Məhkəmə qərarları › İş №2-1(108)-8/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-8/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-8/2024 22.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı X4 və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "onun İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(122)-390/2023 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı 15 mart 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək onun İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzəri nə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 13 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə vəsatət verərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin cavabdeh qismində qəbul edilərək iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin sözünün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sözü ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi cavabdeh qismində qəbul edilməklə iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin sözü Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sözü ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 21(122)-390/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992- 2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 21(122)-390/2023 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 04 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(122)-390/2023 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. xx xxxx 1962-ci il tarixdə Şərur rayon Şahtaxtı kəndində anadan olmuş, Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 02 fevral 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquq şəxsin Kəngərli rayon şöbəsinə müraciə etmişdir. Fondun Kəngərli rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən baxılmış və ona güzəştli şərtlərlə yaşa görə əmək p ensiyası təyin olunmasından edilmişdir. İmtinanın səbəbi iddiaçının tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmaması göstərilmişdir. Belə ki, İddiaçı təqdim etdiyi 14T-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində olan məlumatlara əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək İliç rayon Tikinti Materialları Zavodunda yükləyici, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək İliç rayon Tikinti Materialları Zavodunda sürücü, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək həmin zavodda qazmaçı, xx.xx.1984-cü il tarixdən xx.xx.2000-ci il tarixədək həmin zavodda fəhlə, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Əmlak Nazirliyinin 8 saylı xx.xx.2000-ci il tarixli əmrinə əsasən İliç rayon Tikinti Materialları Zavodu ləğv edildiyi üçün yeni yaranmış Naxçıvan TMİC-nin Şərur sahəsində kraz sürücüsü, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Kəngərli rayon Rabitə İdarəsində elektrik-montyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Şahtaxtı kənd İƏDÜ nümayəndəliyində ocaqçı, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Şahtaxtı kənd İƏDÜ nümayəndəliyində ocaqçı, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də fəhlə işləmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən bu günə kimi Kəngərli rayon Rabitə idarəsində elekrik-montyor vəzifəsində işləyir. Beləliklə, iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə, onu n əmək kitabçasında olan qeydlərə əsasən 32 il 1 ay ümumi, 16 il 10 ay 5 gün xüsusi iş stajı yaranmış olur. Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 08 nömrəli arayışda İddiaçı xx.xx.1983-cü il tarixli, 52 nömrəli əmrlə İliç rayonTikinti Materialları Zavodunda 3-cü dərəcə yükləyici qəbul edildiyi göstərilsə də 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinmədiyi qeyd olunmuşdur. Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş həmin arayışda İddiaçı adına 1992-ci ildə 5 ay, 1994-cü ildə 1 ay, 1995-ci ildə 8 ay əməkhaqqı yazıldığı göstərilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, 1993,1996,1997-ci illərin əməkhaqqı kitablarında İddiaçı adına rast gəlinmədi, 1998,1999,2000-ci illərin əməkhaqqı kitabları Kəngərli rayon Dövlət Arxivinə təhvil verilmədiyində həmin illərə baxmaq mümkün olmamışdır. Beləliklə, iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və 25 il ümumi, 12 il 6 ay xüsusi sosial sığorta stajı tamamlanmadığı üçün ona pensiya təyin edilməmişdir. Arxiv arayışına əsasən İddiaçı 22 il 3 ay 7 gün ümumi, 9 il 7 ay 17 gün xüsusi sosial sığorta stajı vardır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələr in, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Bildirilmişdir ki, həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş ş əxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edirlər ki, 1992-ci ilin yanvarın 1-dən sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əmək haqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əmək haqqı əsasında ödənilir, yəni əmək haqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun al acağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Hesab edirlər ki, məhkəmə işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımı qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Ona görə də məhkəmə nin qərarı ilə razı deyillər və hesab edirlər ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1 (122)-390/2023 saylı qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, 149cu maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci, 81.1-ci, 81.2-ci və 87.6-cı maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayəti n təmin edilməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1 (122)-390/2023 nömrəli qərarının ləğv edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(122)-390/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda mü əyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatl arı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təmi natı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqd a və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır ola n işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq, “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın a imkan verdikdə” sözləri əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qərarında ona istinad etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sos ial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarında olan sənədlərlə təsdiq edilir ki, iddiaçının 2000-ci ilədək güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı yaranmışdır. Belə ki, əmək kitabçasından (əmək kitabçasının tərcümə edilmiş surətindən də) müəyyən olunur ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək dağ-mədən işlərində AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 2.1.1-ci bəndinin a) yarımbəndində nəzərdə tutulan peşələrə uyğun vəzifələrdə çalışmışdır. İddiaçının 17 ildən artıq xüsusi və 22 il ümumi stajı vardır. 2011-2021-ci illər üzrə isə MEİS-də aparılan fərdi uçot məlumatlarına və əmək kitabçasinda aparılmış qeydlərə əsasən 10 il, 01 ay əmək stajı vardır. Ümumilikdə isə əmək kitabçasında aparılmış qeydlərdən iddiaçının 32 ildən artıq iş stajının olması öz təsdiqini tapır. İddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti işə əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunu r. İddiaçının əmək kitabçasında aparılmış qeydlərin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyincə, mötəbər hesab olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlət sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək İliç rayon Tikinti Materialları zavodunda yükləyici, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək İliç rayon Tikinti Materialları zavodunda sürücü, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək İliç rayon Tikinti Materialları zavodunda qazmaçı, xx.xx.1984-cü il tarixdən xx.xx.2000-ci il tarixədək İliç rayon Tikinti Materialları zavodunda fəhlə, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naxçıvan MR Əmlak Nazirliyinin 8 saylı xx.xx.2000-ci il tarixli əmrinə əsasən TMZ ləğv edildiyindən yeni yaranmış Naxçıvan TMİC-nin Şərur sahəsində kraz sürücüsü, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Kəngərli rayon Rabitə idarəsində elektro-montyor, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin binasında müqavilə əsasında ocaqçı, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin binasında müqavilə əsasında ocaqçı, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də fəhlə, xx.xx.2015-ci il tarixdə Kəngərli rayon Rabitə idarəsində elektro-montyor vəzifəsinə qəbul edilmiş və xx.xx.2017-cı il tarixdə tutduğu və zifədən azad edilmişdir. İş materiallarında olan Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilən 13 yanvar 2023cü il tarixli, 08 nömrəli arayışdan aydın olur ki, Babayev X6 Tikinti Materialları Zavoduna xx.xx.1983-cü il tarixli, 52 №-li əmrlə 3-cü dərəcə yükləyici kimi işdə hesab edilmişdir. Lakin 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinməmişdir. Arayışın qeyd hissəsində əmək haqqı kitablarında İddiaçı ata adı qeyd edilmədiyi, 1993, 1996, 1997-ci illərin əmək haqqı kitablarında adına rast gəlinmədiyi, 1998, 1999, 2000-ci illərin əmək haqqı kitabları Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərə baxmağın mümkün olmadığı göstərilmişdir. İş materiallarında olan Kəngərli Rayon Dövlət Arxivinin birinci instansiya məhkəməsinin sorğusuna cavab ola raq 12 iyun 2023- cü il tarixli, 38 nömrəli və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 16 iyun 2023-cü il tarixli, 02/319 nömrəli məktubları ilə məhkəməyə göndərilmiş arxiv arayışlarında İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda xx.xx.1983-ci il tarixli, 52 №-li əmrlə 3-cü dərəcə yükləyici kimi işdə hesab edildiyi, lakin 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinmədiyi qeyd olunmuşdur. Məktuba həmçinin İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda işlədiyi dövrə dair aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl əlavə edilmişdir. Hazırkı işin hallarına əsasən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçıya məxsus əmək kitab çasındakı qeydlərin alınmış arxiv arayışları arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbini əsas gətirərək, işlədiyi illərin sosial siğorta stajına daxil edilməsini mümkün saymamış və iddiaçının ümumi və xüsusi iş stajının az olması əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında imtina etmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd edilmişdir ki, Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 08 nömrəli arayışda İddiaçı xx.xx.1983-cü il tarixli, 52 nömrəli əmrlə İliç rayonTikinti Materialları Zavodunda 3-cü dərəcə yükləyici qəbul edildiyi göstərilsə də 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinmədiyi qeyd olunmuşdur. Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş həmin arayışda İddiaçı adı na 1992-ci ildə 5 ay, 1994-cü ildə 1 ay, 1995-ci ildə 8 ay əməkhaqqı yazıldığı göstərilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, 1993,1996,1997-ci illərin əməkhaqqı kitablarında İddiaçı adına rast gəlinmədi, 1998,1999,2000-ci illərin əmək haqqı kitabları Kəngərli rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərə baxmaq mümkün olmamışdır. Beləliklə, iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və 25 il ümumi, 12 il 6 ay xüsusi sosial sığorta stajı tamamlanmadığı üçün ona pensiya təyin edilməmişdir. Arxiv arayışına əsasən İddiaçı 22 il 3 ay 7 gün ümumi, 9 il 7 ay 17 gün xüsusi sosial sığorta stajı vardır. Məlum olduğu kimi, q anunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 25 il ümumi və müvafiq siyahı üzrə 12 il 6 ay xüsusi staja malik olması faktı təsdiq edilməlidir. Cavabdeh iddiaçının əmək kitabçası üzrə həm ümumi və həm də xüsusi stajının mövcudluğunu qəbul edir. Həmin hal, həmçinin iş materialları ilə də təsdiq olunur. İş üzrə cavabdehin mübahisələndirdiyi hal iddiaçının əmək kitabçası ilə alınmış arxiv arayışları arasında olan uyğunsuzluqlarla bağlıdır. Məhkəmə kollegiyası isə birinci instansiyası məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq ilk növbədə qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabç asında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, iddiaçının ümumi və xüsusi iş stajı barədə məlumatlar onun əmək kitabçasında, təhsil haqqında sənədində, arxiv arayışlarında, eləcə də iddiaçının hərbi xidmətdə olmasına dair hərbi biletdə təsdiq edilmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin şübhə doğurduğuna dair cavabdeh tərəfindən heç bir irad irəli sürülməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir. Hətta əmək kitabçasasında olan qeydlərin doğruluğu cavabdeh tərəfdən də təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsi inzibati orqandan, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməyi tələb edir. Həmin qan unun tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunmalıdır və həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması inzibati orqana qadağan edilmişdir. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, inzibati orqan iddiaçınn əmək kitabçasında olan məlumatların həqiqiliyini nəinki təkzib edən, hətta şübhə altına almağa əsas verən hər hansı sübutu təqdim etməmişdir. Cavabdeh orqanın iddiaçının pensiya təyin olunması barədə müraciəti üzrə hər hansı səmərəli araşdırma aparması müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə u yğun olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (1974-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur) 69-cu maddəsinə uyğun olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasə n iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Göründüyü kimi arxiv məlumatlarında ümumiyyətlə qeyd edilən illər üzrə təkcə iddiaçı ilə bağlı deyil, həmin idarəyə aid 1998-2000-ci illərə dair əmək haqqı kitablarının arxivə təhvil verilmədiyi bildirildiyindən və iddiaçının bu dövrlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, inzibati orqanın iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid etməməklə haqlı olmamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Şahtaxtı Tikinti Materialları Z avodunun 1998-2000-ci illərə dair əmək haqqı kitabları Naxçıvan MR Dövlət Arxivinə və Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilməməsi İddiaçı həmin idarədə işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas ola bilməz. Belə ki, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindəki qeydlərdən də məlum olur ki, iddiaçı İliç Tikinti Materialları Zavodunda işləmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi h allarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yəni konkret bu halda iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki halların mövcudluğu cavabdeh təşkilat tərəfindən sübut edilməlidir. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının həmin dövrlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, inzibati orqanın iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid etməməklə haqlı olmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiəsi Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-1(122)-390/2023 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "onun İliç Tikinti Materialları Zavodunda işlədiyi 1992-2002-ci illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsin in 20 oktyabr 2023-cü il tarixli, 2-1(122)-390/2023 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 21(122)-390/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar