Məhkəmə qərarları › İş №2-1(108)-80/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-80/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-80/2024 20.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı onun və mərhum atası X3 mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən povilyon çayxananın və Araz KM-nin yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının dəyəri olan 200000 (iki yüz min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(122)-943/2024 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizəni və apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, onun və mərhum atası X3 mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən povilyon çayxananın və "xxxx" Kiçik Müəssisəsinin yenidən tikilməsi üçün ərazinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının dəyəri olan 200000 (iki yüz min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim E. Hüseynov) 07 may 2024-cü il tarixli, 2-1(122)-943/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin iddiaçı apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 21(122)-943/2024 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilmə müddəti iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, iddiaçı 06 may 2024-cü il tarixdə Naxçıvan Sağlamlıq Mərkəzində travmatoloq müayinəsində olmuş, ona sağ baldır sümüyünün aşağı 1/3 hissəsinin sınığı diaqnozu qoyulmuşdu r. Bu üzrlü səbəbdən apellyasiya şikayətinin vaxtında verilməsi qeyri-mümkün olmuşdur. Məhkəmənin 23 iyul 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2 instansiya məhkəməsinin mübahisələndirilən qərardadını poçt vasitəsilə 15 may 2024-cü il tarixdə almış, lakin səhhəti ilə əlaqədar müalicə aldığı üçün apellyasiya şikayətini vaxtında verməsi mümkün olmamışdır. Müalicəsini ev şəraitində almış, sağlamlıq vəziyyəti hərəkət etməyə, harasa getməyə imkan verməmişdir. Məhkəmənin növbəti mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. M əhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apelly asiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli qərardadının surəti iddiaçının iddia ərizəsində faktiki yaşayış ünvanı kimi göstərdiyi ünvan 3aydada göndərilmiş və 15 may 2024-cü il tarixdə həmin ünvana çatdırılmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında həmin qərardadı poçt vasitəsilə həmin tarixdə aldığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli qərardadı 15 may 2024-cü il tarixdə iddiaçıya rəsmi qaydada təqdim olunmuşdur. Belə olan halda qərardaddan apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin sonuncu günü 25 may 2024-cü il tarix qeyri-iş gününə (şənbə gününə) təsadüf etdiyindən, şikayətin verilməsi üçün sonuncu gün 27 may 2024-cü il tarix hesab olunur. Lakin apellyasiya şikayəti 25 iyun 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübut kimi iddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 20 iyun 2024-cü il tarixli, 260 nömrəli arayışı təqdim edilmişdir. Həmin arayışdan görünür ki, iddiaçı həqiqətən 06 may 2024-cü il tarixdə Nax çıvan Sağlamlıq Mərkəzində həkim müayinəsində olmuş, sağ baldır sümüyünün sınığı diaqnozu qoyulmuş, ambulator müalicəyə ehtiyacı vardır. Lakin qeyd edilən arayış buraxılmış prosessual müddətin bərpası üçün kifayət deyildir. Çünki arayışın məzmunundan da görünür ki, iddiaçının ambulator müalicəyə ehtiyacı olduğu qeyd edilmişdir. Ambulator müalicəyə ehtiyacı olan xəstə tam əmək qabiliyyətini itirmiş hesab olunmur, əmək fəaliyyəti ilə məşğul olaraq müalicəsini davam etdirə bilər. İddiaçı özü də izahatında ev şəraitində müalicə olunduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, ambulator şəraitdə müalicə olunma prosessual müddətin buraxılması üçün üzrlü səbəb sayıla bilməz. İddiaçı tərəfindən əmək qabiliyyətini itirməsi ilə əlaqədar və ya müşahidə üçün xəstəxanada qalmasını tələb edən stasionar m üalicə olunmasını, yaxud apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin digər üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə və iştirak etdiyi məhkəmə iclasında onun diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 21(122)-943/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar