Məhkəmə qərarları › İş №2-1(108)-8/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-8/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-8/2025 21.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 21(122)-968/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı vurulmuş ziyana görə 100000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Naxçıvan M uxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək vurulmuş ziyana görə 100000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 14 avqust 2024-cü il tarixli, 2-1(122)-968/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Culfa şəhər sakini X3 500 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi almışdır. Həmin fərdi yaşayış evinə dair X4 adına Culfa Şəhər İcra Nümayəndəliyinin 08 iyun 2000-ci il tarixli, 33 saylı sərəncamı və 2786 saylı texniki pasport mövcud olmuşdur. Əmlakı aldıqdan s onra həm torpağa, həm də yaşayış evinə çıxarış almaq istəmişdir. Plan-ölçü almaq üçün 38 manat Kapital Banka müvafiq hesaba ödəniş etmişdir. Bundan sonra sabiq icra başçısı Şükür Babayevin adamları ondan əlavə pul istəmişdirlər. Pul vermədiyinə görə Şükür Babayevin göstərişi ilə torpağı əlindən alınmış və evi sökülmüşdür. İcra hakimiyyətinə müraciət edərək, vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etmiş, lakin rədd cavabı almışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi Nümayəndə ümumi əsaslarla apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı 2010-cu ildə Culfa şəhər sakini X3 500 kv.m torpaq sahəsində yerləşən və təxminən 3-4 il əvvəl Elşad Quliyevin özü tərəfindən inşa edilmiş fərdi yaşayış evi almışdır. Torpaq sahəsinin və evin çıxarışı olmadığı üçün Elşad Quliyev onun adından rəsmiləşdirmə işlərinin həyata keçirilməsi üçün İddiaçı ümumi etibarnamə vermişdir. Torpaq sahəsinə plan-ölçü sənədi almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, lakin sənədin alınması mümkün olmamışdır. 2011-ci ildə həmin torpaq sahəsi əlindən alınaraq ev sökülmüş və Elşad Quliyevin adına verilmiş sərəncam ləğv olunmuşdur. İcra hakimiyyətinə müraciət edərək, vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etmiş, lakin rədd cavabı almışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının suallarına cavab verərək həmçinin bildirmişdir ki, torpaq sahəsinə və tikiliyə dair sənədlər Elşad Quliye vin adına olmuş, 2010-cu ildə əmlakı Elşad Quliyevdən aldıqdan sonra iddiaçının istifadəsində olmuşdur. İddiaçı hazırkı iddianı Elşad Quliyevin adından deyil, özünün mülkiyyət hüquqlarının müdafiəsi üçün qaldırmışdır. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutet mə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istən ilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşdə olan iddia ərizəsinə əlavə edilmiş Culfa Şəhər İcra Nümayəndəl iyinin 08 iyun 2000-ci il tarixli, 33 saylı sərəncamından çıxarışın surətindən görünür ki, X6 500 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan iddia ərizəsinə əlavə edilmiş 2786 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X6 məxsus evə texniki pasport tərtib edilmişdir. İşdə olan iddia ərizəsinə əlavə edilmiş 14 may 2010-cu il tarixli etibarnamənin surətindən görünür ki, X2 Rayon İcra Hakimiyyəti Culfa Şəhər Nümayəndəliyinin 08 iyun 2000-ci il tarixli, 33 saylı Sərəncamına və Naxçıvan MR DTİ və MH qeydiyyatı idarəsinin verdiyi 2786 saylı fərdi yaşayış evin texniki pasportuna əsasən Culfa şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi və ordakı tikintilər üzərində sərəncam verməyi, satmağı, özəlləşdirməyi, ipoteka qoymağı, üzərində əlavə tikinti aparm ağı, adından ərizə verməyi, Naxçıvan MR Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətin Culfa rayon ərazi şöbəsində ona aid olan sənədləri almağı verməyi aidiyyəti idarələrdə, təşkilatlarda nümayəndəsi olmağı İddiaçı etibar etmişdir. İşdə olan Cavabdeh başçısının 16 dekabr 2011-ci il tarixli, 68 nömrəli sərəncamının surətinin 2-ci bəndindən görünür ki, Culfa şəhər sakini X6 ayrılmış torpaq sahəsindən məqsədli təyinatı üzrə istifadə edilmədiyindən və ayrılmış torpaq sahəsi üçün üzrlü səbəb olmadan 11 (on bir) il müddətində torpaq vergisi ödənilmədiyindən Culfa Şəhər İcra Nümayəndəliyinin 08 iyun 2000-ci il tarixli, 33 saylı sərəncamının 1-ci bəndinin 6-cı abzası (X6 aid olan hissəsi) qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı qeyd edir ki, X3 aldığı torpaq sahəsi onun əlindən zorla alındığından ona müvafiq kompensasiya ödənilməlidir. İşdə olan sübutlardan müəyyən olunur ki, torpaq sahəsi barəsində tərtib olunmuş sənədlər X4 adınadır. İddiaçı iş materiallarına əlavə etdiyi 2010-cu il tarixli etibarnamə əsasında özünü həmin torpaq sahəsi barəsində səlahiyyətli şəxs hesab edərək, müvafiq tələb hüququnun olduğu qənaətindədir. Lakin həmin etibarnamə əsasında iddiaçıya X6 məxsus torpaq sahəsi barəsində məhkəmədə onu təmsil etmək, onun adından hər hansı iddia etmək hüququ verilməmişdir. Qeyd edilən hallar Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi tərəfindən iddiaçı tərəfə izah olunmuşdur. Lakin iddiaçının nümayəndəsi əlavə hər hansı sübutunun və sənədinin olmadığını bildirərək, mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının sözügedən torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dair subyektiv hüququnun olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı mövcud sübutlar əsasında işə baxılmasını xahiş etmişdir. Lakin hazırkı inzibati iş üzrə X8 məhkəmədə iddia qaldırmamış, iddiaçı öz adından kompensasiya tələbi ilə bağlı iddia qaldırmışdır. İddiaçının hüquqi marağı torpaq sahəsinə dair adına sənədlər verilmiş Elşad Quliyevin məhkəmədə hüquqlarının müdafiəsi deyil, özünə məxsus hesab etdiyi əmlaka görə kompensasiya almaqdan ibarətdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məh kəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 21(122)-968/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbay can Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar