Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-80/2025 24.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı X2 Cavabdehnə qarşı “onların yaşadığı evin və içərisində olmuş əşyaların geri qaytarılması və ya 200.000 (iki yüz min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(122)-88/2025 nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X4 vəkili və nümayəndəsi Vəkil vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların yaşadığı evin və içərisində olmuş əşyaların geri qaytarılması və ya 200.000 (iki yüz min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(122)-88/2025 nömrəli qərardadı ilə inzibati işin icraatı iş üzrə vərəsəliyə dair məsələ (hüquqi varisi ilə əvəz etmə) həll olunanadək dayandırılmışdır. Həmin qərardaddan iddiaçının vəkili Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-88/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərardadının ləğv edilər ək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-ci maddəsində göstərilmişdir ki, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya mə hkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.1.1-cü maddəsinin məzmununa əsasən apellyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. İş materiallarından görünür ki, apellyasiya şikayəti yalnız iddiaçının vəkili Vəkil tərəfindən imzalanmışd ır. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli 834596 nömrəli etibarnamədən aydın olur ki, X4 tərəfindən onun məhkəmədə təmsil edilməsi üçün Vəkil müvafiq səlahiyyətlər verilmişdir. Etibarnamə 2 il müddətində verilmiş və xx.xx.2025-ci il saat 23:59-dək qüvvədə olmuşdur. Şikayətin mümkünlüyünü yoxlayan kollegiya qeyd edir ki, şikayət verilən zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.1.1-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3, 361.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmamışdır. Belə ki, iddiaçı tərəfindən Vəkil verilmiş etibarnamənin müddəti xx.xx.2025-ci ildə bitməsinə baxmayaraq apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmiş və apelyasiya şikayətinə vəkilin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Belə olan vəziyyətdə kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələbinə görə şikayət verilərkən Vəkil iddiaçının nümayəndəsi kimi səlahiyyətli şəxs hesab edilmədiyindən inzibati mübahisəyə dair işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86. 2-ci maddəsinə əsasən, göstərilən tələbə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Apellyasiya şikayəti veriləndən sonra birinci instansiya məhkəməsi tərəfindən Vəkil iddiaçı tərəfindən ona verilmiş etibarnamənin müddətinin bitməsi və yeni etibarnamənin şikayətə əlavə edilmədiyi barədə məktubla məlumat verilmişdir. Həmçinin Vəkil ünvanlanmış inzibati işin materiallarına əlavə edilən Naxçıvan MR Ali Məhkəməsinin 11 iyul 2025-ci il tarixli məktubu ilə 24 iyul 2025-ci il tarixə təyin edilmiş mümkünlük iclasının vaxtı və yeri bildirilməklə yanaşı, təqdim edilmiş apellyasiya şikayətindəki formal xətanın aradan qaldırılması təklif olunmuşdur. Lakin müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verilərkən Vək il səlahiyyətini təsdiq edən etibarnamə təqdim edilməmiş, həmçinin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə keçirilən məhkəmə iclasında onun səlahiyyətini təsdiq edən yeni etibarnamə təqdim edilməmişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Şikayətin mümkünlüyünün yoxlanılması üzrə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçı tərəfindən ona verilmiş etibarnamənin müddətinin qurt armasını, yeni etibarnaməni isə təqdim edə bilmədiyini göstərmişdir. Kollegiya yuxarıda göstərilən hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Kollegiya göstərilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 81.3, 87.2, 87.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci, 366-cı maddələrini rəhbər tutub q ə r a r a a l ı r: İddiaçı X2 Cavabdehnə qarşı “onların yaşadığı evin və içərisində olmuş əşyaların geri qaytarılması və ya 200.000 (iki yüz min) manat kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(122)-88/2025 nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-80/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-80/2025
24.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver