-cü ildə vəfat etmiş mərhum atasının şəhid statusunun alınmasının ona şəhid ailəsi üçün verilən təqaüdün alınması üçün lazım olduğunu, 6 ilə yaxındır ki, anasına şəhid ailəsi üçün verilmiş vəsiqə əsasında Dövlət Sosial Müdafiə fonduna müraciət edərək şəhid ailəsi üçün təqaüdün alınmasını tələb etsə də atasının şəhid statusu olmaması səbəbindən müraciətinin müsbət həllini tapmadığını, atası na şəhid statusunun verilməsi ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə müraciət etdiyini, müraciəti təmin olunmadığına görə Naxçıvan MR İnzibati Məhkəməsində iddia qaldırdığını göstərmişdir. Həmçinin iddiaçı izahatında əlavə olaraq göstərmişdir ki, atasının şəhid olması barədə əvvəl arayışın verilməsindən məlumatı olmamışdır. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X12 etiraza uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, işdəki sənədlərdən aydın olmuşdur ki, iddiaçının mərhum atasının şəhid olması barədə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən arayış verilmiş, həmin arayış əsasında da iddiaçının anasına şəhid ailəsi vəsiqəsi ver ilmişdir. Bununla əlaqədar aparılmış yoxlama zamanı həmin arayışın əsli və ya onun ləğv edilməsi ilə əlaqədar hər hansı bir sənəd Xidmətdə aşkar olunmamışdır. Göstərilənlərə əsasən Naxçıvan MR İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya iş üzrə tərəflərin izahatlarını dinləyərək şikayətin dəlillərini inzibati mübahisəyə dair iş materialları ilə birlikdə araşdırıb iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün qərarın qanuniliyini, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini tam yoxlayaraq aşağıdakıları qeyd edir. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədlərini müəyyən edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanı nın 1-ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi müəyyən edilmiş, Fərmanın 2-ci bəndində göstərilmişdir ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 3-cü bəndində qeyd edilir ki, birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsind ə nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış; İşə əlavə edilmiş Notariat işindəki 22 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olur ki, N-cü il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikası ərazi bü tövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitdən ibarətdir. Ali Məhkəmənin qərarında verilmiş göstərişlərə uyğun olaraq inzibati orqanlara müvafiq sorğular göndərilmiş Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, 77 nömrəli məktubda bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin başlanğıcı çağırışçılar üçün –müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gündən sayılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivindən alınmış Şəxsi heyətin qəbulu məntəqəsinin “Hərbi xidmət keçməsi üçün müxtəlif hərbi hissələrə göndərilənlərin adlı siyahıları” qovluğundan çıxarışda X3 xx.xx.N-cü ildə hərbi hissəyə göndərilməsi qeyd olunmuşdur. Hərbi qulluqçu X3 ölüm faktını nəzərə alaraq adı siyahıya salınmış və xx.xx.2018-ci il tarixdə 574 nömrəli məktubla Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi “Hərbi xidmət keçmək üçün müxtəlif hərbi hissələrə göndərilənlərin adlı siyahıları” qovluğundan çıxarışın surətində siyahıda adları göstərilən şəxslərin hansı hərbi hissəyə göndərildiyinin yazılmaması ba rədə qeyd vardır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 674 nömrəli məktubla bildirilmişdir ki, mərhum X3 adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyq uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və polis orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsinə dair siyahıda var və məlumatlar aidiyyəti dövlət orqanına göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhk əmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda X3 adı qeyd olunmuşdur. N.Əliquliyev ilə bağlı vərəsəlik işi Sərur Notariat Kontoru tərəfindən xx.xx.2019-cu ildə açılmış və müvafiq sənədlər Nazirliyə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim edilmişdir. Təqdim edilən sənədlər əsasında ödəniş N.Əliquliyevin övladı İddiaçı 1/1 payda müəyyən edilmişdir. ”Azərbaycan Resublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq N.Əliquliyevin yuxarıda adı qeyd olunan vərəsəsinin bank hesabına birdəfəlik ödəmə həyata keçirilmişdir. İddiaçının izahatına görə də həmin Fərmanla müəyyən edilmiş 11000 manat məbləğində birdəfəlik ödəməni almışdır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğuya cavab olaraq məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 22/149 nömrəli məktubda bildirilmişdir ki, Şərur rayonu, Mahmudkənd qeydiyyatlı, mərhum X3 “Şəhid” və ailəsinin “Şəhid ailəsi” statusu alması barədə müraciət araşdırılmış, məlum olmuşdur ki, Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin dövriyyədə olan sənədlər ində N.Əliquliyevin və ailəsinin qeyd edilən statusa malik olmaları ilə əlaqədar heç bir rəsmi sənəd və qeydiyyat aşkar edilməmiş, ailəyə “Şəhid ailəsi” status ilə əlaqədar mərkəzdən hər hansı bir sosial müavinət ödənişi aparılmır. Mərkəz tərəfindən Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə və Rayon Dövlət Arxivinə yazılı müraciət edilərək ailə haqqında müvafiq qeydiyyatın olubolmaması barədə məlumat verilməsi xahiş edilmiş, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 195 nömrəli məktubuna əsasən mərhum 1973-cü il təvəllüdlü N.Əliquliyevin barəsində Müdafiə Nazirliyindən və Hərbi Hissədən döyüş təminatı ilə bağlı tapşırığın icrası zamanı həlak olması (vəfat etməs i) ilə bağlı bildiriş və arayışın Xidmətə daxil olmadığı bildirilmişdir. Həmçinin Sərur Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 2 nömrəli məktubuna əsasən N.Əliquliyevin həyat yoldaşı X10 verilmiş “Səhid ailəsi üzvünün vəsiqəsi” və “Şəhid” status ilə əlaqədar hər hansı bir təsdiqedici sənədin Şərur Rayon Arxivində olmadığı bildirilmişdir. Mərhum N.Əliquliyevin şəhid statusu alması haqqında müvafiq təsdiqedici sənədlər aşkarlanmadığından mərhumun həyat yoldaşı G.Rzayevaya verilmiş vəsiqənin hüquqi qüvvəyə malik olmadığı müəyyən edilmişdir. Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2022-ci il tarixli, 02/62 nömrəli məktubu ilə G.Rzayevaya vəsiqənin geri qaytarılması ilə bağlı müraciət göndərilmişdir. Sərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2022-ci il tari xli, 02/106 nömrəli məktubunda sorğuya cavab olaraq göstərilmişdir ki, Şərur rayonu, Mahmudkənd kənd sakini mərhum X3 həyat yoldaşı X13 daxil olmaqla heç bir ailə üzvünə Mərkəz tərəfindən şəhid ailəsi üzvü kimi hal-hazırda hər hansı ödəniş həyata keçirilmir. Mərhum N.Əliquliyevin şəhid, ailə üzvlərinin şəhid ailəsi üzvü statusu olması ilə əlaqədar Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hər hansı bir sənəd aşkarlanmamışdır. Həmçinin yazılı müraciətlərinə əsasən Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi və Şərur Rayon Dövlət Arxivindən N.Əliquliyevin özü və ya ailəsi ilə əlaqədar “Şəhid” statusunun olması haqqında məlumatın olmaması bildirilmiş, tərəflərindən X10 yazılı müraciət edilərək ona verilmiş vəsiqənin Mərkəzə geri qaytarı lması bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (köhnə redaksiyada) 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin ara yışında Azərbaycan Respublikasının N-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazi rliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. (4.2-ci bənd). Kollegiya qeyd edir ki, iş materiallarına görə iddiaçının atasının gizir və ya zabit olması müəyyən ed ilməmiş, əsgər olduğundan digər hərbi qulluqçuların kateqoriyasında olmuşdur. Yuxarıda qeyd olunan həmin Qaydalara görə bu kateqoriya üzrə hərbi qulluqçularla bağlı şəhid ailəsi statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbəsinin verdiyi arayışla təsdiq edilir və belə arayış da Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmamışdan əvvəl fəaliyyət göstərmiş Şərur Rayon Hərbi Komissarlığı tərəfindən verilmişdir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fər manı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli 292 nömrəli Qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin üçüncü abzasında “qeydiyyatda olduqları hərbi komissarlıqlar” sözləri “hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilmişdir. “Azərb aycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2016-cı il tarixli 488 nömrəli qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respub likası Nazirlər Kabinetinin N-cü il 15 yanvar tarixli 10 nömrəli qərarının 4.2-ci bəndində “əhalinin sosial müdafiə mərkəzləri” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş; Şərur Rayon Hərbi Komissarı mayor Q.Mehdiyevin imzası ilə təsdiq edilmiş, C.Hüseynovun icra etdiyi arayışda (iş/v 180) göstərilmişdir ki, həqiqətən X7 N-cü il tarixdə Murovdağ döyüşlərində erməni işğalçılarına qarşı döyüşdə şəhid olmuşdur. Əsas kimi Cəlilkənd İcra nümayəndəliyinin verdiyi 13 yanvar 1998-ci il tarixli ölüm haqqında arayış göstərilmişdir. Həmin arayışın Əmək və ƏSMM-nə təqdim etmək üçün verilməsi qeyd edilmişdir. Həmçinin iş materiallarına əlavə edi lmiş qəzet səhifələrində X3 N-cü ildə könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollandığı, həmin vaxt həlak olduğu və N-cü il iyul ayının 15-də Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunduğu göstərilmişdir. xx.xx.2002-ci il tarixli,02 nömrəli ölüm haqqında akt qeydində (bərpa) (iş v/62) hərbi xidmətdə olmuş,1973-cü ildə Nax.MR Şərur rayon Mahmudkəndində anadan olan X3 öldüyü vaxtın N-cü il, ölümün səbəbi kimi güllə yaralanması kəllə nahiyyəsindən, kəskin qanitirmə, donma İV dər. göstərilmiş, ölüm faktını təsdiq edən sənəd kimi Şərur Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2002-ci il tarixli ölüm arayışı və AZ seriyalı,100978 nömrəli şəhadətnamənin verilməsi qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin (təkrar) notarial qaydada təsdiq edilmiş surətində X3 N-cü ildə Murovdağda ölməsi, ölüm ünün səbəbinin kəllə nahiyyəsindən güllə yaralanması, kəskin qanitirmə, İV dərəcə göstərilmişdir. Naxçıvan MR Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X8 adına verilmiş (iş/ v.16) 10531 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən aydın olur ki, vəsiqəni təqdim edən şəxsin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Vəsiqə Azərbaycan Respublikası ərazisində 29 aprel 1998-ci il tarixdən etibarlıdır. Nikah haqqında şəhadətnamənin (təkrar) surətindən aydın olur ki, X7 ilə X13 arasında nikah bağlanması barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Ncü ilin yanvar ayının 10-da 94 nömrə ilə qeyd apa rılmışdır. X4 doğum haqqında akt qeydindən məlum olur ki, X9 xx.xx.N-cü ildə Mahmud kəndində doğulmuş, bu barədə Şərur Rayon Cəlilkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 76 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası X5r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul etdiyi və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” 21 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2.). Həmin Qanunun mötəbərlik prezumpsiyasını müəyyən edən 19.1-ci maddəsində göstərilmişdir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hər əkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci li il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd), iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddia çının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyət üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə k ollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, elə cə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin halları baxımından kollegiya hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, X3 şəhid olması barədə verilmiş arayışın, eləcə də onun arvadı X8 adına verilmiş 10531 nömrəli vəsiqənin səlahiyyətli orqan tərəfindən ləğv edilməsi, etibarsız sayılması müəyyən edilmədiyindən iddiaçının mərhum atasının şəhid olması barədə arayışın verilməsi tələbi ilə yenidən məhkəməyə müraciət etməsinin hüquqi əsası yoxdur. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqın da, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Kollegiya qeyd edir ki, iddiaçının izahatına görə onun hazırkı iddianı qaldırmaqda hüquqi marağı şəhid ailəsi üçün müəyyən edilmiş təqaüdün alınması ilə bağlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman inzibati prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, iddianı mümkünsüz saymalı olduğu halda işə mahiyyəti üzrə baxaraq iddia tələbinin rədd olunması nəticəsinə gəlmişdir Azərbaycan Respublikası İPM-nin 87.6-cı madəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya mə hkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 35.3-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verən kollegiya belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 35.3, 87.6, 89, 90, 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 21(122)-52/2 020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı X3 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-8/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-8/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver