Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-81/2025 12.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X2 və üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evi nə 14/15 payın dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-256/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 26 iyul 2 024-cü il tarixli, 21(122)-956/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 21(122)-956/2024 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə 22 yanvar 2025-ci il tarixli ərizə təqdim etmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 21(122)-256/2025 nömrəli qərardadı ilə ərizə təmin olunmuş və iddia tələbi “Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payın dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)- 256/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)- 256/2025 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Babək rayon Naxışnərgiz kəndində 0.159 ha həyətyanı torpaq sahəsindən 14/15 hissədə olan pay ona, 1/15 hissəsi isə X8 məxsusdur. Bu barədə Naxçıvan MR DƏTM üzrə DX-də 28 iyul 2022-ci il tarixdə 21/37 nömrəli reyestr kitabının 7150 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Aralarında mübahisələr, narazıçılıqlar olduğu üçün payının naturada ayrılması ilə bağlı Babək rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Babək rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(079)412/2022 nömrəli qətnaməsi ilə paylı mülkiyyətdə olan Babək rayon Naxışnərgiz kəndində yerləşən 0.159 ha həyətyanı torpaq sahəsinin 14/15 hissəsinin naturada ayrılması barədə iddia tələbi rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası onun tərəfindən Babək rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə baxmış, apellyasiya şikayəti təmin olunmamışdır. O, Babək rayonunun Naxışnərgiz kəndində yerləşən paylı mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış evinin və torpaq sahəsinin naturada ayrılmaması səbəbindən mülkiyyət hüquqlarını ayrıca olaraq həyata keçirə bilmir, daşınmaz əmlakı hər hansı bir şəkildə özgəninkiləşdirə bilmir, paylı mülkiyyət hesab olunduğundan onun üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Torpaq sahəsi üzərində yerləşən yaşayış evinə münasibətdə 14/15 payını dövlət qeydiyyatına aldıra bilmədiyindən Naxçıvan MR İnzibati Məhkəməsində həmin hissənin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iddianın mümkün sayılmamasını onunla əlaqələndirmişdir ki, onun iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsinə istinad etmiş və qeyd etmişdir ki, əgər torpaq sahəsi onun mülkiyyətindədirsə, onun üzərində yerləşən tikililər də paylı mülkiyyət hüququ ilə ona və X8 məxsusdur, X9 tikililərin birgə mülkiyyətə keçməsinə razılıq vermədiyinə görə, o qeydiyyat idarəsinə qarşı mövcud iddianı qaldırmış və tələbində haqlıdır. Şikayətə qarşı etiraz daxil olmamışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək şikayət ilə eyni məzmunlu izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-256/2025 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin nümayəndəsi X4 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-256/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X9 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-256/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xa hiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydal ar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəs inə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan aydın olur ki, İddiaçı Babək rayon Naxışnərgiz kəndində 0.159 ha həyətyanı torpaq sahəsində 14/15 hissədə olan payın ona, 1/15 hissəsinin isə X8 məxsus olduğunu, bu barədə Naxçıvan MR DƏTM üzrə DX-də 28 iyul 2022-ci il tarixdə 21/37 nömrəli reyestr kitabının 7150 nömrəli vərəqində qeydiyyat aparıldığını bildirərək həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payının adına dövlət qeydiyyatına alınması öhdəliyinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamış və ona istinad etmişdir ki,torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahəsinə münasibətdə hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından və tərəflər arasında yaşayış sahəsinin kimin tərəfindən inşa edilməsi barədə mübahisə olduğundan hazırki iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 ha torpaq s ahəsinə münasibətdə İddiaçı 14/15, üçüncü şəxs X7 isə 1/15 payı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından olan Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)412/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X8 qarşı Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 ha həyətyanı torpaq sahəsinin 14/15 hissəsinin naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5-22-38/2-99/2024 nömrəli arxiv arayışında göstərilmişdir ki, Babək Rayon Dövlət Arxivində mühafizə olunan Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2001-2005-ci illərə dair Təsərrüfatbaşına kitablarına baxdıqda müəyyən oldu ki, X5 adına Naxışnərgiz kəndində 2000-ci ildə tikilmiş ev və ümumi (yararlı) sahəsinin 162 m olması haqqında məlumat Təsərrüfatbaşına kitabında qeyd edilmişdir. Arayışın qeyd hissəsində göstərilmişdir ki, əlavə məlumatlar yazılan bölmədə Naxışnərgiz kəndində yerləşən 0,12 ha həyatyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən (JN-179B KOD-********) 0,16 ha həyatyanı torpaq sahəsi qeyd olunmuşdur (10 yanvar 2002-ci il). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öh dəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki,“...mümkünlük şərt ləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. (8.6-cı bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM -də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya dig ər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlə rinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. Araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinə münasibətdə iddiaçının 14/15 hissədə payı müəyyən edilməklə mülkiyyəti kimi qeydiyyata alınsa da, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasını tələb etdiyi yaşayış evinə münasibətdə 14/15 payının olmasını təsdiq edən hüq uq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı izahatında evin atası X1 vəsaiti və əməyi hesabına inşa edildiyini, torpaq sahəsinə görə vərəsəlik işi açılsa da, evlə bağlı vərəsəlik işinin açılmadığını bildirmiş, üçüncü şəxs X9 isə izahatında evin atasının ölümündən sonra onun tərəfindən tikildiyini, 20 ildən artıqdır ki, həmin evdə ailəsi ilə birlikdə yaşadığını göstərmişdir. Kollegiya birinci instansiya məhkəməsi ilə eyni hüquqi mövqedən çıxış edərək qeyd edir ki, ümumi paylı mülkiyyət hüququ ilə iddiaçı və üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində mövcud olan yaşayış evinin hüquqi vəziyyəti, onun kimin tərəfindən inşa edilməsi ilə bağlı, bununla da həmin əmlakın ümumi paylı əmlak və ya tam paylı əmlak kimi olması ilə bağlı mübahisə mövcuddur. Cavabdeh inzibati orqanın i sə tərəflər arasında mövcud olan mülki mübahisə üzrə hər hansı bir qərar qəbul etmək səlahiyyəti mövcud olmadığından yaşayış evinin üzərində iddiaçının ümumi paylı mülkiyyət hüququnu qeydə alması da mümkünsüzdür. İşin hallarına görə iddiaçının qeyd olunan tələblə bağlı subyektiv hüququ tərəflərin razılaşması və ya Mülki Məcəllənin 157.1-ci və 213.5-ci maddələrinin tələbləri baxımından mülki məhkəmə icraatı qaydasında qanuni qüvvəsini almış məhkəmə aktı ilə yarana bilər. Məhz bu barədə məhkəmə aktı qanuni qüvvəyə mindiyi təqdirdə həmin hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməkdə haqlı hesab oluna bilər. Kollegiya qeyd edir ki, bununla ba ğlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1610/2024 nömrəli qərarında da öz əksini tapmışdır. Kollegiya qeyd edir ki, iddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Odur ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüququnun yaranması üçün ilk növbədə o daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyat aparılmasını tələb etdiyi yaşayış evinə münasibətdə 14/15 payının olmasını təsdiq edən hüquq müəyyənedici sənədləri təqdim etməlidir, lakin iddiaçı yaşayış evinə münasibətdə 14/15 payının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Müvafiq sə nədlərin təqdim edilməməsi isə iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğunu istisna edir. Kollegiya hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yükl ülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olundu qda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Kollegiya həmçinin qeyd edir ki,apellyasiya şikayətində istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240-ci maddəsi işin hallarına aid məsələləri tənzimləmədiyindən tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuarıda qeyd olunan qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyat aparılmasını tələb etdiyi yaşayış evinin 14/15 hissəsinə münasibətdə subyektiv hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və apellyasiya icraatı zamanı da bununla bağlı sübutlar təqdim edilməmişdir. Kollegiya hesab edir ki, yuxarıda göstərilən əsaslara görə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qə rar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 21(122)-256/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Babək rayonu, Naxışnərgiz kəndində paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinə 14/15 payın dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoy ulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-256/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-256/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-81/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-81/2025
12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver